Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nabors Industries
Nabors Industries — Neft hasilatı üzrə fəaliyyət göstərən beynəlxalq enerji şirkəti. Baş korporativ ofisi ABŞ-nin Hyuston şəhərində yerləşir. Nabors quru üzərində yerləşən (land drilling) neft qurğularının sayına görə dünyanın ən böyük neft istehsalçısı hesab edilir. Beləki, şirkətin hazırda 25-dən çox ölkədə 500-dən çox neft qurğusu. == Tarixi == Şirkət 1968-ci ildə Anglo Energy adı ilə yaradılıb. 2000-ci ildən bəri Nabors İndustries adlanır. Son illərdə, quruda neft istehsalatı üzrə dünyanın lideri sayılır. Antoni Petrello 2012-ci ildən bəri şirkətin rəhbəri və idarə heyətinin prezidenti vəzifəsini icra edir. Şirkətin 30,000-dən çox işçisi var. Nabors İndustries dünyanın 6 qıtəsində, 25-dən çox ölkədə fəaliyyət göstərir.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi mənbələrdə == Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. == Etimologiyası == Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. == Din == Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Deneş Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Motaatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Motoatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Nabur bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nabur müqaviləsi
Nabur müqaviləsi — Rusiya ilə Osmanlı imperiyası arasında sərhədləri dəqiq formada müəyyən etmək üçün bağlanmış müqavilə. == Arxa plan == Rusiya imperiyası yeni əldə etdiyi torpaqlardan istədiyi və planladığı gəliri götürə bilmədi. I Pyotrun sağlığında bunu dilə gətirməyə çəkinən rus məmurları onun ölümündən sonra bu fikri dilə gətirməyə başladılar. Lakin Rusiya imperiyası Xəzər sahili vilayətlərdən birbaşa olaraq da çıxa bilmirdi. Çünki onların çıxacağı halda bu yerlər Osmanlı imperiyası tərəfindən ələ keçiriləcəkdi. Bu isə Rusiyaya heç sərf etmirdi. Bu torpaqların mərkəzi Səfəvi hakimiyyətinə geri qaytarılması fikri də inandırıcı görünmürdü. Çünki paytaxtı ələ keçirən əfqan üsyançıları faktiki olaraq Səfəvi hakimiyyətinə son qoymuşdular. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik əl çəkmirdi. Osmanlının gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Osmanlı hökumətini sərhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi.
Nabur xalçaları
Nabur xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Nabur" xalçalarının adı Qobustan rayonunda Şamaxıdan 25 km şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. "Nabur" xalçaları XX əsrin əvvəlindən başlayaraq Şamaxının cənubunda — Bicovda, Qaşadda, Çaylıda, Qubada, Qonaqkənddə, həmçinin Dağıstanın Tabasaran rayonunda yerləşən məşhur xalçaçılıq məntəqələrində böyük miqdarda istehsal olunmağa başladı. Ona görə də bəzi sənətşünaslar bu xalçanı "Quba" və ya "Tabasaran" xalçası hesab edirdilər. == Bədii xüsusiyyətləri == "Nubar" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə şaquli oxda yerləşmiş və öz aralarında birləşmiş bir neçə böyük göldən ibarətdir. Kənarları dilikli olan bu rombşəkilli göllər Şirvan kilimlərinin göllərini xatırladır. Əksər hallarda xalçanın ara sahəsində üç göl yerləşir. Xalçanın uzunluğundan asılı olaraq göllərin sayı beş və daha çox ola bilər. Bir cüt gölü olan "Nabur" xalçasına nadir hallarda rast gəlmək olar. "Nabur" xalçalarının köbə zolağı "kaşı" adlnan orta haşiyədən, iki zəncirədən və ara sahəni haşiyələndirən iki çəpərdən ibarətdir.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. == Həyatı == Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Qabor Andreanski
Qabor Andreanski (mac. Andreánszky Gábor; 1 avqust 1895 – 20 noyabr 1967, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Qabor Andreanski toxumlu bitkilər və fosillər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi takson === Voltziales == Əsərləri == Plantae ia Africa Boreali lectae II—III. Pécs: Dunántúl. 1937—1941. Az éghajlat megváltozásának hatása a növényzetre. Budapest: Stephaneum. 1939. Adatok Tunisz és Kelet-Algéria növényföldrajzához. Budapest: Bethlen Gábor.
Qabor Qubadov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. == Karyerası == Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. == Həyatı == Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Qırmızı tabor
"Qırmızı tabor" 1918–22 illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan və b. ərazilərdə fəaliyyət göstərmiş xalq könüllülərindən ibarət partizan birləşməsi. == Məqsəd == "Qırmızı tabor" Abbasqulu bəy Şadlinskinin başçılığı ilə 1918-ci ilin yayında Vedibasar bölgəsində yaradılmışdı. "Qırmızı tabor" dəstələri erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin, soyqırımların qarşısını almaqda mühüm rol oynamışdı. == 1918–1920-ci illərdə taborun fəaliyyəti == 1918 ilin iyulunda daşnakların Vediyə birinci hücumu zamam "Qırmızı tabor" hissələri onlara ciddi müqavimət göstərmiş, düşməni canlı qüvvə və texnika sarıdan çoxlu itki verərək, qaçmağa məcbur etmişdilər. Bu əməliyyat zamam "qırmızı tabor"çular qənimət kimi çoxlu silah və sursat ələ keçirmişdilər. 1919-cu ilin iyulunda daşnakların Vediyə ikinci hücumu zamanı "Qırmızı tabor" dəstələri yenə də qəhrəmancasına müqavimət göstərmiş, lakin düşmənin üstün qüvvələri qarşısında vuruşa-vuruşa öz mövqelərini tərk etməyə və İrəvan şəhərinə doğru geri çəkilməyə məcbur olmuşdular. Bundan sonra Vedibasar, Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçən "Qırmızı tabor" hissələri əvvəlcə Xoy şəhəri yaxınlığındakı Qəzənfərdağ adlı yerdə, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular. == Sovet dövründə fəaliyyəti == Naxçıvanda sovet hakimiyyəti elan edildikdən (1920, 28 iyul) sonra Naxçıvan hərbi inqilab komitəsinin və Nəriman Nərimanovun dəvəti ilə A. Şadlinskinin başçılığı ilə 200 nəfərlik "Qırmızı tabor" dəstəsi sentyabrın 17-də Naxçıvana gəlmiş, buradakı qırmızı qvardiya dəstələri "Qırmızı tabor"la birləşmişdi. "Qırmızı tabor"a, əvvəlcə, Naxçıvan sərhədlərinin qorunması tapşırılmış, sonra isə, onun döyüşçüləri daşnaklara qarşı Zəngəzur istiqamətində döyüş əməliyyatları aparmışlar.
Rabor şəhristanı
Rabor şəhristanı— İranın Kirman ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Rabor şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33 718 nəfər və ya 7 664 ailədən ibarət idi.
Çetan Babor
Çetan Babor (22 aprel 1974) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Çetan Babor Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Çetan Babor Hindistanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Çetan Babor Hindistanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Qabor Laurenczy
Gábor Laurenczy (19 mart 1954, Bekeşçaba) — Macar-İsveçrəli kimyaçı və akademik . O, Lozanna Federal Politexnik Məktəbinin fəxri professorudur . Akademik, Macarıstan Elmlər Akademiyasının xarici üzvüdür . Laurenczy-nin tədqiqat maraqları reaksiya kinetikası sahəsindədir, əsasən kiçik molekullu hidrogen saxlama, hidrogenləşdirmə və katalitik aktivləşdirməyə diqqət yetirir. O, Macarıstan Kimya Cəmiyyətinin Rudolf Fabinyi Xatirə Mükafatının laureatıdır . == Təhsil == Laurenczy 1978-ci ildə Kossuth Universitetində (Debresen, Macarıstan) kimya üzrə magistr dərəcəsi almışdır. Daha sonra 1980-ci ildə həmin institutda qeyri-üzvi kimya üzrə fəlsəfə doktoru dissertasiyasını bitirmişdir . == Karyera == Laurenczy akademik karyerasına 1984-cü ildə Kossuth Universitetində dosent kimi başlayıb. 1985-ci ildə İsveçrəyə (UNIL) köçdü. 1991-ci ildə habilitasiyasını başa vurmuşdur (Macarıstan Elmlər Akademiyası, Budapeşt).
Qabor Tardos
Gábor Tardos (11 iyul 1964, Budapeşt) — macar riyaziyyatçısı, hazırda Mərkəzi Avropa Universitetinin professoru və əvvəllər Simon Fraser Universitetində Kanadalı tədqiqatçıdır. O, əsasən kombinatorika və informatika sahəsində çalışır. O , Éva Tardosun kiçik qardaşıdır. == Təhsil və peşə fəaliyyəti == Qabor Tardos 1988-ci ildə Budapeştdəki Eötvös Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alıb. Onun məsləhətçiləri László Babai və Péter Pálfy idi. O, Çikaqo Universitetində, Rutgers Universitetində, Toronto Universitetində və Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda postdoktorluq vəzifələrində çalışmışdır. 2005–2013-cü illərdə Simon Fraser Universitetində Diskret və Hesablama Həndəsəsi üzrə Kanada Tədqiqat Kafedrası vəzifəsində çalışmışdır. Daha sonra Budapeştə qayıdıb, Alfred Reni adına Riyaziyyat İnstitutunda 1991-ci ildən tədqiqatçı kimi çalışıb . == Riyaziyyat nəticələri == Tardos universal cəbr nəticəsində başladı: o, yerli nizamı qoruyan əməliyyatların maksimal klonunu nümayiş etdirdi. O, Hanna Neumanın zənninin qismən nəticələrinə nail olmuşdur .
Qabor Mate
Qabor Mate (ing. Gabor Maté; 6 yanvar 1944, Budapeşt) — macar əsilli kanadalı terapevt və yazıçı. == Elmi fəaliyyəti == Terapevt kimi ailələrlə işləmə praktikasına malikdir və uşaqların inkişafı, travmalar və bunun ömür boyu fiziki və psixoloji sağlamlıq üçün potensial nəticələri, o cümlədən autoimmün xəstəliklər, xərçəng, DÇHP, asılılıqlar və geniş spektrli digər problemlər onun üçün xüsusi maraq kəsb edir. Matenin asılılıqlara yanaşması xəstələrinin yaşadıqları travmalar üzərində köklənir və o, xəstələrini həmin travmaya diqqət yetirməklə sağaltmağa çalışır. Mate özünün "Ac xəyallar səltənətində: Asılılıqla yaxın kontakt" kitabında narkoasılılıq problemi olan insanların yaşadığı travma növlərini və bunun sonrakı həyatda qərarlarına necə təsir etdiyini araşdırır. 2009-cu ildə kitab ədəbi qeyri-bədii ədəbiyyat üzrə Hubert Evans mükafatını aldı və 2018-ci ilə qədər 10-cu nəşri 250.000-dən çox nüsxə nəşr olundu. O, DÇHP, stres, inkişaf psixologiyası və asılılıq mövzularını araşdıran beş kitab yazmışdır . Vancouver Sun və The Globe and Mail üçün müntəzəm yazılar yazır. Özünün də DÇHP ilə əlaqəsinə baxmayaraq, o, əslində bunu patologiya deyil, əksinə mübarizə mexanizmi hesab edir. 2021-ci ildə "Travmada gizlənmiş hikmət" filmi Matenin psixoloji travmanın təsirləri və ondan sağalma ilə bağlı araşdırmalarını ümumiləşdirir.
Miriam Naor
Miriam Naor (ivr. ‏מרים נאור‏‎; 26 oktyabr 1947, Qüds – 24 yanvar 2022, Qüds) — 2015-ci ilin yanvarından 2017-ci ilin oktyabrına qədər İsrail Ali Məhkəməsinin sədri olmuş Yəhudi hakim Naor 2017-ci ilin oktyabr ayının sonunda pensiya yaşına çatdıqdan sonra təqaüdə çıxmışdır. Onun yerinə isə Ester Hayut vəzifəsini davam etdirmişdir. == Bioqrafiya == Naor Yerusəlimdə anadan olub. Onun atası Naftali Lerner 1922-ci ildə Odessadan Fələstinə mühacirət etmiş və Hayfadakı Technionda inşaat mühəndisliyi üzrə təhsil almışdır. 1944-cü ildə o, 1910-cu ildə isə o, Litvadan köçmüş anası Batya (qızlıq soyadı Karklinski) ilə evlənmişdir. O, Qüdsdəki Hadassah Tibb bacısı Məktəbində tibb bacısı təhsili alıb. 1971-ci ildə Qüds Yəhudi Universitetini bitirib. == Hüquq və məhkəmə karyerası == 1980-ci ildə o, Yerusəlim Məhkəməsinə ilk hakim təyinatını qazandı. 1989-cu ilin may ayında isə Naor Yerusəlim Dairə Məhkəməsinə təyin edildi.2003-cü ildə isə o Ali Məhkəmənin daimi hakimi seçilmişdir Naor 38 il vəzifədə olub və 17 ilini Ali Məhkəmədə keçirib.
Ja Ja Qabor
Ja Ja Qabor (6 fevral 1917[…], Budapeşt – 18 dekabr 2016[…], Los-Anceles, ABŞ) — Hollivudun tanınmış kino aktrisası. == Həyatı == Ja Ja Qabor 6 fevral 1917-ci ildə anadan olub. Ja Ja Qabor 18 dekabr 2016-cı ildə ürək tutmasından 99 yaşında dünyasını dəyişib. == Yaradıcılığı == Ja Ja Qabor "Mulen Ruj" və "Üç sevgi hekayəsi" kimi məşhur filmlərdə çəkilib.
Gábor Kubatov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. == Karyerası == Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Gábor Bukrán
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.