Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namewee
Vi Men Çi (çin. 黄明志; Wee Meng Chee; Huáng Míng zhì) — Malayziya çinlisi olan musiqi ifaçısı, bəstəkarı, kino yaradıcısı və aktyoru. O, Namewee səhnə adı altında tanınır. Vi Malayziyanın Cohor ştatında yerləşən Muar şəhərində anadan olub. Doğma şəhərində məktəbini qurtarıb, 2002-ci ildə təhsilini Çin Respublikasında davam etmişdi. Orda, Vi Taoyuan şəhərində Min Çuan Universitetinin kütləvi kommunikasiya proqramını oxuyub. Malayziyanı tərk edəndə, məktəb illərində dostları ilə qurduğu Aunt Band (ing. 大娘乐队) musiqi qrupundan çıxmağa məcbur olub. Namewee-nin ilk populyarlıq sıçrayışı onun Neqaraku adlı Malayziyanın dövlət himninə Neqarakuku adlı mübahisəli parodiyasının 2007-ci ildə, Çin Respublikasında oxuduğu zamanı YouTube-a yükləşinin nəticəsi idi. 2016-cı ilin avqustun 2-də bəyan olunub ki, Pinanq polisi onu xaricə səyahətindən qayıdandan sonra dərhal həbs edəcək.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Oskar Nimeyer
Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho (port. Oscar Ribeiro de Almeida de Niemeyer Soares Filho; d. 15 dekabr 1907, Rio-de-Janeyro, Braziliya – ö. 5 dekabr 2012, Rio-de-Janeyro, Braziliya) — dünya memarlığında iz qoymuş braziliyalı memar. O əsərləri üçün dəmir-beton istifadəsi ideyasının təşəbbüskarı olmuşdur. Nimeyerin layihələndirdiyi binaların boş hissələri və çox qəribə naxışları var. Ən böyük işi Braziliya şəhərinin planını hazırlamaq olmuşdur. Dövrün Braziliyadakı məşhur memarlarından Lusio Kosta və Karlos Leanın ofislərində memarlıq karyerasına addım atan Nimeyer, vaxt keçdikcə beynəlxalq müasir memarlığın ən tanınmış təmsilçilərindən biri olmuşdur. 1939-cu ildə Nyu Yorkda təşkil edilmiş ümumdünya sərgisindəki Braziliya pavilyonunun dizaynı ilə beynəlxalq memarlıq dünyasında daha da tanınmağa başlayan memar, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələri hazırlamaq imkanı əldə etmişdir. Lakin çox məşhur bir memar olmasında və müasir memarlığın mühüm əsərlərindən bəzilərini yaratmasında Braziliya şəhərindəki dizaynlarının təsiri də az olmamışdır.
Amber (rayon)
Amber (fr. Ambert) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Püi-de-Dom. Suprefektur - Amber. Rayonun əhalisi 2006-cı ildə 27 458 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 23 nəfər / km². Rayonun sahəsi 1188 km².
Amber Herd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
Amber Hörd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
Amber Staxovski
Amber Staxovski (d. 14 mart 1983) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Amber Staxovski, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
My Number One
"My Number One" — 2005 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
Number Ones (albom)
Number Ones — Maykl Ceksonun albomu.
Amber şahmat turniri
Amber şahmat turniri (rəsmi adı ilə ing. Amber Rapid and Blindfold Chess Tournament) — 1992-2011-ci illərdə keçirilmiş illik şahmat turniri. Turnirə ancaq dəvət yolu ilə dünyanın ən yaxşı şahmatçıları iştirak edirdilər. 1993-cü ildə keçirilən ikinci turnirdən etibarən gözübağlı şahmat və sürətli şahmat da turnirin proqramına salınmış və turnirin özü Monakonun paytaxtı Monte Karlo şəhərində keçirilməyə başlanmışdır. Turnirin sponsoru qiyabi şahmat üzrə dünya çempionu olmuş holland biznesmen Yup Van Osterom olmuşdur. Onun qızının şərəfinə adlandırılmış bu turnirin ilin mart ayında təşkil olunurdu. Van Osteromun bacısı da öz adını Kristal Kelli şahmat turnirinə vermişdir. Turniri ən çox Vladimir Kramnik qazanmışdır. (6 dəfə) Vişvanatan Anand yeganə şahmatçıdır ki, eyni turnirdə həm sürətli şahmat, həm də gözübağlı şahmat turnirlərinin qalibi olub. (Bunu iki dəfə etmişdir: 1997 və 2005-ci ildə) Sürətli şahmatda ən çox qalib gələn Anand (9 dəfə), gözübağlı şahmatda isə ən çox qalib gələn Kramnikdir.
International Securities Identification Number
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
International Standard Serial Number
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Sen-Ramber-an-Byuje
Sen-Ramber-an-Byuje (fr. Saint-Rambert-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15–64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 76,0%, 1999-cu ildə 70,4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Number Ones (Maykl Cekson albomu)
Number Ones — Maykl Ceksonun albomu.
The Number of the Beast (albom)
The Number of the Beast ingilis ağır metal qrupu Iron Maiden -in üçüncü studiya albomudur. 22 mart 1982-ci ildə Böyük Britaniyada EMI Records və ABŞ-də Harvest və Capitol Records tərəfindən yayımlanmışdır. Albom vokalist Bruce Dickinson ilə ilk, zərb qurğusunda ifa edən Clive Burr ilə isə sonuncu albom idi.İngiltərədə siyahılara 1 nömrədən daxil olan ilk ağır metal albomu olmuşdur.İngilis musiqi jurnalı "Kerrang!" tərəfindən hazırlanan "Ölmədən əvvəl dinləməli olduğunuz 100 albom" siyahısında The Number of the Beast 36.yeri tutmuşdur.Q jurnalının isə "Bütün vaxtların ən sərt 50 albomu" siyahısına daxil olmağı bacarmışdır. The Number of the Beast tənqidi və kommersiya uğuru ilə qarşılandı və qrupun Böyük Britaniya Albomları Qrafikində birinci yerə çıxan və ABŞ Billboard 200 -də ilk 40-a çatan ilk albomu oldu. Albomda mövcud olan" Run to the Hills " və " The Number of the Beast " sinqlları qrupun İngiltərədə ilk 10-luğa daxil olan ilk parçaları idi. Albom, qapağında və daxilindəki mahnıların başlıqlarında dini istinadlar olması səbəbi ilə əsasən ABŞ-də olmaqla bir çox yerdə tənqidə məruz qaldı.