Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narrativ
Narrativ (lat. narrare; mənası – "nağıl etmək, demək") — söz və ya obrazlar ardıcıllığı şəklində oxucuya və ya dinləyiciyə təqdim edilən, bir-biri ilə əlaqəli hadisələrin müəyyən toplusu haqqında öz-özünə yaradılmış nağıl etmə. "Narrativ" termininin mənalarının bir hissəsi ümumi işlənən "povest", "hekayə" sözləri ilə üst-üstə düşür. Narrativ doktrinası narratologiyanın çərçivəsindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Калмыкова Е. С., Мергенталер Э. Нарратив в психотерапии: рассказы пациентов о личной истории (часть II) // Журнал практической психологии и психоанализа, № 2, 2002 г. Карабаева А. Г. Нарратив в науке и образовании // Инновации и образование: Сборник материалов конференции. Серия «Symposium», вып. 29. — СПб.: Санкт-Петербургское философское общество, 2003. — С. 89—96.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Marisol Karratu
Marisol Karratu (d. 15 iyul 1986; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Marisol Karratu Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Karate-do
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.
Xarrat Qulu
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. == Həyatı == Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur.Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi.Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir.Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Onun ölümündən sonra Kor Xəlifə onun yolunu davam etdirərək Şuşada musiqi məktəbi açmışdır. Kor Xəlifənin ölümündən sonra isə məktəb öz fəaliyyətini dayandırmışdır. Sonra isə bu Şuşada musiqi tədrisidini Molla İbrahim davam etdirmişdir.
Arpaçay Karate Klubu
Arpaçay Karate Klubu — karate-do idman növü üzrə klub. Klubun prezidenti Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı Nümayəndəliyinin rəhbəri, IV dan qara kəmər sahibi, Əməkdar məşqçi Yavər Ənvər oğlu Hüseynov, klubun birinci vitse-prezidenti Əməkdar bədən tərbiyəsi və idman xadimi Hidayət Mikayıl oğlu Şabanov, baş məşqçisi beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Vüqar Kərimovdur. Klubun Azərbaycanın 10 yaxın regionunda filialı var. Həmin filiallarda məşqçilər Rasim Ağayev (Bakı), Mehman Əlirzayev (Bakı, Sumqayıt), Toğrul Adilli (Bakı), Pərviz Quliyev (Buta-Sumqayıt), İsa Qasımov (Sumqayıt), Yasin Cəfərov (Gəncə), Mahir Məmmədov (Gəncə), Samir Ələkbərov (Ağstafa), Niyazi Cəndirli (Ağstafa), Füzuli İsmayılov (Xaçmaz) və digərləri karate idman növü üzrə idmançılar hazırlayırlar. == Tarixi == Arpaçay Karate Klubu 2015-ci ildə təsis olunub. Azərbaycanın aparıcı karate klublarından biri olan Arpaçay Karate Klubu qısa müddətdə Azərbaycan Milli Karate Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasına ən çox idmançı yetişdirən kluba çevrilib. 2020-ci il ərzində əldə etdiyi uğurlara görə "MA Media Group" və "Lider" televiziya kanalının "İlin ən yaxşısı" nominasiyası üzrə keyfiyyət simvolu seçilib. 2020-ci ilin yekunlarına görə, Arpaçay Karate Klubu karate-do idman növünün inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Bakı Karate-do Akademiyası tərəfindən də fəxri diplomla təltif edilib. 2021-ci ilin yanvarında Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. == Yarışlar == Klub tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ilk beynəlxalq yarış 2016-cı ilin yanvarında keçirilib.
Navate mağaza küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. == Tarixi == Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır.Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.Qurbağaların ərazini tərk etməsi yerli əhalini məyus etmiş və onlar küçədə qurbağa heykəlləri tikməyə qərar vermişdirlər. Yerli satıcılar küçədə qurbağalara aid kiçik fiqurlar və heykəlciklər satmağa başlamış, 1972-ci ildə isə küçədə qurbağalara həsr olunmuş Kaeru Daymyocin məbədi tikilmişdir.
2015 Avropa Oyunlarında karate
=== Medal sıralanması ===
Bakı Karate-do Akademiyası
Karate, tam adı karate-do (Yaponca: kara — "boş", te — "əl", do — "yol", yəni "boş əlli yol") — yapon əlbəyaxa döyüş sənətidir. Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. == Dərəcələr və kəmər rəngləri == Karate-do kəmərlərinin rəngləri və sıralaması necə gedir? Karate-do silahsız döyüş sənətləri arasında ən məşhurlarından biridir. Söz olaraq boş əl mənasını verən karate və sonunda do şəkilçisi yol mənasını verir. O, həm də insanın istedadlarını üzə çıxaran bir sənət kimi görünür. Karate Hindistanın şimal-şərqindən başlayan səyahəti Çinin cənubuna qədər uzanıb. Nəhayət, Yaponiyaya aid olan Okinava adasında formalaşdı. Onun əvvəlcə silahsız mübarizə kimi başlayan yolu burada inkişaf edərək qollara bölünür.
Karate 2015 Avropa Oyunlarında
=== Medal sıralanması ===