Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mustafa Məhəmməd Nəccar
Mustafa Məhəmməd Nəccar (2 dekabr 1956) — İranın müdafiə naziri. == Həyatı == Mustafa Məhəmməd Nəccar 2 dekabr 1956-cı ildə Tehran şəhərində anadan olub. Mənşəcə Cənubi Azərbaycanın Bostanabad şəhərindəndir. 1977-ci ildə Nəsrəddin Tusi adına Texnologiya universitetini bitirib.
Ümid Nəccari
Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyinin və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü. == Həyatı == Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib.Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır. İlk əsərləri Təbriz şəhəri dövrü mətbuatında çap olunmuşdur. Üç kitabın müəllifidir.
Naccar (Keşavərz)
Naccar (fars. نجار‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (202 ailə).
Dəccal
Dəccal — İslam dininə görə Qiyamət gününə, Mehdinin zühuruna yaxın çox nəhəng uzunqulağa minib zühur edərək insanları dindən uzaqlaşdıracaq əfsanəvi şəxs. Xristian dinində İsa peyğəmbərin düşməni.1.Məhəmməd peyğəmbər demişdir:O kök, qırmızı üz olacaqdır 2.İmam Əli buyurur:o ağ eşşəyin üzərində gələcək.Və hamını özünə çəkəcək və elə bir fəryad edəcək ki şərdə və qərbdə olan cinlər bu fəryada gələcəklər.O insanları dindən uzaqlaşdıracaq və özünü Tanrı kimi tanıdacaq.
Məcdar
Məcdar (fars. مجدر‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 332 nəfər yaşayır (60 ailə).
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. == Tarixi == === Erkən avtomobil yarışları === 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
Səccad Şahbazzadə
Səccad Şahbazzadə (fars. سجاد شهباززاده‎‎, d. 1990 23 yanvar, İran, Ərdəbil) - azərbaycanlı peşəkar futbolçudur. Karyerası ərzində Saypa, İstiqlal, Alanyaspor, Neft Tehran, Qətər SC, Sepahan kimi klublarda oynamışdır. 2018-ci ilin may ayından Sepahanda oynamaqdadır. == Klub karyerası == === Gənclik dövrü === Futbolla ilk dəfə doğulduğu Ərdəbil şəhərində məşğul olmağa başlamışdır. Uşaq yaşlarında İnter Kampus proqramının Ərdəbildəki akademiyasına qəbul edilmişdir. 14 yaşında Ərdəbilin Zob Ahan Ərdəbil futbol komandasına keçmişdir. === Saypa === Səccad Şahbazzadə 2010-2014-cü illərdə Saypa komandasında karyerasını davam etdirmişdir. Bütün oyunlar daxil olmaqla burada 9 dəfə fərqlənməyi bacaran Səccad 2014-cü ildə İran futbol liqasının nə güclü komandalarından olan İstiqlala transfer olmuşdur.
Vasim Səccad
Vasim Səccad (30 mart 1941, Calandhar[d], Britaniya Hindistanı) — Pakistan İslam Respublikasının 9-cu prezidenti. Britaniya Hindistanının Calandhar şəhərində anadan olan Səccadın atası (Ədalət Səccad Əhməd), daha sonra Pakistanın Baş Seçki Komissarı olaraq Ali Məhkəmənin hakimi vəzifəsinə getdi. Səccad Lahor'a getməzdən əvvəl Britaniya Hindistanının Ordusunda və Pəncab Universitetində hüquq təhsili aldı. Rodos Təqaüdçüsü olaraq Oksfordşirə köçdü, burada Mülki Hüquq bakalavrını aldı və 1967-ci ildə Oksford Uadham Kollecindən Hüquqşünaslıq dərəcəsi aldı. 1968-ci ildə İç Məbəddəki Baraya çağrıldı. Pakistana qayıtdıqdan sonra Səccad Pakistanda vəkil kimi qəbul edildi və 1967-1977-ci illər arasında konstitusiya hüququ öyrətdiyi Pəncab Hüquq Kollecinə daxil oldu. == Siyasi Karyerası == Səccad 1985-ci ildə Senat üzvü olaraq mərkəz sağ Müsəlman Birliyinin üzvü olaraq seçildi və 1986-cı ilin sentyabrından 1988-ci ilin dekabrına qədər olduğu müddətdə Senatın sədri seçildiyi andan 1988-ci ilin dekabr ayına qədər qanun və ədliyyə naziri vəzifəsini icra etdi. 1997-ci ilə qədər. Bu müddətdə iki dəfə ümumi seçkilərdə Pakistanın Prezidenti vəzifəsini icra etdi. 1999-cu ildə Səccad, general Müşərrəfin çevrilişini dəstəkləyən bir qüsurlu bir qrupa qoşuldu və 2003-cü ildə Pakistan Senatında 2008-ci ildə siyasi təqaüdə çıxana qədər Evin Rəhbəri oldu.
İmam Səccad
Əli ibn Hüseyn (4 yanvar 659, Mədinə – 20 oktyabr 713, 714 və ya 750, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
Nəcla Sultan
Nəcla Hibətullah Sultan və ya Nəcla Osmanoğlu (15 may 1926, Nitsa – 16 oktyabr 2006, Madrid) — Osmanlı sülaləsinin üzvü. == Həyatı == Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Babası VI Mehmedin İtaliyanın San-Remo qəsəbəsində vəfat etdiyi 15 may 1926 tarixində, Fransanın Nitsa şəhərində dünyaya gəldi. Ailənin ən kiçik qızı idi və özündən böyük Nəslişah və Xanzadə adlı 2 bacısı vardı. Uşaqlığı və gənclik illəri Fransada keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 1938-ci ildə ailəsiylə birlikdə Misirə köçdü və 1943-cü ilin fevralında Misir kral ailəsindən Əmir İbrahimlə (d. 18 aprel 1903 — ö. 1977) evləndi. 1952-ci ildə bu nikahdan Osman Rüfət adlı oğlu dünyaya gəldi.
Həccac ibn Yusif
Həccac ibn Yusif (1 iyun 661, Taif, Hicaz, Əməvilər xilafəti – 1 iyun 714, Vasit, Əməvilər xilafəti) — Əməvilər xilafətinin sərkərdəsi. == Həyatı == Məsudi "Mürucuz-zəhəb" və İbn əl-Əsirin "əl-Kamilu fit-tarix" kitablarında yazılmışdır: "Elə ki Həccac ibn Yusif İraqın hakimi vəzifəsinə təyin olunaraq öz hakimiyyətinin qərargahı olan Kufəyə daxil oldu, ilk nitqini (müraciətini) bismillahsız, qorxutma, çoxlu hədə ilə başladı və bununla da özünün qaniçən olduğunu göstərdi. Ilk nitqində işlətdiyi cümlələrdən biri də bu idi: "Ey Iraq xalqı! Ey təfriqəçi, nifaqçı və ən pis sifətlərə malik olanlar! And olsun Allaha ki, mən sizin aranızda ucalmış boyunlar və biçilmək vaxtı yetişmiş çoxlu başlar görürəm! Və bu mənim işimdir! Ey Iraq əhalisi! Bilin, and olsun Allaha mən nə sizin səhvinizi bağışlayacağam, nə də sizin üzrünüzü qəbul edəcəyəm."; Sonra göstəriş verdi ki, gərək sizin hamınız şəhərin kənarında toplaşasınız və Bəsrədə hökumət əleyhdarları ilə döyüşən Məhləbə kömək etməyə tələsəsiniz. Hər kəs bu əmrdən boyun qaçırsa, boynunu vuracaq, evini viran edəcəyəm. Üç gün sonra Həccac şəxsən Kufə əhalisinin Bəsrəyə tərəf hərəkətini müşahidə etdiyi vaxt Kufə qəbilələrinin başçılarından olan Ümeyr ibn Zabi adlı bir qoca onun yanına gəlib dedi: Əmir!
Müslim ibn Həccac
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi. == Həyatı == Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir. == Onun haqqında deyilənlərdən == Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir".
Müslüm ibn Həccac
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi. == Həyatı == Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir. == Onun haqqında deyilənlərdən == Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir".
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. == Nektarinidlər, nektarofaqlar == Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. == Müxtəliflik (Fərqlilik) == Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Netcad
Netcad ümumi məqsədli bir CAD (Kompüter Dəstəkli Dizayn) ve GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır. Güclü, sınanmış və beynəlxalq standartlarda tək milli CAD və GIS proqramdır. Netcad üzərində 30 a yaxın təməl tətbiq inkişaf etdirilmişdir. 2007 ili etibarı ilə təxminən 5000 İstifadəçi və 15000 Netcad lisansı və çalışmaqdadır. Məhsulu inkişaf etdirən ULUSAL firmasının 125 adamın üzərində çalışanı olub firmanın Ankara və İstanbulda ofisləri mövcuddur. www.netcad.az Arxivləşdirilib 2019-09-11 at the Wayback Machine www.netcad.com www.netcad.com.tr www.netcadportal.com Arxivləşdirilib 2012-10-01 at the Wayback Machinesaytlarından firma və xidmətləri haqqında daha geniş məlumat alına bilər. Xüsusi sektorun böyük əksəriyyəti, cəmiyyət təşkilat və quruluşlarının əlaqədar vahidlərinin böyük əksəriyyəti netcad istifadə etməkdədir. Netcad; Universitetlərimizin Xəritə, İnşaat, Planlama, Geologiya mühəndisliyi hissələrində dərs olaraq oxudulmaqdadır. == Məhsullar == NETCAD geniş yelpikdə peşəkar mühəndislik həlləri təqdim edən milli qaynaqlarla çıxarılmış bir CAD və GIS proqramıdır. Netcad 5.0 GIS; bütün Netcad modullarının üzərində işlə/çalışdığı təməl və ortaq funksiyalarının iştirak etdiyi, güclü sınanmış, beynəlxalq standartlarda tək CAD (Kompüter Dəstəkli Dizayn) və GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır.
Netcat
Netcat — istənilən poçt nömrəli TCP və ya UDP şəbəkə bağlantıları yaradır, verilənləri qəbul edir və göndərir. Bu proqram kompüter şəbəkəsinin və ya trafikin test edilməsi üçün paket axınları yaratmaq və ya tutmaq üçün istifadə olunur.
Neymar
Neymar (Tam adı: Neymar Da Silva Santos Junior, (port. Neymar da Silva Santos Jnior; 5 fevral 1992[…], Moji-das-Kruzis, San-Paulu ştatı) — "PSJ" klubunun braziliyalı futbolçusu, hücumçusu, Braziliya yığmasının kapitanı. = Karyerası = Santos İlk klubu Santos olub. O burada 224 oyuna çıxıb və 136 qol atıb. Onu Çelsi, Real Madrid və Inter heyətinə qatmaq istəyirdi. Braziliyalı oyunçu bunlardan heç birinə keçmək istəmirdi. Buna baxmayaraq Çelsi ona təkliflər irəli sürürdü. Santos onları FİFA-ya şikayət etməklə təhtit etdi. Barselona Braziliyalı oyunçu 2014-cü il May ayının 25-də Kataloniya klubu Barselona-ya keçdi. O burada Çempionlar liqasının qalibi oldu.
Riyaz Qüccar (film, 1991)
"Riyaz Qüccar" filmi — Həsən Əsgərin rejissorluğu ilə çəkilən 1991 Pakistan musiqili filmi. == Məzmun == Film Lahordakı cinayət şəbəkəsinin səbəbi olan bir barondan bəhs edir. O, müttəfiqləri də başda olmaqla Lahoru bir-birinə qatıb. Artıq hamı ondan qorxur. Bəs o, kimdən və nə zaman qorxa biləcək?
Nekkar çayı
Nekkar çayı (alm. Neckar) — Almaniyada çaydır. Bu çay Baden-Vürtemberq federal torpağından keçir. Uzunluğu 367 km, hövzənin sahəsi 14000 kv.km-dir. == Coğrafiyası == Çay Manhaym rayonunda Reyn çayına tökülür. Çayın keçdiyi zona şorlanmışdır. Çayın sahilində çoxlu sayda şəhərlər vardır. Çayın illik axımı 130 kub.m\san-dir. Maksimum axım fevral-mart aylarındadır. Qışda çayın suları donur.
Typhlodromips nectae
Necat Toksoy
Necat Toksoy (22 fevral 1946, İstanbul - 9 iyul 2019, İstanbul), — Türk müğənnisi və musiqiçisi. == Həyatı == Müğənni və musiqiçi Necat Toksoy 22 fevral 1946-cı ildə İstanbulda anadan olub. İstanbul kişi orta məktəbini bitirmişdir. 1964-cü ildə öz musiqiçi dostları, Çetin Yavuzdoğan, Metin Yavuzdoğan, Cihat Günaydın və Zamir Manisalı ilə birlikdə onların yaratdıqları "mavi işıqlar" musiqi qrupunun solisti oldu. 1965-ci ildə "Qızıl Mikrofon" musiqi müsabiqəsində onlar ilk dəfə qrup kimi iştirak etmiş, Tvist üslubunda ifa etdikləri "Halva Halva" treki ilə ikinci yeri tutmuşlar.Bir il sonra, eyni müsabiqədə, 1966-cı ildə, onlar yenidən qrup kimi rok-stil "Çəmən Çəmən Ot Geze" track ikinci sırada iştirak etdi. Toksoy karyerasını 1960-cı və 1970-ci illərdə qrupla davam etdirərək, müxtəlif təşkilatlarda səhnəyə çıxır və albom üzərində işləyir. Dekadent musiqi işinin dekindən sonra onlar 1990-cı ildən qrupun keçmiş üzvləri ilə yenidən birləşərək musiqi işi ilə məşğul oldular.Toksoy'un səsindən "Yaxşı düşün", "Halva Halva" və "Çəmən Çəmən Ot Geze" parçaları səs gətirdi. Toksoy 1969-cu ildə evləndiyi həyat yoldaşı Leyla Balabandan iki qızı doğurdu. Onun kiçik qızı Derya və həyat yoldaşı Leyla xanımı 2010-cu ildə qısa dekanı ilə itirdi. == Ölüm == Böyük qızı Dəniz Toksoy ilə birlikdə yaşayan türkiyəli müğənni və musiqiçi Nejat Toksoy, 9 iyul 2019-cu il tarixində 73 yaşında İstanbulda xərçəng xəstəliyindən müalicə alarkən vəfat etdi.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
Nevar dili
Nevar dili (नेपाल भाषा, Nēpāl bhāṣā, Newah Bhaye və Newari kimi də tanınan) – Nepalın əsas dillərdən biri. Təxminən Nepal əhalisinin 3%-inin ana dilidir.Nepal Bhasanın Çin-Tibet dilləri kimi təsnifləşdirilməsinə baxmayaraq,böyük ölçüdə Hind-ari dillərindən təsirlənmişdir. Nepalın xaricində, Nepal Bhasa , Hindistanda da danışılır, xüsusilə Sikkimdə ki 11-rəsmi dillərindən biridir.
Neyyar Zaman Natəmi
Neyyerzaman Mehdiqulu qızı Hatəmi (1916 – 2000) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professor (1970), Azərbaycan SSR Əməkdar elm xadimi. == Həyatı == 1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V-XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünas-lığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik «Farsca-Azərbaycanca sözlük» əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir.
Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi
Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi (1194, Təbriz – 1245) — Təbriz şəhərində yaşayıb yaratmış bu məşhur həkim "Ədvarül-Həmmiyət" (İsitmələrə qarşı dərmanlar) və bir sıra başqa əsərlərin müəllifidir.
EICAR test faylı
EICAR Anti-Virus Test Faylı və ya EICAR test faylı kompüter antivirusunun test edilməsi məqsədilə Avropa Kompüter Antivirus Tədqiqatları İnstitutu (European Institute for Computer Antivirus Research) və Antivirus Tədqiqat Təşkilatı (Computer Antivirus Research Organization) tərəfindən hazırlanmış kompüter faylıdır. Həqiqi zərər verə biləcək real zərərli proqramdan istifadə etmək əvəzinə, bu test faylı insanlara real kompüter virusundan istifadə etmədən anti-virus proqramını sınaqdan keçirməyə imkan verir. Antivirus proqramları EICAR sətirini digər müəyyən edilmiş imzalara bənzər təsdiqlənmiş virus kimi təyin edirlər. Standart bir virus skaneri faylı aşkar edərkən zərərli virus tapılmış kimi reaksiya verəcəkdir. Əksər virus skanerləri bu faylı virus kimi tanıyır, hətta düzgün konfiqurasiya edildikdə belə bu faylı aşkar etməyə bilər. Nə faylın aşkarlanma üsulu, nə də onun işarələndiyi ifadə standartlaşdırılmayıb və real zərərli proqram təminatının qeyd olunma üsulundan fərqlidir. EICAR test sətirinin tanımlanması müxtəlifyönümlü ola bilər: EICAR test sətrini ehtiva edən fayl sıxıla və ya arxivləşdirilə bilər və sonra sıxılmış faylda test sətirini aşkar edib-etmədiyini görmək üçün antivirus proqramı işə salına bilər. AMTSO Xüsusiyyət Parametrlərinin Yoxlamalarının bir çoxu EICAR test sətirinə əsaslanır. == Dizayn == Bu fayl 68 və 128 bayt arasında olan faylıdır və qanuni .com icra edilə bilən fayldır (sadə x86 maşın kodu-MS-DOS,OS/2 və Windows) (16 bit məhdudiyyətlərə görə 64 bit istisna olmaqla). İcra edildikdə, EICAR test faylı "EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!" və sonra dayanacaq.
Near adaları
Near adaları (ing. Near Islands, aleut. Sasignan tanangin) — Aleut arxipelaqında ən kiçik və ən qərb adalar qrupu. Near adaların ümumi sahəsi 1143,8 km²-dir. 2000-ci ilə qədər əhalisi 47 nəfər olmuşdur. Əhali Attu və Simia adalarında yaşayır. == Coğrafiya == Qrupun ən böyükləri Attu, Aqattu adaları və öz növbəsində Alaid, Nizki və Simiya adalarından ibarət Semiçi adaları qrupunu təşkil edir. Simiyadan 30 km şimal-şərqdə İnqenstrem qayaları kimi tanınan kiçik bir rif yerləşir. == Tarix == İlk rus səyahətçilər tərəfindən bütün Aleut adaları arasında Rusiyaya ən yaxın adalar kimi adlandırılmışdır. Onlar ilk dəfə rəsmi olaraq müasir ad altında adaları 1813-1814-cü illərdə rus tədqiqatçısı Lanqsdorf tərəfindən dəniz hesabatlarında qeyd etmişdir .