Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babakar dağı
Babaqar silsiləsi (rus. Папакарский хребет) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi. == Oronimin mənşəyi == Babaqar və ya Babakar/Babakər oronimi baba (Türkdilli xalqların böyük əksəriyyətində, o cümlədən azərbaycanlılarda yüksək dağ zirvələri baba adlandırılır) və kar/qar (qədim türk dillərində dağ mənasını verirdi) sözlərindən düzəlib, "yüksək dağ", "müqəddəs dağ" deməkdir. == Zirvələri == SSRİ ordusunun 1976-cı ildə tərtib etdiyi və 1985-ci ildə yenilədiyi topoqrafik xəritəyə əsasən (miqyas 1:100000): === Ermənistan ərazisində, qərbdən şərqə doğru === Danadağ — hündürlüyü 800.1 m Eldağ — hündürlüyü 831.8 m Günəştəpə — hündürlüyü 747 m Körpülü — hündürlüyü 959.3 m Keçəltəpə — hündürlüyü 629 m Tərs — hündürlüyü 883.8 m === Gürcüstan ərazisində, qərbdən şərqə doğru === Qavaxtəpə — hündürlüyü 513.2 m Ağtəpə — hündürlüyü 451.8 m Adamdaş — hündürlüyü 535.2 m Şiştəpə — hündürlüyü 623 m === Azərbaycan ərazisində, şərq sonluğu === Babaqar — hündürlüyü 700.6 m (bəzi mənbələrdə 700 m və ya 708 m olaraqda verilir) == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il. Анохин Генрих Иосифович . "Малый Кавказ". Москва, "Физкультура и спорт", 1981 год.
Babakar silsiləsi

Babəkan (Xoy)
Babəkan (fars. بابكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Abakar Hacıyev
Abakar Məhəmməd oğlu Hacıyev (11 aprel 1979, Zaqatala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. Orta təhsilini Ş. Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı. == Hərbi xidməti == 1996–2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında — indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub.
Pyer Abelar
Pyer Abelyar (fr. Pierre Abélard/Abailard, lat. Petrus Abaelardus;; 1079[…] – 21 aprel 1142[…], Şalon-sür-Son) – orta əsr Fransa sxolastik filosofu, ilahiyyatçısı, şairi və musiqiçisi. Konseptualizmin yaradıcılarından və nümayəndələrindən biridir. Orta əsrlər fəlsəfəsi üçün səciyyəvi olan universalilərin təbiəti haqqında mübahisədə konseptualizm ideyalarına tərəfdar çıxmış,, Orta əsrlər realizmi ilə mübahisə və diskussiya aparmışdır. Məşhur əsərinin adı "Hə və yox"dur. Katolik kilsəsi onun baxışlarını və fəlsəfi mülahizələrini bidətçi baxışlar adlandırmış və ona qarşı mənfi münasibət bəsləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gilson, Etienne. Heloise and Abelard. Ann Arbor: University of Michigan Press.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. == Həyatı == Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Oğulcan Bekar
Oğulcan Bekar (1 sentyabr 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda hücumçu kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Bekar Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Bekar öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Filipp Sturmu əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Bekar Avstriyada anadan olmuşdur. O, Avstriya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. 2017-ci ilin sentyabr ayında Bekar Avstriya U-18 millisinə dəvət almışdır. == Karyera statistikası == === Klub === 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.