Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narva
Nаrvа (est. Narva, alm. Narwa‎, rus. keç. Ругодив) — Estoniyada şəhər. İda-Virumaa vilayətin inzibati mərkəzidir. == Əhali == == İqlim == == Qalereya == === Partnyor şəhərlər === İsveç Karlskoga Danimarka Tinglev Ukrayna Donetsk Finlandiya Lahti Rusiya İvanqorod Estoniya Pyarnu == Web links == Offizielle Internetpräsenz der Stadt Narvaer Kolleg der Universität Tartu Das Narvamuseum (estn./russ./en.) Stadtansicht, nach J. B. v. Fischer: Versuch einer Naturgeschichte von Livland, 2.
May Narva
May Narva (est. Mai Narva; doğ. 22 oktyabr 1999, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2014). == Həyatı == May Narva şahmatçılar ailəsində anadan olub. O, eston şahmatçılar Boris Rıtovun və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narvanın və qadınlar arasında şahmat üzrə Estoniya çempionu Regina Narvanın isə qızıdır.Üç dəfə qadınlar arasında şahmat üzrə Estoniya çempionatlarında qalib olub: 2014, 2016 (əlavə turnirdən sonra), 2017. 2014-cü ildə Batumidə U16 yaş qrupunda qızlar arasında Avropa çempionu olub. 2015-ci ildə Karpaçda Estoniyanın qızlardan ibarət komandasının heyətində U18 yaş qrupunda Avropa komanda birinciliyinin qalibi olub. Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2014, 2016). Qustav Adolf Gimnaziyasında oxuyur.
Narva-Yıesuu
Narva-Yıesuu (est. Narva-Jõesuu) — Estoniyanın şimali-şərqindəki İda-Virumaa bölgəsində kurort-şəhər. Əhalisi 2,6 min nəfərdir (2012). Şəhərin tarixi adları: Narva-Mündunq (alm. Narwa-Mündung‎) Hungerburq (alm. Hungerburg‎) — rəsmi ad 1922-ci ilə qədər. Ust-Narova — şəhərin tarixi adı. Müasir rus ədəbiyyatında Усть-Нарва şəklində yazılır. 1923-1934-cü illərdə şəhərin rəsmi estonca variantı - Naroova-Yıesuu (est. Naroova-Jõesuu) yazılırdı.
Narva döyüşü
== Döyüşün gedişi == 1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə 30 il müddətinə Azov və ona bitişik ərazilərdə Rusiyanın hakimiyyətini qəbul edən sülh imzaladıqdan sonra I Pyotr İsveçə məxsus Narva qalasına hücuma keçməyi orduya əmr etdi. Uzun davam edən Şimal müharibəsi başladı ki, Danimarka, Saksoniya, Polşa İsveçə qarşı Rusiya ilə müttəfiq idi. Bu zaman İsveç Avropanın ən qüdrətli dövlətlərindən biri olaraq demək olar ki, bütün Baltik dənizi sahillərini ələ keçirmişdi. İsveç dövlətinin başında Avropadakı hərbi əməliyyatlarda parlaq qələbələr qazanan 18 yaşlı gənc kral XII Karl dayanmışdı. Rus ordusu Narvaya doğru yola çıxdıqdan sonra XII Karl tez bir zamanda Baltik dənizinin cənub sahillərinə qoşun çıxarıb Kopenhagenə hücum edərək Danimarkanısülh bağlamağa məcbur etdi. İsveçlilər hücum edərək saksoniyalıları polyak kralı II Avqust başda olmaqla Riqanın mühasirəsindən əl çəkib qaçmağa məcbur etdilər. Bu qələbələrdən sonra «İsveç şiri» ləqəbli gənc kral 15 minlik qoşunla Estoniya sahillərinə çıxaraq Narvaya doğru hərəkət etdi. Bu zaman 40 minlik rus ordusu şəhəri mühasirədə saxlasa da,uğur qazana bilmədi. == Nəticə == Hərbi sursat və ərzaq çatışmazlığı, payızda yolların keçilməz çətinliyi, rus əsgərləri arasında yayılan aclıq, xəstəlik, soyuq, köhnə və yeni polkların döyüş əməliyyatları aparmaq təcrübəsi və bacarığının yetərsizliyi Narva döyüşünün taleyini İsveçin xeyrinə həll etdi. Noyabrın 18-də Narvaya çatan XII Karl ertəsi gün hücum edib rus polklarını ağır məğlubiyyətə uğratdı.
Narva qəsri
Narva qalası— Estoniyanın şərqində Narvada yerləşən qaladır.1256-cı ildə danimarkalılar tərəfindən əsası qoyulmuş ilk daş qala, 14-cü əsrin əvvəllərində tikilmişdir. 1346-cı ildə 29 avqustda Alman Livoniya ordeni qalanı satın alaraq tarixinin çox hissəsinə sahib olmuşdu.. == Narva qalası — təsviri == Narva qalası, həssas bir yerdə — sərhəddə olan bu günə qədər sağ qalan bir real möcüzə adlandırıla bilər. Axı, hər müharibədə düşmən işğalçıları üçün ilk hədəf oldu. Şəhərin hökmdarı hər dəfə qərbin zədələnmiş hissələrini bərpa etməyə çalışdı və qala yenə də düşmənlərdən başqa bir hücumu dəf etməyə hazır olan qalıqları yenidən doğdu. Narvada qala ümumi sahəsi 3 hektardan bir qədər çoxdur. Heykəl qülləsi Uzun Hermann qəsəbənin üstündə 51 m.Bu gün qalalara daimi və müvəqqəti muzey sərgiləri keçirilir, turistlərin qülləsinin üstündə şəhərin mənzərəli panoraması və Narvaqalası, İvano-Borod qəsrinin köhnə əkiz qardaşı ilə müşahidə göyərtəsi var. == Qala tarixi == Təəssüf ki, Narvanada Narva qala tikilməsinin dəqiq vaxtı barədə etibarlı məlumatlar yoxdur. Tarixçilər, əvvəlcə qala XIII əsrin ortalarında Danimarka tərəfindən bir ağacdan tikildiyini qəbul edirlər. Bir əsr sonra şəhər ticarət imtiyazları almış, daş divarları və qüllələri dəyişdirilmiş taxta binalar.
Narva çayı
Narva (est. Narva jõgi) — Estoniya və Rusiya Federasiyasının Leninqrad vilayətinin sərhədindəki çay. Alukse və Bek adları da ədəbiyyatda rast gəlinir. Sonuncu ad 17-ci əsrdə İsveç hakimiyyəti dövründə istifadə edilmiş və Adam Oleari tərəfindəndə xatırlanır. Çay sahilin boyunca yerləşən şəhərlər: İvangorod (Rusiya), Narva və Narva-Yıesuu (Estoniya). Çay sahillərini hazırda iki körpü birləşdirir. 1991-ci ildən bu yana Rusiya-Estoniya sərhədini təşkil edir. Çay sahili boyunca bölgə Prenarovye adlanır. == Əsas məlumatları == Çay Çud-Pskov gölündən başlayır və Baltik dənizinin Fin körfəzindəki Narva buxtasına axır. Çayın uzunluğu 77 km-dir, bunun 40 km-i yuxarı, 20 km-i orta, 17 km-i isə aşağı axar təşkil edir.
Triin Narva
Triin Narva (est. Triin Narva; doğ. 12 noyabr 1994, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında FİDE ustası (2016). == Həyatı == Triin Narva şahmatçılar ailəsində anadan olub. O, estoniyalı şahmatçılar — Boris Rıtov və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narva və qadınlar arasında Estoniya çempionu (2011) Regina Narvanın qızı, qadınlar arasında beynəlxalq usta May Narvanın isə bacısıdır.2004-cü ildən 2011-ci ilədək müxtəlif yaş qruplarında (U10, U12, U14, U16, U18) ardıcıl olaraq on iki dəfə şahmat üzrə yeniyetmələr arasında Estoniya çempionatının qalibi olub. 2003-cü ildən 2012-ci ilədək müxtəlif yaş kateqoriyalarında Estoniyanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Ən yaxşı nəticəsi — 18 yaşadək qızların qrupunda blits üzrə Avropa çempionatının bürünc medalı olmuşdur (2012). 2010-cu ildə blits və rapid üzrə Estoniya çempionu olub. Qadınlar arasında şahmat üzrə Estoniya çempionatında 3 gümüş (2010, 2011, 2012) və 2 bürünc medal qazanıb (2009, 2014).
Triyn Narva
Triin Narva (est. Triin Narva; doğ. 12 noyabr 1994, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında FİDE ustası (2016). == Həyatı == Triin Narva şahmatçılar ailəsində anadan olub. O, estoniyalı şahmatçılar — Boris Rıtov və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narva və qadınlar arasında Estoniya çempionu (2011) Regina Narvanın qızı, qadınlar arasında beynəlxalq usta May Narvanın isə bacısıdır.2004-cü ildən 2011-ci ilədək müxtəlif yaş qruplarında (U10, U12, U14, U16, U18) ardıcıl olaraq on iki dəfə şahmat üzrə yeniyetmələr arasında Estoniya çempionatının qalibi olub. 2003-cü ildən 2012-ci ilədək müxtəlif yaş kateqoriyalarında Estoniyanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Ən yaxşı nəticəsi — 18 yaşadək qızların qrupunda blits üzrə Avropa çempionatının bürünc medalı olmuşdur (2012). 2010-cu ildə blits və rapid üzrə Estoniya çempionu olub. Qadınlar arasında şahmat üzrə Estoniya çempionatında 3 gümüş (2010, 2011, 2012) və 2 bürünc medal qazanıb (2009, 2014).
Narva Trans FK
Narva-Trans — Estoniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir. Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir. == Taxta darvaza == Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi.Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu. 1814-cü ildə rus döyüşçüləri dörd dəfə darvazanın altından keçmişdir: 30 iyulda, 8 sentyabrda, 18 oktybarda və 25 oktyabrda.Lakin, Cakomo Kvarneginin layihəsi əsasında taxta və gəcdən inşa edilmiş abidə qısa zamanda yarasız hala düşmüşdür.
Narva şəhər zalı
Narva şəhər zalı — Estoniyanın Narva şəhərindəki tarixi bələdiyyə binasıdır. Bina Town Hall Meydanında Tartu Universitetinin yaxınlığılndakı Narva Kollecinin yanında yerləşir. == Tarixi == Bələdiyyə binası İkinci Dünya Müharibəsindən sonra bərpa edilmiş Barokko şəhər memarlığının bir neçə elementindən biri idi. İndi daha çox Sovet dövründən qalma Stalinist strukturlar və Xruşşovlar tərəfindən əhatə olunub. 2023-cü ildə Narva meriyasının yenidən qurulması layihəsi 7 milyon avroya başa çatdırıldı. Bina Narva şəhər hökumətinin oturacağı, habelə turizm məlumat mərkəzi və restoran kimi ilkin funksiyasına qaytarılıb. == Funksiyalar == İçəridə tarixi şəhərin maketi nümayiş etdirilir. Hazırda bu bina Narva Bələdiyyəsi üçün görüş yeri deyil, hansı ki, Pitri meydanındakı binada iclaslar olur.
Areva
"Areva" — Fransa şirkəti; nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
Narval
Narval (lat. Monodon monoceros) — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir. Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir.
Natəvan
Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur.
Tarava
Tarava — Sakit Okeanında yerləşən Kiribati ada dövlətinin paytaxtıdır.Paytaxt Tarava Mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Narca
Narca — Qax rayonu ərazisində dağ. == Haqqında == Narca - Qax rayonunun cənubunda Acınohur düzünü şimaldan əhatə edən dağın zirvəsidir. Hündürlüyü 444 metrdir. Narça variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oronim nar (bitki adı) sözündən və -ca (burada "yer, məkan" mənasında işlənmişdir) şəkilçisindən ibarət olub "nar kolları bitən yer, narlıq" deməkdir. Lakin bu söz Şərqi Sibir toponimiyasında nerça variantında "bələdçi", Ural toponimiyasında isə nar/ner/nör variantlarında "iti uclu dağ zirvəsi", "təpə, yüksəklik", "çıxıntı, burun" mənalarında işlənməkdədir.
Nerva
Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi. == Həyatı == Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir. == İmperatorluğu == 96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir. Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat.
Apaloderma narina
Apaloderma narina (lat. Apaloderma narina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin apaloderma cinsinə aid heyvan növü.
Cənubi Tarava
Cənubi Tarava (ing. South Tarawa) və ya Teinainano şəhər şurası (ing. Teinainano Urban Council) — Mikroneziyada yerləşən Tarava atolunda olan Kiribati dövlətinin paytaxtı. Əhalisi — 40 311 nəfər (2005-ci il). Əhali sıxlığı — 2578 nəf/km².
Natəvan (1982)
== Məzmun == Film görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuşdur. Kinolentdə nəğməkar şairənin poetik yaradıcılığı ilə yanaşı nəinki Azərbaycanda, eləcə də bütün Şərq ölkələrində böyük şöhrət qazanmış əlvan naxışlı əl işləri, zərif butalı tikişləri, rəsmləri, fransız yazıçısı Aleksandr Dümanın ona bağışladığı fil sümüyündən şahmat fiqurları, dağlardan və sıldırım qayalardan Şuşaya çəkdirdiyi Xan qızı bulağı öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Məmməd Araz Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328; 377.
Natəvan (Gəncə)
Natəvan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati-ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Nətavan qəsəbəsi mərkəz olmaqla Nətavan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2012-ci il tarixli, 361-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nətavan qəsəbəsi Natəvan qəsəbəsi adlandırılmış və Nətavan qəsəbə inzibati ərazi dairəsi Natəvan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == Natəvan qəsəbəsində təxminən 4 min nəfər əhali yaşayır.
Natəvan (dəqiqləşdirmə)
Xurşidbanu Natəvan — Azərbaycan şairəsi. Natəvan (opera) — bəstəkar Vasif Adıgözəlovun şairə Natəvana və Qarabağa həsr etdiyi opera. Natəvan (Gəncə) — Gəncə şəhərinin keçmiş Kəpəz rayonunda qəsəbə.
Natəvan (opera)
Natəvan — Bəstəkar Vasif Adıgözəlovun üçpərdəli operası. == Tarixçə == Libretto müəllifi naşir, bir sıra kitabların müəllifi və tərtibçisi Nazim İbrahimov, şeir mətnlərinin müəllifi isə Rüzgar Əfəndiyevadır.
Natəvan Babayeva
Natəvan Namik qızı Babayeva (12 oktyabr 1977, Bakı – 20 iyul 2023, Bakı) — telejurnalist, aparıcı. == Haqqında == Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri əslən Salyan rayonundandır. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirmişdir. O, qısa müddət "Sara Xəbər"də çalışıb. 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib.20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Salyanın Parça Xələc kəndində dəfn olunub.
Kareta
Kareta — kiçik və yumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban və Dilicana nisəbətən kareta kicik və yumşaq nəqliyyat növü idi. Altı nəfərə qədər sərnişin goturə bilən kareta Azərbaycanda ancaq Bakı şəhərində işlədilmişdir.
Maleva
Maleva - bambuk bitkisindən hazırlanan quru yeməklər siyahısına daxildir. Bambuk ağacı Elgon dağı ətrafında Uqandanın şərqində təbii sürətdə bitir. == Mənşəyi == Maleva Şərqi Uqandanın Buqisi regionunda ilk dəfə hazırlanmağa başladı. Yeməyəin original variantına fıstıq və Hind küncütü əlavə edilir. Bugisu regionunda əsasən bu yeməyi toy və ziyafətlərdə verilir. == İnqredientlər == Maleva Su Duz Fıstıq şirniyyatı == Hazırlanması == Maleva hazırlanmaq üçün təmiz su qaynadılır, onun üzərinə balaca və orta vəziyyətdə yarpaqlar doğranmış yarpaqlar əlavə edilir. Qaynanmış suya duzda əlavə olunur. Malevanın sousuna Maniok, matoka, şirin kartof, düyü və s. qatılır.
Mareca
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nineva
Nineviya (akkad. Ninwe; новоарам. ܢܸܢܘܵܐ; ivr. ‏נינוה‏‎, Nīnewē; yun. Νινευη; lat. Nineve; ərəb. نينوى‎, Naīnuwa)—Assuriya dövlətinin paytaxtı. == Mənası == "Aslanlar yuvası" və "qan şəhəri" — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar. == Tarixi == Assuriyanın Paytaxtı Nineviya idi. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.