Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fay-Nan
Fay-Nan — Tayvan Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
May-Tay
May-tay rom, kürasao, orşad siropu və təzə sıxılmış laym şirəsindən hazırlanan kokteyldir. Tiki mədəniyyətinin xarakterik kokteyllərindən biridir. Mütəmadi içki kimi təsnif edilir və Beynəlxalq Barmenlər Assosiasiyasının (İBA) “Müasir klassiklər” kateqoriyasında rəsmi kokteyllərindən biridir. == Tarixi == Viktor J. Bergeron 1944-cü ildə Oklend, Kaliforniya, ABŞ-da yerləşən "Trader Vic's" restoranında May-tay icad etdiyini iddia etdi. "Treyder Vic"-in sələfi "Donn Beach", bunun əvəzinə ilk dəfə 1933-cü ildə yaratdığını iddia etdi, baxmayaraq ki, uzun müddətdir ki, həmkarı Beach əslində May-tayın onun QB Cooler kokteylinə əsaslandığını iddia etdiyini söylədi. Don the Beachcomber-in resepti Vic-dən daha mürəkkəbdir və bəziləri onun dadının tamamilə fərqli olduğuna inanır. Digərləri hesab edir ki, inqrediyentlərdəki fərqə baxmayaraq, QB Cooler dadı olduqca oxşardır. May-tay 1953-cü ildə Bergeron Matson Company otelləri Royal Hawaiian Hotel və Moana Hotel üçün kokteyl menyusu yaratdıqda Havayda təqdim edildi. Kokteyl hitə çevrildi və 1959-cu ildə "ən yaxşı turist cəlbedici" adlandırıldı. Sonrakı illərdə, ananas, portağal şirəsi və tünd rom Havayda istehsal olunan "May-tayda geniş istifadə olunmağa başladı.
Say Na Na Na (mahnı)
Say Na Na Na (azərb. Na na na de‎) — San-Marinonun 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Serhat "Say Na Na Na" mahnısı ilə San-Marinonu İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Serhat və Meri Syuzan Applqeyt tərəfindən bəstələnmişdir.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Lay
Lay (təbəqə)
May
May (lat. Majus) — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
NAR
NAYO
NAYO (Norveç dili: Norges Aserbaidsjanske Ungdomsforening, Azərbaycan dili: Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, İngilis dili: Norwegian Azerbaijanis Youth Organization) — Norveçdəki Azərbaycan cəmiyyətinə, Azərbaycana və Azərbaycanın mədəniyyətinə maraq göstərən gənclər üçün qeyri-siyasi, qeyri-gəlir, qeyri-dini təşkilatdır. Təşkilat bir qrup azərbaycanlı, norveçli və xarici tələbələrin təşəbbüsü ilə, Norveç Tələbə İttifaqının keçmiş vitse-prezidenti olan Ramil Əliyevin başçılığı ilə 2006-ci ildə yaradılmışdır. NAYO Azərbaycana aid prezentasiyalar, mədəni görüşlər, foto sərgilər, informasiya tədbirlər, şənliklər və konsertlər təşkil edir.
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
Nan
Nan (Fransa)
Naz
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
Qay
Qay (Orenburq vilayəti)
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Yay
Yay — ilin dörd fəslindən biri. Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Gay
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Çay vağzalı (Rostov-na-Donu)
Çay voğzalı — bina kompleksi və digər tikililərdən ibarət olan çay sərnişin voğzalı. Voğzal Rostov-na-Donu şəhəri Bereqovaya küçəsində yerləşir. Voğzal kompleksi sərnişin terminalı və on bir mərtəbəli mehmanxanadan ibarətdir. Sərnişan terminalında gözləmə zalı, kassa, tibb məntəqəsi, mağaza, kafe, ofis və supermarket fəaliyyət göstərir. Don çayının voğzalda eni 160–250 meyr təşkil edir. Burada həm də Rostov dəniz ticarıt limanı yerləşir. Rostovda dəniz limanı 1750-ci ildə açılmışdır. Don çayının Azov dənizinə tökülməsi bölgənin Rusiyanın cənubunda əlverşli beynəlxalq ticarət mərkəzininyaranmasına səbəb olmuşdur. XX əsrin əvvələrində Rostov Azov-Qara dəniz suları sahilində iri ticarət limanına çevrilmişdi. Buranın inkişafəna səbəb həm də bir necə nəqliyyat növlərinin eyni bölgədə kəşisməsi idi.
Çay voğzalı (Rostov-na-Donu)
Çay voğzalı — bina kompleksi və digər tikililərdən ibarət olan çay sərnişin voğzalı. Voğzal Rostov-na-Donu şəhəri Bereqovaya küçəsində yerləşir. Voğzal kompleksi sərnişin terminalı və on bir mərtəbəli mehmanxanadan ibarətdir. Sərnişan terminalında gözləmə zalı, kassa, tibb məntəqəsi, mağaza, kafe, ofis və supermarket fəaliyyət göstərir. Don çayının voğzalda eni 160–250 meyr təşkil edir. Burada həm də Rostov dəniz ticarıt limanı yerləşir. Rostovda dəniz limanı 1750-ci ildə açılmışdır. Don çayının Azov dənizinə tökülməsi bölgənin Rusiyanın cənubunda əlverşli beynəlxalq ticarət mərkəzininyaranmasına səbəb olmuşdur. XX əsrin əvvələrində Rostov Azov-Qara dəniz suları sahilində iri ticarət limanına çevrilmişdi. Buranın inkişafəna səbəb həm də bir necə nəqliyyat növlərinin eyni bölgədə kəşisməsi idi.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
Google Pay
Google Pay (20 fevral 2018-ci ilə qədər — Android Pay) — Android əməliyyat sistemi ilə işləyən mobil cihazlardan (smartfonlar, planşetlər və smart saatlar) istifadə etməklə ödəniş etməyə imkan verən sistem. == Xidmətin təsviri == Google Pay kart məlumatlarını satıcıya göndərmək üçün Near Field Communication (NFC) texnologiyasından istifadə edir. O, kredit və debet kartlarında PİN çipi və ya maqnit zolağı əvəz edir və istifadəçiyə həmin məlumatları cihaza endirməyə imkan verir. İstifadəçi kartın fotosunu çəkərək və ya kart haqqında məlumatı əl ilə daxil etməklə xidmətə ödəniş kartını əlavə edə bilər. Ödəniş etmək üçün ödəniş cihazını ödəniş terminalına gətirmək və əməliyyat başa çatana qədər saxlamaq lazımdır. Belə bir ödəniş hər yerdə olan təmassız ödənişə bənzəyir, lakin sonuncudan fərqli olaraq, təhlükəsizlik səviyyəsini artırmaq üçün iki faktorlu autentifikasiya tələb olunur. Xidmət Android cihazına antenna, host kartı emulyasiya texnologiyası və Android təhlükəsizlik sistemi kimi NFC-dən istifadə edən avtomatla simsiz əlaqə yaratmağa imkan verir.
Xay-alay
Xay-alay — üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask (Basklar İspaniyanın şimalı və Fransanın cənub qərbindəki bölgədə yaşayan bir xalqdır) mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində xay-alay olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı xay-alay oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.