Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. == Qrup haqqında == 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Deist
Deizm (lat. deus — Tanrı) — Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
JOWST
Yoakim Uid Stin (norv. Joakim With Steen; d. 26 iyun 1989, Tronheym, Norveç) və ya səhnə adı ilə JOWST — Norveç musiqiçisi, prodüseri və bəstəkarı. O, 2017 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdır. == Həyatı və musiqi karyerası == Yoakim Uid Stin 26 iyun 1989-cu ildə Norveçin Tronheym şəhərində anadan olmuş və Tiller şəhərində böyümüşdür. Stin 14 yaşında ikən o ailəsi ilə birlikdə Steynxyer şəhərinə köçmüşdür. On beş yaşında o əsasən gitara, rok, mahnı yazmaq və qrup yaratmaq barədə düşünürdü. Stin ölkənin paytaxtı Osloda yerləşən Noroff institutunda səs və musiqi prodüserliyi ixtisası üzrə təhsil almışdır. O daha sonra həmin institutda təhsil aldığı ixtisas üzrə müəllimlik etmiş və mühazirələr oxumuşdur. O həmin zamanlarda həm də Fornebu şəhərində Earport Studiosda prodüser olaraq çalışırdı.
MOYSET
Metal oksid yarımkeçirici sahə effekti tranzistoruları (MOYSET) — elektron siqnalları dəyişmək və gücləndirmək üçün istifadə olunan tranzistor. MOYSET rəqəmli və analoq sxemlərin hər ikisində ən əsas tranzistordur. == Tərkibi == Adətən alternativ yarımkeçirici silisiumdur, ancaq bəzi çip istehsalçıları, xüsusən, IBM və Intel son zamanlar silisium və germaniumun kimyəvi birləşmələrindən istifadə etməyə başlayıb.
Meisn.
Karl Fridrix Daniel Meyssner (alm. Carl Daniel Friedrich Meissner‎ və ya alm. Karl Friedrich Meissner‎, yaxud alm. Karl Friedrich Meisner‎ 1 noyabr 1800, Bern – 2 may 1874, Bazel) — İsveçrə botaniki. == Elmi işləri == Plantarum vascularium genera. 1837—1843. Die Natur aufgefasst nach ihren Aeusserungen und Ableitung ihres Begriffs. 1870. == Ədəbiyyat == Ernst Wunschmann: Meißner, Karl Friedrich. In: Allgemeine Deutsche Biographie (ADB).
Moisey
Moisey — ad. Moisey Kalankatlı — tarixçi. Moisey Şaxnoviç — Sovet İttifaqı Qəhrəmanı. Moisey Bainov Moisey Qusman Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu. Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu.
Moizm
Moizm (mo tzya) (墨家) – Çində olan etik-siyasi təlim. Moizm banisi Mo tszı (Mo Di) olan etik-siyasi təlimdir. O, e.ə. 486-cı ildə anadan olmuş və 90 il yaşamışdır. Mo təlimi üçün ümumi sevgiyə çağırış, bütün münaqişələri sülh vasitələrlə həll etməyi tələb etmək və s. səciyyəvidir. Moçular qeyri-adi insan idilər, onlar şəxsi olanı tam unutmaqla, ümumi rifah və ədalət naminə hər şeyi qurban verməyə hazır olmaları ilə müasirlərini heyrətləndirirdilər. Moçu, məktəb rəhbəri uğrunda xoşbəxtcəsinə öz həyatını verə və başqasına etdiyi yamanlığa görə yeganə oğlunu öldürə bilərdi. == Ədəbiyyat == Ян Хин-шун Теория познания моистов // Вопросы философии.1956.№ 1. Титаренко М.Л. Мо-цзы и ранние моисты о процессе познания.// Вопросы философии.1964.№ 11.
Monsu
Monsu (fr. Montsoult) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 3.492 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 24 km şimalda, Serji belediyyənin 19 km şərqdə yerləşir.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Xovst
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Xost şəhəridir. == Coğrafiyası == Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali daricə danışır.
Artur Leist
Artur Leist (alm. Arthur Leist‎; 8 iyul 1852, Vrotslav, Prussiya – 22 mart 1927, Tiflis) — alman yazıçısı. Erməni və gürcü dillərindən bir çox əsəri alman dilinə tərcümə etmişdir. == Həyatı == Artur Leist 1852-ci ilin 8 iyul tarixində Almaniyanın Breslau şəhərində anadan olmuşdur. Liest bu şəhərdə təhsil almış və bir müddət yaşamışdır. 1877-ci ildə Rus-türk müharibəsinin başlanmasından sonra Artur Leist Qafqaz bölgəsində baş verən hadisələrlə maraqlanmağa başlamışdır. 1884–1892-ci illərdə Artut Leist 3 dəfə Gürcüstana səfər etmişdir. Bu səfərlərdən sonra Leist Tiflis şəhərində yaşamağa qərar verir. Leist Tiflis şəhərində erməni və gürcü dillərini öyrənməyə başlayır. Bir müddətdən sonra isə Liest erməni və gürcü dillərində olan bədii əsərləri alman dilinə tərcümə etməyə başlayır.
G.Forst.
Johann Georg Adam Forster (alm. Johann Georg Adam Forster‎; 27 noyabr 1754[…] – 10 yanvar 1794[…], Paris, Birinci Fransa Respublikası) — Alman publisisti, yazıçısı, səyyahı, təbiətşünas-alimi etnoqrafı, ictimai-siyasi xadimi. == Əsərləri == A Voyage round the World in His Britannic Majesty's Sloop Resolution, Commanded by Capt. James Cook, during the Years, 1772, 3, 4, and 5 (1777) (preview) Journal of travels in Poland (August–November, 1784), The Warsaw Voice, 1990 31 8–9 De Plantis Esculentis Insularum Oceani Australis Commentatio Botanica (1786) available online at Project Gutenberg Florulae Insularum Australium Prodromus (1786) available online at Project Gutenberg Essays on the moral and natural geography, natural history and philosophy (1789–1797) Views of the Lower Rhine, Brabant, Flanders (three volumes, 1791–1794) "Neuholland und die brittische Colonie in Botany-Bay", Allgemeines historisches Taschenbuch: oder Abriss der merkwürdigsten neuen Welt-Begebenheiten für 1787, enthaltend Zusätze zu der für das Jahr 1786 herausgegebenen Geschichte der wichtigsten Staats- und Handelsveränderungen von Ostindien, von M. C. Sprengel, Professor der Geschichte auf der Universität zu Halle, Berlin, bei Haude und Spener, Dezember 1786, Zusatz 7, S.xxxiii-liv; supplement to: Historisch-genealogischer Calender oder Jahrbuch der merkwürdigsten neuen Weltbegebenheiten für 1787. Re-published in Georg Forster’s Kleine Schriften: Ein Beytrag zur Völker- und Länderkunde, Naturgeschichte und Philosophie des Lebens, gesammlet von Georg Forster, Erster Theil, Leipzig, Kummer, 1789, S.233–74.(English translation at: web.mala.bc.ca/Black/AMRC/index.htm?home.htm&2) Letters (posthumous compilation of his correspondence, 1828) Werke in vier Bänden, Gerhard Steiner (editor). Leipzig 1971 Ansichten vom Niederrhein, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1989. ISBN 3–458–32836-X Reise um die Welt, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1983. ISBN 3-458-32457-7 Über die Beziehung der Staatskunst auf das Glück der Menschheit und andere Schriften, Wolfgang Rödel (editor).
Horst Hoof
Horst Dırnaq (10 mart 1978, Qrunştadt[d], Reynland-Pfalts) — Alman radio aparıcısıdır. O, 4 yaşından moderatorluq edir. sentyabr 2017 NDR 1 Welle Nord-da səhər şousun aparır.
Horst Köhler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Horst Köler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Jiqmond Morits
Jiqmond Morits (mac. Móricz Zsigmond; 2 iyul 1879, Tisaçeçe[d], Sabolç-Satmar-Bereq – 5 sentyabr 1942, Budapeşt) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi. == Həyatı == Jiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü. 1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu. 1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar elədi.
Koiso Kuniaki
Koiso Kuniaki (yap.小磯 國昭, 1 aprel 1880, Uçunomiya, Yaponiya—3 noyabr 1950, Tokio, Yaponiya) — Yaponiya siyasi xadimi. == Həyatı == Hərbi akademiyanı bitirdikdən sonra Yaponiya ordusunda xidmət edib, rus-yapon müharibəsinin iştirakçısı. 1932-ci ildə Kvantun ordusunun qərargah rəisi seçilir, sonralar 1934-cü ildə Koreyadakı yapon ordusunun baş komandanı seçilir. 1939 Yaponiya hakimiyyətində. 1939-1940 Yaponiyanın xarici işlər nazirliyində işləyib. 1942-1944 Koreya general-gubernatoru. 1944-də Yaponiyanın baş naziri seçilib, 1945-də vəzifəsindən azad edilib. Kapitulasiyadan sonra hərbi təxsirkar seçilib, muhakimə edilib və ömürlük həbs edilib.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Maisa Bey
Maisa Bey (1950, Ksar əl-Buxari[d], Medea vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Maisa Bey 1950-ci ildə Əlcəzairin Ksar əl-Buxari şəhərində anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.
Maisə Nəcəfova
Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi. == Həyatı == Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Maisə Rəhimova
Maisə Nurbala qızı Rəhimova (16 may 1945, Bakı) == Həyatı == Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Oktyabr rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə S.V. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir. == Fəaliyyəti == 1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə "elm və texnika’ ixtisası üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. 2005-ci ildə "Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Melek Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. == Həyat hekayəsi == 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Sankt-Morits
Sankt-Morits - İsveçrə şəhəri.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Sen-Moris
Sen-Moris (fr. Saint-Maurice) — Fransada kommuna, region — İl-de-Frans, departament — Val-de-Marn. Əhalisi — 14.586 nəfər (2011). Kommuna Paris şəhərindən 8 km cənub-şərqdə və Kretey şəhərindən 4 km cənub-qərbdə yerləşir.