Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Mənsur
Mənsur (ing. Mansur) — Azərbaycan kişi adı. Mənsur ağa Vəkilov — kapitan Mənsur Vəkilov — şair, tərcüməçi, ssenarist, jurnalist. Mənsur Mənsurov — Azərbaycan tarzəni, pedaqoq, musiqi xadimi, II Mənsur (Dərbənd əmiri) — Dərbənd əmiri. Mənsur Məmmədov — Göyçay Rayon Icra Hakimiyyətinin Başçısı Mənsur xan Mənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası) Mənsur Ələkbərov — şair Əbu Mənsur Əli ibn Yəzid — Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Rəcəbəli Mənsur — İranın baş naziri.
Lineus
Lineus (lat. Lineus) — heyvanlar aləminin nemertinlər tipinin anopla sinfinin heteronemertea dəstəsinin lineidae fəsiləsinə aid heyvan cinsi.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Minqu
Minqu (民具) – Yaponiyada gündəlik həyatda, eləcə də, mərasimlərdə istifadə olunan ənənəvi alətlər və ləvazimatlara verilən ümumi ad. "Minqu" sözü ilk dəfə folklorşünas Şibusava Keyzo tərəfindən ortaya atılmışdır. Bu söz "xalq" (民) və "alət" (具) heroqliflərinin birləşməsi ilə yaranmışdır. Yanaqi Muneyoşi tərəfindən başladılan xalq sənətkarlığı hərəkatına qədər Yaponiyadakı mədəni mülklərin kataloqlaşdırılması zamanı minqular nəzərə alınmırdı. XX əsrin ilk illərində minquların gündəlik həyatda əhəmiyyəti müzakirə olunmağa başlanmışdır. Nəticədə, ənənəvi əşyaların tədqiqatı və kolleksiyası prosesinin əsası qoyulmuşdur. 1950-ci ildə qəbul edilən ilk Mədəni Mülklər Qanunu ilə Yaponiyadakı bütün əhəmiyyətli minquların qorunub saxlanılması qərarı verilmişdir. 1975-ci ildə qəbul edilən Mədəni Mülklər Qanununa əsasən minqular maddi xalq mədəniyyəti mülkləri hesab olunur. Qanuna əsasən minquların 10 kateqoriyası mövcuddur: gündəlik həyatda, mətbəxdə, hamamda istifadə olunan əşyalar; işdə istifadə olunan əşyalar; nəqliyyat və kommunikasiyada istifadə olunan əşyalar; ticarətdə istifadə olunan əşyalar; ictimai təşkilatlarda istifadə olunan əşyalar; xalq inancları ilə bağlı olan əşyalar; təqvim, falabaxma kimi xalq biliklərinə əsaslanan əşyalar; xalq sənətində istifadə olunan əşyalar; ad günü, toy kimi ailə mərasimlərində istifadə olunan əşyalar; yeni il kimi illik tədbirlərdə istifadə olunan əşyalar. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Gingur (Puldəşt)
Gingur (fars. گينگور‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 498 nəfər yaşayır (87 ailə).
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Lineer motor
Lineer motor – xətti mator ya da xəttli hərəkətli motordur, statoru və rotoru "açıq" olan bir elektrik matoru. == Haqqında == Bu səbəblə fırlanma anı yaratmaq yerinə uzunluğu boyunca xətti güc istehsal edir. Ancaq bütün lineer matorlar düz deyildir. Lineer matorun aktiv bölümünün sonu vardır, halbuki ənənəvi elektrik matorlarında döngə davamlıdır. İş rejimi, qüvvə cərəyanı və maqnit sahəsi tətbiq edilən hissədə xətti olaraq mütənasib olduğu Lorentz tipli mator kimidir.( F= IL x B ) Lineer mator ən çox həssaslığı yüksək olan mühəndislik tətbiqlərində istifadə olunur.Eyni zamanda xüsusi elmi konfranslar və mühəndisliyə aid dərs kitabları ilə inkişaf edən tətbiqi tədqiqat sahəsidir. Lineer matorun, aşağı və yuxarı sürətli 2 sinifə bölünməklə bir çox dizaynları hazırlanmışdır. Aşağı sürətli lineer matorlar, maqlev qatarlarına və digər yerdən gedən nəqliyyat tətbiqlərinə uyğundur. Yüksək sürətli lineer matorlar qısadır və misal olaraq rulon silahda olduğu kimi çox yüksək sürətə çatmaq üçün nəzərdə tutulmuşdur. Yüksək sürətli lineer matorlar hiper sürətli təsir tətqiqatlarında silah və ya kosmik gəmi hərəkəti üçün kütlə sürücüssü olaraq istifadə edilir. Bunlar adətən, hava boşluğunun bir tərəfində aktiv üç fazalı soyunma və digər tərəfində passiv bir keçirici nömrə nişanı olan AC lineer induksiya matoru (LM) dizaynındadır.
Mancur dili
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Mansur (Uçalı)
Mansur (başq. Мансур, rus. Мансурово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 5 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (84 %) üstünlük təşkil edir.
Mansur Mansurov
Mansur Əbdül oğlu Mansurov (13 avqust 1944, Bakı – 22 aprel 2020, Bakı) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Mansur Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub (1950-1960). Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb (1963-1966). İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub. 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb.Uzun müddət teatrın səhnə ustası olmuşdur. Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, Rəhman Əlizadənin "Dəcəl çəpişlər belə-belə işlər" tamaşasında Cangüdən, "Bilqamıs əfsanəsi" tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədov "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnet "Ələddinin sehirli çırağı" tamaşasında Cin, S.Marşal "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Ə.Vəliyevin "Madarın dastanı" tamaşasında Vəzir, F.Məmmədovun "Tələ quran özü düşər" tamaşasında Alabaş, Əli Səmədlinin "Artıq tamah baş yarar" tamaşasında Səməndər, H.Ziya "Əkiz qardaşlar" tamaşasında Cin, Kədi, T.Mütəllibov "Meşə nağılı" tamaşasında Dələ, "Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşa "Üç gombul" tamaşasında Tibul, Mirvarid Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, Xanımana Əlibəylinin "Cunquş" tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin "Sehirli nar" tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, Vaymil Rabadanın "Zəncirlənmiş Pəri" tamaşasında Zalım, Anarın "Qaravəlli" tamaşasında Abbas Abbasov, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Rada Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Madyan, Şahmar Hüseynovun "Sehirli güzgü" tamaşasında Zalım, Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, Firidun Qurbansoy və Bəhrəm Basqallının "Canım Qırat, Gözüm Dürat" tamaşasında Gavur çarı, Mirmehdi Seyidzadənin "Cırtan" tamaşasında Div, Mişşi Yuxmanın "Həsir oğlan" tamaşasında Mısmırıq, Eldar Baxışın "Məlikməmməd" tamaşasında Məlikməmməd, Rəhman Rəhmanovun "Rəhmanın nağılı" tamaşasında Əzazil, Karlo Qostinin "Şahzadə Turandot" tamaşasında Briqela, Pantalone rollarını xüsusi qeyd etmək olar. Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib. 2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Mansur Piriyev
Mansur Piriyev — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri. == Həyatı == Piriyev Mansur Şahmar oğlu 3 fevral 1979-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsini, BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə və BDU-nun Sosial-fəlsəfə ixtisası üzrə magistraturasını bitirib. Tələbə olduğu illər ərzində bir çox mətbuat orqanlarında çalışmış, KİV-də bir sıra rəhbər vəzifələrdə mövqe tutmuşdur. == Fəaliyyəti == Tələbəlik illərində bir sıra qəzet və jurnallarda müxbir və məsul vəzifələrdə fəaliyyət göstərmişdir. 1998-ci ildən 2002-ci ilədək Azərbaycan Dövlət Dillər Universitetinin tədris şöbəsində mütəxəssis, 2005-2006-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun elm-təhsil verilişləri departamentinin redaktoru, eyni zamanda "Qarabağnamə", "Zəng", "Həyat tərzi" adlı radio verilişlərinin müəllifi və aparıcısı olmuşdur. 2006-2008-ci illərdə İctimai Televiziyanın elm-təhsil verilişləri departamentinin redaktoru kimi fəaliyyət göstərmiş və "Rəqəmsal dünya", "Hüquq müstəvisi", "Teleportret", "Açıq dərs" və. s verilişlərdə redaktor, aparıcı və ssenari müəllifi kimi çalışmışdır. 2010-cu ildən 2016-cı ilədək dövlət qulluqçusu kimi Fövqəladə Hallar Nazirliyində Təbliğat və Təşkilat sektorunun müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən 2018-ci ilədək BakuBus MMC nin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin müdiri, 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri vəzifəsində çalışır.
Mansur Teymurov
Mansur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır. Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.
Minoru Honda
Minoru Honda (本田 実, Honda Minoru, 26 fevral 1913, Tottori prefekturası – 26 avqust 1990, Kuraşiki, Okayama prefekturası) – Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir. Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır. Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir. Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir. O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır. 1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır. 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur. 1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir.
Minoru Kobata
Minoru Kobata (d. 24 noyabr 1946) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Mirzə Mansur
Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı – 30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940). Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi. Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.
Məngur eli
Məngur eli — Kürd əşirəti. Osmanlı (İraq) ərazisindən köçən Məngurlar Sərdəşti, Piran eli isə Xana şəhəri və kəndlərini ələ keçirmişlər.
Mənsur (xəlifə)
Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور‎) (714, Humeyma[d], Bilad əş-Şam, Ərəb Xilafəti – 7 oktyabr 775 və ya 18 oktyabr 775, Bağdad, Abbasilər xilafəti) — 2. Abbasi xəlifəsi. Bağdad şəhərinin əsasını qoymuşdur. Eyni zamanda ədib və şair olan Əl-Mənsur xəsisliyi ilə tanınmış, vəfatında xəzinədə 600 milyon dirhəm və 4 milyon dinar olduğu qeyd olunmuşdur. 23 avqust 714-cü ildə Hümeymədə doğuldu. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbu Cəfər uşaqlıq illərində mükəmməl təhsil aldı. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında digər ailə üzvləriylə birlikdə Kufəyə gəldi. Çox keçmədən burada xəlifə elan edilən qardaşı Əs-Səffaha biat etdi və onun sağ əli olaraq bir çox mühüm vəzifələrdə xidmət göstərdi. Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrənin yeni xəlifəyə tabe olmamasının ardından Əbu Cəfər dərhal bölgəyə göndərildi və şəhər mühasirəyə alındı.
Mənsur Ağayev
Mənsur Həllac
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mənsur Mazinov
Mənsur Mustafa oğlu Mazinov (d. 1906, Quzraf, Rusiya imperiyası - ö. 1983 Qazaxıstan SSR, SSRİ) — hərbçi və Krım tatarlarının ilk pilotu. Sovet İttifaqının alman işğalına məruz qalmasından əvvəl o, uzu müddət uçuş təlimçisi kimi çalışmışdır və Simferopol aeroklubunda gələcəyin bir çox pilotuna təlim keçmişdir. II Dünya müharibəsi zamanı o, döyüş pilotu oldu və Leninqradda mühasirədə olan sovet ordusuna dəstək uçuşlarında iştirak etdi. Cəbhədə (Kalinin cəbhəsi) 1942-ci ilin fevralından. Qəhrəmanlıqlarına və hərbi uğurlarına görə Cəbhə Silahlı Qüvvələrinin 22 iyun 1942-ci il tarixli 0240 nömrəli əmri ilə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. 5 dekabr 1942-ci ildə 31-ci ordunun 885-ci qarışıq aviasiya alayının komandiri podpolkovnik Tyurin gecə bombardmançı dəstəsinin hərbi komandiri, baş leytenant Mazinovu hərbi mükafat üçün təqdim etdi. "Düşmən cəbhə xəttində döyüş nəticəsində çətin vəziyyətə düşən 20-ci Ordunun qruplaşmasını tapmaq, olduğu yerə eniş etmək və bütün lazımi məlumatları çatdırmaq." "Naviqatorla birlikdə diqqətlə hazırlaşaraq marşrutu ətraflı araşdırdıq, yoldaş Mazinov qrupu kəşf etdi və təyyarəni gecə saatlarında son dərəcə çətin hava şəraitində tanımadığı bir yerə endirdi. Lazımi məlumatları əldə edib yoldaş Mazinov götürüb komandanlığa verdi.
Mənsur Məmmədov
Mənsur Həmzə oğlu Məmmədov (20 aprel 1965, Qazıqumlaq, Ucar rayonu) — Ucar Rayon İcra Hakimiyyətinin başçısı (2015-ci ildən). Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində müəllim ailəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun yaxın qohumudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 mart 2005-ci il 722 N sərəncamı ilə Zərdab rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2537 N sərəncamı ilə Zərdab rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2538 N sərəncamı ilə Göyçay rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci il 1002 N sərəncamı ilə Göyçay rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci 1007 N sərəncamı ilə Ucar rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Minaxür
Minaxür — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Qalacıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Minaxür kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 240 nəfər əhali yaşayır.