Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Midiya
Midiya dövləti
Midraş
Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır. Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir; “Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir. Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur.
Mintay
Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir. == Xarici görünüşü == Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir Üç bel üzgəci Qısa bığlar Yan üzgəclər. Üzəri nöqtələrlə örtülüdür Gözləri böyükdür. Dərin sularda üzən balıqlardır. == Həyat tərzi == Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər.
Rodway
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Leonard Roduey Avstraliya florasını öyrənmişdir. == Əsərləri == Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). == İstinadlar == БСЭ.səh.799.
MyDay
Bakiç Vidyay
Bakiç Vidyay (erz. Бакич Видяй), əsl adı Viktor Mixayloviç Çiçaykin (rus. Виктор Михайлович Чичайкин; 4 iyun 1977, Povodimovo, Mordoviya MSSR[d]) — Rusiya və erzyan estrada müğənnisi, mahnılarının demək olar ki hamısını erzyan dilində ifa edir. Mordoviyanın əməkdar mədəniyyət işçisidir (2016). == Həyatı == Viktor Çiçaykin 1999-cu ildə Oqaryov adına Mordoviya Dövlət Universitetinin milli mədəniyyət fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Müəllimlər onu parlaq emosionallıq, musiqi qabiliyyəti, plastikliyə malik istedadlı bir şagird kimi qeyd edirlər. Piano, düymə qarmonu, gitara və zərb alətlərində çala bilir, mahnılarının həm müəllifi, həm də ifaçısıdır. Musiqi karyerasına 14 yaşında "Altair" qrupunda başladı. Bakiç Vidyay A. P. Çexovun "Vanya əmi" (Serebryakov), A. S, Puşkinin "Daş qonaq" (Don Juan) və "Su pərisi" (Knyaz), V. Kavtayevin "Sevgi dövrü" (İqor) kimi tələbə tamaşalarında və "Mastorava" (Şeytan) və "Ermez" kimi xalq tamaşalarında rol almışdır. O, Mordoviya Milli Teatrının aktyoru olmuşdur, "Mordoviya" Dövlət Televiziya və Radio Yayım Şirkətinin əməkdaşı kimi çalışmışdır.
Kiçik Midiya
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti. Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi. İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi. Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Midiya (bölgə)
Midiya (Qədim Fars dilində: Māda, Orta Farsca: Mad), Güney Azərbaycanın (indiki iranda) orta və cənub bölgəsindəydi və Midiya Dövlətinin siyasi və mədəni mərkəzi olaraq tanınırdı. Əhəmənlər dövründə indiki Azərbaycan, Cənubi Azərbaycanı, Urmiya və Rəşt, Sari, Simnan əhatə edirdi.Əhəmənlər hakimiyyəti altındakı Satrap olaraq, şimalda Dağıstanın cənubuna qədər uzanan daha geniş bir bölgəni əhatə edərdi. Ancaq Böyük İsgəndərin müharibələrindən sonra şimal hissələr ayrıldı və Atropaten adlandırıldı, qalan bölgəsiysə Kiçik Midiya olaraq tanındı. Madaylar, mataylar, madalılar və ya midiyalılar (q. fars Māda-, q.yun. Μῆδοι, ivr. ‏מָדַי‏‎, translit Maday) – mannalardan sonra Azərbaycanda ikinci dövlət qurumunun əsasını qoymuş müasir Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış tayfalardan biridir. Azərbaycan xalqının formalaşması prosesində madaylar başqa türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Cənubi Azərbaycanda türk dilində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə d səsi h səsinə keçmişdir) və başqa kəndlərdə yaşamaqdadır . Savalanda indi əhalisi türkdilli Madya kəndi vardır.
Midiya (molyusk)
Midiya , (Mytiloida) dəstəsindan bir Molyusk növü.
Midiya Dövləti
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Midiya dili
Midiya dili və ya Maday dili – midiyalıların dili. Bəzi tədqiqatçılar tərəfindən Zaza, Gilək, Mazandaran, Bəluc və Kürd dilləri ilə yanaşı Şimal–qərbi İran dilləri yarımqrupuna aid olduğu deyilir. == Tədqiqi == Çox az sözün tədqiq edilməsiylə Midiya dilinin qədim İran dillərindən biri olması haqqında rəy formalaşdırılmışdır. Qrammatikası haqqında heç nəyin bəlli olmamasına rəğmən bu dillə Avesta dili və Qədim fars dili arasında oxşarlıqların olduğu qeyd edilmişdir. Midiya dövlətinin mövcud olduğu dövrdə midiya dili bu dövlətin əhatə etdiyi ərazilərdə rəsmi dövlət dili olmuşdur. Midiya dövrünə aid heç bir sənəd dövrümüzə çatmamışdır və midiyalıların hansı əlifbadan istifadə etmələri də məlum deyildir. Midiya ərazisindən yalnız erkən Əhəməni dövrünə aid bir kitabə aşkarlanmışdır. Həmin kitabə e.ə. VIII əsrə aid olub akkad dilində tərtib edilmişdir və kitabədə Midiya adları və sözləri istifadə edilməmişdir. Digər qədim dillərdən fərqli olaraq Midiya dilinin müxtəlif mərhələlərdə dəyişdiyini izləmək mümkün olmuşdur.
Midiya toponimləri
Midiya toponimləri – Midiya dövləti ərazisində yayılmış tarixi toponimlər. Midiya toponimlərinin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsinin olmadığına görə onun m səsi ilə, ç və c səslərinin olmadığına görə onların s və z səsləri ilə verilməsi, adların sonlarındakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını dəqiq bərpa etmək çətin olmuşdur. Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur, lakin sonrakı dövrlərdə aparılan hərtərəfli elmi tədqiqatlardan sonra mannalar və onların birbaşa etnik və mədəni varisi olan madayların türk mənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindən söylənilmiş bu fikir daha sonra prof. Q. Qeybullayev tərəfindən müdafiə olunmuşdur.
Midiya Şahbanusu
Şahbanu (شهبانو‬‎) — Qədim Midiya İmperiyası dövründə ilk dəfə istifadə olunmuş dövlət statusudur və şahın əsas (baş) xanımına deyilirdi, hansı ki, o xanım həm iqtidarda, həm ailədə, həm də xalq arasında böyük hörmətə və qarşısıalınmaz gücə malik idi. Belə desək, şahbanuluqla bağlı ilk qayda-qanunlar bu imperiyanın dövründə formalaşmışdır. Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Midiya İmperiyasının 200 illik tarixində altı hökmdarı və yeddi şahbanusu olmuşdur (Kiaksar dövründə onun xanımı, ardınca nəvəsi). İlk şahbanu Zənən xanım, sonuncusu Mandana olmuşdur.
Miduey döyüşü
Miduey döyüçü (ing. Battle of Midway; yap. ミッドウェー海戦) — ABŞ Donanma Kəşfiyyatının gizli yapon yazışmalarını açması Pörl-Harborda köməyə yetməsə də Miduey döyüşündə (4-7 iyun 1942) onlara parlaq qələbə qazandırmışdı. Qələbənin əhəmiyyətini göstərmək üçün bir faktı xatırlatmaq kifayət edər: Yaponiya donanmasının 300 illik məğlubiyyətsizlik seriyasına Midueydə son qoyulmuşdu. Miduey döyüşündən sonra Yaponiya bir daha Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədi.
Miduey rifi
Miduey rifi – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən adası.
Miduey çayı
Miduey çayı — İngiltərə çayıdır. Kent və Şərqi Susseks qraflığının ərazisindən keçir. Şirness şəhəri yaxınlığında Temza çayına tökülür. Hövzəsinin sahəsi 2409 km² (930 mil²). == Coğrafiyası == Çayın suyundan 1746-cı ildən istifadə edilməyə başlanılmışdır. Çay kənarında taxılçılıq, meyvəçiliyik və yem bitkiləri əkilir. Çayın suyundan səmərəli istifadə edilməsi üçün kanallar çəkilir. 1746-cı ildə bu kanal Tonbricə kimi, 1828-ci ildə isə Li kəndinə qədər çatır. == Tarixi == Çayın ətrafında aparılmış arxeoloji qazıntılar zamanı burada daş, tunc və dəmir dövrünə aid əşyalar aşkar edilmişdir. II dünya müharibəsi dövründə burada Miduey döyüşü olmuşdur.
Mintay (cins)
Mintay (lat. Theragra) — Treskakimilər (Gadidae) fəsiləsinə aid balıq cinsi. Cinsə iki növ daxildir: Atlantik mintayı (Theragra finnmarchica) əsasən Barens dənizində və Mintay isə Sakit okeanın Yapon dənizi və Kaliforniya sahillərində yayılmışdır == Görünüşü == Mintaylar ortala 55 sm uzunluğa və 1,5 kq çəkiyə malik olurlar. Bədənləri olduqca uzundur. Qısa bığlara sahibdirlər. Bu cinsə daxil olan növlərdə bir qayda olaraq üç bel üzgəci olur. == Həyat tərzi == Mintaylar əsasən okeanların səthində sularında yaşayırlar. Əsasən 200–300 m dərinliklərdə yayılırlar. Yetkinliyə 3-4 illiyində çatırlar.
MİDA
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. == Tarixi == 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
I Mixay
I Mixay (rum. Mihai; 25 oktyabr 1921[…] – 5 dekabr 2017[…]) — Hohensollern-Ziqmarinqen sülaləsindən olan, 1927 — 1930 və 1940 — 1947-ci illərdə Rumıniya kralı olmuş rumın dövlət xadimi.
Maday dili
Midiya dili və ya Maday dili – midiyalıların dili. Bəzi tədqiqatçılar tərəfindən Zaza, Gilək, Mazandaran, Bəluc və Kürd dilləri ilə yanaşı Şimal–qərbi İran dilləri yarımqrupuna aid olduğu deyilir. == Tədqiqi == Çox az sözün tədqiq edilməsiylə Midiya dilinin qədim İran dillərindən biri olması haqqında rəy formalaşdırılmışdır. Qrammatikası haqqında heç nəyin bəlli olmamasına rəğmən bu dillə Avesta dili və Qədim fars dili arasında oxşarlıqların olduğu qeyd edilmişdir. Midiya dövlətinin mövcud olduğu dövrdə midiya dili bu dövlətin əhatə etdiyi ərazilərdə rəsmi dövlət dili olmuşdur. Midiya dövrünə aid heç bir sənəd dövrümüzə çatmamışdır və midiyalıların hansı əlifbadan istifadə etmələri də məlum deyildir. Midiya ərazisindən yalnız erkən Əhəməni dövrünə aid bir kitabə aşkarlanmışdır. Həmin kitabə e.ə. VIII əsrə aid olub akkad dilində tərtib edilmişdir və kitabədə Midiya adları və sözləri istifadə edilməmişdir. Digər qədim dillərdən fərqli olaraq Midiya dilinin müxtəlif mərhələlərdə dəyişdiyini izləmək mümkün olmuşdur.
Maday dövləti
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.