SAFDİL

[ ər. saf və fars. dil] bax safürəkli.
[Həsənqulu bəy:] …İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin o safdil adamların ən böyüyüdür. Ü.Hacıbəyov.
Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var: bu da xanımın xoşsifətliyidir. Çəmənzəminli.

□ Safdildən – ürəkdən, təmiz qəlblə, səmimi olaraq, səmimiyyətlə.
…Otello dəxi ona aşiq olmağını bildirib, bir-birinə safdildən məhəbbət bağladılar. F.Köçərli.

Синонимы

  • SAFDİL səmimi — ürəyiaçıq
  • SAFDİL safdil bax safürəkli
SAF-ÇÜRÜK
SAFDİLLİLİK
OBASTAN VİKİ
Safdil Qreqin gündəliyi
Safdil Qreqin gündəliyi (ing. Diary of a Wimpy Kid) — amerikalı yazıçı və karikaturaçı Cef Kinni tərəfindən yaradılmış uşaq kitabı seriyası və media franşizası. Kitab həyatını gündəlikdə təsvir edən orta məktəb şagirdi Qreq Hefflinin hekayəsindən bəhs edir. Kinni kitabı nəşriyyata təqdim etməzdən əvvəl üzərində səkkiz il işləmişdi. Kitab nəşr olunmazdan əvvəl ilk olaraq 2004-cü ildə FunBrain ilə əməkdaşlıqla onlayn versiyası buraxıldı. Bu onlayn versiya 2004-cü ilin sentyabrından 2005-ci ilin iyununa qədər gündəlik buraxılışlardan ibarət idi və 2009-cu ilə qədər 20 milyona yaxın baxış əldə edərək əhəmiyyətli dərəcədə populyarlıq qazandı. Onlayn oxucuların çap versiyasına artan tələbi ilə əlaqədar olaraq, Kinni 2006-cı ilin fevralında Nyu-Yorkda keçirilən comic-con zamanı Abrams Books ilə müqavilə imzaladı. Diary of a Wimpy Kid seriyasındakı ilk kitab 2007-ci ilin aprelində işıq üzü gördü və dərhal uğur qazandı. Time jurnalı Kinnini tanıdı və onu 2009-cu ilin aprelində Time 100 siyahısında ən nüfuzlu insanlardan biri adlandırdı. O vaxtdan bəri seriyanın cəmi on yeddi kitabı buraxıldı.

Значение слова в других словарях