Tarix-e Cahanqoşa-ye Nadiri

Tarix-e Cahanqoşa-ye Nadiri (farsca:جهانگشای نادری) — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılan tarixçilik əsəri.[1]

Tarix-e Cahanqoşa-ye Nadiri
farsca:جهانگشای نادری
Məşhəddə qorunan versiyası.
Məşhəddə qorunan versiyası.
Janr Tarixi
Mövzu Əsasən Nadir şahın fəaliyyəti olmaqla, 1708-ci ildən 1748-ci ilə qədər baş vermiş hadisələr.
Orijinalın dili Farsca
Ölkə Əfşar imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür.[1]

Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddurş Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.[1]

Farsca yazılmış kitabda ərəb dilindən alınmış sözlər çoxluq təşkil etməkdədir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ernest Tucker. JAHĀNGOŠĀ-YE NĀDERI. London and New York: Encyclopædia Iranica, Volume XIV/4:Routledge & Kegan Paul. Ehsan Yarşater. 2008. səh. 382–383. ISBN 978-1-934283-04-2..