MOU

(Bakı)
1. yas
2. bəla
MOTUR
MOV
OBASTAN VİKİ
Oneiro Mou (Qianna Terzi mahnısı)
Oneiro Mou (yun. Όνειρο μου; azərb. Röyam‎) — Yunanıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Qianna Terzi "Oneiro Mou" mahnısı ilə Yunanıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Bu Yunanıstanın Avroviziyada 1998-ci ildən bəri ilk bütövlükdə yunan dilində səslənən mahnısıdır. Yunan musiqisinin zəngin şəkildə istifadə olunduğu mahnı ifaçı Qianna Terzi və eyni zamanda yunan bəstəkarlar Aris Kalimeris, Dimitris Stamatiu və Mixalis Papatanasiu tərəfindən bəstələnmişdir.
Emilia moutsamboteana
Emilia moutsamboteana (lat. Emilia moutsamboteana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Erigeron moupinensis
Erigeron moupinensis (lat. Erigeron moupinensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fragaria moupinensis
Fragaria moupinensis (lat. Fragaria moupinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Hamilton Mouran
Antônio Hamilton Martins Mourão (15 avqust 1953, Portu-Aleqri) — 2019-cu ildən Braziliyanın vitse-prezidenti olması ilə məşhur olan braziliyalı general. == Həyatı == 14 avqust 1953-cü ildə doğulub.
Hamilton Mourão
Antônio Hamilton Martins Mourão (15 avqust 1953, Portu-Aleqri) — 2019-cu ildən Braziliyanın vitse-prezidenti olması ilə məşhur olan braziliyalı general. == Həyatı == 14 avqust 1953-cü ildə doğulub.
Homalium mouo
Homalium mouo (lat. Homalium mouo) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Joze Mourinyo
Joze Mario dos Santos Mourinyo Feliks və ya qısaca Joze Mourinyo (26 yanvar 1963, Setubal[d]) — portuqaliyalı baş məşqçi və keçmiş futbolçu. Artıq Fənərbaxça baş məşqçisidir. Bir çox oyunçu, məşqçi və idman şərhçiləri tərəfindən dünyanın ən yaxşı və ən uğurlu baş məşqçisi hesab edilir. 2015-ci ildə Portuqaliya Futbol Federasiyası tərəfindən Portuqaliyada "Əsrin məşqçisi" adına layiq görülüb. 2017-ci ildə UEFA-nın əsasının qoyulduğu 1954-cü ildən indiyə qədərki dövr ərzində fəaliyyət göstərmiş ən yaxşı 10 baş məşqçinin siyahısına düşməyi bacarmışdır. Elə həmin il futbol tarixində transferlərə 1 milyard funt-sterlinqdən çox xərcləyən ilk məşqçi olmuşdur. Mourinyo peşəkar futbolçu karyerasına Portuqaliya İkinci Diviziyasında başlamışdır. O, Lissabon Texniki Universitetində "idman elmləri" ixtisası üzrə təhsil aldıqdan sonra Britaniyada məqşçilik kurslarında iştirak etmişdir. Lissabonda bədən tərbiyəsi müəllimi, gənclərdən ibarət klubda məşqçi, skaut və köməkçi məşqçi kimi işləmişdir. 1990-cı illərin əvvəllərində Portuqaliyanın Sportinq və Portu, həmçinin İspaniyanın Barselona klublarında baş məşqçi Ser Bobbi Robsonun tərcüməçisi olmuşdur.
Luis Moura
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Mouchezis
Architeuthis (lat. Architeuthis) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinin oegopsida dəstəsinin architeuthidae fəsiləsinə aid heyvan cinsi.
Moulin Rouge! (film, 2001)
Moulin Rouge! — 2001-ci ildə istehsal edilmiş, musiqili, romantik film. Filmin rejissoru, orodüsseri və ssenari müəllifi Baz Luhrmanndır. Qırmızı Pərdə prinsipi əsasında hazrlanmış filmdə Orfey əfsənəsi və Cüzeppe Verdinin "La Traviata" operasının motivlərindən istifadə edilmişdir. Filmdə gənc ingilis yazıçı – şairi olan Kristianın, ölümcül xəstə olan,Mulen Ruj gecə klubunun ulduzu, kabare aktrisa və kurtizan Satinə qarşı olan məhəbbətindən bəhs edilir. Hadisələr, incəsənət adamlarının yaşadığı ərazi kimi tanınan, Parisin Montmartre məhəlləsində cərəyan edir. Film səkkiz Oskar mükafatına namizəd göstərilmiş: Ən yaxşı bədii rejissor və Ən yaxşı paltar dizaynı nomanasiyalarında qalib gəlmişdir. Bu film iyirmi iki il ərzində Ən yaxşı şəkil nominasiyasında namizədliyi irəli sürülən ilk musicl idi. Film Avstraliyanın Sidney şəhərində, Fox Studiyasında çəkilmişdir. Filmdə hadisələr, 1900-cü ildə Paris şəhərində cərəyan edir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.
Mouna Skandi
Mount & Blade
Mount & Blade (azərb. At və qılınc‎), Türk firması TaleWorlds tərəfindən yaradılan, İsveçli yayımcı Paradox Interactive-in yayımladığı, özünə aid bir dünyası olan, Orta əsrlər mövzulu, tək oyunçulu oyundur. 16 sentyabr 2008-də Şimali Amerikada satışa çıxan oyun 3 gün sonra Avropada yayımlandı. Oyunun inkişafına "TaleWorlds"ün yaradıcıları Ərmağan Yavuz və yoldaşı İpək Yavuz tərəfindən bir oyun proyekti olaraq başlanıldı. Oyunun satışı hələ də davam edən hal-hazırkı versiyası 3 noyabr 2008-də yayımlanmışdır. Oyun PC Gamer jurnalının "Ən yaxşı 100 oyun" 2011 ili siyahısında 91. sırada yer tapmışdır. Kalradya ərazisində müharibə sürətlə yayılır. Bu müharibədən hər kəs öz payını alacaq və hər kəs yaşamaq uğrunda mübarizə verəcəkdir. Ovçusundan tacirinə, kəndlisindən əsgərinə qədər hər kəs bir məqsəd uğrunda mübarizə aparacaqdır: savaşdan sağ qurtulmaq.
Mount & Blade: Odla və qılıncla
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Mount & Blade (seriya)
Mount & Blade - videooyun seriyası. Türk oyun şirkəti TaleWorlds tərəfindən yaradılan və ilk oyunu 6 sentyabr 2008-də satışa çıxarılan Mount & Blade olmaq üzrə dörd ədəd videooyunu yayımlamışdır. İlk oyun Mount & Blade sadəcə tək oyunçulu olaraq oynana bilirdi, lakin ikinci oyun Mount & Blade: Warband tək oyunçulu oyunun yanında çox oyunçulu moda da keçirdi. Daha sonrakı oyun Mount & Blade: Atəş və Qılınc da tək oyunçulu və çox oyunçulu oynana bilir. 30 mart 2020-də satışa çıxan seriyanın son oyunu Mount & Blade II: Bannerlord da tək oyunçulu və çox oyunçulu modlar mövcuddur. Əlavə olaraq, oyunçuların da yaratdığı modlar da mövcuddur. Əsas seriya hal-hazırda dörd oyun və onların açılımlarını təşkil edir.
Mountain Dew
Mountain Dew (azərbaycanca "Mauntin Dyu") PepsiCo tərəfindən hazırlanmış qazlı içki. İçkinin orijinal resepti Barni və Alli Hartman tərəfindən hazırlanmışdır. Yenidən 1958-ci ildə tərtib edilən reseptin müəllifi isə Bil Fricfortdur. Bu formulun hüquqlarını isə Marion, Virciniyanın Tip korporasiyası əldə etmişdir.
Mouson-Pik
Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan. Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir. Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
Mouson dənizi
Mouson dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər, üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956–1958-ci illərdə "Oazis" elmi-tədqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının kənar hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yeni Zellandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Mouson yarımadası
Mouson yarımadası - Şərqi Antarktidanın Slavı körfəzi ilə Hacıyeva buxtası sahillərində yerləşir. V Qeorq torpağının şərq hissəsində mövqe tutur. Eni 50 km, sahəsi 600 m təşkil edir. Qutaracağında Voronina burnu yerləşir. Yarımadanı Amerikan "Highjump" ekspedisiyası tərəfindən kəşf edilir. Avstraliyalı ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılıb. Ərazini SSRİ və Avstraliya ekspedisiyaları tərəfindən araşdırılmışdır. Sahəsi 1,386 km² təşkil edir.
Mouzaki döyüşü
Mouzaki döyüşü (Yunan: Mάχη του Μουζακίου) — 4 may 1878-ci ildə Yunan Ordusunun Yunan nizamsızlarına dəstəyi ilə Osmanlı qüvvələrinə qarşı baş vermiş döyüş. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Fessaliya və Epirusda baş verən Yunan üsyanlarının əsas hadisələrindən biridir. Müstəqil|Yunan dövlətinin yaradılması ilə İrredentizm Yunan sakinləri olan, Fessaliya , Epirus və Makedoniya kimi Osmanlı bölgələrinə yayıldı. Qərbi Fessaliyada, Yunan Ordusunun rəsmi iştirakı olmadan təşviqatlar başladı, ancaq Yunan Zabitlərindən ibarət komitə Osmanlı qoşunlarının təcavüzünü yerli partizan dəstələri ilə əlaqələndirmək üçün gizli bir şəkildə bu əraziyə göndərildi. Qərargah, kapitanlar Georgios Filaretos və Ioannis Igglesisin köməyi ilə artilleriya polkovniki Konstantinos Ischonomachos'un ümumi komandanlığı altında Loutro Karditsas'a quruldu. Partizan müharibəsi artıq türklərə və albanlara qarşı ərazidə endemik hal almışdı. 1878-ci ilin mart ayının əvvəlində yerli başçı Tanasis Ziakas və onun Aqrafiote dəstələri Vounista, Qranista və Mesenikola kəndlərində üsyan etdilər. Yunan Ordusunun baş çavuşu Styananos Tzavaras da Sarakatsan və Arumın klefləri ilə qüvvə meydana gətirdi, bunların bir çoxu Arvanitakis dəstəsinin üzvləri idi. Hər iki qrup bir yerə toplanaraq bölgənin strateji bir nöqtəsi olan ərzaq və su almaq üçün açar olan Mouzaki kəndinə hücum etdi. Bundan əlavə, böyük şəhərlərdən Osmanlı qoşunlarını kəndlərə çəkmək fürsəti oldu.