REPORTAJ

I
сущ. репортаж (жанр журналистики, оперативно сообщающий для печати, радио, телевидения о каком-л. событии). Televiziya reportajı телевизионный репортаж, futbol matçının reportajı репортаж футбольного матча, qurultaydan reportaj репортаж со съезда
II
прил. репортажный. Reportaj mikrofonu связь. репортажный микрофон
REPLİKA
REPORTYOR
OBASTAN VİKİ
Reportaj
Reportaj - bir televiziya və jurnalistika qoludur. İngilis dilindən tərcümədə "to report" yəni "məlumat vermək" deməkdir. Mark Tven psevdanimi ilə məşhurlaşmış Semuyel Klemens öz bədii yaradıcılığına gündəlik reportaj hazırlamaqla başlamışdı. O şəxsən şahidi olduğu hadisələr haqda yazırdı. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırırlar. Reportaj jurnalistikanın bir janrı kimi müəllifdən şəxsi münasibət tələb edir. Reportaj şahidin vacib və aktual hadisə barədə hekayəsidir. Repartyor üçün əsas hamıdan birinci hadisə haqqında məlumat çatdırmaqdır. Reportaj təkcə faktların sadalanması deyil həmçinin şəxsi analiz deməkdir. Xüsusi ilə informasiyanın operativliyi və həqiqiliyi vacibdir.
Ağ-qara reportaj (film, 2006)
Ağ-qara reportaj qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. == Məzmun == Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Onun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.

Значение слова в других словарях