Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Nanay dili
Nanay dili (keçmiş adı qold dili) — Nanayların dili. Tunqus-mancur dillərinə daxildir. Bu dildə Rusiyada 1.347 nəfər adam danışır. 3 dialektə bölünür: Amur, Kurirmi və Sunqari. Sunqari dialekti əsasən Çində danışılır. Ədəbi dil Amur dialektinin nayxi şivəsinə əsaslanır. Yazıda 1931-ci ildən 1963-cü ilədək latın əlifbasından istifadə olunmuş, 1963-cü ildən sonra isə kiril əlifbasından istifadə olunmaqdadır. ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 155.
Super Nancy
"Super Nancy" — Nensi Ajramın uşaqlar üçün olan ikinci albomu. 13 sentyabr 2012-ci ildə buraxılmışdır. "Shakhbat Shakhabit" albomunun qazandığı böyük uğurdan sonra Nensi uşaqların ona olan sədaqətinə minnətdarlığını göstərmək üçün daha bir uşaq albomu çıxartmaq qərarına gəldi. "Ya banat" ("Ey qızlar"), "Stouhi" və "Baousi" mahnılarından ibarət 3 sinql 2012-ci ilin Sentyabrında çıxdı. Nensi ilk dəfə olaraq 2012-ci ilin Ramazan ayında "Ana Wal Asal" verilişində "Ya banat" mahnısından bir parça oxudu. Albomun buraxılışı ilk olaraq 2012-ci il Avqustun sonlarına planlaşdırılsa da, klip çəkimlərində olan gecikmələrə görə təxirə salındı. "Super Nancy" klipi 350.000 dollardan çox büdcə ilə tanınmış Livan rejissoru Leila Kanaan tərəfindən çəkilmişdir. Klipin çəkilişləri 4 gün ərzində Livanın cənubu və Beyrutdakı studiyada baş tutdu. Nensinin qızları Mila və Ellanın da iştirak etdiyi klip Music Nation Digital jurnalında "2012-ci İlin Klipi" adlanmışdı. Müasir tənqidçilər albomdakı mahnıları və Nensinin göstərdiyi vokal imkanları çox müsbət dəyərləndirdilər.
Nanay (nəğmə)
Nanay — mərasim nəğməsi. Ağızla çalınan oyun havası. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır.
Nanno Marinatos
Uraniya Marinatos, daha çox Nanno Marinatos kimi tanınır — yunanıstanəsilli ABŞ arxeoloqu, Minos dini və ikonoqrafiyası üzrə mütəxəssis. Məşhur Minos arxeoloqu Spiridon Marinatosun qızıdır. O, ABŞ-də klassik tarix və arxeologiya üzrə təhsil almış, 1978-ci ildə Kolorado Boulder Universitetini bitirmişdir. O, Ohayodakı Oberlin Kollecində və Kolorado Boulder Universitetində klassik antik dövr və arxeologiyadan dərs demişdir. Hal-hazırda Çikaqoda İllinoys Universitetində professordur. Onun əsas maraqları antik və tunc dövründə dinlərin tarixi, xüsusən də Minoy dininin hakim siniflərin davranışına təsiri, eləcə də ümumilikdə dini kultlarla bağlıdır.
Danny O'Donoghue
Denni O'Donohyu (3 oktyabr 1980, Dublin) — müğənni. == Həyatı == İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Mannı
Mannı, manna və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur. Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Nancy7
Nensi Ajramın yüksək kommersiya qoyulmuş və böyük uğura imza atmış yeni "Nancy7" albomu 6 Sentyabr 2010-cu ildə çıxdı. 7-ci studiya albomu "Nancy7" onun daha öncəki işlərinin davamı olaraq, onu bütün zamanların ən uğurlu qadın Ərəb sənətçilərindən biri etmişdir. Albom Rəqs, Texno və R&B də daxil olmaqla müxtəlif səs və janrlarla zəngin idi. Digər tərəfdən isə Nensinin neçə illər ərzində davam etdiyi Misir və Livan rəqs-xalq musiqisini özündə birləşdirirdi. Tənqidçilər bu alboma müsbət yanaşaraq, daha müasir və dünya səviyyəsində olan səslərdən istifadə olunduğunu qeyd edirdilər. Bu xüsusiyyət isə bu səslərlə yerli musiqinin və 90-cı illərin Ərəb mövzularının birləşməsinə imkan yaradır. Mahnıların mətnlərində Nensinin daha öncəki işlərində olduğu kimi sevgidən, heyranlıqdan, kədərdən və münasibətlərdən danışılır. Bundan əlavə, digər mahnılar həyat, uşaqlıq və ailə haqqında dərin duyğuları bildirir. Aparıcı sinql olan "Fi hagat" (Bəzi şeylər var) əsas reklam mahnısı olaraq buraxılan ilk mahnı idi. O, bir neçə Ərəb hit-paradlarında ilk pilləni tutdu, onlardan ən əsası da HitMarker idi.
Nancy8
Nancy8 Livan müğənnisi Nensi Ajramın 8-ci studiya albomudur. Albom “Ma Tegy Hena” klipinin ardınca 21 Mart 2014-cü ildə çıxmışdır. "Ma Tegy Hena" mahnısı Martın 8-də çıxdı və çıxışının ardınca bu zamana qədər ən sürətlə satılan ərəb mahnısı olaraq iTunes rekordlarını qırdı. Daha sonra, bu mahnı Nensinin Misir və Livanda 21-ci Nömrə1 hitinə çevrildi. Bu, Nensi Ajramı 2000-ci ildən bəri ən uğurlu Ərəb sənətçisi və rəqəmsal əsrin ən çox albomu satılan Ərəb sənətçisi etdi. Nancy8 albomu Nensinin 7-ci albomundan sonra son 4 ildə çıxartdığı ilk tammetrajlı albomdur. Çıxışından sonra albom bütün zamanların ən sürətlə satılan rəqəmsal ərəb albomu olaraq rekord qırdı. Öncədən sifariş üçün nəzərdə tutulmuş 10 gün müddətində artıq 300.000 nüsxə satılmışdı. Bundan əlavə, bu albom müsbət qarşılandı və 2014-cü ilin ən çox gözlənilən albomu adlandı. Nensi Ajram Arab Idol yarışmasının münsiflər heyətinin üzvü idi.
Nancy9
Hassa Beek (ərəbcə: حاسة بيك‎, azərbaycanca: Səni hiss edirəm), həmçinin Nancy9 kimi bilinən albom Livan müğənnisi Nensi Ajramın 9-cu studiya albomudur. 0, 21 aprel 2017-ci ildə In2Musica tərəfindən çıxarılmışdır. Nensi albomu 2014-cü ildən planlaşdırmağa başladı, 2015-ci il boyunca işlərə davam etdi. Hansı ki, bu müddət ərzində o, 15 noyabr 2015-ci ildə Maakoul El Gharam sinqlını da çıxartdı. Bu mahnı Anghami platformasında 12 saat ərzində artıq 1-ci yerdə idi. Hassa Beek albomu artıq 21 apreldə iTunesdə yüklənməyə hazır idi. Nensi və meneceri Jiji Lamara daha öncəki albomlarda birlikdə çalışdıqları insanlarla əməkdaşlığa davam etdilər. Onlardan Tarek Madkour, Valid Saad, Samir Sfeir, Mohammed Rifai, Ahmed İbrahim və Hadi Şarara ilə yanaşı, Xaled Tag Eldeen, Salim Assaf, Tamer Hussein və Hişam Boulas kimi yeni isimlərlə də əməkdaşlığa imza atdılar. Öncəki albomundan 3 il ara keçəndən sonra bu yeni albom Nensi Ajram üçün çox gözəl bir qayıdış oldu. Nancy9 yaxud Hassa Beek albomu musiqi tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilməklə yanaşı, ən yaxşı albom olaraq, bir çox siyahılarda yer aldı.
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
İnanna
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Hanna Adams
Hanna Adams (ing. Hannah Adams; 2 oktyabr 1755[…] – 15 dekabr 1831[…]) — ABŞ-də ilk peşəkar xanım yazıçı, tarixçi və müqayisəli dinşünaslıq pioneri. == Bioqrafiya == O, Tomas Adamsın və Elizabet Klarkın beş uşağından ikincisi idi. Hana 12 yaşında olanda, anası öldü. Uşaqlığda tez-tez xəstələndiyi üçün məktəbə getmirdi, amma özü çox oxuyurdu və atası onun öz-özünə təhsil almasını şövqləndirirdi. Adams öz xatirələrinə əsasən, o, cənnəti insanların billiyə yiyələnməsini tamamilə ödəyəcək bir yer sayırdı. Tomas Harvard tələbələri üçün özəl repetitor fəaliyətini göstərirdi və onlara yemək və yaşayış yeri verirdi. Hanna bu tələbələrlə birlikdə oxuyurdu və gələcəkdə özüdə özəl repititor oldu.. ABŞ İstiqlal müharibəsi zamanı Tomas Adamsın tələbələrindən biri Hannaya Tomas Broutonun 1742-ci ildə nəşr olunmuş "Dünya yaranandan indiyədək bütün dinlərin tarixi lüğəti" adlı kitabını oxumağa verdi. Broutonun əsərinin mütaliəsi qızda dünya dinlərinə marağı oyandırdı, amma bu kitab və, Hannanın oxuduğu belə mövzuda olan başqa kitablar kimi, müəllifin dinindən başqa bütün dinlərə nifrət və mənfi rəylərlə dolu idi.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Henri Nannen
Henri Nannen (alm. Henri Nannen‎; d. 25 dekabr 1913, Emden, Almaniya — ö. 13 oktyabr 1996, Hannover, Almaniya) — Almaniyalı jurnalist və naşir. 1948-ci ildə "Ştern" jurnalını təsis etmişdir.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Hanna Mançini
Hanna Mançini — Amerikalı müğənni. Hanna Mançini 2013 Avroviziya Mahnı Müsabiqəsində Sloveniyanı "Straight Into Love" mahnısı ilə təmsil edib.
Hanna Montana
Hanna Montana - Disney Channel kanalının seriallarından biridir. Serialda ikili həyat sürən Mayli Stüartdan mövzu edilir. Hanna Montananın 4.Sezon Çəkilişləri bitmişdir və serial finalı 16 yanvar 2011-ci ildə Wherever I Go hissəsi ilə tamamlanmışdır. == Məzmun == Mayli, 16 yaşında sıravi bir gəncdir. Amma onun ikinci üzü Hanna Montana isə dünya tərəfindən məşhur bir pop ulduzudur. Maylinin sinif yoldaşları onun ikinci şəxsiyyətini bilməməkdədirlər. Dünyanı gəzər, pərəstişkarlarını eyni zamanda menajeri olan atasının yazdığı musiqilə əyləndirər. Mayli hər uşağın xəyalındakı həyatı yaşar. Ancaq gözqamaşdırıcı həyatın və şöhrətin limuzinlər, qəşəng geyimlər, məşhurlarla olmaq kimi xüsusiyyətləri olsa da Miley ən çox özünə digər gənclər kimi davranılmasını və yaşıdları kimi bir həyat sürməni istəyir...
Nanıc
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. Donald J. Orth. Dictionary of Alaska Place Names.
Kensuke Naqay
Kensuke Naqay (d. 5 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.