Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meteorizm
Meteorizm (yun. μετεωρισμός — şiş, köp) və ya flatulensiya, osturaq — bağırsaqlarda qazların həddindən artıq yığılması. Bu, şişkinlik, çox miqdarda həzm qazının çox miqdarda (“püskürücü”) ifrazı ilə özünü göstərir. Sağlam bir yetkin insanda mədə və bağırsaqlarda təxminən 1 litr qaz var ki, bu qazlar əsasən bağırsaq mikroflorasının mikroorqanizmlərinin həyati fəaliyyəti nəticəsində əmələ gəlir. Yetkin bir insanda defekasiya prosesində və əlavə olaraq gün ərzində bağırsaqdan normal olaraq 0,1-0,5 litr qaz xaric olur. Meteorizmlə, çıxarılan qazın həcmi üç və ya daha çox litrə çata bilər. Sağlam insanlarda qaz qarışımının tərkibi aşağıdakı kimidir: azot N2 — 24—90 %; karbon qazı СО2 — 4,3—29 %; oksigen О2 — 0,1—23 %; hidrogen Н2 — 0,6—47 %; metan CH4 — 0—26 %; həm də az miqdarda: hidrogen sulfid H2S; ammonyak NH3; uçucu merkaptanlar. Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur: meyvələr tərəvəzlər kəpəkli taxıl məhsulları lobya və paxlakimilər qazlı içkilər sürətli yemək həzm sistemində pozumalar xronik bağırsaq xəstəlikləri sintetik qidalar rejimsiz qidalanma.
Meteorit
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
Fukan meteoriti
Fukan meteoriti (çin. 福康) — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir. == Tarixi == 2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir. == Təsnifatı və tərkibi == Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir.
Hoba meteoriti
Hoba (ing. Hoba) dünyada tapılmış ən ağır meteoritdi (çəkisi 60 tondan çoxdu). O, Afrikanın cənub-qərbində Namibiyada "Hoba West" fermasında saxlanılır, həmçinin meteorit elə bu əraziyə düşmüşdü. Bu meteorit Yer üzündə ən böyük təbii mənşəli dəmir parçasıdır. == Tapılması == 66 tonn ağırlığında və 9 m³ həcmində olan bu dəmir meteorit hələ ibtidai zamanlarda planetə düşüb. Onu 1920-ci ildə Namibiyanın Qrotfonteyn şəhərində tapmışdılar. Hoba adını elə aşkar olunduğu "Hoba West" fermasına görə aldı. Onu tapan fermerin sözlərinə görə, o, bu meteoritə sahəni şümlayanda rast gəlmişdir. == Xüsusiyyətlər == Meteorit təxmini 80 min il öncə Yer üzünə düşmüşdü. Nə zərbə kraterinin, nə də başqa düşmə izləri olmadığından, bu meteoritin tapılması sırf təsadüf nəticəsində baş verib.
Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".
Tunquska meteoriti

Yardımlı meteoriti
Yardımlı meteoriti və ya Ərus meteoriti — Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit. Keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır. Bu meteoriti Moskva vaxtı ilə 1959-cu il 24 noyabr saat 7:05-də Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə düşmüşdür. Sıx duman olmasına baxmayaraq, meteorit düşərkən təqribən 2800 km2 sahədə güclü işıqlanma yaradıb və bu 5–10 saniyə davam edib. Məlum olmuşdur ki, o məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşmüşdür. Burada onun altı fərdi nümunəsi tapılmışdır: 152.56 kq; 127 kq; 11.3 kq; 5.9 kq; 2.3 kq; 0.36 kq. Yardımlı meteorit yağışının düşmə ərazisi ellips formasındadır və 8–1.5 km-dir. Uçuş istiqamətində 127 kq olan meteorit, diametri 2.8 metr olan bir konusu formalaşdırır və ona 2 metr perpendikulyardır. Bu konus Uzun-Zami ərazisinin şimal şərq hissəsində Jiy kəndindən şimal-qərbə doğru 1 km-dir. Konus divarlarının azimutu 2200–2300 olan cənub-qərb meylliliyi var.
Çelyabinsk meteoriti
Rusiyadakı 2013 il meteorit düşməsi fevralın 15-də saat 09:20 bir neçə bölgələrində baş verdi. Meteoritin zərbə dalğası bir neçə binaların şüşələri sındırdı, nəticədə bir mindən çox adam yaralandı. Meteorit 18 km/s sürətlə düşərək, qamaşdırıcı işıq yaratdı və 15–25 km yüksəklikdə partladı. Sonra meteoritin bir neçə fraqment tapıldı.
Ərus meteoriti

Meteorit krateri
Urala meteorit düşməsi (2013)