NAQAFİL

sif.zərf [ fars. na… və ər. qafil] Qəfildən, birdən, nagahan, gözlənilmədən, xəbərsiz. Naqafil azara düşmək. Naqafil söz demək. Naqafil gəlmək.
– Az qalmışdı duram, bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən naqafil çıxdı. C.Məmmədquluzadə.
[Kərbəlayı Rəcəb:] Balaqardaş zalım oğlu naqafil anbardan çıxdı, ürəyim qopdu. N.Vəzirov.

NAQABİL
NAQAFİLLİK

Значение слова в других словарях