Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meydanlar
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Meydanlar (Hurand)
Meydanlar (fars. ميدانلار‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (20 ailə).
Meydancıq
Meydancıq (Arpaçay)
Meydancıq (Arpaçay)
Meydancıq (türk. Meydancık) — Qars ilinin Arpaçay ilçəsində kənd. == Tarixi == Kənd əhalisi Oğuzlardan olan Azərbaycanlılardır. Kənd əhalisi əsasən 1918-ci ildə Göyçə mahalındakı erməni qırğınlarından canını sağ qurtaran azərbaycanlılar Türkiyəyə keçərək Arpaçayın sahilindəki Meydancıq kəndində məskunlaşanlardır. Köç edən əhalinin bir hissəsi Qars vilayətinin müxtəlif nahiyələrinə səpələnmişlər. == Mədəniyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi yoxdur, Sanitariya qovşağı quraşdırılımışdır. Kəndin asfalt yolu, daimi elektriki və telefon qovşağı vardır. == Coğrafiyası == Kənd Qars ilindən 45;km, Arpaçay ilindən isə 3;km məsafədədir. == İqlimi == == Əhalisi == === Tanınmışları === Abbas Göyçə (türk.
Meydancıq (Məlikan)
Meydancıq (fars. ميدانجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,993 nəfər yaşayır (482 ailə).
Meydancıq (Sərab)
Meydancıq (fars. ميدانجيقكل‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (26 ailə).
Fəxrəddin Meydanlı
Fəxrəddin Meydanlı (Fəxrəddin Seyfəddin oğlu Əzizov; d. 10 aprel, 1954, Boyat, Ucar rayonu, Azərbaycan SSR) — Şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvü. == Həyatı == Fəxrəddin Meydanlı 1954-cü ilin 10 aprel tarixində Azərbaycan SSR-nin Ucar rayonunun Boyat kəndində müəllim ailəsində anadan olmuş, 1961-1971-ci illərdə Boyat kənd orta mətəbində oxuyaraq, tam orta təhsil almışdır. O, orta məktəbi bitirdikdən sonra iki il M.Füzuli adına kolxozda çalışmış və 1973-cü ildə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı» fakultəsinin «Əməyin iqtisadiyyatı» ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1980-ci ildə təhsilini başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir.1975-ci ilin may ayından 1977-ci ilin may ayınadək Stavropol diyarındakı 1904 №-li Xüsusi Texniki Tikinti Botalyonunda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1977-ci ilin dekabr ayından 1983-cü ilin dekabr ayınadək Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib, Kombinatın Əmək və əmək haqqının təşkili şöbəsində normalaşdırıcı mühəndis və əmək haqqı üzrə böyük mühəndis vəzifələrində çalışmışdır. 1983-cü ilin dekabr ayında köçürmə yolu ilə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin mərkəzi aparatının Əmək və əmək haqqının təşkili şöbəsinin aparıcı iqtisadçısı vəzifəsinə, 1987-ci ilin mart ayında isə həmin Nazirliyin Maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 1989-cu ilin mart ayınadək orada işləmişdir. 1989-cu ilin mart ayında köçürmə yolu ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatının Dövlət büdcəsinin icmallaşdırılması şöbəsində Maliyyə və statistika yarımşöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, mərkəzi aparatın ayrı-ayrı Baş İdarə və İdarələrində müxtəlif vəzifələrdə çalışmaqla, 2003-cü ilin sentyabr ayınadək orada çalışmışdır. 2003-cü ilin sentyabr ayından 2008-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında Əmək pensiyaları şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 1 may 2008-ci il tarixindən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) İqtisadiyyat və Uçot İdarəsinin Vergilər şöbəsində aparıcı iqtisadçı vəzifəsində çalışır. == Bədii yaradıcılığı == Hələ uşaqlıq çağlarından poeziyaya olan tükənməz həvəsi Fəxrəddin Meydanlı, ötən əsrin 70-ci illərinin əvvəllərindən onun özünü də şeir yazmağa sövq etmişdir.
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan oteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan oteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azneft meydanı
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. == Tikililəri == === Seyid Mirbabayevin sarayı === Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. === Four Seasons Hotel Baku === Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. === Heydər Əliyev Fondu === === Bakı bulvarı === Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Babək meydanı
Babək meydanı — Naxçıvan şəhərində dəmiryolu vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsi və Əlincə məhəlləsinin kəsişdiyi ərazidə yerləşir == Haqqında == 1989-cu ildən Babək meydanı adlandırılmışdır. Meydanda Babəkin at üstündə abidəsi ucaldılmışdır (heykəltaraş Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi E.Cəfərovdur). Babək meydanında dəmiryol işçiləri parkı, məişət, iaşə, ticarət və s.xidmət obyektləri var. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 54-55. ISBN 5-8066-1468-9.
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bazar Meydanı
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Corc meydanı
Corc meydanı (ing. George Square) — Qlazqonun mərkəzində yerləşən meydan.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Dakar meydanı
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Füzuli meydanı
Füzuli meydanı — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. == Tarixi == 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Oktoqon meydanı
Oktoqon meydanı (mac. Oktogon tér) — Budapeştdə Böyük Bulvar dairəsi ilə Andraşi prospektinin kəsişməsində yerləşir. Meydanın adı onun forması ilə verilmişdir (Oktogon - "səkkizbucaq"). 1870-ci illərdə meydanda inşa edilən binalar, Antal Skalnitskinın dizaynına görə, sekkizbucaqdır. Budapeşt metrosunun 1-ci "kiçik" xəttinin Oktoqon stansiyası meydanın altında yerləşir. 1936-1945-ci illərdə meydan Mussolini adını daşıyırdı və müharibədən sonrakı dövrdə 7 noyabr meydanı adlandırıldı. 1990-cı ildə meydan orijinal adını geri qaytardı. == Ədəbiyyat == Венгрия. Издательство «Вокруг света», 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл. Будапешт.
Pikadilli meydanı
Pikadilli meydanı (ing. Piccadilly Circus) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.
Qalxınış meydanı
Qalxınış meydanı (türkm. Galkynysh meýdany) — Türkmənistanın Aşqabad şəhərində yerləşən meydandır. Türkmənbaşı və Qalxınış prospektlərinin birləşməsində yerləşir.
Qarabağ meydanı
Qarabağ meydanı — Naxçıvan şəhərində 1980-81-ci illərdə inşa edilmiş mövcud meydanın yerində salınmışdır. == Tarixi == 1988-ci ilin əvvəllərindən Azərbaycanın əzəli torpağı olan Qarabağa qarşı ərazi iddialarını açıq şəkildə irəli sürən erməni millətçilərinin separatçılıq əməlləri ilə əlaqədar olaraq 1989-cu ildə yenidən qurulmuş,ətrafında xidmət obyektləri, mərkəzində fəvvarəli hovuz yaradılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 257. ISBN 5-8066-1468-9.