Məhərli Muraz Baxışəli oğlu (21 noyabr 1993, Salahlı, Yevlax rayonu – 28 sentyabr 2020) — II Qarabağ müharibəsi şəhidi.
Muraz Məhərli | |
---|---|
Muraz Baxşalı oğlu Məhərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1993(1993-11-21) |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020(2020-09-28) (26 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Yevlax |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
21 dekabr 1993-cü ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur.Yevlax rayonunun Salahlı kənd tam orta məktəbində təhsil almışdır. Məzun olduqdan sonra 1 il 6 aylıq hərbi xidmətə getmiş, Yeni Yasalamda yerləşən N saylı hərbi hissədə xidmət etmiştir. 2016-cı ildən Zaqatala Daxili Qoşunlarda 3 il xidmət etmişdir. Bu 3 illik müqaviləsi bitdikdən sonra Yevlax rayonunun N saylı hərbi hissəsində öz qulluğuna davam etmişdir. Bir il yarım bu hərbi hissədə işlədikdən sonra , II Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Çaylı kənd istiqamətində gedən döyüşdə iştirak edib. İki düşmən postunu aldıqdan sonra düşmən tərəfindən snayperlə sinəsindən vurularaq şəhid olmuşdur.