Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amorphis
Amorphis — 1990-cı ildə Cen Reçberqeri, Tomi Koyvusaari və ESA Holopaynin tərəfindən Finlandiyanın Helsinki şəhərində qurulan bir metal qrupudur. İlk əvvəl death metal ilə başlayan qrup, daha sonra melodik və proqressiv metala yönəldi. 1989-cu ildə Violent Solution adlı speed metal qrupunda fəaliyyət göstərən Jan və ESA, musiqiçilərin fərqli janrlara yönəlmələri səbəbilə qısa müddətdə qrupu tərk etdilər. Bundan sonra death metal qrupu qurmağa qərar verən ikili, yanlarına vokalist Tomi'ni və bas gitarist Oppu Laynini də alaraq Amorphis'i yaratdı. Eyni zamanda Abhorrence adlı bir qrupda da çalan Tomi, Amorphis'də bir tərəfdən gitara çaldığı vaxt, digər tərəfdən də qrupun vokalistliyini edirdi. Amorphis ilk demosunu yayımladıqdan qısa bir müddət sonra Abhorrence dağılmışdı, lakin dağılmadan əvvəl Tomi'nin Relapse Recordsa göndərdiyi demolar bəyənilmişdi. Çox təəssüf ki səsyazma şirkətindən müqavilə tələbi qrup dağıldıqdan sonra gəldi. Bu təklifi Amorphis'in xeyrinə istifadə etməyə qərar verən Tomi və digər Amorphis üzvləri, qısa bir müddət sonra 1992-ci ilin noyabr ayında "The Karelian Isthmus" adlı ilk albomlarını satışa çıxardılar. Ardından da "Privilege of Evil" adlı bir EP yayımlandı. 1994-cü ildə "Tales from the Thosand Lakes" adlı albomunu yayımlayan qrup, bu albomda Finlandiyanın yerli dastanı olan Kalevala'nı konsepsiya olaraq istifadə etmişdi.
Eumorphia
Eumorphia (lat. Eumorphia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Morelia
Morelia — Meksikada şəhər. 608 049 nəfər əhalisi var.
Morphine
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Amorpha
Amorfa (lat. Amorpha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Dekorativ məqsədlə yaşıllaşdırmada geniş istifadə olunur. Cavan zoğlarından göy boya hazırlanır. Efir yağlı bitkidir. Meyvələrində efir yağı daha çoxdur (1%-dən çox). Yarpaqlarında 0,05-0,08%-ə qədər yağ vardır. Azərbaycanda kolvari amorfa növü mədəni halda becərilir. Bonafidia Neck. Monosemeion Raf.
Morysia
Athanasia (lat. Athanasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Amorphea
Amorphea - bazal Amoebozoa və Obazoa daxil olan taksonomik qrupdur. Bu, göbələklər, heyvanlar və Choanomonada və ya Choanoflagellates daxil olan Opisthokonta əhatə edir. Bu qrupun üzvlərinin taksonomik yaxınlıqları əvvəlcə 2002-ci ildə Tomas Kavalier-Smit tərəfindən fərziyyə edilmiş və təklif edilmişdir. Protozoaların taksonomiyası üzrə tanınmış orqan olan Beynəlxalq Protistoloqlar Cəmiyyəti 2012-ci ildə Unikont termininin Amorphea olaraq dəyişdirilməsini tövsiyə etdi, çünki "Unikont" adı İSOP müəlliflərinin və digər elm adamlarının sonradan rədd etdiyi fərziyyə edilmiş sinapomorfiyaya əsaslanır. Tomas Kavalier-Smit iki yeni tip təklif etdi: Apusozoa (Apusomonadida və Breviatea) dəstəsindən ibarət olan Sulcozoa və Diphyllatea, Discocelida, Mantamonadidae, Planomonadida və Rigifilida dəstələrini əhatə edən Varisulca tipi. Kavalier-Smith tərəfindən sonrakı iş Sulcozoa parafiletik olduğunu göstərdi. Apusozoa da parafiletik görünür. Varisulca planomonadları, Mantamonaları və Collodictyonları əhatə edəcək şəkildə yenidən təyin edilmişdir. Planomonadlar və Mantamonalar üçün yeni bir takson - Glissodiscea yaradılmışdır. Yenə də bu yenidən işlənmiş taksonomiyanın etibarlılığı təsdiqini gözləyir.
Alberto Moravia
Alberto Moravia (it. Alberto Moravia; 28 noyabr 1907[…], Roma – 26 sentyabr 1990[…], Roma) — italyan yazıçı, novella ustası, jurnalist. İlk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan “Biveclər” romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin geniş şöhrət qazanmış bu romana münasibəti neqativ oldu. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: “Bu illər mənim həyatımın ən pis illəridir və mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm”. Gah Yunanıstanda, gah Çində, gah ABŞ-də, gah Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra arvadıyla bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Moravia 1957-ci ildə orda gördüklərini və məruz qaldığı ağır həyatı eyniadlı “Çoçara” romanında yüksək bədii çalarlarla təsvir edib. Alberto Moravia sivil dünya xalqlarının dillərinə çevrilən bir çox məşhur romanların, o cümlədən “Həyat oyundur”, “İntervü”, “Diqqət”, “Roma hekayələri”, “Özgə həyat” əsərlərinin müəllifi kimi məşhurdur.
Morelia reticulatus
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Amorpha californica
Kaliforniya amorfası (lat. Amorpha californica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü. Növün arealı Meksikanın şimalı, Kaliforniya, Arizona, Yeni Meksikadır. Hündürlüyü 1-2 m-ə çatan sıx budaqlı koldur. Zoğları, salxımın oxları, yarpaqların saplaqları və xırda yarpaqların aşağı hissəsinin damarcıqları ipəkvari tükcüklərlə örtülmüşdür. Yarpaqların uzunluğu 9-20 sm, 11-17 xırda yarpaqcıqlıdır. Xırda yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,3-4 sm, eni 1,2-2,2 sm, ucu yumru və ya xırda oyuqlu, iynəsiz, enli bünövrəli, üstü parlaq yaşıl, alt tərəfi açıqdır. 2-4 ədəd bənövşəyi çiçəkləri uzunluğu 28 sm-dək olan salxımlarda yerləşir. Kasacığı tükcüklü, üçkünc dişli, onlardan yuxarıda olan ikisi enli və bir az digərlərindən qısadır; yelkənin uzunluğu 5 mm-dir. Paxlaların uzunluğu təxminən 6 mm, qabarıq kürəkli, çılpaq, nöqtəli vəziciklidir.
Amorpha fruticosa
Kolvari amorfa (lat. Amorpha fruticosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü. Təbii halda Şimali Amerikada yayılmışdır. Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır.
Gadus morhua
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Pol Moria
Pol Moria (fr. Paul Mauriat; 4 mart 1925, Marsel – 3 noyabr 2006) - lirik kompozisiyaları ilə dünyaca məşhur fransız bəstəkarı, aranjmançı, dirijor.
Moria van Norman
Moria van Norman (30 may 1984, San-Dieqo, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Moria van Norman, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.