I
(Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir)
məzəli, zarafatcıl. – O, nay adamdı (Bərdə); – Nay yoldaşın yanında adam qojalmaz (Gəncə); – Dəli İrvaham çox nay adamdı (Şəmkir)
II
(Qazax)
uzun <adam>. – Nay çox uzun adama de:rix’
III
(Cəlilabad, Göyçay, Şamaxı)
qarmon. – Əlləri xınalı nay çalan balam (Şamaxı)
IV
(Cəlilabad, Şamaxı)
qaval
V
(Gədəbəy)
key, gec başa düşən. – Yaf nay adamdı, deməx’nən tüşmöy ha başa