Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muxlis Hacıyev
Muxlis Əhməd oğlu Hacıyev — texniki elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inşaat və maşınqayırma üzrə ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat konstruksiyaları kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimidir. Hacıyev Muxlis Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 20 kitab və 150-yə yaxın elmi məqalə müəllifidir. 10 elmlər namizədi yetişdirmişdir. Hazırda 6 fəlsəfə doktoru və 2 elmlər doktoru dissertasiyası üzrə elmi rəhbərdir. Dəfələrlə Rusiya, Qazaxıstan və Türkiyədə elmi konfranslarda iştirak etmisdir.
Müxlis Cənizadə
Müxlis Mirsabir oğlu Cənizadə (26 noyabr 1928 – 10 dekabr 1972) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960). Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib.
Keri Mullis
Keri Banks Mullis (ing. Kary Banks Mullis; 28 dekabr 1944[…], Lenuar[d], Şimali Karolina – 7 avqust 2019[…], Nyuport-Biç[d], Kaliforniya) — Amerikalı biokimyaçı, PCR metodunun yaradıcısı, 1993-cü il Kimya üzrə Nobel Mükafatı laureatı. == Tərcümeyi halı və elmi işi == Kari Mullis 28 dekabr 1944-cü ildə Şimali Karolina ştatının Lenoir şəhərində fermer ailəsində anadan olub və uşaqlığını Cənubi Karolina ştatının Kolumbiya şəhərində keçirib. Onun biologiyaya ilk marağına səbəb kənd həyatı idi. Mullis 1966-cı ildə Corciya Texnologiya İnstitutunu bitirib və 1972-ci ildə Berkli Kaliforniya Universitetində biokimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb, burada protein quruluşu və sintezini öyrənib. Dissertasiya müdafiə etdikdən sonra Mullis müvəqqəti olaraq elmi fəaliyyətdən uzaqlaşaraq elmi fantastika janrında bədii əsərlər yazır. Lakin, o, tezliklə biokimyaya qayıtdı və 2 il Kanzas Universitetinin Tibb Fakültəsində çalışdı və sonra biotexnologiya korporasiyalarından birinə keçdi. Bu şirkətdə işləyərkən Mullis 1983-cü ildə molekulyar biologiya və tibbdə inqilab edən polimeraz zəncir reaksiyası metodunu inkişaf etdirdi. 1993-cü ildə alim bu kəşfinə görə kimya üzrə Nobel mükafatı alıb. Keri Mullis 7 avqust 2019-cu ildə 74 yaşında Nyuport-Biçdəki evində ürək və tənəffüs çatışmazlığı, ağciyər iltihabının ağırlaşmalarından vəfat etdi. .
Müdrisə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Müəsisə
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Müflis
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
Muline (Dənizkənarı Alplar)
Muline (fr. Moulinet) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş L'Eskaren kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 41,07 km², əhalisi — 223 nəfərdir (2006) artım tendensiyası ilə: 224 nəfər (2012), əhalinin sıxlığı 5,5 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 207 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 224 nəfər.
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Azərbaycanın müalicə ocaqları filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir. == Məzmun == Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir.