məlhəmləmək
məlul
OBASTAN VİKİ
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Məlik-Aslanovlar
Məlik-Aslanov nəsli — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hələlik, bu gün etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir. 1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq — albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. ● Fərhad bəy Məlik-Aslanov ● Firudin bəy Məlik-Aslanov ● Xudadat bəy Məlik-Aslanov ● Lütfəli Məlik-Aslanov ● Məlik Aslan bəy ● Muxtar Aslanov (Məlik-Aslanov) ● Püstə xanım Məlik-Aslanova ● Ramiz Məlik-Aslanov ● Sadıx bəy Məlik-Aslanov ● Məlik-Aslanovlar [+] ● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. ● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi.
Məlik-Yeqanovlar
Məlik-Yeqanovlar - Azərbaycanda yaşayan alban əsilli bir qolu qriqoryanlığı qəbul etməklə erməniləşmiş , digər qolu isə islamlaşma və türkləşmə nəticəsində azərbaycanlılaşmış zadəgan sülaləsi. Azərbaycanda Stalin repressiyaları dövründə Məlik-Yeqanovlar ailəsinin bir çox üzvləri “Vətən xaini” damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və s. ilə əvəz etməyə məcbur olmuşlar. Məlik Yeqan Məlik-Yeqanovların, Məlik-Aslanovların və Məlik-Abbasovların ulu babası hesab edilir. Cavad bəy Məlik-Yeqanov - Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru Məlik Aram — Dizaq mahalının II məliki. Qaqik Azatoviç Yeqanyan - tibb elmləri professoru, Ermənistanın baş terapefti.
Məlik Adi
Məlik Adi — Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə 1607-ci ildə I Şah Abbasın xüsusi fərmanı ilə Buduq kəndinin sahibi olmuşdur.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Məlik Ağamalov
Məlik Arif oğlu Ağamalov — Qərbi Avropa ənənələri altında, Barokko üslubunda, əsasən natürmort janrında işləyən rəssam, Azərbaycanın əməkdar rəssamı (2015). 1962-ci ildə Bakıda rəssam ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşması və, təbii, özünün şəxsiyyət kimi yetkinləşməsi Rəssamlar İttifaqının üzvü olan yaxın qohumları ilə sıx ünsiyyət şəraitində keçirdi. Orta məktəbi bitirdikdən sonra rəssam 1978-ci ildə Ə.Əzimadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1982-ci ildə o, ciddi seçmə imtahanlarından müvəffəqiyyətlə çıxıb Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinə professor Tahir Salahovun yaradıcılıq emaltxanasına qəbul olundu. Xarici ölkələrdə səfərlərdə olması onun yaradıcılığına bilavasitə təsir edir. Təşkil ounan bir çox sərgilərin iştirakçısı olur. 1997-ci ildə Məlik Ağamalov Azərbaycan Rəssamlar İttifaqına daxil olur və yenidən qrup sərgilərində iştirak etməyə başlayır. Muzeyimizdə rəssamın “Mantis” (kətan, yağlı boya), “Oyun-3” (kətan, yağlı boya) adlı əsərləri nümayiş olunur. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin "intellektual qanadı"nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır.
Məlik Dadaşov
Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır. Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məlik Dinar
Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi. 1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı. Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu. 1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.
Məlik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Məhərrəmov
Məlik Məhərrəmov (tam adı: Məhərrəmov Məlik Məlik oğlu; 29 avqust 1920, Bıçaqçı, Zərdab rayonu – 16 iyul 2004, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. Məlik Məhərrəmov 1920-ci il avqustun 20-də Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. İkinci dünya müharibəsində Dnepr çayı ətrafında gedən döyüşlərdə göstərdiyi rəşadətə görə onun özünə və 17 nəfər döyüşçüsünə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. 1946-cı ildən Azərbaycan SSR hərbi komissarı Hizinskogo rayon idi və 1950-ci ildə Karachuhure (Bakı keçmiş Kagshanovsky rayonu) hərbi komissarı idi. 1954-cü ildə, o, MV adına Hərbi Akademiyasını bitirmişdir Frunze. Sonra 68-ci Piyada Alayı, Zaqafqaziya hərbi dairəsinin 216th atıcı diviziyasının qərargah rəisi vəzifəsində çalışıb. 1956–58 ci illərdə Azərbaycan Ağdaş rayonunun hərbi komissarı idi. yanvar 1958-ci ildən mart 1961-ci illərdə SM adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq hərbi şöbəsinin müdiri olmuşdur Kirov. Illər 1961–65-ci illərdə — il 1965–73 illərdə Azərbaycan SSR və Bakının Nərimanov rayon hərbi komissarı Sabirabad və Kürdəmir rayonlarında — Azərbaycan Dövlət Universitetinin hərbi şöbəsinin müdiri. 1973-cü ildən polkovnik MM Mageramov -.
Məlik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Orucov
Məlik Həsən oğlu Orucov - tarix elmləri doktoru, professor Məlik Orucov 1905-ci ildə anadan olmuşdur. O, 1917-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hərbi kafedrasının rəisi vəzifəsində çalışmış, 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak etmişdir Məlik Orucov 1946-1948 və 1960-1966-cı illərdə Tarix fakültəsinin dekanı olmuş 1948-1951-ci illərdə BDU-nun prorektoru, 1960-1966-cı illərdə Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışmışdır. Məlik Orucov 1954-cü ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Məlik Orucov 4 monoqrafiyanın və “Yeni tarix” dərsliyinin müəllifi olmuşdur. Məlik Orucov 14 dəfə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.
Məlik Yeqan
Məlik Yeqan (Tuğ – 1744, Tuğ) — dövlət xadimi, Dizaq mahalının məliki, Məlikyeqanovların, Məlik-Aslanovların və Məlikabbasovların ulu babası. Məlik Yeqan Luka oğlu Qarabağ bəylərbəyliyinin Loru qəzasının Artu kəndində anadan olmuşdu. Bəzi tarixçilərə, xronistlərə görə Məlik Yeqanın doğum yeri fərqlidir. Bir çox tarixçilərin tanıqlığına görə Məlik Yeqan Dizaq mahalına Gəncə-Qarabağ bəylərbəyliyinin Loru nahiyəsindən gəlmişdir. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "Bu mahalların biri—Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır". Məlik Yeqan 1717-ci ildə Tuğ kəndinə köçmüşdü. Tarixçi Mirzə Yusif Qarabaği isə Məlik Yeqanın Rumdan gəldiyini qeyd edir. Məlik Yeqan öncə Tuğ kəndinin kovxası olmuşdu.
Məlik Ziyaəddin
Məlik Ziyaəddin (?–?) — Naxçıvan hakimi (XIV əsr). 1318-ci ildə Gürcüstanda Sultan Əbu Səid Bahadur xanın (1316–1335) əleyhinə iğtişaş qaldırmış Əmir Qurumuşiyə qarşı çıxmışdır. Mənbələrin verdiyi məlumata görə, Məlik Ziyaəddin Qurumuşinin kömək göstərmək barədə xahişini rədd edib, təcili mərkəzə tərəf çəkilmiş, lakin iğtişaşçıların əlinə keçərək, 100000 dinar ödəməklə canını xilas edə bilmişdir.
Məlik Zülfüqarov
Məlik qazi
Məlik qazi — Danişməndli bəyliyinin üçüncü hökümdarı. Onun dövründə Danişməndli bəyliyi Anadolunun ən böyük dövləti idi. Məlik qazinin ölümündən sonra bəylik yavaş-yavaş öz gücünü itirməyə başladı.
Məlik İsay
Məlik İsay (1720-1781) — Dizaq Məlikliyinin bilinən 3-cü məliyi, Məlik Yeqanın ikinci oğlu. Qafqaz Albaniyası dövlətinin qurucuları olan qafqaz mənşəli alban. Məlik İsay 1745-ci ildə qardaşı Məlik Aramın ölümündən sonra məliklik vəzifəsinə keçmişdir. Məlikliyi dövründə Qarabağ xanı İbrahimxəlil xan ilə çəkişməyə girir və 1781-ci ildə öldürülür. Onu Dizaq Məlikliyinin son xristyan məliyi hesab etmək olar. Məlik İsaydan sonra Məlikyeqanovlar sülaləsinin böyük bir hissəsi islamlaşır, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında nəslin iki böyük nümayəndəsi Xudadat bəy Məlik-Aslanov və Cavad bəy Məlik-Yeqanov iştirak edirlər. Nəslin digər hissəsi ilə xristiyan dinində qalaraq sonradan erməniləşirlər.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Qənati-Məlik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Ramiz Məlik
Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; 4 avqust 1943, Bakı – 14 dekabr 2023, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.
Məlik Bədri
Malik Babikr Badri Mohammed (ərəb. مالك بابكر بدري محمد‎; 16 fevral 1932 – 8 fevral 2021) — Sudanlı yazıçı və psixologiya professoru. O, müasir İslam Psixologiyasının banisi olub və "Müsəlman Psixoloqlarının Dilemması" və bir çox başqaları kimi nüfuzlu kitablar nəşr etdirib. Onu bəzən mehribanlıqla Baba Məlik adlandırırdılar. O, 8 fevral 2021-ci ildə Malayziyanın Kuala Lumpur şəhərində vəfat edib. O , Əhfəd Universitetini quran Babikr Bedrinin oğlu idi. Evli olub, 7 övladı var.
Məlik Bəy
Məlik Bəy (1290 – 1366) — Orxan Qazinin 1324-cü il tarixli Mekece Vəqf Nizamnaməsində də adı keçən Osman Qazinin altı oğlundan biridir. Mənbələrdə Məlik bəy adının əslində titul olduğu və əsl adının Arslan bəy və ya Murad Arslan olduğu bildirilir.
Məlik Xoşabə
Məlik Xoşabə Yusif (süry. ܡܠܟ ܚܕܒܫܒܐ ܝܘܣܦ; 1877 – 1952, İraq) — aysor hərbi lideri, Tyari qəbiləsinin məliki. O, Birinci Dünya müharibəsi zamanı Assuriya müstəqillik hərəkatında mühüm rol oynamışdır. Sonrakı həyatda Xoşabə aysorlar arasında böyük mübahisələrə səbəb olmuşdur. O, bir çoxları tərəfindən, xüsusən 1932-ci ildə yeni yaradılmış və ərəblərin dominantlıq etdiyi İraq dövlətində Assuriya muxtariyyətinin işini sarsıtmaqda bölücü fiqur kimi görünürdü. Britaniya ordusunun zabiti Ronald Sempill Staffordun dediyinə görə, Xoşabə öz arvadını və qızını əxlaqsız hərəkətlər etdiyinə inanaraq öldürmüşdür.
Məlik Rəhməti
Malik Rəhməti (fars. مالک رحمتی‎; 1982, Marağa, Şərqi Azərbaycan ostanı – 19 may 2024, Bəkrabad kənd dairəsi[d], Şərqi Azərbaycan ostanı) — İran siyasətçisi. O, 2024-cü ilin yanvarından 2024-cü ilin mayındakı ölümünə kimi Şərqi Azərbaycan ostanının general-qubernatoru idi. O daha əvvəl 2023–2024-cü illərdə İran Özəlləşdirmə Təşkilatına rəhbərlik edib. == Ölümü == 19 may tarixində Rəhməti ilə birlikdə prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimini daşıyan helikopterin qəzaya uğraması nəticəsində öldü. Onun ölümü sonradan təsdiqləndi.
Məlik Səfərqulu
Məlik Səfərqulu — 1691-ci ildə Şəkinin məlikliyi vəzifəsini öz ixtiyarına keçirməyə çalışmış, nəhayət bu barədə Şah Süleymanın fərmanını əldə etmişdir. Həmin fərmandan görünür ki, Səfərqulu Şəki ölkəsi məlikliyinə özünün layiq olması, o vaxtkı məlik Məlik Həsənin də bu işə razılıq verərək Şəki məlikliyi vəzifəsindən əl çəkməsi haqqında Şəki ölkəsinin bonicə sahibləri və rəiyyətləri adından müəyyən akt düzəltmiş, həmin kollektiv sənədi Şəki ölkəsi hakimi və kələntərinin, habelə Şirvan bəylərbəyi, şəriət icraçısı və şeyxülislamının təsdiqindən keçirmişdir. == Haqqında == Sonra həmin kollektiv sənədi Şah Süleymana təqdim etmiş və Şəkiyə məlik təyin olunduğu təqdirdə mərkəzi hökumətin “xasseyi-şərifə” adlanan idarəsinə peşkəş qaydası ilə yüz tümən pul ödəyəcəyinə söz vermişdir. Bununla əlaqədar olaraq, Şah Süleyman fərmanında belə bir şərt qoymuşdur ki, yalnız Şəki ölkəsi rəiyyətlərinin, həmçinin bonicə sahiblərinin altıda dörd hissəsinin Məlik Həsənin məlikliyinə razı olmadığı, Səfərqulunu özlərinə məlik qəbul etdikləri təqdirdə, Məlik Həsən vəzifədən kənar edilsin və Səfərqulu Şəki ölkəsinin məliyi təyin olunsun. Şah Sultan Hüseynin hicri 1113-cu ilin rəbiüləvvəl ayı (avqust/sentyabr, 1701) tarixli fərmanındakı izahatdan məlum olur ki, Şah Süleymanın həmin fərmanı əsasında Səfərqulu Şəki ölkəsi və onun tabeliyində olan məntəqələrin məliyi təyin edilmiş, ömrünün sonunadək həmin vəzifədə qalmışdır. Məlik Səfərqulunun hansı ildə vəfat etməsi isə məlum deyil. Yalnız məlumdur ki, onun vəfat etməsindən sonra əvvəlki məlik Məlik Həsən yenidən Şəkiyə məlik təyin edilmiş, lakin 21 mart 1701-ci il tarixdə həmin vəzifədən azad olunaraq həbs edilmiş, yerinə isə Məlik Səfərqulunun oğlu Məhəmmədxan bəy təyin edilmişdir.
Dəmirçi (Məlikan)
Dəmirçi (fars. دميرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.018 nəfər yaşayır (229 ailə).
Elvin Məlikməmmədov
Elvin Məlikov (əsgər)
Emil Məlikov
Emma Məlikova
Emma Qələndər qızı Məlikova (30 yanvar 1949) — Azərbaycan teatr aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Emma Məlikova 30 yanvar 1949-cu ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. Evlidir. 2 övladı var. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Fikrət Məlikov
Fikrət Məlikov (30 sentyabr 1966, Bakı) — Azərbaycannın aktyoru və rejissoru, qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, == Həyatı == Fikrət Məlikov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonu 111 saylı orta məktəbi bitirmişdir. Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən Mədəniyyət Sarayında fəaliyyət göstərmişdir. 1984–1985-ci illərdə III Zaqafqaziya Festivalının laureatı olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Orada Böyükağa Kazımov, Ağakişi Kazımov, Şəfiqə Məmmədova, Eldar Quliyev kimi sənətkarlardan dərs almışdır. Artıq təhsil aldığı dövrdə Azərbaycan Dövlət Yuğ Teatrında çalışmağa başlayan Fikrət Məlikov orada rejissor kimi tamaşalar hazırlamışdır. Fikrət Məlikov 1991-ci ildə ali məktəbi bitirən gənc mütəxəssis kimi ADMİU-da dərs deməyə dəvət olunub. Fikrət Məlikov "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsinin münsiflər heyətinin üzvüdür. Hazırda uğurlu pedaqoji fəaliyyətlə məşğuldur.
Firudin bəy Məlikaslanov
Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov(az. Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1811, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı – 8 iyun 1857, Tuğ, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == Firudin bəy 15 iyun 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir. Mədrəsə təhsili almışdı. Rus və şərq dillərini bilirdi. Çar ordusunda qulluq edirdi.Kapitan rütbəsi vardı. == Hərbi karyerası == Firudin bəy Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı Qarabağ əyalətinin sakinlərindən yaradılmış 1-ci müsəlman (azərbaycanlı) süvari alayında xidmət etməyə başladı. Tərkibində azərbaycanlı əsgərləri olan briqadada Firudin bəy mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirib və 1828-ci ildə Soğanlıq döyüşü zamanı Xertvis qalasının alınmasında birbaşa iştirak edib. 1834-ci ildə Polşada çar ordusunun tərkibində olarkən Firudin bəy atasının dostu feldmarşal Paskeviçlə rastlaşır.
Firuz Məlikov
Firuz Əli oğlu Məlikov (7 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı) — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948). == Həyatı == Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır. Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Fərhad Məlikzadə
Fərhad bəy Məlikaslanov
Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (az. Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1805, Tuğ, Qarabağ xanlığı – 1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar, Hacı == Həyatı == Fərhad bəy 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib. Qarabağ atlı alayında xidmət edib. Poruçik rütbəsində olub. Fərhad bəy Məkkəyə ziyarət edib, Hacı ünvanını daşıyıb. Dövrünün şairləri ilə Hacı Fərhad bəyin yazışmaları var. Aşıq Pəri ilə dostluq edirdi.
Fəridə Məlikova
Məlikova Fəridə İsmayıl qızı (7 dekabr 1967, Sumqayıt) — kamança ustası. == Həyatı == Fəridə Məlikova 7 dekabr 1967-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət məktəbinə daxil olub. 1983-cü ildə S. Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü. Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987–1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib. 1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayət edib və qadın üçlüyünün ilk təəssübkeşlərindən olub.
Fərxundə Məlikzadə cinayəti
Fərxundə Məlikzadə - 27 yaşlı əfqan qadın Fərxundənin Əfqanıstanın paytaxtı Kabul şəhərində linç edilərək öldürülməsi ilə nəticələnmiş cinayət hadisəsi. Hadisə 2015-ci ilin 19 mart tarixində baş vermişdir. 27 yaşlı qadın İslamın müqəddəs kitabı olan Quranı yandırmaqda və təhqir etməkdə günahlandırılır. Polis tərəfindən aparılan ilkin araşdırmlardan sonra qadın tərəfindən heç bir kitabın yandırılmadığı müəyyənləşmişdir. Fərxundə Məlikzadə cinayətinə görə Kabul şəhərində 49 nəfər məsuliyyətə cəlb olunub. Baş verən cinayət hadisəsi Əfqanıstanda qadın hüquqları məsələsini yenidən gündəmə gətirmiş və ölkə miqyasında Fərxundə Məlikzadə üçün mitinqlər təşkil edilmişdir. 2015-ci ilin may yayında Əfqanıstanda keçirilən məhkəmə prosesi nəticəsində Fərxundənin cinayətində günahlandırılan 4 nəfər edam edilmiş, 8 nəfər isə həbsxanaya göndərilmişdir. Cəzalandırılan şəxslərin hamısı kişidir. == Arxa plan == İlk öncə, Fərxundə dini müəllim işlədiyi Şahdu-Şəmşəyra məscidinin qarşısında məsciddə zinət əşyaları satan bir molla ilə bu barədə mübahisə etmiş və mübahisə zəminində molla onu “Qurani-Kərim” i yandırmaqda ittiham edərək izdihamı ətrafına toplamışdır. Gənc qadın onun yalan danışdığını sübut etmək üçün tez-tələsik Qurandan ayələr gətirərək müsəlman olduğunu sübuta yetirməyə çalışsa da, qaragüruh vəhşicəsinə onu damdan aşağı atmış, maşınla vurmuş, dəyənəklərlə döymüş və az deyilmiş kimi, məscid ətrafındakı daşlarla daş-qalaq etmişdir.
Fərəc bəy Məliknamazəliyev
Məliknamazəliyev Fərəc bəy Kərbəlayı Mehdi bəy oğlu — Zəngəzur qəzasının rəisi, titulyar müşavir, repressiya qurbanı. == Həyatı == Fərəc bəy Məliknamazəliyev 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Pirəhmədli kəndində anadan olmuşdu. Şuşa qəza məktəbini bitirəndən sonra dövlət idarələrində qulluğa başlamışdı. Öncə Tiflisdə Qafqaz canişinliyində tərcüməçi işləmişdi. Zaqatala sahəsində polis pristavı kimi çalışmışdı. Bir müddət də Qaryagin qəzasında işləmişdi. ADR dönəmində Zəngəzur qəzasının rəisi vəzifəsinə təyin olunmuşdu. Erməni basqınçılarına qarşı camaatın müdafiəsini təşkil etmişdi. Arxiv sənədlərində yazılır: "Cəbrayıl və Zəngəzur qəza rəisi Məliknamazəliyevdən teleqram. İngilis-Fransız nümayənədləri çıxıb getdikdən sonra dekabrın 10-da ermənilər müsəlmanların Şəbədiyə və beşinci sahənin başqa kəndlərinə hücum etdilər.
Fəthullahkənd (Məlikan)
Fəthullahkənd (fars. فتح اله كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (49 ailə).
Georgi Məlikov
Georgi Əjdər oğlu Məlikov (22 iyun 1918, Bakı) — Hava atıcısı-radist. İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Georgi Əjdər oğlu Məlikov 1918-ci il İyunun 22-də Bakıda anadan olmuşdur. Atası siyasətçi, "Hümmət" partiyasının yaradıcısı Əjdər Məlikov əslən Bakının Pirşağı kəndindən idi. Georgi Məlikov İkinci Dünya müharibəsinin iştirakçısıdir, hava atıcısı-radist idi. Qızıl Orduda 1940-cı ildən hərbi xidmətdə idi. Aprel ayında Belaya Tserkov(Ağ kilsə) şəhərindəki ShMAS (Gənc Aviasiya Mütəxəssisləri Məktəbi) kursantı kimi qəbul edildi və 1940-cı ilin sonlarında hava atıcısı-radio operatoru ixtisasilə müvəffəqiyyətlə bitirir. 138-ci yüksək sürətli bombardmançı alayda xidmət edib. Müharibə ilə, Belaya Tserkov şəhərin yaxınlığında yerləşən, yay düşərgələrində garşılandı. Müharibənin əvvəlində ağır itki verən alayın orada olmaqı, yeni döyüş maşınlarını — Petlyakov Pe-2 mənşəli yüngül bombardmançı təyyarə almaq və yeniləmə məqsədi daşıyırdı.
Gödəkli (Məlikan)
Gödəkli (fars. گدكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,291 nəfər yaşayır (285 ailə).
Gülüstan məlik sarayı
Gülüstan məlik sarayı — Ağdərə rayonunun Talış kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Qəsr-saray həm də müdafiə xarakteri daşıyırdı. Qəsrin qarnizonu ondan bir qədər şimalda inşa edilmiş kiçik qalada yerləşirdi. Kompleks qülləli qala divarları ilə əhatə olunmuş çoxsaylı tikililərdən ibarətdir. Qəsr, landa düzbucaqlı formasına malikdir. Qəsr ərazisindəki bütün tikililər şərq-qərb oxu üzərində iki sırada düzülmüşdür. == Tarixi == Sarayın xarabalıqları Ürəkvəng monastırından 100-150 metr aralıda yerləşir. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Tikilinin inşaat kitabəsində onun inşasına XVIII əsrin əvvəlində başlanıldığı qeyd edilir.
Gülüstan məlikliyi
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII–XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını "Xəmsə məlikləri" kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında "Qara Yüzbaşı", xristian türklər, yəni albanlar arasında isə "Qara Abov" adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Hacı Məhəmmədkazım Məlikəttüccar
Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar (1850–1948)—tacirbaşı, Məşrutə hərəkatının üzvü. == Həyatı == Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar 1850-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Atasından sonra ticarət əncüməninə başçılıq etmişdi. Tehranda yaşayırdı. Nasirəddin şah Qacarın yaxını idi. Şahın ticari işlərinə başçılıq edirdi. Onun işlərindən Astara - Ərdəbil yolunun yaradılmasına işarə etmək olar.O, Şahi bankın müxaliflərindən və Rusiya səfirliyinin dostlar və dilerlərin idir. Kolonel Kasakofski kitabında Məlikəttüccar barəsində yazır:"Hacı Məlikəttüccar, bütün Azərbaycan və Tehranın tacirlərinin başçısıdır və özüdə Azərbaycanlıdır". Hacı Məhəmmədkazım ağa Məşrutə hərəkatına qoşulmuşdu.
Hurilər (Məlikan)
Hurilər (fars. حوري لر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (69 ailə).
Hüseynabad (Məlikan)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.918 nəfər yaşayır (447 ailə).
II Məlikşah
Muizzəddin Məlikşah yaxud II Məlikşah (təq. 1099 və ya 1100 – 1105, Bağdad) — Böyük Səlcuq sultanı. Börkiyaruqun oğludur. Atası Börkiyaruq 1104-ci ildə öldükdən sonra uşaq yaşlarında sultan elan edilsə də əmisi Məhəmməd Təpər tərəfindən taxtdan salındı.Doğum tarixi və ölüm tarixin nəzərə alsaq 5 il ömür sürüb. == Həyatı == Tarixci Əbu Fədaya görə atası ölümündən 1 ay əvvəl Məlikşahı öz vəliəhdi elan etmişdi. Börkiyaruq bunu digər saray əyanlarına da bildirərək onlardan Məlikşaha beyət almışdı. Sultan Börkiyaruq 1105-ci ildə öldükdən sonra oğlu Muizzəddin Məlikşah 4 yaşında ikən Böyük Səlcuq İmperiyasın taxtına oturdu. Qanuni hökmdar II Məlikşah olsa da hakimiyyət əmisi Məhəmməd Təpər tərəfindən idarə edilirdi. Məhəmməd təpər II Məlikşahı 1 il keçməmiş taxtdan endirdi. Həmdullah Qəzvini yazır ki, Məhəmməd Təpər hakimiyyətdən endirdiyi qardaşı oğlunu həbs etdirdi.
I Məlikşah
I Məlikşah (tam adı: Sultan Cəlalüddövlə vəd-din Muizzuddin Əbul-Fəth Məlikşah; d. 1055 — v. 1092) — Böyük Səlcuqlu dövlətinin sultanı (1072–1092). == Həyatı == Məlikşah 1055-ci ildə Bəlxdə anadan olub. Atası Alp Arslan Məlikşahın qabiliyyətli bir uşaq olduğunu gördüyünə görə onunla daha yaxından maraqlanmağa başlayıb. Məlikşahın vəliəhd təyin edilməsində şübhəsiz ki, anasının Qaraxani xanədanına mənsub bir xanzadə olması da mühüm rol oynamışdır. Elə bu səbəbdən Alp Arslan 1072-ci ildə Məlikşahı öz vəliəhdi təyin edib. Beləliklə 1072-ci ildə Alp Arslanın ölümündən sonra Məlikşah hökmdar olub. Məlikşah taxta çıxdıqdan sonra Qəznəvilər və Qaraxanlılar Səlcuq dövlətinin torpaqlarına hücum etdilər. Başqa bir tərəfdən əmisi Kavurd bəy Səlcuq taxtının həm də onun haqqı olduğu iddiasıyla Məlikşaha qarşı üsyan qaldırdı.
Köhnə Yürgəkli (Məlikan)
Köhnə Yürgəkli (fars. يولقنلوي قديم‎) və ya Yolqunlu-i Qədim, Köhnəkənd— İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (156 ailə).
Kürəbulaq (Məlikan)
Kürəbulaq (fars. كوره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (59 ailə).

Значение слова в других словарях