Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nehrəm
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir. === Tarixi abidələri === Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. Münəvvər Məmmədquluzadə İbrahim İbrahimov (iş adamı) Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.
Nehrəm (dəqiqləşdirmə)
Nehrəm — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi.
Nehrəm məktəbi
Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi. Məktəb binası hazırda bərpa olunsa da köhnə arxitektura üslubunu qoruyub saxlamışdır. Ümumi planda dördkünc olan binanın xarici divarları girintili-çıxıntılıdır. Bu arxitektura üslubu XIX əsrdə Naxçıvanda tikilən bir sıra binaların tikintisində istifadə edilmişdir. Azərbaycanın məşhur yazıçısı Cəlil Məmmədquluzadə vaxtilə bu məktəbdə dərs demişdir. Hazırda binada C. Məmmədquluzadənin xatirə muzeyi yerləşir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.375.
Nehrəm platosu
Nehrəm platosu – Babək rayonu ərazisində dağlıq massiv. Arazın sol sahilində, Naxçıvan və Əlincə çaylarının aşağı axınları arasındadır. Ən yüksək zirvəsi Noxuddağdır (1677,6 m). Səthi nisbətən hamar və pilləlidir. Cənub-qərb yamacı sıldırım pillələrdə Arazın dərəsinə düşür. Ümumi uzunluğu 18 km, maksimal eni 10 km-dir. Trias, Yura, Üst Təbaşir, Eosen, Oliqosen və Miosen yaşlı süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentinin şimal-şərq qanadını və Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb hissəsinə uyğun gəlir.
Nehrəm Daşduz yatağı
Nehrəm Daşduz yatağı — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə, Qızılburun dəmir yolu keçidindən 4 kilometr şimalda Nehrəm qəsəbəsi ətrafında yerləşir. == Ümumi məlumat == Geoloji quruluşunda Orta Miosenin karaqan horizontunun gil və duzları iştirak edir. 1946-cı ildə aşkar edilmişdir. Yataqda duz qatının qalınlığı cənub-şərqdən (43.0 metr), şimal-qərbə (92.0 metr) doğru artır. Duzun tərkibində Natrium xloridin miqdarı 78-92 faizdir. Həll olmayan qalıqlar 11-17 faiz təşkil edir. Natrium xloridin miqdarı aşağı olduğuna görə yataq susuzlaşdırılmış soda istehsalı məqsədilə öyrənilmişdir. Yatağın ehtiyatı 1378 milyon tondur.
Nehrəm su anbarı
Nehrəm su anbarı — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi yaxınlığında yerləşən su anbarı. == Haqqında == İki su anbarından ibarətdir: Köhnə Nehrəm su anbarı — 1953-cü ildə istifadəyə verilmişdir. Sahəsi 0,40 km², faydalı həcmi 2,4 mln.m³; Yeni Nehrəm su anbarı — 1965-ci ildə istifadəyə verilmişdir. Sah 0,85 m², faydalı həcmi 6 mln.m³. Suyu Künnüt arxı vasitəsilə Əlincəçaydan götürülür. Suvarmada istifadə edilir. Mövsümi tənzimləməyə malikdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Nehrəm yaşayış yeri
Nehrəm yaşayış yeri — Babək rayonunun eyniadlı kəndində orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == 1967-ci ildə qeydə alınmışdır. Sahəsi hektardır. Yaşayış yerinin üzərinə xeyli maddi mədəniyyət qalıqları səpələnmişdir. Tikinti qalıqları tamamilə dağıdılmışdır. Mədəni təbəqə çürüntülü torpaq qarışıq gildən ibarətdir. Axtarışlar nəticəsində saxsı qab, çiy və bişmiş kərpic hissələri, orta əsrlərə xas olan müxtəlif üsullarla naxışlanmış əsasən qırmızı,həmçinin boz rəngli keramika məmulatı (küpə, kasa, çıraq, cam və s.) əldə olunmuşdur. Tapıntılara əsasən, abidə 5-18-ci əsrlərə aid edilir.
Nehrəm İmamzadə türbəsi
İmamzadə türbəsi — Babək rayonunun Nehrəm qəsəbəsində XVIII əsrə aid memarlıq abidəsi. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbəsi məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.
İmamzadə türbəsi (Nehrəm)
İmamzadə türbəsi — Babək rayonunun Nehrəm qəsəbəsində XVIII əsrə aid memarlıq abidəsi. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbəsi məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.