MÜFLİS

sif. [ ər. ]
1. İflasa uğramış, iflas etmiş, sınıq çıxmış (bax iflas 1-ci mənada).
□ Müflis olmaq – bax müflisləşmək 1-ci mənada.
[Dilara:] Cavanşir bəy müflis olmuş Qarabağ bəylərindən birinin oğlu idi. Ə.Məmmədxanlı.

2. Var-yoxu əlindən çıxmış, yoxsullaşmış, kasıb düşmüş.
Zarafat deyil, qırx ildə əziyyət çəkib yığdığın dövlət bir gündə əldən gedə, qalasan müflis. N.Vəzirov.

□ Müflis olmaq – bax müflisləşmək 2-ci mənada. Bədxərclikdən müflis oldu.

Синонимы

  • MÜFLİS MÜFLİS, BANKROT
  • MÜFLİS yoxsul — kasıb — pulsuz

Антонимы

  • MÜFLİS MÜFLİS – VARLI Qalanları, yəni milyonlarla adam əslində yoxsul və müflisdir (M.Talıbov); Varlı kisəsini döyür, kasıb dizini (Ata

Этимология

  • MÜFLİS Ərəbcə iflas (bankrot) sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜFƏTTİŞLİK
MÜFLİSLƏŞDİRMƏ
OBASTAN VİKİ
Müflis
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
Müflisləşmə

Значение слова в других словарях

барьери́ст вышеука́занный кисля́тина подопре́лый регистрацио́нный саа́м бино́клевый выпя́чивание кова́ть куклукскла́новский по-медве́жьи предо работя́га самокру́ткой ублю́док целомудрие complainant pinacoid plumb torment vegetable ivory плоть раздираться теократия упредить