Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duqlas Mouson
Duqlas Mouson (ing. Sir Douglas Mawson; 5 may 1882 – 14 oktyabr 1958[…]) — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı, üç Antarktika ekspedisiyasının iştirakçısı. == Təhsil == Duqlas Mouson 5 may 1882-ci ildə Bredford şəhərində bir ingilis ailəsində anadan olmuşdur. 1884-cü ildə onun hələ iki yaşı olarkən ailəsi Avstraliyaya köçmüşdür. 16 yaşında ikən Sidney Universitetinə daxil olmuşdur. 1901-ci ildə universiteti dağ mühəndisi olaraq bitirmişdir. 1904-cü ildə o kursu bitirərək bakalavr dərəcəsi alır. Adeleidaya mineralogiya üzrə məruzələr demək məqsədi ilə dəvət edilir. 1920–1954-cü illər ərzində geologiya kafedrasının aparıcı üzvü olmuşdur. == Ekspedisiya == Mouson ilk dəfə 1903-cü ildə altı ay müddətində Yeni Hebrid adalarının geologiyasını araşdırmışdır.
Levi Morton
Levi Parsons Morton (ing. Levi Parsons Morton, 16 may 1824 – 16 may 1920) — Amerika Birləşmiş ştatlarının (1889-1893) 22-ci vitse-prezidenti olmuşdur. O, daha sonra New Yorkun 31-ci qubernatoru seçilmişdir. == İstinadlar == == Mənbə == National Contest, Containing Portraits and Biographies of Our National Favorites, Darling Bros. & Co., Detroit, Michigan, 1888.
Mouson-Pik
Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan. Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir. Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
Mouson dənizi
Mouson dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər, üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956–1958-ci illərdə "Oazis" elmi-tətqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının sonuc hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yenizelandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Mouson yarımadası
Mouson yarımadası - Şərqi Antarktidanın Slavı körfəzi ilə Hacıyeva buxtası sahillərində yerləşir. V Qeorq torpağının şərq hissəsində mövqe tutur. Eni 50 km, sahəsi 600 m təşkil edir. Qutaracağında Voronina burnu yerləşir. Yarımadanı Amerikan "Highjump" ekspedisiyası tərəfindən kəşf edilir. Avstraliyalı ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılıb. Ərazini SSRİ və Avstraliya ekspedisiyaları tərəfindən araşdırılmışdır. Sahəsi 1,386 km² təşkil edir.
Piter Morton
Piter Morton (7 avqust 1947, Çikaqo, İllinoys) — amerikalı iş adamı. O, İsaak Tiqrett ilə birlikdə Hard Rock Cafe-nin həmtəsisçisidir. == Həyatı və təhsili == Piter Morton Morton Steakhouse-un banisi Arni Mortonun oğludur. Onun atası yəhudi əsilli idi. O, 1969-cu ildə Denverskiy Universitetdən məzun olub. Onun əkiz bacısı Pem Mortondur. Ögey qardaşı Maykl Morton isə restoran sahibi və biznesmendir. O, Fi Siqma Delta Cəmiyyətinin üzvüdür. == Karyera == Mortonun ilk Hard Rock Cafesi Londonda Hyde Park Corner-ın yaxınlığında açıldı. 1982-ci ildə Morton və onun ortağı İsaak Tiqrett müxtəlif şəhərlərdə kafelərini inkişaf etdirməyə razı olduqları zaman qlobal inkişaf başladı.
Uilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. == Həyatı == Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Vilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. == Həyatı == Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Bolton
Bolton (ing. Bolton) - Şimal-qərbi İngiltərənin Böyük Mançester bölgəsində yerləşən şəhər. XIV əsrdə flamandlar tərəfindən məskunlaşdıqdan sonra şəhər parça istehsalı mərkəzinə çevrilmişdir. Bolton XIX əsrdə İngiltərədə ən çox inkişaf edən şəhərlərdən biri olmuşdur. 1929-cu ildə şəhərdə 216 pambıq fabriki fəaliyyət göstərirdi. Lakin, dünya müharibəsi digər bütün sənaye sahələrinə olduğu kimi pambıq sənayesinə də ciddi ziyan vurdu. Birinci dünya müharibəsi ərzində İngiltərənin bütün şəhərlərində kimi Boltonda da pambıq sənayesi sürətlə tənəzzülə uğramağa başlamışdır. Mançester şəhərindən 12 km şimal-qərbdə yerləşən Bolton şəhəri tarixi olaraq Lankaşir vilayətinə məxsusdur. İngiltərə vətəndaş müharibəsi dövründə 1644-cü ildə şəhərdə Bolton qətliamı adı ilə tanınan hadisə baş vermiş, nəticədə 1,600 nəfər həlak olmuş, 700 nəfər əsir düşmüşdür. Bolton Vonderers futbol klubunun ev oyunlarını oynadığı Makron stadionu da bu şəhərdə yerləşir.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Monson
Monson İspaniyada şəhər. Əhalisi 17 115 nəfər (2010).
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Montor
Montor (fr. Montord) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03188. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 250 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 1992-ci ildən bəri hər il şərab festivalı keçirilir və bu müddət ərzində parad keçirilir. 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər arasında (15-64 yaş) 100 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 70.5%) idi.
Nyuton
Ser İsaak Nyuton (ing. Sir Isaac Newton; 25 dekabr 1642 (4 yanvar 1643)[…], Vulstorp malikanəsi, İngiltərə krallığı – 20 (31) mart 1727[…], Kensinqton, Böyük Britaniya krallığı) — ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Nyutonun doğum tarixi İngiltərədə 1752-ci ilə kimi istifadə edilmiş Yuli təqviminə görə 25 dekabr 1642 – 20 mart 1727, qriqorian təqviminə görə 4 yanvar 1643 – 31 mart 1727-ci il tarixidir. Adı Tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib. == Həyatı == === Gənclik illəri === İsaak Nyuton Yuli təqviminə görə 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulmuşdur.
Pluton
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti)Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Koton
Koton — məşhur polis itlərindən biridir. Alman itidir. == Polis karyerası == Sahibi Patterson adlı polis işçisi olan Koton polis iti olub. Missuri ştatının Kanzas-Siti şəhərində polis itlərdən biri kimi çalışmışdır. Koton 24-dən artıq cinayətin üstünü açmışdır. 1991-ci ilin noyabr ayının əvvəllərində təqribən 1,2 milyon qiyməti olan 10 kq-lıq kokain aşkar etmişdir. 18 noyabr 1991-ci ildə Kanzas-Siti şəhərində sahibi polis Pattersonla birlikdə cinayətkar tərəfindən açılan atəş nəticəsində ölmüşdür. == Film karyerası == Koton yalnız bir filmdə iştirak etmişdir. Bu film 1989-cu ildə çəkilmiş "K-9" filmidir. Filmdə "Cerri Li" (Jerry Lee) rolunda polis it kimi çıxış etmişdir.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Alisa Merton
Alisa Merton — (13 sentyabr 1993, Frankfurt-Mayn, Hessen) - alman əsilli ingilis müğənni. == Həyatı == 13 sentyabr 1993-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Anası alman, atası irlandiyalıdır. Uşaq ikən atasının işi ilə əlaqədar olaraq, Kanadaya köçüblər və ilk addımlarını Kanadada atmışıdır. == Karyerası == 2017-ci ildə çıxatdığı "No Roots" mahnısı ilə dünyada məşhurlaşmışdır.
Alisa Uolton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Alisa Volton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Amonton qanunu
Amonton qanunu - cismlərin kontakt təsir etmə zamanı toxunan və normal əlaqə reaksiyalarını izah edən empirik qanundur. == Düsturlar == v ≠ 0 {\displaystyle {\textbf {v}}\neq 0} olduqda: F = − v | v | μ | N | {\displaystyle {\textbf {F}}=-{{\textbf {v}} \over {|{\textbf {v}}|}}\mu |{\textbf {N}}|} v = 0 {\displaystyle {\textbf {v}}=0} olduqda: | F | ≤ μ | N | {\displaystyle |{\textbf {F}}|\leq \mu |{\textbf {N}}|} == Xarici keçidlər == Самсонов В.А. Очерки о механике.
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. == Ümumi məlumat == Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. == Mühərrikin növləri == Mühərriklər iki qrupa bölünürlər.
Bolton arenası
Bolton arenası (ing. Bolton Arena) — İngiltərənin Mançester şəhərində yerləşən çox məqsədli daxili arena. Arena 6000 nəfərlik tamaşaçı tutumuna malikdir və bir sıra idman oyunlarının təşkili üçün nəzərdə tutulmuşdur. == Haqqında == Arena ictimaiyyətə 2001-ci ilin aprel ayında təqdim edilmişdir və 14 iyul 2001-ci ildə rəsmi açılış mərasimi təşkil edildi.2002-ci ildə Millətlər Birliyi Oyunları ərzində badminton oyunları bu arenada təşkil edilmişdir.