Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Kənan Nadirli
Kənan İlqar oğlu Nadirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. == Hərbi xidməti == Kənan könüllü olaraq İkinci İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur.
Nadir Nadirli
Nadir Arzu oğlu Nadirli (23 mart 1992; Şəmkir rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Nadirli 1992-ci il martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nadir Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Nadirli oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Nadirli
Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993). == Həyatı və fəaliyyəti == Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur.Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Ərtoğrul Nadirli
Ərtoğrul Hümbət oğlu Nadirli (31 mart 1997; Sədərək rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ərtoğrul Nadirli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən "N" saylı hərhi hissədə, sonra isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Nadirin yürüşləri
Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi. Səfəvilərin taxtda bərpasından sonra Nadir qərbə və şimala doğru yürüşlərə başladı. Onun məqsədi Osmanlı və Rusiyaya itirilmiş Səfəvi torpaqlarının geri qaytarılması idi.
Qadirli (Meşkinşəhr)
Qadirli (fars. قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Nadili (Azərşəhr)
Nadili (fars. ناديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,116 nəfər yaşayır (821 ailə).
Bəni Nadirin mühasirəsi
Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni Qeynuqa və Bəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi. == Bəni Nadir tayfasının Mədinədəki tarixçəsi == İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar.
Nadirin Dağıstan yürüşləri
Nadir şahın Dağıstan yürüşləri — Nadir şah Əfşarın qiyamları yatırmaq üçün Şirvana və Dağıstana etdiyi yürüşləri. == Ön şərtlər == Osmanlı ordusunu Bağdad həndəvərində 1733-cü ildə darmadağın edən Nadir Əhməd paşa ilə Bağdad sülh müqaviləsi bağladı ki, bununla əlaqədar olaraq sultan ona İrandan alınmış bütün vilayətlərin paşalarına müraciyətlə xətti-şərif göndərdi. Sultan dərhal onların idarəsi altında olan vilayətləri tərk etməyi əmr edirdi. Nadir Ərdəbilə gələrək Musa xan Astaralıya tapşırdı ki öz nökərini xətti –şərifin sürəti ilə Şirvanı idarə edən Surxay xanın yanına göndərsin. == Surxay xan. Nadirin Dağıstana birinci yürüşü == Şirvana və Qazıqumukun hakimi olan Surxay xan Nadirə tabe olmaqdan imtina etdi və 1734-cü ildə onun çaparını öldürdü. Bununla əlaqədar Nadir qərara gəldi ki ilk növbədə Şirvan üzərinə getmək lazımdı və onun hakimini yekəxanalığına görə cəzalandırmaq lazımdı. Və o Kürün qırağında peyda olan kimi, Surxay xan Şamaxını tərk edib dağlara çəkildi. Nadir 1734-cü ildə Şamaxıya daxil oldu. Qala divarları uçuruldu ki sonralar şəhər müqavimət göstərə bilməsin.
Nadirin Əfqanıstan yürüşləri
Nadirin Əfqanıstan yürüşləri — Nadirin Əfqanıstandakı abdalı tayfasına qarşı yürüşləri. == Narazılığın səbəbləri == Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi.
Xaraba-i Qadirli (Meşkinşəhr)
Xaraba-i Qadirli (fars. خرابه قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (5 ailə).
Nadirin Simindən ayrılması (film, 2011)
Nadirin Simindən ayrılması, (fars. جدایی نادر از سیمین‎) ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Məadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran dram filmi. Boşanmış bir orta sinif İranlı cüt və həyat yoldaşın yaşlı atası üçün alt sinif bir sorğu tutmasını izləyən çəkişmələri mövzu edinmektedir.61.Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film sahəsində Qızıl Ayı və ən yaxşı aktyor ilə ən yaxşı aktrisa sahələrində Gümüş Ayı qazandı, beləcə Qızıl Ayı qazanan ilk İran filmi oldu. 2012 ildə 69.Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dil film mükafatın qazandı. Film həmçinin İran film seçimi şurası tərəfindən 2012 Oskar mükafatlarının, ən yaxşı xarici dil film mükafatında iştirak etmək üçün təqdim edilmişdir və Oskar mükafatını əldə etmişdir. == Məzmun == Nadir və Simin 11 yaşlı qızları Tirmə ilə birlikdə Tehranda yaşayırlar. Şəhərli orta sinif xarakterə sahib olan ailə dağılmaq üzrədir. Simin qızı Tirmənin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün nigarandır.
Tarix-e Cahanqoşa-ye Nadiri
Tarix-e Cahanqoşa-ye Nadiri (farsca:جهانگشای نادری) — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılan tarixçilik əsəri. == Haqqında == Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür.Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddurş Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.Farsca yazılmış kitabda ərəb dilindən alınmış sözlər çoxluq təşkil etməkdədir. == Həmçinin bax == Tarix-i aləm aray-i Abbasi == İstinadlar == == Mənbə == Ernest Tucker. JAHĀNGOŠĀ-YE NĀDERI. London and New York: Encyclopædia Iranica, Volume XIV/4:Routledge & Kegan Paul. Ehsan Yarşater.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. == Foto məlumatlar == Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tədbirlər == Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. == Din == Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.
İkinci Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.