Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bagger 288
Bagger 288 — enerji və mədən şirkəti Rheinbraun üçün Krupp tərəfindən istehsal edilmiş tırtıllı mobil zolaq qazma maşınıdır. Onun tikintisi 1978-ci ildə başa çatmış və 13.500 tonla Big Muskieni geridə qoyaraq dünyanın ən ağır quruda hərəkət edən nəqliyyat vasitəsi olmuşdur. Onun dizaynı beş il, tikintisi də həmçinin beş il çəkmiş, ümumi dəyəri isə 100 milyon ABŞ dolları dəyərində olmuşdur. 1995-ci ildə çəkisi 14200 ton olan Bagger 293 ən ağır quruda hərəkət edən nəqliyyat nəqliyyat vasitəsi adını ondan almışdır.
Convair F-102 Delta Dagger
F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır. Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı. Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.
Caqqer Stefens
Caqqer Stefens (d. 12 may 1998) — Quamlı üzgüçü. Caqqer Stefens Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Caqqer Stefens birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.35 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 69-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mik Caqqer
Ser Maykl Filip (Mik) Caqqer (ing. Sir Michael Philip (Mick) Jagger; 26 iyul 1943, Dartford) — britaniyalı rok musiqiçi, aktyor, prodüser, Rolling Stones qrupunun qurucusu və vokalisti. == İlk illər == Maykl Caqqer 26 iyul 1943-cü ildə İngiltərənin Dartford şəhərində dünyaya gəlib. Onun ailəsinin incəsənətlə heç bir əlaqəsi olmayıb. Atası Basil Fanshawe "Joe" Jagger (13 aprel 1913 – 11 noyabr 2006) məktəbdə müəllim işləyirdi, anası Eva Ensley Mary (6 aprel 1913 – 18 may 2000) isə bərbər, həmçinin Mühafizəkarlar Partiyasında koordinator idi. Caqqerin kiçik qardaşı Kris Caqqer (19 dekabr 1947) də musiqiçidir. Valideynlər oğlunu iqtisadçı kimi görmək arzusunda idilər. Ona görə də çalışırdılar ki, onu nüfuzlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul etsinlər. Mayklı təhsil çox az maraqlandırırdı. Mahnı oxumaq uşaqlıqdan onun ən sevimli məşğuliyyəti idi və o, ümid edirdi ki, nə vaxtsa böyük səhnəyə gələcək.
Laggera
Laggera (lat. Laggera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Laggera alata Nanth. Laggera aurita (DC.) Sch.Bip. ex Schweinf. Laggera crispata (Vahl) Hepper & J.R.I.Wood Laggera decurrens (Vahl) Hepper & J.R.I.Wood Laggera intermedia C.B.Clarke Laggera pappii Gand. Laggera pterodonta (DC.) Sch.Bip. ex Oliv. Laggera somaliensis Thell. Laggera tomentosa (Sch.Bip.
Narmer
Narmer (e. ə. XXXII əsr – e.ə. 3125) — e.ə. 3100-cü illərdə hökm sürmüş və bir çox alim tərəfindən Misirdəki ilk sülaləni qurmuş olan firon olaraq adlandırılır. Keçmişdə Ka-nın (Əqrəb Kralın) vəliəhdi olaraq taxta çıxıb, Aşağı və Yuxarı Misiri birləşdirən firon olaraq tanınmaqda olan Narmerin son vaxtlarda kəşf edilən tapıntılar ilə Əqrəb Kralla eyni adam ola bilmə ehtimalı güclənməkdədir. 1898-ci ildə Hierakonpolda tapılan məşhur Narmer tabletlərində Aşağı və Yuxarı Misirin birləşməsndən bəhs edən Narmerin bu tabletlər sayəsində Misirin ilk fironu ola biləcəyi düşünülür, ancaq ənənəvi tarixçilərin keçərli saydığı Manethonun firon siyahısında sözügedən birləşdirici firondan Menes olaraq bəhs edilir. Bu çərçivədə Misirin ilk fironu məsələsi, hələ də tarix və arxeologiya dünyasında mübahisələrin davam etdiyi bir mövzu olaraq gündəmdə qalmağa davam etmişdir. Bu dövrə aid arxeoloji məlumatların çox dəqiq olmaması səbəbilə, bəzi elm adamları Manethonun siyahısında yer alan Menes ilə Narmerin görünüş bənzərliyi səbəbi ilə eyni şəxs olduğunu önə sürərkən, bəzi elm adamları ilə Narmerin oğlu və vəliəhdi olan Hor-Aha ilə Menesin eyni adam olduğunu önə sürmüşdür. Ortaya atılan başqa bir teoremə görə isə, Narmerin Misiri əsl olaraq birləşdirən və Əqrəb Kral olaraq adlandırılan bir Yuxarı Misir fironunun yerinə təcili olaraq taxta keçmək məcburiyyətində olan vəliəhdi olduğu önə sürülmüş, və Misirin birləşdirilməsi qələbəsinin bu təcili dəyişiklik səbəbilə Narmerə ithaf edildiyi iddia edilmişdir.
Wagner
Vaqner — Almaniya soyadı.
Niger
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə. == Tarixi == === Tarixəqədərki dövr === Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər.
Achillea laggeri
Achillea laggeri (lat. Achillea laggeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Akuku Danger
Akuku Danger — 130 dəfə evlənən və 210 uşağı olan keniyalı == Həyatı == Danger ilk dəfə 1939-cu ildə ailə qurub. 130 dəfə evlənən mərhum 30 dəfə boşanıb. Bu rəqəmlərlə həm də "Ginnesin rekordlar kitabı"na düşən Danger sonuncu dəfə 1997-ci ildə 79 yaşında 18 yaşlı bir qızla evlənib. Övladlarından yalnız 40-ın məxsus olduqları Luo qəbiləsinin qanunları ilə qeydə alınıb. Digər uşaqların adları isə heç bir yerdə qeyd olunmayıb. 1970-ci ildə onun tikdirdiyi 2 orta məktəbdə yalnız öz uşaqları təhsil alırdı. Evlənməkdən doymayan Danger Akuku ölməmişdən bir gün əvvəl nəvələrini başına yığaraq onlara cavanlığından danışıb: "Həmişə cavan və gülərüz olmuşam, heç bir qadın mənim cazibəm qarşısında cavabsız qala bilmirdi. Həmişə istədiyimi ağılla etmişəm, ona görə də xoşbəxtəm". 130 dəfə evlənən və 210 uşağı olan Akuku Danger 2010-cu ildə 92 yaşında dünyasını dəyişib.
Banger vahəsi
Banger vahəsi (Banger-Hills; ing. Bunger Hills, Bunger Lakes, Bunger Oasis) — Antarktika vahəsi. Antarktida sahillərində yerləşir. Mouson dənizinin kənarında Noks sahilində qərarlaşır. Vahə ABŞ təyyarəçisi Devid E. Banger tərəfindən 1947-ci ilin fevralında aşkarlanmışdır. Vahənin sahəsi 450 km² (65°58' və 66°20' cənub enliyi, 100°28' və 101°20' şərq uzunluğu. Bəziləri vahənin sahəsinin 750 km² və hətta 942 km²-dir) təşkil edir. Vahə buzdan tam azad olsa da, ətrafı buzlaqlarla örtülüdür. Cənubdan şərqə iri matarik buzlağının ətəyi, şimaldan isə Şellkton şelf buzlağı ilə əhatələnir. Bu buzlaq onu dənizdən ayırır.
Falco jugger
Laqqar (lat. Falco jugger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
J.Wagner
Yanoş Vaqner (mac. János Wagner; 20 aprel 1870 – 23 may 1955, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Yanoş Vaqner toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1882. A budapesti Kir. magy. tud. egyetemi I. belgyógyászati kóroda épülete ... Karl Hoffmann, Julius Hoffmann, János Wagner, Sándor Mágócsy-Dietz. 1903.
Jaeger-LeCoultre
Jaeger-LeCoultre — İsveçrə lüks saatlarının istehsalçısı. == Tarixi == 19-cu əsrin birinci yarısında əsası qoyulan Jaeger-LeCoultre fabriki Le Sentierdə (Vo Kantonu, İsveçrə) yerləşir. Şirkətin yüzlərlə ixtiraları və mindən çox markalı kalibrləri, o cümlədən dünyanın ən kiçik mexanizmi, dünyanın ən mürəkkəb qol saatı və demək olar ki, fasiləsiz hərəkətlə təchiz olunmuş saatları var. Jaeger-LeCoultre bu günə qədər səkkiz saat kolleksiyasına sahibdir və dənizin mühafizəsi, motorsport və polo kimi sahələrdə əməkdaşlıq edir. 2000-ci ildən şirkət dəbdəbəli mallar bazarında fəaliyyət göstərən İsveçrənin Richemont konqlomeratının 100% törəmə şirkətidir.
Nanter (rayon)
Nanter (fr. Nanterre) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — O-de-Sen. Suprefektura — Nanter. Rayon əhalisi 2006-cı ildə 823 566 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 10167 nəf / km². Rayon ərazisi — 81 km².
Nasser Daudu
Nasser Daudu M'Sa (26 fevral 1998-ci ildə anadan olub) — İsveçrə Super Liqası təmsilçilərindən olan Sion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Dransi === Daudu Dransi akademiyası vasitəsilə inkişaf etmişdir. O, Dransi klubu ilə debütünü 20 may 2017-ci ildə Dyeppe klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Arnold Abelintini əvəz etmişdir. National 2 görüşündə Dransi rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. === Sion === 25 iyul 2018-ci ildə Daudu Sion klubu ilə 3 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Daudu klub ilə debütünü 29 iyul 2018-ci ildə Sent-Qallen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Filippe ilə əvəz olunmuşdur. İsveçrə Super Liqası görüşündə Sion rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Daudu Fransada anadan olmuşdur.
Nasser Taqvay
Nasser Taqvay (fars. ناصر تقوایی‎; 11 iyul 1941, Abadan, Xuzistan ostanı) İran rejissor və ssenarist.
Riçard Vagner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib. == Bioqrafiyası == === Uşaqlıq illəri === Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Begger itburnusu
Begger itburnusu (lat. Rosa beggeriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Frederik Sanger
Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[…] – 19 noyabr 2013[…], Kembric, İngiltərə) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980). == Həyatı == İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır. Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər). F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri.
Anders Bagge
Anders Bagge isveçli prodüser, söz yazarı, bəstəkar və aranjimançıdır. Həmçinin Stefan Örn ilə birlikdə "Drip Drop" mahnısını arnjiman etmişdir. "Drip Drop" mahnısı 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə tərəfindən ifa edilmişdir və 5-ci yerə layiq görülmüşdür.
Cephalophus niger
Qara duker (lat. Cephalophus niger) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Chelonoidis niger
Qalapaqos tısbağası (lat. Chelonoidis niger) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin chelonoidis cinsinə aid heyvan növü. Yaşayan ən böyük tısbağa növü olub, ən ağır 10-cu sürünəndir, ağırlığı 400 kq-a, uzunluğu 1.8 metr-ə qədər çata bilir. 100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. Nəzarətə alınmış bir növü ən azı 170 il yaşamışdır. Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər. Qoruyucu qabığının ölçüsü və forması populyasiyalar arası dəyişir. Adanın rütubətli yüksəkliklərində, tısbağalar böyük olub, günbəz şəkilli qoruyucu qabığa və qısa boyuna malik olurlar – adanın quru alçaqlıqlarında isə, tısbağalar kiçik olub, yəhər şəkilli arxalı qoruyucu qabığa və uzun boğaza malik olurlar. Çarlz Darvin 1835-ci ildə bu fərqlilikləri müşahidə etmiş və bu onun təkamül nəzəriyəsinin inkişafına töhfə vermişdir.
Chlidonias niger
Qara bataqlıq susüpürəni (lat. Chlidonias niger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü. == Görünüşü == Qara bataqlıq susüpürənləri 25 sm uzunluğa sahib olurlar. İti dimdikləri qara, ayaqları qırmızı-qonur rəngdə olur. Çütləşmə dönəmində əsasən qara, üzərləri isə boz rəngdə olur. Erkək və dişilər eyni rəngə sahib olurlar. Bir çür "kiik" və ya "kik-kik" kimi səslər çıxarırlar. == Yayılması == Qara bataqlıq susüpürəni Şərqi, Cənubi və Mərkəzi Avropanın su tutarları, bataqlıqları, göllərinə yayılırlar. Afrikanın tropik sahillərində qışlayırlar. == Qidalanması == Qara bataqlıq susüpürənlər balıqlar, suda-quruda yaşayanlar və balıqlarla qidalanırlar.
Cyperus niger
Qara topalaq (lat. Cyperus niger) — cilkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Cypseloides niger
Cypseloides niger (lat. Cypseloides niger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin amerika uzunqanadı cinsinə aid heyvan növü.
Esox niger
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Helleborus niger
Qara şaxtagülü (lat. Helleborus niger) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
Naqpur
Naqpur (ing. Nagpur; marathi नागपूर) — Hindistanın mərkəzində, Maxaraştra ştatında şəhər.
Vaqner
Vaqner — Almaniya soyadı.
Laqqar
Laqqar (lat. Falco jugger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Artur Oneqqer
Artur Oneqqer (fr. aʁtyʁ ɔnɛɡɛːʁ; 10 mart 1892[…], Havr – 27 noyabr 1955[…], Paris) fransız mənşəli isveçrəli bəstəkardır. Həyatının böyük hissəsini Parisdə keçirib. Oneqqer Altılıq qrupunun bir üzvü idi. Fransız musiqisinə önəmli töhfələri olmuşdur. == Bioqrafiya == 10 mart 1892 tarixində, Fransanın Havr şəhərində anadan oldu. Anasının təşəbbüsü ilə musiqiyə yönəldi. 1910-cu ildə Sürix Konservatoriyasına girdi. 1911-ci ildə isə Paris Konservatoriyasında təhsil almağa başladı. Paris Konservatoriyasında olan Çarlz Uidordan bəstəkarlıq və orkestr rəhbərliyi dərsləri alaraq öz musiqi biliyini artırdı.
Beqqer dərgili
Denver Naqqets
Denver Naqqets — Kolorado ştatının Denver şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Qərb Konfransında mübarizə aparır. Denver Naqqets qurulduğundan bu yana böyük bir uğur əldə etməmişdir. Ancaq Iversonun gəlməsi komandası gücləndirib 2007 Pleyoffrına qatılmasını təmin etmişdir. Pleyofflarda isə ilk turda San-Antonio Spörs-ə 4–1 məğlub olmuşlar. Denver Naqqetsin ən önəmli oyunçularından biri olan Karmelo Entoni 2006–2007-ci ildə ilk dəfə All-Stara seçilmişdir.2008 NBA PleyOfflarında Los-Anceles Leykers-ə 4–0 ilə olmuşlar, amma Allen İverson keçən il Çonsi Billaps qarşılığında Detroyta getmişdir. Billapsın komandaya gətirdiyi müdafiə Allen İversondan çox daha böyük uğur qazandırmışdır. (2008–2009) normal mövsümü 2-ciliklə bitirmişdir və Denver o mövsümü Qərb Finalında Los-Anceles Leykers-ə 4–2 məğlub başa vurmuşdur .
Naqaev buxtası
Naqaev buxtası — Oxot dənizinə daxil olan Tauy körfəzinndə yerləşən buxta. İnzibati cəhətdən Maqadan vilayəti ərazisinə daxildir. == Coğrafiya == Naqaev buxtası meredianal şəkildə Staris yarımadasının qərb sahili boyunca 16 km məsafədə uzanır. Qərb istiqamət istisna üş tərəfdən yaxşı qorunur. Oxot dənizində gəmilərin dayanacağı baxımından ən yaxşısı hesab edilir. Buxtanın şərq sahillərində Maqadan şəhəri yerləşir. Şimalında isə Maqadan dəniz ticarət limanı vardır. Qabarmanın hündürlüyü 4 metrə çatır. Buxatnın sahilləri az girintili-çıxıntılıdır. Ən böyük eniş Zamok burundan şərqdə müşahidə edilir.
Rişar Vaqner
Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal, Kvebek) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas. == Həyatı == Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı.Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var. == Fəaliyyəti == 1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı. Fəaliyyəti əmlak, ticarət məhkəməsi və peşə məsuliyyəti sığortası üzərində qurulmuşdu.24 sentyabr 2004-cü ildə Monreal bölgəsindən Kvebek Ali Məhkəməsinə təyin edildi.