Salsk ippodromu
Salsk ippodromu ― Salsk şəhərində yerləşən ippodrom. İppodrom 1935-ci ildə inşa edilmişdir.
Yerləşdiyi ərazi: Rostov vilayəti, Salsk şəhəri, Çernişevski küçəsi, 32/k. Müəssisənin rəhbəri Qladkiy Roman Serqeeviçdir.
1935-ci ildə Salsk dövlət atçılıq təsərrüfatında don və ingilis-don atları yetişdirilirdi. Elə həmin ildəcə burada ilk ippodrom təşkil edilmişdir. Burada ən böyük göstəricilər 1970–1991-ci illərə təsadüf edir. İppodromun imkanlarından 19 ferma və iki atçılıq zavodu istifadə edirdi. Bu illərdə sınaqdan çıxarılan atların sayı 200–350 olmuşdur. Sovet hakimiyyətinin dağılmasından sonra bu göstəricilər azalmışdır.