MyDay

MyDay (azərb. Mydey‎: [ˈMənim günüm]) — 2015-ci ildə Azərbaycan məkanında yaradılmış, 2018-ci ilədək fəaliyyət göstərmiş milli sosial şəbəkə,[1] işgüzar əlaqələrin qurulması, istifadəçilər arasında ünsiyyət və paylaşma imkanlarına malik, həmçinin də qazandıran sosial şəbəkə.[2][3]

Myday.az
Loqonun şəkli
         -bənövşəyi rəngli rəsmi logosu
Sosial şəbəkə platforması
Sosial şəbəkə platforması
URL myday.az
Kommersiya Korporativ şəbəkə
Tipi Sosial şəbəkə
Sosial media
Dilləri Azərbaycanca
Türkcə
Rusca
İngiliscə
İstifadəçi sayı 72.000
Proqramlaşdırma dili PHP
Sahibi Elvin Abbasov
Müəllif (lər) Elvin Abbasov
Açılma tarixi 7 aprel 2015 (8 il əvvəl) (2015-04-07)
Hazırkı statusu Deaktiv

Yaranması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın milli sosial şəbəkəsi[4] olan "MyDay" 7 fevral 2015-ci il tarixindən etibarən istifadəyə verilib. Qısa müddət ərzində sosial şəbəkə 10 mindən çox istifadəçini özünə cəlb etməyi bacarıb.[5] Layihənin hədəfi internet gəlirlərinə diqqət çəkmək, Azərbaycanda milli internet[6] resurslarının yaradılmasına və bu istiqamətdə milli sərmayənin[7][8][9] ölkədən getməsini əngəlləmək və qorunmasına diqqət çəkmək, internet məhsullarının iqtisadiyyatda əhəmiyyətini vurğulamaq, nəhayətində milli sərmayənin qorunmasına töhvə verməkdir.[10][11]

Məqsədi[redaktə | mənbəni redaktə et]

Azərbaycan mütəxəssislərinin yaratdıqları yerli-milli rəqəmsal məhsulların ölkədaxili tanınması və istifadəsi, habelə istifadəçilərimizin ölkədaxili internet resurslarından istifadə etməsi xarici internet resurslarından asılılığın azalması istiqamətində atılmış ilkin addımlar olacaqdır. Bu addım gələcək üçün perspektivli və bir çox sahəyə töhvə verəcəkdir, daxili internet istifadəsinin dövriyyəsi artdıqca internet qiymətinin tədricən azalması, milli resursların tanınması,[12][13] xarici kontentin lokalizasiyası və s. Həmçinin sərmayənin milliləşməsinə böyük töhvə verəcəkdir, bu dövrün ən aktual mövzusudur, sosial şəbəkələrdə xərclənən reklam və s. pulları milyonlarla ölçmək olar. İstər sərmayənin milliləşməsi yolunda, istərsə də milli resursların yaradılması yolunda, həmçinin qiymətlərə təsiri baxımından düşünsək, hər bir Azərbaycan vətəndaşının şüurlu olaraq milli resursları istifadə etməsi ölkəmizin xeyrinə hesablanır. Daha bir çox səbəblər sadalamaq olar təhlükəsizlik, gizlilik, milli etik dəyərlərin qorunması və s. kimi istənilən bütün perspektivlərdən baxıldığında bizim hər birimiz fərd olaraq milli resursların istifadəsini təbliğ etməliyik".

Qeyd edək ki, bu istiqamətdə artıq əksər ölkələr tədbir görmüşdür. Məsələn Rusiyada vk.com, mail.ru, yandex kimi sosial şəbəkələr sərmayənin xaricə axınının qarşısını mümkün dərəcədə alır.[14]

RYTN-dən Dəstək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərbaycanın ilk milli sosial şəbəkəsi "MyDay"-a dəstək verib.[15] Belə ki informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinə, zənginləşdirilməsinə və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına xidmət edən internet resurslarının yaradılmasının RYTN tərəfindən[16] müsbət qarşılandığı bildirilib həmçinin, ehtiyac duyulduğu təqdirdə "MyDay" sosial şəbəkəsinə təhlükəsizliyinin təşkili, dizayn və proqram kodları ilə bağlı məsələlərlə əlaqədar RYTN-nin müvafiq mərkəzlərinin xidməti təklifi edilib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"MyDay" şəbəkəsində istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək imkanları var. Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalar edərək əylənərkən qazan konsepsiyası[17] ilə fəaliyyət göstərmişdir, kampaniyalara qoşulan şirkətlər vasitəsilə istifadəçilərin hədiyyələr qazanmasını da təmin edir.[18] "MyDay" vasitəsilə gənclər bir-birilə əyləncəli dialoq qurmaq, vaxtlarını daha səmərəli və maraqlı keçirməklə bərabər həm də qazanmaq imkanı da əldə edir.[19]

Şəkillər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Milli sosial şəbəkə istifadəyə verildi". 2019-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
  2. "Azərbaycanda milli sosial şəbəkə istifadəyə verildi". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
  3. "Azərbaycanda "Qazandıran Sosial Şəbəkə" iddiası ilə yeni şəbəkə açılıb – iddia". İstifadə tarixi: 2015-02-24.
  4. Azərbaycanda ilk: Qazandıran Sosial Şəbəkə! ictnews.az Arxivləşdirilib 2019-11-10 at the Wayback Machine; sia.az Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine; qaynarinfo.az Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine; ann.az
  5. Milli "facebook" yarandı aznews.info Arxivləşdirilib 2019-11-10 at the Wayback Machine; anspress.com Arxivləşdirilib 2015-08-25 at the Wayback Machine; metbuat.az Arxivləşdirilib 2023-09-30 at the Wayback Machine;
  6. "Milli internet resursların əhəmiyyəti". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  7. "Azərbaycanlı iş adamı: "Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir"". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  8. "Азербайджанский бизнесмен: Существует необходимость в реформах в области национализации инвестиций". 2019-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  9. "Азербайджанский бизнесмен: Существует необходимость в реформах в области национализации инвестиций". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  10. "Milli sosial şəbəkə bizə nə verəcək? – Müsahibə". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
  11. ""İnternet gəlirlərinin Azərbaycanda qalmasını hədəfləyirik"". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
  12. "Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi üçün milli resurslar yaradılmalıdır". 2019-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
  13. ""Sərmayənin milliləşməsi üçün milli resurslar yaradılmalıdır" – Elvin Abbasov". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  14. "Sosial şəbəkələrin milli maraqlara vurduğu zərbə-İT mütəxəssisi Elvin Abbasov". İstifadə tarixi: 2020-05-31.
  15. "Nazirlikdən ilk yerli sosial şəbəkəyə dəstək". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
  16. Rabitə nazirliyindən "Myday.az"-a dəstək FOTO Arxivləşdirilib 2019-11-10 at the Wayback Machine
  17. "Azərbaycanda ilk : Qazandıran Sosial Şəbəkə!". 2020-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  18. "Azərbaycanda ilk dəfə qazandıran sosial şəbəkə fəaliyyətə başlayıb". 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
  19. Milli şəbəkə yarandı: hədiyyələr paylanacaq axar.az Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine; publika.az Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine; arqument.az; sitat.news Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]