Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mexiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Mexiko şəhəri
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Mexiko kafedralı
Müqəddəs Məryəmin Mexiko şəhərinin göylərinə təyini Catedral Metropolitana, Baş yepiskop Primada de Meksika'nın mərkəzi qərargahıdır və Meksika şəhərinin Tarixi Mərkəzindəki Plaza de la Constitución Plazasının şimal tərəfindədir, Cuauhtémoc sərhədində. Şəhərin həmin ərazisindəki yuxarıda göstərilən memarlıq kompleksinin bir hissəsi olan 1987-ci ildən bəri Dünya Mirası Siyahısıdır. Bu məbədin təxmini ölçüləri 59 metr enində 128 uzunluqda və qüllələrin zirvəsinə qədər 67 metr yüksəklikdədir. İspan Amerikan memarlığının ən görkəmli əsərlərindən biridir. İspan katedrallarından ilham alan İspan memarı Claudio de Arciniega'nın planlarına görə , Tenochtitlan İspaniyanın fəthindən qısa müddət sonra ərazidə inşa edilmiş bir kilsənin ətrafında inşa edildi. Əsərlər 1573 - cü ildə başlamış, 1667 - ci ildə və 1813 - cü ilə qədər xaricdə bitirilmişdir.
Mustafa Kamal Atatürkün heykəli (Mexiko)
Mustafa Kamal Atatürkün heykəli (isp. Estatua de Mustafa Kemal Atatürk) — Meksikanın paytaxtı Mexiko şəhərinin Paseo de la Reforma küçəsində yerləşən heykəldir. == Haqqında == Mustafa Kamal Atatürkün heykəli ilə ağ rəngli mərmərdən hazırlanan aypara və ulduzun Türkiyə bayrağındakı təsvirindən ibarətdir. 3,2 m uzunluğunda və təxminən 1,5 ton ağırlığındakı Atatürk heykəli, Türkiyə İşəgötürən Peşələri Konfederasyonu'nun təşəbbüsü Azeri heykəltaraş Səid Rüstəm tərəfindən 2000-ci ildə tamamlansa da müxtəlif səbəblərdən ötəri əlaqədar bölgəyə tikilməsi gecikdi. Türkiyə Respublikasının quruluşunun 80-ci ili xatirəsinə, 29 oktyabr 2003-cü ildə təşkil edilən mərasimlə birlikdə açıldı. Mərasimə Türkiyədən; Əmək və Sosial Müdafiə naziri Murad Başəskioğlu, Milli Müdafiə Naziri Vecdi Könül və Dövlət Naziri Güldal Ağşid də qatıldı.
Meksiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Miçiko
İmperatriça Miçiko (yap. 皇后美智子) (20 oktyabr 1934, Tokio, Yaponiya), Miçiko Seda (yap. 正田 美智子) — Yaponiya İmperatriçası (7 yanvar 1989 - 30 April 2019), hazırkı Yaponiya imperatoru Akihitonun həyat yoldaşı. == Bioqrafiyası == Miçiko Seda 20 oktyabr 1934 ildə 07:43 radələrində Tokioda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Hidesaburo Seda iri un şirkətinin rəhbəri olmuşdur. Miçikonun ailə üzvlərindən ikisi «Mədəniyyət sahəsində xidmətlərinə görə» ali akademik mükafatına layiq görülmüşdür. Bu mükafat imperator tərəfindən məşhur alimlərə verilir. Şahzadə Akixito və Miçiko tenis kortunda tanış olmuşlar. Toyları 10 aprel 1959 ildə baş tutmuşdur. Bu izdivacla çox əsrlik ənənəyə son verilmişdir.
Moxito
Mohito — zəif alkaqollu içki; kokteyl. "Mohito"nun vətəni Kuba hesab olunsa da, ilk dəfə 1980-ci illərdə ABŞ-də məşhurlaşıb. "Mohito" kokteylinin əsasını ağ rom və nanə yarpaqları təşkil edir. Bu kokteyl həm də alkaqolsuz olur. == Tərkibi == 1 ədəd yaşıl limon 1 dəstə nanə yarpağı 60 ml ağ rom 3 çay qaşığı şəkər tozu 150 ml soda xırdalanmış buz == Hazırlanması == Limon iki hissəyə bölünür və onlardan biri daha bir neçə kiçik hissələrə doğranılır. Böyük bir qədəhə əvvəlcə şəkər tozu, sonra isə qabaqcadan iki yerə bölünən limonun bir parçasının şirəsini tökülür. Üzərinə bir neçə nanə yarpağı əlavə edilir. Bunların hamısını yaxşıca qarışdırılır və nanəni qaşıq vasitəsilə əzilir. Qədəhə xırda hissələrə ayrılan limon parçaları atılır. Onun 2/3-si buzla doldurulur.
Maiko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Seiko
"Seiko"nun ilk divar saatı 1892-ci ildə, qol saatı isə 1913-cü ildə yaranıb. Firmanın yaradıcısı Kintaro Hottari olub. Ən böyük arzusu saat firması yaratmaq olan Kintaro 18 yaşında ilk mağazasını açıb. 1895-ci ildə firma cib saatlarını kəşf edib. Firma tərəfindən yaradılan batareyasız saatlar 1988-ci ildə meydana gəlib. Əsas məqsədlərinin yüksək keyfiyyət dərəcəsinə görə seçilmək olan "Seiko" dünyanın 4 məşhur saat firmasından biri kimi tanınır. "Seiko" "Sportura" markasını istehsal edərək, dünyada ən güclü idman saatları kolleksiyalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirib. Möhkəmliyi və etibarlı işin təmin edilməsi məqsədilə bu saatların hamısı, yüksək təzyiq altında su keçirməmək qabiliyyətinə malikdir.
Aylin Muxika
Aylin Muxika (ing. Aylin Mujica) — məşhur Meksika aktrisası, modeli və balerinası.
Casearia mexiae
Casearia mexiae (lat. Casearia mexiae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin kaseariya cinsinə aid bitki növü.
Ficus mexiae
Ficus enormis (lat. Ficus enormis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Melike İlgün
Melike İlgün (1974, İskəndərun, Hatay ili) türkiyəli jurnalist, yazıçı. == Həyatı == Adanalı bir ata ilə manisalı bir ananın ilk uşağı olaraq 1974-cü ildə İskəndərunda dünyaya göz açıb. Orta və lisey təhsilini İstiklal Makzume Anadolu Liseyində bitirdikdən sonra, İstanbul Universiteti Hüquq fakültəsində təhsil həyatına davam etdi . Kanal E, Kanal 6, Radikal Gazetesi, Kanal D və Show TV-də müxbir olaraq çalışıb . Kanal 6-da həftəsonu ana xəbər bülletenində, Show TV-də həftəiçi hər gecə yayımlanan Melike İlgün ile Son Haber proqramını təqdim etdi . Kanaltürkdə 4 il ana xəbər aparıcılığı və xəbər redaktorluğu etdi . Gazeteport-da köşə yazıları yazdı. İlk kitabı Kamala Eren Qadınlar fevral 2009, ikinci kitabı Enver Paşanın Sultanı iyun 2011-ci ildə və son kitabı Bir Başvekil Sevdim iyun 2013 nəşr olundu. Evli olan İlgün iki uşaq anasıdır.
Miçiko Matsuda
Miçiko Matsuda (d. 26 oktyabr 1966) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 45 oyun keçirib, 10 qol vurub.
Nyu-Meksiko
Nyu-Meksiko (ing. New Mexico) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Santa-Fe şəhəridir.
Nyu Meksiko
Nyu-Meksiko (ing. New Mexico) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Santa-Fe şəhəridir.
Teodor Jeriko
Jan Lui Andre Teodor Jeriko (fr. Jean-Louis-André-Théodore Géricault; 26 sentyabr 1791[…], Ruan[…] – 26 yanvar 1824[…], Paris[…]) — fransız rəssamı, Romantizm dövrü Avropa rəssamlığının ən böyük nümayəndəsi. Onun rəsmləri, o cümlədən “Meduza salı” və “Epsomdakı yarışlar” rəssamlıqda yeni stilə çevrildi, baxmayaraq ki, onların təsviri sənətin inkişafındakı əsl əhəmiyyəti çox sonralar dərk edildi. Tədqiqatçılar arasında rəssamın hansı istiqamətin nümayəndəsi olması ilə bağlı vahid fikir yoxdur: o, romantizmin sələfi, dövrünü qabaqlayan realist və ya Davidin davamçılarından biri hesab olunur. == Həyatı == Teodor Jeriko 1791-ci ildə Ruanda anadan olub. Atası Georges-Nicolas Gericault varlı bir adam idi: tütün plantasiyalarının sahibi və böyük tütün taciri, anası Luiza-Jeanne-Marie Caruel de Saint-Marten isə Normandiya aristokratiyasına mənsub bir ailədən idi. . Jerikonun ailəsi 1796-cı ildə Parisə köçdü. 1801-ci ildə Teodor Dubois-Loiseau özəl pansionatının internat məktəbinə yerləşdirildi, sonra atası onu Rene Riçard Kastelin internat məktəbinə köçürür. 1804-cü ildə Jeriko İmperator Liseyinə daxil oldu. Anasının ölümündən sonra Teodor atası tərəfindən böyüdü.
Veliko Tırnovo
Veliko Tırnovo ( bolqar. Велико Търново,Veliko Tırnovo "Böyük Tırnovo") — Bolqarıstanda şəhər. 1187-1393-cü illər arasında İkinci Bolqarıstan İmperatorluğunun paytaxtı olduğu üçün Bolqarıstan tarixində əhəmiyyətli bir şəhər olan Tarnovaya 1965-ci ildə böyük və uca mənasını verən veliko adı verilmişdir. 2022-ci ildən etibarən Şuşa şəhərimizlə qardaşlaşmışdır.
Veriko Ancaparidze
Veriko İvlianovna Ancaparidze (23 sentyabr (5 oktyabr) 1897, Kutaisi, Rusiya imperiyası – 31 yanvar 1987, Tbilisi) — Aktrisa == Həyatı == Veriko İvlianovna Ancaparidze 6 oktyabr, 1900-cü ildə Kutaisidə (Gürcüstan) anadan olmuşdur. 1916–1917-ci illərdə S. V. Aydarovun Moskva dram studiyasında və Q. Cabadarinin Tiflisdəki studiyalarında təhsil almışdır. 31 yanvar, 1987-ci ildə Tbilisidə vəfat etmişdir. == Fəaliyyəti == 1918–1921-ci illərdə Ş. Rustaveli adına teatrın aktrisası, 1921-ci ildən isə K. A. Marcanişvilinin rəhbərliyi altında olan dram teatrının aktrisası olmuşdur. 1933-cü ildən N. P. Oxlopkovun rəhbərliyi altında Moskva real teatrında işləmişdir. K. A. Marcanişvili adına teatrın bədii rəhbəri, Ş. Rustaveli adına Tbilisi teatr institutunun pedaqoqu olmuşdur. 1992-ci ildə "Who is Who" (London) ensiklopediyası redaksiya heyətinin qərarına əsasən V. Ancaparidze XX əsrin 10 ən yaxşı aktrisası sırasına daxil edilmişdir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir. == Adlar və mükafatlar == SSRİ Xalq Artisti (1950) SSRİ Dövlət Mükafatı (1943, 1946, 1952) "Lenin Ordeni" Gürcüstan Dövlət Mükafatı (1975, 1979) Sosialist Əməyi Qəhrəmanı (1979) == Filmoqrafiya == 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: fəhlə arvadı) Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film) (rol: ana) Qəm yemə!
Xose Muxika
Xose Muxika (20 may 1935, Montevideo) — Uruqvay prezidenti. == Həyatı == Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər. == Maraqlı faktlar == Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu 1987 istehsalı və qiyməti 1810 $ olan Wolksvagen Beatles idi. Prezidentlik dövründə isə yeganə aldığı qiyməti 1945 $ olan Wolksvagen Juke avtomobili olmuşdur. O,dünyada ən kasıb (əliaçıq) prezident sayılır.
Xosua Mexias
Xosua Antonio Mexias Qarsiya (9 iyun 1998-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karabobo klubunda müdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Mexias Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
İrene Melikof
İren Məlikova (fr. Irène Mélikoff; 8 dekabr 1917, Petroqrad – 8 yanvar 2009[…], Strasburq) — Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı türkoloq alim, professor. == Həyatının erkən dövrü == İren Məlikova 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Özü bu hadisəni belə ifadə etmişdir: Finlandiyada bir qədər qaldıqdan sonra Danimarkaya, oradan da həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar. == Təhsili == Atasından qismən Azərbaycan dilini, anasından rus dilini öyrənmişdir. İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla paralel, École Nationale des Langues Oriantales Vivantes-də (Şərq Dilləri Dövlət Məktəbi) türk və fars dillərini öyrənmişdir.
Catedral Metropolitana de la Ciudad de México
Müqəddəs Məryəmin Mexiko şəhərinin göylərinə təyini Catedral Metropolitana, Baş yepiskop Primada de Meksika'nın mərkəzi qərargahıdır və Meksika şəhərinin Tarixi Mərkəzindəki Plaza de la Constitución Plazasının şimal tərəfindədir, Cuauhtémoc sərhədində. Şəhərin həmin ərazisindəki yuxarıda göstərilən memarlıq kompleksinin bir hissəsi olan 1987-ci ildən bəri Dünya Mirası Siyahısıdır. Bu məbədin təxmini ölçüləri 59 metr enində 128 uzunluqda və qüllələrin zirvəsinə qədər 67 metr yüksəklikdədir. İspan Amerikan memarlığının ən görkəmli əsərlərindən biridir. İspan katedrallarından ilham alan İspan memarı Claudio de Arciniega'nın planlarına görə , Tenochtitlan İspaniyanın fəthindən qısa müddət sonra ərazidə inşa edilmiş bir kilsənin ətrafında inşa edildi. Əsərlər 1573 - cü ildə başlamış, 1667 - ci ildə və 1813 - cü ilə qədər xaricdə bitirilmişdir.
Emiko Kubo
Emiko Kubo (d. 28 dekabr 1966) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Akif Məlikov
Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru (1989-2023), Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir. == Mükafatları == Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına, 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Ambarsum Məlikov
Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir, kinorejissor Karen Şahnəzərovun atasının babasıdır. II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir. == Fəaliyyəti == === Neft və su sənayesi === Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı. 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır. Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur. 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir. === 1905-ci il qırğınlarında iştirakı === 1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır.
Aqil Məlikov
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Arif Məlikov
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019[…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014). Avrasiya Akademiyasının qurucu üzvlərinin biri == Həyatı == Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Asif Məlikov
Asif Məlikov (13 aprel 1971, İsmayıllı) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Asif Məlikov 1971-ci il aprelin 13-də İsmayıllı şəhərində anadan olub. 1986-cı ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Nusrət Abdullayev idi. == Karyerası == Asif Məlikov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Asif Məlikov birdən qaldırma mərhələsində birinci cəhdində 125.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Onun növbəti cəhdi də uğursuz alındı. Sonuncu cəhdində mütləq ştanqı qaldırmalı olan Asif Məlikov bu səfər də onun öhdəsindən gələ bilmədi. Bununla da Asif Məlikov birdən qaldırma mərhələsində nəticə göstərə bilmədiyi üçün Atlanta Olimpiadasında mübarizəsini başa vurdu. Asif Məlikov 1997-ci ildə Tailandda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru. == Həyatı == Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ağası Məlikov Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə, həmçinin Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində və AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb. === Elmi fəaliyyəti === Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir.
Emil Məlikov
Emil Məlikov — "Hərbi xidmətlərə görə" medalı laureatı (ölümündən sonra). == Həyatı == Məlikov Emil Amən oğlu 1971-ci il fevral ayin 18-də Bakı şəhərində anadan olmuşdu. İlk təhsilini Bakı şəhəri 6 №-li məktəbdə alıb. 1988-ci ildə məktəbi bitirdikdən sonra Minsk Ali Ümümqoşunlu Siyasi məktəbə daxil olur. 20 yanvar 1990-ci il hadisəsi baş verən zaman Emil vicdan əzabı çəkərək təhsilini yarımçiliq qoyub, Vətənə qayidır. Həmin il N.Tusi adına APU-nun tarixi-hüquq fakultəsinə daxil olur. Lakin Vətənin dar günündə, bir Azərbaycanın vətəndaşı kimi, özünə borc bilir könüllü olaraq Daxili Goşunlara ərizə yazır. Ali baş komandan onun ərizəsini qəbul edib, Emili Lənkəranda yerləşən hərbi hissəyə göndərir. Orada Vətən qarşısında yaxşı xıdmətə görə komandanın əmri ilə zabit, leytenant rütbəsinə layiq görülür. == Döyüşlərdə İştirakı == Fevral ayin 5-də Emil və onun sərəncamında olan əskərlər Ağdarə rayonu uğrunda gedən döyüşlərə qatılırlar.
Fikrət Məlikov
Fikrət Məlikov (30 sentyabr 1966, Bakı) — Azərbaycannın aktyoru və rejissoru, qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, == Həyatı == Fikrət Məlikov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonu 111 saylı orta məktəbi bitirmişdir. Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən Mədəniyyət Sarayında fəaliyyət göstərmişdir. 1984–1985-ci illərdə III Zaqafqaziya Festivalının laureatı olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Orada Böyükağa Kazımov, Ağakişi Kazımov, Şəfiqə Məmmədova, Eldar Quliyev kimi sənətkarlardan dərs almışdır. Artıq təhsil aldığı dövrdə Azərbaycan Dövlət Yuğ Teatrında çalışmağa başlayan Fikrət Məlikov orada rejissor kimi tamaşalar hazırlamışdır. Fikrət Məlikov 1991-ci ildə ali məktəbi bitirən gənc mütəxəssis kimi ADMİU-da dərs deməyə dəvət olunub. Fikrət Məlikov "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsinin münsiflər heyətinin üzvüdür. Hazırda uğurlu pedaqoji fəaliyyətlə məşğuldur.
Firuz Məlikov
Firuz Əli oğlu Məlikov (7 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı) — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948). == Həyatı == Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır. Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Georgi Məlikov
Georgi Əjdər oğlu Məlikov (22 iyun 1918, Bakı) — Hava atıcısı-radist. İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Georgi Əjdər oğlu Məlikov 1918-ci il İyunun 22-də Bakıda anadan olmuşdur. Atası siyasətçi, "Hümmət" partiyasının yaradıcısı Əjdər Məlikov əslən Bakının Pirşağı kəndindən idi. Georgi Məlikov İkinci Dünya müharibəsinin iştirakçısıdir, hava atıcısı-radist idi. Qızıl Orduda 1940-cı ildən hərbi xidmətdə idi. Aprel ayında Belaya Tserkov(Ağ kilsə) şəhərindəki ShMAS (Gənc Aviasiya Mütəxəssisləri Məktəbi) kursantı kimi qəbul edildi və 1940-cı ilin sonlarında hava atıcısı-radio operatoru ixtisasilə müvəffəqiyyətlə bitirir. 138-ci yüksək sürətli bombardmançı alayda xidmət edib. Müharibə ilə, Belaya Tserkov şəhərin yaxınlığında yerləşən, yay düşərgələrində garşılandı. Müharibənin əvvəlində ağır itki verən alayın orada olmaqı, yeni döyüş maşınlarını — Petlyakov Pe-2 mənşəli yüngül bombardmançı təyyarə almaq və yeniləmə məqsədi daşıyırdı.
Mahmud Məlikov
Mahmud Təhmasib oğlu Məlikov (3 aprel 1994, Xol Qaraqaşlı, Neftçala rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məlikov Mahmud Təhmasib oğlu 1994-cü il aprelin 3-ü Neftçala rayon Xol Qaraqaşlı kəndində anadan olmuşdur. Mahmud ailənin yeganə oğul övladı olmuşdur. Ailənin yeganə oğul övladı olan Mahmud subay idi və valideynləri ilə yaşayırdı. == Hərbi Həyatı == Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbini bitirib. Baş leytenant, bölük komandiri olmuşdur. Mahmud hər zaman deyərdi ki, "məndə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmaq istəyirəm". Bu arzusuna çatan qəhrəman döyüşçümüz ucaldığı şəhidlik zirvəsiylə adını Azərbaycan tarixinə əbədi yazdırıb. == Döyüş Yolu == İkinci Qarabağ müharibəsi başlayandan döyüşlərə qatılıb. Sonuncu dəfə ailəsi ilə oktyabr ayının 11-i əlaqə saxlayıb, hər şeyin yaxşı olacağını deyib.