Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moderator
Moderator (ing. moderator, ru. модератор )- ictimai (sosial) şəbəkələrdə (gaplarda, forumlarda, video-konfranslarda) adi istifadəçidən daha çox hüquqa malik olan istifadəçi. Məsələn, moderatorun aşağıdakı hüquqları var: • başqalarının məlumatlarını uzaqlaşdırmaq; • başqalarının məlumatlarını redaktə etmək; • istifadəçilərin səhifələrini uzaqlaşdırmaq; • istifadəçilərin sayta baxmaq və onu redaktə etmək hüququnu məhdudlaşdırmaq. Moderatorun səlahiyyət və vəzifələrinin dəqiq siyahısı hər saytda fərqli olur. Çox zaman moderator istifadəçilərin saytın qaydalarına əməl etməsinə cavabdehlik daşıyır İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Moderato
Moderato (it. moderato) — musiqidə orta sürət tempini bildirən termini. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro , presto) moderato üçüncü yerdə gəlir.
Operation Paperclip
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
Federation of the Italian Music Industry
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.