Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikrofon
Mikrofon (yun. μικρός — kiçik, φωνη — səs) — səs dalğalarını elektrik siqnalına çevirən elektroakustik cihaz. Səsyazma prosesində ilkin mərhələ hesab edilir. Bir çox qurğularda (telefon, maqnitofon, radioqurğular) istifadə edilir. == Tarixi == Daha geniş insan qruplarıyla danışmaq üçün insan səsini ucaltmağa ehtiyac yaranmışdı. Buna nail olmaq üçün yaradılan ilk cihazlar akustik meqafonlar idi.Eramızdan əvvəl V əsrdə Yunanistana aid ilk nümunələrdən bəziləri amfiteatrlarda aktyorların səsini akustik şəkildə gücləndirən buynuz formalı ağız boşluqları olan teatr maskaları idi . 1665-ci ildə İngilis fizikçi Robert Hooke , hər ucuna bir stəkan taxılmış uzanan məftildən düzəldilmiş " həvəskarların telefonu " nu ixtirası ilə havadan başqa bir mühitlə ilk sınaq keçirdi . 1861-ci ildə Alman ixtiraçı Johann Philipp Reis, aralıq bir cərəyan istehsal edəcək bir titrəmə membranına yapışdırılmış metal bir zolaqdan istifadə edən erkən bir səs ötürücüsü (" Reis telefonu ") qurdu . 1876-cı ildə Alexander Graham Bell və Elisha Greydən erkən telefonlarda " maye verici " dizaynı ilə daha yaxşı nəticələr əldə edildi — diafraqma bir turşu həllində keçirici çubuqa yapışdırıldı. Ancaq bu sistemlər çox zəif səs keyfiyyəti verdi.
Mikrofaq
Mikrofaq (yunan dilində: "mikros" - kiçik, balaca və "plagos" - yeyən) - onurğalı heyvanların dənəvər leykositlərindən biri. Termin ilk dəfə İ.İ.Meçnikov tərəfindən təklif olunmuşdur. == Mənbə == Məktəblinin təbiət elmləri lüğəti, II cild, Bakı, 2006.
Mikrofiş
Mikrofiş – bir neçə kadrın ardıcıl düzüldüyü şəffaf plyonkadan ibarət sənəd növü.Fotoqrafik kiçildilmiş görüntüləri (məsələn, sənədin, praktiki olaraq adi gözlə oxunması mümkün olmayan bir sıra kiçik görüntülər şəklində olan səhifələrini) saxlamaq üçün istifadə olunan, təqribən 1012 sm ölçüdə kiçik “plyonka” vərəqi; mikrofişləri oxumaq üçün xüsusi qurğudan istifadə olunur. Ultramikrofiş – predmetlərin əksinin 90 dəfədən çox kiçildilmiş ölçüdə mühafizə edən mikrofiş == Ölçüləri == 6×12 və ya 7.5×12sm. ölçülü bir mikrofişə 30-dan 130-a qədər kitab səhifəsi həcmində mətn sığa bilər. Mikrofişin oxunması üçün xüsusi proyeksiya aparatlarından istifadə olunur. Bu aparatın köməyi ilə görüntü 5-20 dəfəyədək böyüdülüb oxunur. Mikrofişin oxunması üçün başqa vasitələr də vardır. Məsələn, fotoböyüdücü, diaproyektor və ya güclü lupa. == Hazırlanması və istifadəsi == Yüksək kontrastlı pozitiv fotoplyonkada və ya fotokağızda hazırlanır, neqativlərdən çap olunur. Kompyuterləşmənin inkişafına qədər mikrofişlər kitabxanalarda, arxivlərdə istifadə olunurdu. Mikrofişlər az yer tutduqları üçün fondun fiziki həcmi üçün onlar daha uyğun sənədlər hesab olunurdu.
Mikrokod
Mikrokod – (ing. microcode, rus. микрокод) — prosessorun işini müəyyən edən çox aşağı səviyyəli kod. Mikrokod səviyyəcə maşın kodundan da aşağıdır; o, prosessorun maşın kodundakı komandanı yerinə yetirərkən nə etdiyini müəyyənləşdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mitrofan (Polikarpov)
Yepiskop Mitrafon (dünyəvi adı Nikolay İvanoviç Polikarpov; 1 aprel 1871 – 9 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Bakı və Xəzəryanı Rus Pravoslav kilsəsinin yepiskopu. == Həyatı == Mitrofan (Polikarpov) 1871-ci ildə ruhani ailəsində anadan olmuşdur. O, 1885-ci ildə Voronejdə dini məktəbi, 1891-ci ildə Voroney dini seminariyasını bitirmişdir. Daha sonra o, dini məktəbin hazırlıq sinfində müəllim kimi fəaliyyətə başlamışdır. 1895-ci ilin avqustunda onu Voronej seminariyasına nəzarətçi vəzifəsinə təyin etmişlər. 1900-cü ildə seminariyanı tərk edən Mitrofan Polikarpov yeparxiya məktəb şurasının üzvü-katibi olmuşdur. Özünü istedadlı tədqiqatçı və tarixçi kimi göstərən Mitrofan (Polikarpov) bütün həyatını ilk Vorohej yepiskopu olan Müqəddəs Mitrofanın həyat və fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur. 1915-ci idə oğlu, praporşik Vladimir Polikarpov cəbhədə həlak olmuşdur. 16 mart 1922-ci ildə "özünün və vəfat etmiş valideynlərinin və uşaqlarının bağışlanması məqsədilə Kiyev-Peçersk lavrasında onun üçün doğma olan Mitrofan adını qəbul edərək rahiblik həyatına qədəm qoymuşdur. Kiyev-Peçersk lavrasında dini xidmətlə yanaşı, eyni zamanda Ümumukrayna Emlər Akademiyasının elmi əməkdaşı olmuşdur.
Mitrofan Polikarpov

Mitrofan Qrekov
Mitrofan Borisoviç Qrekov (rus. Митрофан Борисович Греков; 3 (15) iyun 1882, Şarpaevka[d], Rostov vilayəti – 27 noyabr 1934, Sevastopol, Krım MSSR) — Mənşəcə kazak olan sovet rəssam-batalist.
Pentacalia microdon
Pentacalia microdon (lat. Pentacalia microdon) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.
Trifolium microdon
Trifolium microdon (lat. Trifolium microdon) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Mitrofan Dovnar-Zapolski
Mitrofan Dovnar-Zapolski (belar. Мітрафан Доўнар-Запольскі; 2 (14) iyun 1867 – 30 sentyabr 1934, Moskva) — Rusiya, SSRİ və Belarus tarixçisi, etnoqrafı, folklorşünası, iqtisadçısı və Belarus milli tarixşünaslığının banisi. Tarix elmləri doktoru (1905), professor (1902). Mitrofan Dovnar-Zapolski 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur. == Həyatı == Mitrofan Viktoroviç Dovnar-Zapolski yerli şlyaxtaçı Poboq nəslindən olan sənətkar ailəsində anadan olub. İlk və orta təhsilini Baranoviçi stanitsasındakı Xalq İncəsənət Məktəbində almışdır. Ardınca Plovdivdəki məktəbdə (Bolqarıstan), Reçitsadakı dövlət məktəbində, Mozırdakı gimnaziyada və ardınca qovulduğu Kiyevdəki 1-ci şəhər gimnaziyasında oxumuşdur. Qovulma səbəbi 1888-ci ilin yazında, Kiyev təhsil dairəsinin qəyyumunun gizli əmrində göstərildiyi kimi, "əlində olan cinayət məzmunlu kitabları oxumaqla ifadə olunan pis və zərərli davranışına görə" göstərilmişdi. Onun oxuduğu zərərli kitablar isə Taras Şevçenkonun "Mariya" poeması və Aleksandr Herzenə məktublar və Ukrayna milli azadlıq hərəkatının lideri Mixail Draqomanovun Cenevrədə (İsveçrə) nəşr olunan "Qromada" mühacir kolleksiyası idi. O, 1889-cu ildə Kiyev Universitetinin Tarix və Filologiya fakültəsinə daxil oldu və 1894-cü ildə oranı uğurla bitirdi.