Midiya Şahbanusu

Şahbanu (شهبانو‬‎) — Qədim Midiya İmperiyası dövründə ilk dəfə istifadə olunmuş dövlət statusudur və şahın əsas (baş) xanımına deyilirdi, hansı ki, o xanım həm iqtidarda, həm ailədə, həm də xalq arasında böyük hörmətə və qarşısıalınmaz gücə malik idi. Belə desək, şahbanuluqla bağlı ilk qayda-qanunlar bu imperiyanın dövründə formalaşmışdır.[2] Midiya, Mada[3] və ya Maday[4][5] (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.[6] Dövlət ilkin dövrdə tarixi Azərbaycan[7][8][9][10][11][12] və ya Şimali İran[13] ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir.[14] Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.[15] Midiya İmperiyasının 200 illik tarixində altı hökmdarı və yeddi şahbanusu olmuşdur (Kiaksar dövründə onun xanımı, ardınca nəvəsi). İlk şahbanu Zənən xanım, sonuncusu Mandana olmuşdur. Beşinci Şahbanu Amitis isə dünya tarixdə ən məşhur olanıdır.

Şahbanu
Vəzifədədir

Şahənşahi Səltənətül-Dərüssalam
Müraciət forması Midiya Əzizi Şahbanu
Səlahiyyət müddəti e.ə 728 - e.ə 550[1]
Maaşı Şahbanu xəzinəsi

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Digər imperiyalara baxsaq görərik ki, burada padşaların xanımları adətən şahbanu olurdular lakin Midiya imperiyasında çox nadir hallarda bu proses baş verə bilirdi. Şahbanu adını qazanan xanımlar əsasən, hökmdarın qızı və yaxud başqa yaxın qohumları olurdu.[16] Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, Midiyada başçıların xanımları bir o qədərdə aktiv siyasi həyat tərzi keçirməmiş, saray işlərinə qarışmamışdırlar və elə buna görədir ki, bəzilərinin adı belə tarixi kitablara düşməyib. Tarixdə elə dövlər olub ki, Midiya şahbanuları bir imperiyaya deyil, hətta iki imperiyada böyük hörmətə və sözə sahib şəxslər olublar. Müasir dillə desək, iki dövlətin "birinci xanımı" olublar.[17] Mütləq şəkildə hər-bir şahbanunun öz mirzəsi (kişi yaxud xədim) və katibəsi (yerli xanım və ya gəlmə kölə) var idi. Həmçinin, şahbanunun xidmətçi personalına aşbazlar, rəqqasələr, dinkeşlər, xəttatlar, cangüdənlər və s. daxil idi və onların aylıq nəvacibi imperator tərəfindən müəyyən olunur və ödənilirdi. Midiyada maaş sistemi aylıq deyildi. Bir-çox işçilər elə sarayın alt mərtəbələrində yaşayırdılar, şah qəbristanlığında dəfn edilirdilər.

Şahbanuların öz adlarından başqa dövlət və yaxud xalq tərəfindən verilmiş ləqəbləri olurdu. Eləcə də, yunan tarixçiləri tərəfindən bu adlar biraz fərqli üslubda yazılırdı. Midiya dövründə də təltif&orden sistemi mövcud idi. Bu sistem hələ ta Aratta dövründən formalaşmağa başlamışdır.

"Şahbanu" termini

[redaktə | mənbəni redaktə et]

Şahbanu (yaxud Şərəbanu) sözünün mənası "Şahın Xanımı" deməkdir. Şahbanu sözü ilk dəfə Midiya İmperiyasında istifadə edilmiş, kral ailəsi daxilində "birinci xanım" statusunun müəyyənləşdirilməsi üçün yaradılmışdır, monarxın əsas həyat yoldaşı olan şəxsə Şahbanu deyilirdi və bunu nəzərdə tutan söz "bâmbişnân bâmbişi" adlanırdı (e.ə IV əsr). İranda şahlıq devrilənədək şah şahənşah adı ilə mövcud idi. Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.[18] Həmçinin, Midiya imperiyasını başçısını, tarixin ilk imperatorlarını dünyada Satrap olaraq tanıyırdılar lakin Midiya daxilində bu sözdən əlavə "hokm-odara", "şahha" kimi sözlərdən istifafə edilib. Şahbanu adı şəxsin adının yalnız əvvəlində istifadə olunurdu. Bu məlumatlar elə həmən dövrlərdə də Qərblilərə məlum idi. A

Midiyadan sonrakı əsrlərdə

[redaktə | mənbəni redaktə et]

Əhəmənilər dövründə qadın azadlığı xüsusilə qorunurdu, eynən qədim Misirdəki kimi. Əhəmənilər sülaləsində də şahbanuluq anlayışından istifadə edildi, lakin burada bir-çox qaydalar Midiyadakı qaydalardan fərqli və bir-birinə zidd anlayışlar idi. Əsasən, şahın xanımları şahbanu adını əldə edirdilər və demək olar ki, yalnız Əhəmənilər daxilində şahbanu ordenində tanınırdılar.

Şahbanu Sarayı

[redaktə | mənbəni redaktə et]

Qədim Midiya İmperiyası dövründə, əsasən, hal-hazırkı Həsənli, Həmədan, Urmiya, Bağdad kimi şəhərlərdə imperial imarətlər mövcud idi lakin sırf şahbanu üçün aid olunan saraylar yox idi. Yəni, hökmdarın sarayı elə xanımının da sarayı hesab olunurdu və bu saraylarda şahbanular üçün ayrılmış xüsusi gül bağçası, otaq, qonaqqarşılama zalı, hamamxana, kitabxana və s. mövcud idi. Bəzən hökmdarların sarayı Midiyayla qonşu olaran dövlətlərdə yerləşirdi. Bu sarayların bəziləri tarixdə dərin bir iz buraxmış, biri isə dünyanın 7 möcüzəsindən biri olaraq qiymətləndirilmişdir.

  • Semiramidanın asma bağları (yaxud Bibil Asma Bağları) — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramida İmperator Əzəmətli Kiaksarın nəvəsi Amitisə ailə qurduqdan sonra Babilistanda verilmiş ləqəb idi. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir. Beləliklə, hökmdar Novuxodnosor öz məhəbbətini sübuta yetirir. Babilin yüz metr hündürlüyündə olan divarları üzərində yaşıl ağaclar qalxır. Məlikə yuxarı yaruslarda, kölgədə oturub su şırıltısına qulaq asıb, dörd tərəfə nəzər yetirib, məmləkətin ucsuz-bucaqsız səhralarını seyr edib. Bunuda qeyd etmək vacibdir ki, sarayın yerləşdiyi hazırkı İraqın Əl-Hilləh şəhəri əvvəllər Babilistanın tərkibində olsa da, sonralar Midiya İmperiyası tərkibinə qoşulmuşdur.
  • Əhəmənilər sarayıAzərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndində tarixi sarayın əslində Midiya hakim sülalə ailəsinin istirahətgahı olduğuna dair böyük ehtimallar mövcuddur.[19][20][21] Tarix araşdırmaçılarının apardığı hesabatlara görə, saray Midiya İmperiyasının son illərində tikilmiş və Şahbanu Mandana burada olmuşdur.
  • Zeer-Sabbeq sarayı — Hal-hazırda Həmədan şəhərinin cənubunda yerləşən xarabalıqlar və daş sütunlardan ibarət ərazidir. Ehtimal olunur ki, bu sarayın inşasına Hökmdar Böyük Astiaqın dövründə saray xanımlarından biri tərəfindən (Aryenis və yaxud başqa bir qohumu) xeyir-dua verilmişdir lakin bu barədə dəqiq söz söyləmək mümkün deyildir.
  • Seyalk Təpəsindəki Saray — (تپه سیلک), İranın mərkəzində olan İsfahan əyalətinin Kəşan şəhəri yaxınlığında, Qacar İmperiyasının Fin Bağı Sarayı yaxınlığında böyük bir qədim arxeoloji saytdır (təpə, "təpə" və ya "höyük"). Bu ərazidə yaşayan mədəniyyət Zəyanda çayının mədəniyyətinə aiddir.[22] Seyalk ziqquratı M.Ö. 3000-ci ildə tikilmişdir. İranın Mədəni İrs Təşkilatı, Luvr və İran İnstitutu ilə Fransa Araşdırmalar Mərkəzinin arasında ortaq bir araşdırmasına əsasən, Seyalk şəhərində ən qədim yaşayış yerlərini təxminən 5500-6000-ci illərə qədər təsdiqləyir, eləcə də, bu saray təxminəm b.e.ə VIII-VII əsrlərdə çox güman ki, Zənən Şahbanunun şərəfinə tikdirilmişdir.[23][24]. Seyalk və onun ətrafındakı bütün ərazilər hələ də bu günə qədər davam edən böyük su qaynaqları nəticəsində yaranmışdır. Çeşməyi-Süleyman Çayı ("Süleymanın Baharı") bu ərazidə minlərlə ildir yaxın dağlardan su gətirir. 17-ci əsrdə Səfəvi İmperiyası dövründ hazırkı şəkildə qurulmuş bağçalar və binalar isə məşhur turistik cazibə olaraq hesab edilirlər. Burada Səfəvilər sülaləsinin hökmdarı öz məzuniyyətlərini keçirtmək üçün paytaxt və böyük şəhərlərdən uzaqlaşırdı. Xəlifə Ömərin İranlı qatili olan Firuz Nahavandi (Əbu Lüllah) da burada dəfn olunur. Bütün bu qalıqlar Seyalkın olduğu yerlə eyni yerdə yerləşir.
  • Şəhri Şoxta Saray — kimi yazılmış Şəhr-e Sükhtə kimi də oxunan (fars: شهر سوخت, yəni "Yandırılmış Şəhər"), antik Ciruft mədəniyyəti və Midiya hökuməti ilə əlaqəli böyük Tunc dövrünün şəhər çevrilişindən qalan arxeoloji məqsədli mədəniyyət mərkəzi. Buradakı sarayı Sistan və Bəluçistan vilayətlərinin arasında, Pakistanla sərhəffə, Helmand çayının sahilinin yaxınlığında yerləşir. YUNESKO-nun Dünya İrs Siyahısına 2014-cü ilin iyun ayında daxil edilmişdir. Sarayın yerləşdiyi şəhərin gözlənilməz yüksəliş və düşməsi səbəbləri hələ də sirrli olaraq qalmaqdadır. Şəhərdən çıxarılan əsərlər zamanın yaxınlıqdakı sivilizasiyalarla xüsusi bir uyğunsuzluq nümayiş etdirir və son olaraq qədim Mezopotamiyadan asılı olan ən qədim Midiya tarixinin başlanğıclarında imperiyanın şərqindəki bir sivilizasiyanın konkret sübutunu təmin edə biləcəyi ehtimal olunur.[25][26]
  • Bisütun Qalası Saray — həm zikkurat (dini ibadətgah), həm müdafiə qalası, həm də saray kimi fəaliyyət göstərmişdir. Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatında ən məşhur olan Midiya dövrü sarayı məhz buradır. Dövrümüzdən 2500 il əvvəl tikilmişdir.

Şahbanuluq səviyyəsi

[redaktə | mənbəni redaktə et]

Şahbanu Midiya İmperiyasında padşahın özündən sonra ən əhəmiyyətli mövqedə idi. Hökmdarın anası əsas fiqurlardan biri kimi mühüm hökumət, hərbi və mədəni işlərinə əhəmiyyətli təsir göstərərdi. Məhkəmədə, öz saraylarında (çox vaxt oğullariyla birgə yaşayardılar) və dövlət məmurluğunda böyük gücə sahib idilər.[27] Şahbanu həmçinin, ənənəvi olaraq böyük iqtisadi mənbələrdən istifadə edərək, əsasən maliyyələşdirilən mühüm memarlıq layihələrinə rəhbərlik etməyə malikdir. Qeyd etmək lazımdır ki, tarixə nəzər salsaq görərik ki, Şahbanuların padşahlara olan təsir imkanları çox güclü olmuşdur və tarixin bəzi dövrlərində elə Şahbanular tərəfindən imperiya idarə edilmişdir. Ümumiyyətlə isə, şahların bütün xanımları, fərqi yoxdur ki, övladı olub yoxsa yox, Bəyim adlanırdı.[28]

Qulları olan çoxlu hərəmxana qadınları hökmdarlarla rəsmi olaraq heç-vaxt evlənməmişdirlər. Buna baxmayaraq, ataları tərəfindən tanındıqları təqdirdə, uşaqları İslam hüququ əsasında tam qanuni sayılırdılar. Hərəmxana (الحريم من أنا همايون, Şəhvət-i Hərəmun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Evsaraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi.

Midiya Şahbanularının siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Şahbanuların bəzilərinin milliyyətləri fərqli idi və aşağıdakı cədvəldə qeyd edilmişdir.
  • Şahbanuların hök.darlarda olduğu kimi həm öz əsl adları, bundan əlavə, həm də xalq, hökumət yaxudda Ali-Dini Lider tərəfindən verilmiş ləqəbləri, ola bilsin, başqa dövlətlər tərəfindən də verilmiş ordenləri olardı və cədvəldə bunlar da öz əksini tapmışdır:
Şəkli Adı/Ləqəbi Soy-kökü Həyatı Övlad sayı Hökmdar Qohumluq dərəcəsi
1 Zənən Şahbanu Maday e.ə VIII əsrdə doğulub, VII əsrin ortaları vəfat edib 5 Deyok Sərkərdə Deyokun qızı
2 Düsənni Elam e.ə VII əsrdə yaşamışdır 2 Fraorta Cəsur Fraortanın anası
3 İmahi-Saşuta Massaget e.ə VII əsrdə yaşamışdır 7 Madiy Hökmdar Madiyin qızı
4 Dariqas Şahbanu Assur e.ə VII-VI əsrlərdə yaşamışdır 1 Kiaksar Əzəmətli Kiaksarın ilk xanımı
5 Amitis Maday e.ə VII-VI əsrlərdə yaşamışdır 4 Kiaksar Əzəmətli Kiaksarın nəvəsi
6 Aryenis Kapadokiyalı e.ə 585-550 3 Astiaq Böyük Astiaqın ikinci xanımı
7 Mandana Maday e.ə VI əsrdə yaşamışdır 5 II Kiaksar II Kiaksarın bacısı
  • Qeydəvəzi: Təəssüflər olsun ki, tarixin ilk imperiyasının ömrü az olduğundan bu dövrdə baş vermiş hadisələr və şəxslər barədə dəqiqliklə məlumat söyləmək olduqca qəlizdir. Eləcə də, şahbanuların həyatları barədə tədqiqatçılar tərəfindən əldə olunmuş məlumatların hamısı dəqiq olaraq sübuta yetirilməmişdir. Nəzərə almaq lazımdır ki, bu imperiyanın daxilində gedən proseslərdən ətraf dünyanın xəbəri çox az olmuş və buna görədir ki, dövrün yunan, assur tarixçiləri də öz dövrlərində çox az məlumat əldə etmiş və qələmə almışdırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2018-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  2. "Arxivlənmiş surət". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  3. Azərbaycan tarixi (yeddi cilddə). Bakı: 2007, I cild.
  4. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 70-92
  5. X. Xəlili. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı: 2007
  6. İqrar Əliyev. Midiya tarixi. Bakı: Elm, 1960, səh. 224. "Midiya Şərqin birinci imperiyası kimi tarix səhnəsinə çıxdı".
  7. Пахомов Е.А. Краткий курс истории Азербайджана. Баку: 1923
  8. İqrar Əliyev. Tarixi Azərbaycan ərazisində qədim dövlət – Midiya. Bakı: 1965
  9. Ф.А. Брокгауз, И.А. Ефрон. Энциклопедический словарь – Мидия – "Мидия – зап. часть Ирана, к В. от Загра и к С. от Сузианы. До Каспийского моря М. не достигала, будучи отделена от него племенами кадусеев, амардов и др. Страна делилась на собственную или Великую М. (теперь Иракаджеми) и Атропатену (Азербайджан)."
  10. Z. M. Bünyadov, Y. Yusifov. Azərbaycan tarixi. Bakı: 2007
  11. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: 1994. – "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, er. əv. 673-cü ildə öz dövlətini yaratmışdır."
  12. Firudin Cəlilov. Azər xalqı. II nəşri. Bakı: 2006
  13. Encyclopedia İranica – Media – "At the end of the 2nd millennium BCE, Median tribes began to settle in the territory of the future Media in western Iran, where, at that time, are attested many small principalities and different linguistic and ethnic groups: Gutians (q.v.), Lullubians, Kassites (q.v.), and Hurrians."
  14. "Britannica Ensiklopediyası, Midiya məqaləsi". 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  15. Azərbaycan tarixi (yeddi cilddə). Bakı: 2007, I cild. səh. 182
  16. [1][ölü keçid]
  17. "Arxivlənmiş surət". 2013-07-11 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  18. Mahmudov Y.M. Odlar yurduna səyahət. Bakı: «Gənclik», 1980, 119 s
  19. "Azərbaycanda yerin altından saray tapıldı - VİDEO". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  20. "Şəmkirdə 2500 illik saray tapıldı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  21. Şəmkir Arxeoloji ekspedisiyası. "Dəmir dövrü". 2016-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  22. Cultural Heritage Organization of Iran (CHN) report: "Zayandeh Rood Civilization Linked to Marvdasht and Sialk". Accessed January 30, 2007. Link: Chnpress.com Arxivləşdirilib 2009-02-09 at the Wayback Machine
  23. Fazeli, H., Beshkani A., Markosian A., Ilkani H., Young R. L. 2010 The Neolithic to Chalcolithic Transition in the Qazvin Plain, Iran: Chronology and Subsistence Strategies: in Archäologische Mitteilungen Aus Iran and Turan 41, pp. 1-17
  24. Matthews, R. and Nashli, H. F., eds. 2013 The Neolithisation of Iran: the formation of new societies. British Association for Near Eastern Archaeology and Oxbow Books, Oxford, pp272.
  25. "Shahr-i Sokhta". UNESCO World Heritage Centre. UNESCO. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2017.
  26. "Twenty six new properties added to World Heritage List at Doha meeting". UNESCO World Heritage Centre. UNESCO. 19 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2017.
  27. Бушев П.П. История посольства и дипломатических отношений Русского и Иранского государствo
  28. Kərimov Q. Şəriət və onun sosial mahiyyəti