Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aylin Muxika
Aylin Muxika (ing. Aylin Mujica) — məşhur Meksika aktrisası, modeli və balerinası.
Xose Muxika
Xose Muxika (20 may 1935, Montevideo) — Uruqvay prezidenti. Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər. Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu 1987 istehsalı və qiyməti 1810 $ olan Wolksvagen Beatles idi. Prezidentlik dövründə isə yeganə aldığı qiyməti 1945 $ olan Wolksvagen Juke avtomobili olmuşdur. O,dünyada ən kasıb (əliaçıq) prezident sayılır.
Nadiya Muşka
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nadya Muşka
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Fransisko Xose Muxika
Fransisko Xose Muxika Velaskes (isp. Francisco José Múgica Velázquez; 3 sentyabr 1884, Tinquindin[d], Miçoakan[d] – 12 aprel 1954, Mexiko) — Meksika inqilabçısı, siyasi və hərbi xadimi, general-mayor. Meksika Konstitusiyasının müəlliflərindən biridir. Radikal ideoloq kimi tanınan Muxika Tabasko və Miçoakan ştatlarının, eləcə də o vaxtkı Cənubi Aşağı Kaliforniya ərazisinin qubernatoru vəzifəsində çalışmışdır. Muxika Meksika inqilabının silahlı mərhələsindən sonra Lasaro Kardenasın ideoloji mentoru olmuş və prezident olduğu müddətdə (1934–1940) hökumətə daxil olmuş, milli iqtisadiyyat, rabitə və ictimai işlər katibliklərinə rəhbərlik etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == De María y Campos, Armando. Múgica: Crónica biográfica. 1939 de Palacios, Ana María León. Gral. Francisco J. Mújica: Agrarista, Educador.
Musiqar
Musiqar (Panın fleytası) - qədim nəfəs alətlərindən biridir, dodaqla çalınır. Rumınlar musiqarı «nay» adlandırırlar. Avropada musiqara bəzən «pan fleyta» da deyirlər. Musiqar qədim nəfəs alətlərimizdən biridir və dodaqla səsləndirilir. Musiqarın səsləndirilməsi digər nəfəs alətlərindən kəskin fərqlənir. Yəni musiqar çalğı alətlərimizin sırasında yeganə alətdir ki, ifaçı müxtəlif yüksəklikli səsləri çalan zaman əllərdən, daha doğrusu, barmaqlardan istifadə etmir. Çalğı alətlərimiz şərti olaraq 4 qrupa bölünür: 1.Qədimdə yaranan və müasir dövrümüzə qədər gəlib çıxan alətlər tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s. 2.Qədimdə yaranıb və unudulmuş, sonradan bərpa edilən çalğı alətləri – bərbət, rud, çəng, kos, qaşığek, çəğanaq və s. 3.Şərti olaraq mühacir adlandırılan alətlər – Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, gərənay, musiqar və s. 4.Müasirlərimiz tərəfindən icad edilən alətlər – sinəud, zülfar, dilrüba, əsa ney, neyvari və s.
MÜSİAD
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (türk. Müstakil Sanayici ve İşadamları Derneği) və ya qısaca MÜSİAD — 5 may 1990-cı ildə bir qrup türk iş adamı tərəfindən qurulan qeyri-hökumət təşkilatıdır. Dərnəyin məqsədi Türkiyəni yerli və ümumbəşəri dəyərləri qoruyan, öz bölgəsində fəal olan, dünyada hörməti olan firavan bir ölkəyə çevirmək; Türkiyənin və dünyanın sosial, mədəni, iqtisadi və texnoloji sahələrdə inkişafını təmin etmək. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır. 1990-cı ildən bu yana dünyada 11.000 üzvü ilə, təxminən 1.6 milyon şəxsə iş imkanı verən, Türkiyədə 87, Ölkə xaricində 81 fəqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır. MÜSİAD Azərbaycan (türk. MÜSİAD Azerbaycan) 01.01.2018 tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 63 üzvü ilə 3750 nəfər işçiyə iş imkanı verməkdədir. 10 nəfərlik İdarə heyəti və 5 komitə ilə fəaliyyətini davam etdirir.
Musical.ly
Musical.ly — video, mesajlaşma və canlı yayım yaratmaq üçün sosial şəbəkə proqramı idi. 2014-cü ilin aprelində yayımlanmışdı.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Dichagyris musiva
Dichagyris musiva (lat. Dichagyris musiva) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin dichagyris cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 38-44 mm-dir. Rəngi qırmızımtıl-qəhvəyi olub, qara pulcuqlarla qarışıqdır. Kostal kənar açıq-sarı (krem) rəngindədir. Pazşəkilli ləkə aydın görünmür. O, ya yayılmış halda olur, ya da bir neçə qara pulcuq şəklində görünür. Eninə uzanan 1-ci zolaq görünmür, 2-ci eninə zolaq qaradır. Qanadın əsaında yerləşən yumuru ləkənin ortası qara olub, qanadın kostal kənarı ilə dövrələnmiş və nazik zolaq şəklində yumuru ləkənin altına qədər uzanır. Böyrəkşəkilli naxış bozumtul-qəhvəyi rəngdə olub, açıq rəngli xətlə haşiyələnmişdir.
Muskau sarayı
Muskau sarayı və ya Muskau qalası — Almaniyanın Saksoniya vilayətində qala. Əsas binanın ətrafında mənzərəli park var. Saray 2004-cü ilin iyul ayından UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Muskau Parkı adlı geniş parkda yerləşir. Muskau su üzərində olan qala növünə aiddir. == Coğrafiyası == Muskau Parkı, Lujiçka çayı üzərində Almaniya—Polşa sərhədinin hər iki tərəfi boyunca uzanan Mərkəzi Avropanın ən böyük və ən məşhur İngilis parklarından biridir. == Tarixi == Muskau bölgəsindən keçmiş dövrlərdə iki mühüm ticarət yolu keçirdi. Muskaudakı ən qədim istehkamlar, şübhəsiz ki, bu yolların qorunmasına xidmət edirdi. Bundan əlavə, çay keçidinin yaxınlığında gömrük məntəqəsi var idi. Qalanın əsası qoyulduğu dövrə aid çox az sənəd qalmışdır. Muskau sarayinin ilk aydın şəkildə sənədləşdirilmiş sahibi Bodo von Euleburg idi.
Muskan (film, 2004)
Muskan (ingiliscə: Smile) — Rohit-Manişin rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik-triller filmidir. Əsas rollarda Aftab Şivdasani və Qreysi Sinqh rol almışdır. Cəsarətli, gülərüz və çılğın modelyer olan Sameer Oberoi (Aftab Shivdasani) həyatda ona lazım ola bilən hər şeyə malikdir: müvəffəqiyyətli karyera; etibarlı və təhlükəsiz gələcək; rahat və zəngin həyat tərzi; onunla evlənməyə ümid edən gözəl qız olan Jahnvi (Neha); bir adam xoşbəxt olmaq üçün daha nə istəyə bilər ki? Amma Sameerin beynində xəyal etdiyi qızın obrazı var və o, tezliklə onu tapacağına ümid edir. Onun bu axtarışı daha yaxşı model axtarışındakı maneələrlə qarşılaşır; bir sıra yanlış telefon zəngləri, onu tanımadığı gənc bir xanımla birləşdirir. Samirin qrupu başqa bir yerə səyahət etmək qərarına gəlir və yolda onların maşını xarab olduğuna görə onlar Muskaan adlı gənc xanımın – “yanlış nömrə”nin də içində olduğu eyni avtobusda təsadüfən səyahət etməyə məcbur olurlar və bu səyahət zamanı Samir və Muskaan arasında yolda bir sıra anlaşılmazlıqlar baş verir. Samir Muskanı bəyənir və onu özünün axtardığı yeni modeli kimi təyin etmək qərarına gəlir və qız onun bu qərarı ilə razılaşır. Sonra Canvi (Jahnvi) qrupun bir üzvü tərəfindən mədəsindən vəhşicəsinə bıçaqlanaraq öldürülür və beləliklə də onların dünyası alt-üst olur və polisin əlindəki yeganə ipucu qızın qatilinin adının “S” hərfi ilə başlamasıdır və nəyin bahasına olursa olsun qatili əldə etməyə qərarlı olan müfəttiş Vikram Rajputun gözündə Samir qızın qətlində əsas şübhəliyə çevrilir. Qatilin axtarışı zamanı Muskaan (Gracy Singh) və Sameer bir-birlərinə aşiq olurlar. Onlar polis bölməsinə getməyə hazırlaşarkən Muskaan Canvinin atasına mesaj qoyduğu kasetlə gəlir.