Ammonium nitrat
Ammonium nitrat – NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur.
== Tarixi ==
İlk dəfə 1659-cu ildə İohan Qlauber tərəfindən kəşv edilmişdir.
== Fiziki xassələri ==
Ammonium nitrat ağ kristal maddədir. Suda çoxyaxşı həll olur: 100 q buzlu (oC) suda 118,3 qram, 20oC-də 192 qram, 30oC-də 241,8 qram, 50oC-də 384 qram, 80oC-də 580 qram, 100oC-də 871 qram. Həmçinin, ammonium nitrat ammonyak, piridin, metanol, etanolda həll olunur. Detonasiyanın sürəti 2570 m/s.
Normal atmosfer təzyiqində NH4NO3 kristalları üçün bir neçə modifikasiya mövcuddur. Adi şəraitlərdə rombik kristallik qəfəs stabildir. O, 32,2oC-dən yuxarı temperaturda digər rombik, parametrləri kəskin dəyişmiş formaya keçir. 82,2oC-dən yuxarı temperaturda tetraqonal, 125,8oC-dən yuxarı temperaturda kubik forma stabildir.