□ Rücu etmək – 1) müraciət etmək.
[Nəsir Fərraş:] Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona rücu edəcəyəm!
Amma yaxşı olardı ki, hər məsələnin həlli üçün qazı cənablarına, yaxud Şeyx Nəsrullaha rücu edəydiniz, çünki elmdə mənim o qədər qüvvətim yoxdur.
Naməlsəm məhəlləsi yenə Əliyə rücu etdilər. ;
2) qayıtmaq.
İndi məqalənin baş mətləbinə rücu edib deyə bilərik ki, mərəzlərimiz çox isə də, onların ümdəsi və mühliki cəhalət və nadanlıqdır. ;
3) geri dönmək (yoldan); geri almaq, geri götürmək (sözünü).