Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nayvəli
Nayvəli (XIX əsrin ortaları-XX əsrin əvvəlləri) — Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı. Borçalı mahalının Sarvan kəndinə aid olan Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmmədin XVII əsrin ortaları — XVIII əsrin əvvəllərində yaşadığı məlumdur. Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916–1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir. Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında — XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib. Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında — Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb. Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir. Nayvəli kişi Sarvan camaatının Zalqa rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub.
Nimvər
Nimvər — İranın Mərkəzi ostanının Məhəllat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,580 ailədən ibarət idi.
Nazpəri Dostəliyeva
Nazpəri Əhmədəli qızı Dostəliyeva (23 dekabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). Nəzpəri Dostəliyeva 1959-cu il dekabrın 23-də Bakıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert etmişdir. Kiprdə çıxışlar edib. 1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir.
Hüseyn xan Yavəri
Hüseyn xan Məhəmməd xan oğlu Yavəri (d. 1886 — ö. 1939) — İran hərbçisi. == Həyatı == Hüseyn xan Məhəmməd xan oğlu Yavəri 1886-cı ildə Xoy şəhərində anadan olmuşdu. Hüseyn xan Yavəri 1939-cu ildə vəfat edib. == Ailəsi == Hüseyn xan Yavəri Rəhimpaşa xan Yavərinin qızı ilə ailə qurmuşdu. Rəhim xan, Həsən xan, Mustafa xan adlı oğlanları vardı.
Şamberi
Şamberi, Fransanın Auvergne-Rhône-Alpes regionunda yerləşən və Savoyya departamentində yerləşən kommunadır. Şəhərin ümumi əhalisi 56.835 nəfər təşkil edir.
Aloe camperi
Aloe camperi (lat. Aloe camperi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Armin Vamberi
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus. == Həyatı == Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi. Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.
Bulbophyllum nasseri
Bulbophyllum nasseri (lat. Bulbophyllum nasseri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
German Vamberi
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus. == Həyatı == Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi. Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.
Tetrahit navieri
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
Şamberi (rayon)
Şamberi (fr. Chambéry) — Fransanın Overn-Rona-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Savoyya. Suprefektura — Şamberi. Rayon əhalisi 2011-ci ildə 263 430 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 166 nəf / km². Rayon sahəsi — 1586 km².
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
Sami Naseri
Sami Naseri (fr. Samy Naceri ərəb. سعيد ناصري‎; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru. O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
İnsan alveri
Traffikinq və ya insan alveri — istismar məqsədilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur. Traffikinq məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər. İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-nin Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-nin "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.
Hüseynəli Nayeri
Hüseynəli Nayeri (fars. حسینعلی نیری‎; 1956) — İran məhkəmə hakimiyyəti başçısının ali müşaviri və 2013–2022-ci illərdə Ali İntizam Məhkəməsinin sədri. O, 1988-ci ilin yayında İranda siyasi məhbusların kütləvi şəkildə edam edilməsi halında"Tehran Ölüm Komitəsi"nin əsas üzvlərindən biridir. == Həyatı == 1956-cı ildə anadan olmuşdur. O, yeniyetmə ikən Qum seminariyasına gedib və Məhəmmədi Gilaninin yaxın tələbələrindən biri olmuşdur. İran İslam İnqilabının qələbəsi və Gilaninin Ruhullah Xomeyninin yaxın adamlarından biri kimi siyasi səhnədəki rolu ilə Nayeri də dövrün siyasi cərəyanlarına daxil olmuşdu. 1983-cü ildə ildə 26 yaşında siyasi məhbuslar üçün nəzərdə tutulmuş Evin həbsxanasına şəriət hakimi təyin edilmişdir. 1367-ci ildə Seyid Ruhullah Xomeynidən bəzi ostanlarda, o cümlədən Luristan, Kirmanşah və Simnanda məhkəmə quruluşundan asılı olmayaraq məhkəmə problemləri ilə məşğul olmaq üçün xüsusi və birbaşa göstərişlər almışdır.
Mobil telefon jammeri
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Jan Ameri
Jan Ameri (fr. Jean Améry; 31 oktyabr 1912, Vyana – 17 oktyabr 1978, Zalsburq[…]) — avstriyalı yazıçı. Əsl adı Xans Mayer (alm. Hanns Mayer‎) olan yazıçı əsərlərinin böyük hissəsini İkinci Dünya müharibəsi haqqında yazmışdı. == Həyatı == Jan Ameri Vyanada doğulmuşdu. Atası yəhudi, anası isə katolik idi. Atasının Birinci Dünya müharibəsində cəbhədə ölməsindən sonra anası tərəfindən katolik olaraq yetişdirilmişdi. Vyanada fəlsəfə və ədəbiyyat üzrə təhsil alsa da, maddi vəziyyətinə görə davamlı olaraq təhsilini dayandırmalı olmuşdu. Vyanada təhsil alarkən Nasistlərin Belçikanın işğalına qarşı çıxmış, Gestapo tərəfindən tutulduqdan sonra isə Auşvitz həbs düşərgəsinə göndərilmişdi. 1945-ci ildə düşərgədən azad edildikdən sonra isə Belçikada yaşamağa başlamışdı.
Melo ameri
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Albaniyada insan alveri
Albaniya insan alveri, o cümlədən məcburi fahişəlik və məcburi əmək hallarının baş qaldırdığı ölkədir. Həmin qurbanlar Yunanıstan, İtaliya, Şimali Makedoniya, Kosovo və Qərbi Avropada istismara məruz qalırlar. İnsan alveri qurbanlarının yarısı fahişəliyə cəlb edilən qadınlar və uşaqlardır. Yunanıstanda və digər qonşu ölkələrdə alban kişilərinin kənd təsərrüfatı sektorunda məcburi əmək şəraitinə məruz qaldıqlarına dair sübutlar var. Albaniya hökuməti insan alveri ilə mübarizə üçün mühüm addımlar atır. Hökumət insan alveri qurbanlarının müdafiəsini və reinteqrasiyasını nəzarətə götürüb. 2009-cu ilin mart ayında hökumət yeni qanun layihəsini təsdiqlədi hansı ki, insan alveri qurbanlarına da Albaniyada digər risk qruplarında olan şəxlər qədər müavinət və sığınacaq verilməsini nəzərdə tutur. Hökumət rəsmiləri Albaniyada insan alveri ilə bağlıgeniş təbliğat aparır. Siyasi marağın olmaması və sistemdə korrupsiyanın olması cinayərkarların cəzasız qalmasına səbəb olur. 2013-cü ildən Albaniyada insan alverinə görə daha sərt cəzalar tətbiq edilməyə başlayıb, lakin çox az cinayətkar həbs olunub üç nəfər.
Cucumis melo subsp. ameri
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cucumis melo var. ameri
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.