Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heyvanlarda monoqamiya
Monoqamiya (heyvanlarda) — erkək və dişi cinslər arasında əlaqə; erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və. s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və. s. adətən, bir mövsüm, meymunlarda isə bir neçə il davam edir.
Monoqamiya
Monoqamiya — təkkəbinlilik; nikah və ailənin tarixi forması. == İnsanlar arasında monoqamiya == Monoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi. == Heyvanlar arasında monoqamiya == Monoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s.
Monogram
Monoqram — bir simvol yaratmaq üçün iki və ya daha çox hərfi üst-üstə gətirmək və ya birləşdirməklə hazırlanan şablondur. Monogramlar adətən tanınmış simvol və ya loqo kimi istifadə olunan bir şəxsin və ya şirkətin baş hərflərini birləşdirərək yaradılır. Birləşdirilməmiş hərflərdən ibarət seriya monoqram deyil, şifrə (məsələn, kral şifrəsi) adlanır.
Monodram
Monodram — Dram və teatr sənətinin bütün tələblərini və vacibiyyətini özündə cəmləmək şərti ilə tək bir aktyor ilə oynanılan və bu məqsəd üçün yazılmış bir oyundur. Məsələn, meddah monodram oyunudur.
Monovar
Monovar (isp. Monóvar) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 152 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 12928 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 7 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Vinalopo-Mica Aspe Elda == Xarici keçidlər == Rəsmi sayt [1] Web de opinión sobre Monóvar, con vídeos, fotos y entretenimiento en general. Web del Ayuntamiento de Monóvar Índice de Estadística Municipal de Monóvar.
Monorim
Monorim və ya monorifma (fr. monorime; yun. μόνος və ῥυθμός sözlərindən yaranmışdır, mənası – "birqafiyəli") — bir qafiyədən istifadə edən şeir və ya onun hissəsi. Aleksandr Kvyatkovskinin tərifinə görə, "həmahəng qafiyə"dir. Monorim orta əsr şərqi poeziyasında, məsələn, qəzəllərdə və bir sıra Avropa poetik ənənələrində, məsələn, Uelsdə, geniş istifadə olunurdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Монорим // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. А. Н. Николюкина. 2001.
Monom
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.Dəyişən iştirak etməyən, məsələn, − 7 {\displaystyle -7} , 1 7 {\displaystyle {\frac {1}{7}}} , 5 {\displaystyle 5} kimi birhədlilərin dərəcəsi 0 {\displaystyle 0} -ra bərabərdir.
Moloqa çayı
Moloqa (rus. Молога) — Rusiyanın Tver, Novqorod və Voloqda vilayətlərində çay. Volqa çayının sol qoludur. Rıbinski su anbarına tökülür. Uzunluğu 456 km, hövzəsinin sahəsi 29,700 km2-dir. Qarışıq mənbədən qidalanır. Oktyabrın axırından aprelədək donmuş olur. Pestovo şəhərindən gəmiçiliyə yararlıdır. Bejetsk, Pestovo, Ustyujna şəhərləri Moloqda sahilindədir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Moloqa çayı ilə əlaqəli mediafayllar var.
IX Konstantin Monomax
IX Konstantin Monomax (yun. Κωνσταντίνος Θ΄ Μονομάχος; 1000, Konstantinopol – 11 yanvar 1055, Konstantinopol) — Makedonlar sülaləsindən olan Bizans imperatoru (11 iyun 1042–11 yanvar 1055). O, imperator taxt-tacını VIII Konstantinin qızı Zoya Porfirogenet ilə evlənərək əldə etmişdir. Bizans imperiyası IX Konstantinin hakimiyyəti dövründə Kiyev rusları və Səlcuq türkləri ilə müharibə aparmışdır. Onun ölümündən bir il əvvəl Avropadakı xristianlıq Şərqi pravoslav kilsəsi və Roma-Katolik kilsəsinin yaranması ilə iki yerə bölünmüşdür. == Mənşə == Monomaxlar sülaləsinin mənşəyi naməlumdur. Sülalənin adı yunan dilindən tərcümədə «tək güləşçi» deməkdir. Sülalənin adı X əsrin axırlarından bəri qeyd olunur. Sülalənin müxtəlif sərkərdə üzvləri olmuşdur. Bir mənbəyə görə, Monomaxlar Konstantinopol şəhərinə yerləşmiş erməni aristokratiyasından gəlirlər.
Moloqa-Şeksna ovalığı
Moloqa-Şeksna ovalığı (rus. Молого-Шекснинская низменность) — Rusiyada, Moloqa və Şeksna çayları hövzəsində ovalıq. Hündürlüyü 100–120 metrdir. Ovalığın cənub-şərqi hissəsini Rıbinsk su anbarı tutur. Səthi hamardır; şam meşələri, qismən mamırlı bataqlıqlarla örtülüdür. Podzol və qleyli podzol torpaqlar yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Природные ресурсы Молого-Шекснинской низины: Наземные позвоночные. Труды Дарвинского государственного заповедника; Вып. XI (1000 nüs.). Вологда: Северо-Западное книжное издательство.
Monogen vulkanlar
== Monogen vulkanlar == Monogen vulkanlar (yun. monos-bir, genes-mənşə və vulkanlar)-fasiləsiz bircə dəfə, bəzən uzun müddət ərzində vulkan ocağından lava kütləsinin ilk dəfə yer səthinə qalxaraq əmələ gətirdiyi vulkan qurğusuna deyilir. Məsələn, Meksikada yerləşən Parikutin vulkanı.