Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli malumata görə,- yaşayış mantəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Nadil bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Neofil
Neofil (ing. Neophile və ya Neophiliac) — yazıçı Robert Anton Wilson tərəfindən populyarlaşan - bir müddət yeniliyə güclü bağlılığı ilə səciyyələnən bir şəxsiyyət növüdür. Termin əvvəllər Kristofer Booker tərəfindən "Neophiliacs" (1969) kitabında və J. D. Salinger tərəfindən 1924-cü il 16 aprel tarixli "Hapworth" qısa hekayəsində istifadə edilmişdir.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nafiç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Kucula Kadfiz
Kucula Kadfiz (20-80) — Kuşan dövlətinin qurucusu, imperator. == Həyatı == Kucula, Kucula Kadfiz adıyla da anılan bizim earadan əvvəl I yüzildə dağınıq olan Yüəçi tayfalarını bir araya gətirən bir Kuşan şahzadəsidir. Şüphəsiz onun siyasi hərəkətləri gələcəkdə Kuşan İmperatorluğunun vücuda gətirilməsini sağlayacaqdır. Onun hökmdarlığı M.S. 30 və 80-ci illər arasında yarım əsri aşan bir zamana yayılmaqdadır. Rabatak qeydlərinə görə Kuşan İmperatoru I Kanişkanın babasıdır. Kucula Kadfizın kökəni haqqında qeydə dəyər bir bilgi yoxdur. Yüəçilər, Hun istilası sonrası qərbə doğru gerçəkləşən köç harəkətləri nəticəsiBəlx məntəqəsına gəldiklərində burada Böyük İskəndər fütühatı sonrası qurulan Qrəko-Baktrian dövlətinə son verdilər ancak Yunan mədəniyyətindən (daha sonraları Hind mədəniyyətindən də təsirlənəcəkdilər) böyük oranda etkiləndikləri için sikkələrdə yapılan çalışmalarda Kuculanın "Hərmaəus" və "Avgustus" adlarını da işləndiyını görə bilməkdəyik. Ayrıca Çuksada (Şimali Hindistan torpaqlarında bir bölgə) bizim eradan əvvəl 200 və miladdan sonra 400-cü illər arasında vassal dövlət statusunda yaşayan Hindu-İskit topluluğunun öndərlərindən Liaka Kusulaka və oğlu Patika Kusulakada bu ünvanları işlətmişdir. Yunan mədəniyyətinin anılan bölgədə etkisinin nə dərəcə olduğunun göstərməsi açısından qeydə dəyər bir bilgidir bu. Kucula Kadfisin iqbali ilə əlaqəli bilgilərə gec dönəm Xan (Çin) qaynaqlarında rastlanmaqdadır.
Nadili (Azərşəhr)
Nadili (fars. ناديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,116 nəfər yaşayır (821 ailə).
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nadjib Asanbayev
Nadjib Asanbayev (tam adı: Nikolay Vasilyeviç Asanbayev; başq. Нәҗип Асанбаев; d. 7 noyabr 1921, Axmanovo, Bakalinsk, Başqırdıstan – ö. 28 mart 2013, Ufa, Başqırdıstan, Rusiya) — başqırd yazıçısı. Başqırd MSSR əməkdar mədəniyyət xadimi (1982). == Həyatı == 7 noyabr 1921-ci ildə Bakalinsk rayonunun Axmanovo kəndində anadan olmuşdur. 28 mart 2013-cü ildə vəfat etmişdir. Ufanın Cənub qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilmişdir. == Təhsili və fəaliyyəti == 1963-cü ildə Moskvada Ali ədəbiyyat kurslarını bitirmişdir. 1963-1965-ci illərdə M.Qafuri adına Başqırdıstan Dövlət Dram Teatrının direktoru işləmişdir.
Pamfil (mifologiya)
Pamfil (q.yun. Πάμφιλος) — yunan mifologiyasında personaj. O, Egimiyanın oğludur. Peloponnes uğrunda Heraklın övladları ilə müharibədə həlak olmuşdur. Başqa bir versiyaya görə, Deyfontun qızı Orsobiya ilə evlənmişdir. Sparta fillərindən biri onun adını daşıyırdı.
Pamfil (rəssam)
Pamfil (q.yun. Πάμφιλος; lat. Pamphilus; e.ə. 390 – e. ə. IV əsr, Pella[d], Makedoniya və Frakiya) — Qədim Yunanıstan rəssamı. Pamfil Amfipolisdən idi. O, müəllimi Evpomp ilə birlikdə qədim yunan sənətinin gələcək inkişafına güclü təsir göstərmiş sikion rəssamlıq məktəbinin banisi olmuşdur. Rəvayətə görə, Pamfilin bədii nəzəriyyələri elmi prinsiplərə əsaslanırdı. Pamfilin şagirdləri Melantiya adlanır.
Adil
Adil — kişi adı və təxəllüs.
Fadil Vokri
Fadil Vokri (d. 23 iyun 1960 – ö. 9 iyun 2018, Priştina, Kosovo) — Kosovo Futbol Federasiyasının keçmiş prezidenti. == Vəfatı == 2018-ci ilin iyun ayının 9-da 58 yaşında ikən ürək tutmasından dünyasını dəyişmişdir. Həmin gün səhər idmanı zamanı səhhətində problem yaranan Vokri Priştina şəhərindəki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.
Kafil (Çaypara)
Kafil (fars. كفيل‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (25 ailə).
Nabil Atif
Nabil Atif, Mərakeş aktyoru, 1972-ci ildə Kasablankada anadan olub. Bir sıra Mərakeş filmlərində və seriallarında iştirak etmişdir.
Nabil Hatum
Nabil Saleh
Nadir Əbdurrəhmanov
Nadir Qəmbər oğlu Əbdürrəhmanov (5 dekabr 1925, Abdallar, Kürdüstan qəzası – 26 iyun 2008, Bakı) — rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor == Həyatı == Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib. == Fəaliyyəti == Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.
Nadir Əhmədov
== Həyatı == 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968–70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960–1985-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir. Dövlət və ictimai işlərdə xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin "Rabitə ustası" adına, Respublikanın "Əməkdar rabitəçisi" fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür. 1979–1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Qarabağ müharibəsinin veteranıdır. Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. Evlidir, 3 övladı və 3 nəvəsi var.
Nadir Əliyev
Nadir Məmmədağa oğlu Əliyev — film direktoru, direktor müavini, icraçı prodüser, inzibatçı, ikinci rejissor. == Həyatı == Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərən Əliyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktor fakültəsində təhsil alıb. Kinoya olan marağı uşaqlıq illərinə təsadüf edən direktorun izlədiyi "Uzaq sahillərdə" filmi onu bu sahəyə yönəlməyə sövq etmişdir. Uzun müddətdir "Azərbaycanfilm" kinostudiyasında çalışır. Xarici film istehsalçılarının "Qafqaz rəsmləri" (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, "Dronqo" (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, "Rus tərcüməsi" (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, "Sovet dövrünün parkı" (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, "Vəsiyyət ilə nikah" (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. 2005-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) Axınla aşağı (film, 2014) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — film direktorunun müavini Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Bəyin oğurlanması (film, 1985) Bir ailəlik bağ evi (film, 1978) Bircəciyim (film, 1986) De ki, məni sevirsən! (film, 1977) Dəvətnamə (film, 1989) Dolu (film, 2012) Dronqo (serial, 2002) Günaydın, mələyim! (film, 2008) Günlərin bir günü...
Nadir Əlişov
Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;‎17 iyul 1948, Şuşa, DQMV – 16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. === Təhsili === Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur. == Elmi fəaliyyəti == O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır. Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.
Nadir Əsgərov
Nadir Əsgərov (aktyor)
Nadir Əzimov
Əzimov Nadir Nəriman oğlu — Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == Nadir Əzimov 1963-cü il oktyabrın 31-də anadan olub. Sabiq futbolçu Nəriman Əzimovun atasıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi — 14.09.2012 == Əsərləri == Simfonik lövhə (1990) Tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə" (1991) Piano üçün variasiyalar (1993) "Qaynana əməliyyatı" /müəllif – Ə.Orucoğlu/ televiziya tamaşasına musiqi (2000) "Özəlim – gözəlim" /müəllif – N.Qədimli/ televiziya tamaşasına musiqi (2001).Nüsrət Kəsəmənli, Z.Əlişqızı, Ə.Şahin, B.Qaraca, H.Orucov, R.Sabirqızı və b. şairlərin sözlərinə mahnılar (1990 – 2001).
Nadir Əzməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.
Nafiə Abid
Nafiə Abid (1903, Yanina) — milliyyətcə alban olan Azərbaycan şairi və yazıçısı. Yazdığı hekayə və şeirlər Azərbaycan türkcəsində olub, əsərlərində Azərbaycanın azadlıq mübarizəsini tərənnüm edib. Bir çox şeirləri Nafiə Şükrü imzasıyla çap olunmuşdur. Əmin Abid Gültəkinin həyat yoldaşıdır. == Həyatı == === Uşaqlıq və yeniyetməlik dövrü === 1903-cü ildə Yanya (indi Yunanıstanın tərkibindədir) şəhərində bir alban ailəsində doğulan Nafiənin ailəsi yunanların Osmanlı dövlətinə qarşı üsyanından sonra İstanbula köçür. Kiçik yaşlarında atası Əhməd Şükrünü itirir. Bundan sonra Nafiənin anası Zəhra Tevfik Tanurə ərə gedir. Beləliklə Nafiənin qızlıq sənədlərində Nafiə Tevfik Tanur qızı yazılır. 7 yaşında ikən İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə 11 il orada təhsil alıraq, 18 yaşında oranı bitirir. Daha sonra birillik pedaqoji kursu bitirərək 1922-ci ildə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinə daxil olur.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.