BAXƏBƏR

sif. [ fars. ba… və ər. xəbər] köhn. Xəbərdar, xəbəri olan, məlumatı olan.
Dünyagörmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar… Çəmənzəminli.

□ Baxəbər olmaq – xəbərdar olmaq.
Qıraq kəndlilərdən də camaat baxəbər olub, yavaş-yavaş gəlirdilər. C.Məmmədquluzadə.
Olub ta ki, KavusKey baxəbər; Buyurdu, açıldı livayi-zəfər. M.Ə.Sabir.

Синонимы

  • BAXƏBƏR baxəbər bax xəbərdar
BAXDIRMAQ
BAXICI

Значение слова в других словарях