Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Midlake
Midlake — Denton, Texas mənşəli bir rok qrupudur. Tim Smit (Tim Smith) — vokal, gitara, klavişlər Makkenzi Smit (McKenzie Smith) — zərb Pol Aleksandr (Paul Alexander) — bas-gitara Erik Nikolson (Eric Nichelson) — gitara Erik Pulido (Eric Pulido) — gitara Evan Yakobs (Evan Jacobs) Ceyson Apşou (Jason Upshaw) Midlake 1999-cu ildə Şimali Texas Universitetinin musiqi fakültəsində oxuyan bir qrup caz tələbəsi tərəfindən Denton, Texasda qurulmuş Amerikalı rok qrupudur. "Bella Union Records" ilə müqavilə imzalayıb Les Inrockuptibles, Wintercase, End Of The Road Festival və South by Southwest kimi festivallarda çıxış etdiyi vaxtlarda Avropada məşhur olmağa başladı.
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
Şiitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 186 nəfərdir. Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Mitaka
Mitaka – (Yaponca: 三 鷹 市 Mitaka-shi) Yaponiyanın Tokio meqapolisində yerləşən bir şəhər. Bu şəhər Tokio meqapolisinin ortasında yerləşir. Sahəsi 16,42 km2 olan şəhərin əhalisi 2016-cı il 1 fevral tarixində 189 168 olmuşdur. Şəhər 3 noyabr 1950-ci ildə qurulub. Şəhərin İnokaşira Parkında yerləşən Qibli muzeyi 2001-ci ildə açılıb və mühüm turistik yerdir. Şəhərin Studio Pierrot və Telecom Animation Films Subaru Tecnica International animasiya studiyaları var. Şəhərə JR East Çuo Ana və Keio Korporasiyasının Inogaşira xətləri xidmət edir.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Mastabe adası
Mastabe adası (ing. Masbate) — Filippin arxipelaqının mərkəzində, sahəsi 3269 km² olan ada. Əhalisi — 672 227 nəfərdir (2010). == Coğrafiya == Cənubdan Visayan dənizi, qərbdən Sibuyan dənizi, şərqdən Samar dənizi ilə əhatələnmişdir. Maksimal hündürlüyü 697 metrdir. Cənub hissəsində dərin körfəz vardır. Bitki örtüyü tropik meşələrdir. == İnzibati bölgü == Əsas şəhəri - Mastabe.Ada Mastabe vilayətinə daxildir. Burada 1 şəhər dairəsi və 14 inzibati vahidlik vardır. == İqtisadiyyat == Adanın əsas gəlir mənbəyi kənd təsərrüfatıdır.
Terauçi Masatake
Terauti Masatake (yap. 寺内正毅; 5 fevral 1852, Çoşu hanı[d] – 3 noyabr 1919, Tokio) – yapon siyasətçisi, qraf, marşal, Yaponiyanın 18-ci Baş naziri, Yaponiyanın hakimiyyəti altında olan Koreyanın 1-ci general-qubernatoru.
Ciro Miyake
Ciro Miyake (1900, Yaponiya – 30 noyabr 1984, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Fridek-Mistek
Fridek-Mistek (çex. Frýdek-Místek [ˈfriːdɛk ˈmiːstɛk], keç. alm. Friedeck-Mistek‎) Çex Respublikasının şərqində, Morav-Sileziya bölgəsində, Ostravitse çayında yerləşən şəhər. Fridek-Mistek inzibati rayonunun mərkəzidir. == Tarix == Şəhər, Teşin Sileziyasının mərkəzi olmuş Fridek şəhərinin Morav Misteki ilə birləşməsi nəticəsində (1943-cü ildə) yaranmışdır. İkinci dünya müharibəsi zamanı şəhər sadəcə Fridek adlanırdı, müharibədən sonra iisə ona indiki adı vermişdilər. == Məşhur Fridek'lilər == Otakar Parjik (1901-1955) çexiyalı dirijor, Fridekdə anadan olmuşdu Tomaş Qalasek (1973) çexiyalı futbolçu == Qardaş şəhərlər == Polşa, Belsko-Biala Polşa, Mıslovitse Slovakiya, Jilina ABŞ, Ames, Ayova Yunanıstan, Nikaia Rusiya, Urjupinsk Belçika, Harelbeke == Qalereya == === Web link === http://www.frydekmistek.cz/ Oficiální stránky http://www.frydecko-mistecko.cz/ Regionální internetové noviny pro Frýdek-Místek a okolí http://www.bazilika.net/ Arxivləşdirilib 2007-07-01 at the Wayback Machine Římskokatolická farnost sv.
Mesake Cu
Mesake Cu (18 mart 1999-cu ildə Qvineya-Bisauda anadan olub) — LiqaPro təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar portuqaliyalı futbolçudur. Mesake Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Mesake öz peşəkar karyerasında debütünü 14 may 2017-ci ildə Braqa B klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə İqor Şaponyiçi əvəz etmişdir. Həmin görüşdə Benfika liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Portuqaliya Superkuboku görüşləri daxildir.
Misaki Amano
Misaki Amano (d. 22 aprel 1985) — keçmiş Yaponiya qadın futbolçusu.
Misako Aoki
Misako Aoki (青木 美沙子, 1983, Çiba prefekturası) – Yaponiya modeli və Yaponiya Lolita Assosiasiyasının prezidenti. Lolita dəbinin təmsilçilərindən biridir. Twin Planet şirkəti ilə əməkdaşlıq edir. Misako 15 yaşında Tokionun Haracuku bölgəsində model kimi işləyərkən kəşf edilmişdir. "KERA" jurnalı üçün işləyərkən lolita dəbi ilə məşğul olmaq imkanına malik olmuşdur. Əvvəlcə lolita dəbinin böyük fanatı olmasa da, vaxt getdikcə lolita dəbinə olan marağı böyümüşdür. Tibb bacısı olmaq üçün Tokay Universitetinin Tibb Bacılığı və Texnologiya Kollecinə daxil olmuşdur. Vaxtını tibb bacısı kimi işləməklə və lolita dəbini tanıtmaqla keçirir. Onun fəaliyyətləri 2017-ci ildə Kansai TV-də yayımlanan "Yeddi qayda" verilişində işıqlandırılmışdır. 2009-cu ildə Yaponiyanın Xarici İşlər Nazirliyi Aokiyə "kavaii səfir" titulu vermişdir.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur. Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Seyiçi Miyake
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır. Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır. 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür. Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir. O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir. Zolaqlı plitələr isə istiqamət bildirir. O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.
Yonekiçi Miyake
Yonekiçi Miyake (三宅米吉, Miyake Yonekiçi, 1 iyul 1860, Vakayama – 11 noyabr 1929, Koişikava-ku[d]) – Yaponiya tarixçisi, pedaqoqu və arxeoloqu. Yonekiçi Miyake 1860-cı ildə Vakayama hanında doğulmuşdur. Keyo özəl məktəbində təhsil alsa da, məzun olmadan məktəbdən çıxmışdır. Bundan sonrakı biliklərini öz səyləri ilə qazanmışdır. 1881-ci ildə Tokio Ali Normal Məktəbində dərs verməyə başlamış, müasir tədris metodlarını öyrənmək üçün 1885–86-cı illərdə ABŞ və İngiltərəyə səyahət etmişdir. 1890-cı ildə Tokio İmperiya Evi Muzeyinin işçisi olmuş, 1922–23-cü illərdə muzeyin direktoru vəzifəsini tutmuşdur. 1929-cu ildə Tokio Bunrika Universitetinin ilk prezidenti seçilmişdir. Miyakenin tədqiqat sahəsi İpək yolunun tarixi, eləcə də, Kvanqetho abidəsi və 57-ci ildə Çin imperatoru tərəfindən Yaponiya hökmdarına verilmiş qızıl möhür kimi qədim yazılar olmuşdur. O, antropoloji və arxeoloji tapıntılarla tarix elmini inkişaf etdirməyi dəstəkləmişdir. Miyake Nippon Arxeologiya Cəmiyyətinin əsasını qoymuşdur.
İssey Miyake
İssey Miyake (三宅 一生, Miyake İssey, 22 aprel 1938, Hiroşima – 5 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur. İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir. Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir. 5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür. Miyake moda karyerasına 1966-cı ildə başlamışdır. O, Parisdə Qi Laroş, Ceffri Biin və Yuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir.
Şiori Miyake
Şiori Miyake (d. 13 oktyabr 1995) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Şiro Misaki
Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Mistie Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
Miyake Setsurey
Miyake Setsurey (三宅 雪嶺, 7 iyul 1860, Kanazava – 26 noyabr 1945) və ya doğum adı ilə Miyake Yuciro – Yaponiya filosofu, tarixçisi, jurnalisti və publisisti. Yaponiyanın Qərb dünyasını təqlid etməsi tənqid etmişdir. == Həyatı == Miyake Setsurey 1860-cı ildə Yaponiyanın İşikava prefekturasında yerləşən Kanazava şəhərində doğulmuşdur. Atası Kanazava klanına mənsub konfusiçi həkim idi. 1883-cü ildə Ernest Fenollosanın tələbəsi olduğu və fəlsəfə təhsili aldığı Tokio Universitetindən məzun olmuşdur. Miyake bir neçə təhsil müəssisəsində dərs dedikdən sonra Qərb dünyanın hədsiz dərəcədə təriflənməsinin qarşısını almaq üçün Şiqa Şiqetaka, Suqiura Cuqo və digərləri ilə birlikdə təşkilat qurmağa qərar vermişdir. 1888-ci ildə Siyasi Təhsil Cəmiyyətini (Seykyoşa) və onun "Nihonjin" (hərf. "Yaponlar") adlı jurnalını təsis etmişdir. 1907-ci ildə "Nihon Oyobi Nihonjin" adını alan bu jurnal dövrün siyasətinə təsir edən hanbatsuları tənqid edən və Aşio mis mədəni qiyamı kimi hadisələri işıqlandıran platforma olmuşdur. O, tez-tez Meyci hökumətini tənqid etdiyi üçün nəşrləri senzuraya məruz qalırdı. Miyake "Jitsugyo no Nihon" kimi nəşrlər üçün yazmış, Haseqava Nyozekan və Taoka Reyun kimi jurnalistlərin hamisi olmuşdur.
Misak Torlakyan
Misak Torlakyan (erm. Միսաք Թորլաքյան; 1889 – 12 noyabr 1968, Kaliforniya) — 1921-ci ildə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşirin qatili. Torlakyan 1921-ci ilin oktyabrında İngiltərə hərbi məhkəməsi tərəfindən psixi vəziyyətinə görə "günahkar, lakin məsuliyyət daşımır" olaraq qəbul edildi. Torlakian 1889-cu ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olub. 18 yaşında Daşnaksutyuna qoşulan Torlakyan, Trabzondakı türk ordusu anbarından erməni özünümüdafiə dəstələri üçün xeyli miqdarda silah təmin etmişdir. Birinci Dünya Müharibəsi dövründə hərbi kəşfiyyat əldə etmək tapşırığı alan Torlakyan, o vaxtlar Rusiya Ordusunun kəşfiyyatçı birliyinin üzvü olaraq, Türk ordusunun mövqeləri haqqında dəyərli məlumatlar verirdi. 1918-ci ildə Rusiya Türk cəbhəsindən çəkildikdən sonra Torlakyan Ermənistan ordusuna qatıldı və General Dronun rəhbərliyi altında Baş Abaran döyüşündə iştirak etdi. Döyüş türk ordusunun irəliləməsini dayandırdı. Sərdarabad və Karakilisedəkilərlə birlikdə əldə edilən çətin qələbə, Ermənistan Demokratik Respublikasının qurulmasına səbəb oldu. 1921-ci ildə Torlakyan Daşnaksutyun tərəfindən Azərbaycanın keçmiş daxili işlər naziri Behbud Xan Cavanşiri öldürmək üçün İstanbula göndərildi.
Cessi Misak
Mişkə (Baltas)
Mişkə (rus. Мишкино, başq. Мишкә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 326 nəfərdir. Kənd, rayon mərkəzindən 31 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 100 kilometr uzaqlıqdadır.