NOY

(Qazax)
nov
NOVÇA
NOYDƏRƏMƏT
OBASTAN VİKİ
Noy Avaliani
Noy İvanoviç Avaliani (13 fevral 1922 – 21 fevral 2010, Moskva) — Sovet baleti, kino aktyoru, xoreoqraf, rejissor, RSFSR Xalq Artisti (1991). Nuy Avaliani 13 fevral 1922-ci ildə dünyaya gəlib. 1957-ci ildə Moskva balet məktəbini bitirmişdir. 1940–1963-cü illərdə Böyük baletinin solisti idi. Daha sonra Moskva kinoteatrlarında xoreoqraf, xüsusilə də "Taqanka" teatrında işləmişdir. 21 fevral 2010-cu ildə Moskvada ömrünün 88-ci ilində vəfat etmişdir. Duel (film, 1957) Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966) Fəsillər (film, 1968) Əzabdan gəzmək (film, 1974) Nəhəng olanda filmin ilk kreditlərində mənfi bir xarakter (film, 1978) Piltə (film, 1979) Mən bir nəhəng olanda (film, 1978) SSRİ dövlət mükafatı — 1976 "Leninqradın 250 illik xatirəsinə" medalı — 1960 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1958 RSFSR-in xalq artisti — 1991 Ной Авалиани: На Таганке у меня затанцевали все! // Линия : Приложение к журналу "Балет". — 2010. — № 1.
Noy Jordaniya
Noy Nikolayeviç Jordaniya gürc. ნოე ნიკოლოზის ძე ჟორდანია; 2 (14) yanvar 1868, Lançxuti, Ozurqeti qəzası[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 11 yanvar 1953, Paris, Dördüncü Fransa Respublikası) — Gürcüstanın dövlət xadimi, gürcü menşeviklərinin lideri, jurnalist. 20 əsrin 90-cı illərindən sosial-demokrat hərəkatında iştirak etmiş, Cənubi Qafqazda ilk sosial-demokrat təşkilatı "Mesamedasi" qrupuna daxil olmuşdur. I Dövlət dumasınm deputatı, sosial-demokrat fraksiyasının sədri (1906) idi. 1912 ildə Bakıda "Naşe slovo" menşevik qəzetinin redaktorlanndan olmuşdur. Fevral inqilabından (1917) sonra Tiflis Fəhlə Deputatları Sovetinin, 1918–1921 illərdə isə Gürcüstan menşevik hökumətinin sədri olmuşdur. Gürcüstanda sovet hakimiyyəti elan edildikdən (1921, 25 fevral) sonra mühacirətdə yaşamış, Gürcüstan mühacir təşkilatının rəhbərlərindən biri kimi geniş fəaliyyət göstərmişdir.
Yuval Noy Harari
Yuval Noah Harari (ivr. ‏יובל נח הררי‏‎; 24 fevral 1976[…]) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq. Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub.
Filipp (Pfals-Noyburq hersoqu)
Davakar Filip (alm. Philipp der Streitbare‎) (12 noyabr 1503, Heydelberq – 4 iyul 1548, Heydelberq) — Vittelsbax sülaləsindən, 1505–1541-ci illərdə Pfals-Noyburq hersoqu olmuş alman zadəgan. == İlk dövrləri == O, 12 noyabr 1503-cü ildə, Heydelberq şəhərində, Frayzinq yepiskopu Ruprextin oğlu (Pfals kürfürstü Səmimi Filippin üçüncü oğlu) və Landsxutlu Elizabetanın (Bavariya-Landsxut hersoqu I Georqun qızı) ailəsində doğulmuşdu. Özündən böyük Otto Henri adlı bir qardaşı da vardı. Atasını itirəndə Filippin hələ 1 yaşı vardı, növbəti il isə Landsxut varislik müharibələri başladı. Müharibənin başlanmasına səbəb İmperiya qanunları və Bavariya-Münhen hersoqları ilə imzaladığı miras müqaviləsi ilə ziddiyyət təşkil edən babası Georqun torpaqlarını qızı Elizabetə vəsiyyət etməsinə cəhdi idi. Elizabet və Rupert 1504-cü ilin payızında bir-birinin ardınca vəfat etdi. Müharibəni uduzan Pfals kürfürstlüyündə 1505-ci ildə Köln hökmündən (alm. Kölner Spruch‎) sonra Dunaydan şimalda yerləşən ərazilərdən Otto Henri və qardaşı Filipp üçün Pfals-Noyburq hersoqluğu yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi.
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. == Həyatı == Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. == Ailəsi == 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Fillip Noys
Fillip Noys (ing. Phillip Noyce) - Avstraliyalı rejissor, ssenarist, aktyor və kino prodüseri. == Həyatı == Fillip Noys 29 aprel 1950-ci ildə Avstraliyanın Yeni Cənubi Uels əyalətinin Qriffit şəhərində anadan olub. 1975-ci ildə Noys özünün ilk filmini, 50 dəqiqəlik Tanrı bilir niyə, amma bu işləyir sənədli filmini çəkib. Noysun ilk tammetrajlı filmi tanınmış avstraliyalı aktyor Bill Hanterin iştiraki ilə çəkilmiş Backroads filmi olur. Daha sonra Kinofront filmində rol alır. Film Avstraliya Kinematoqrafiya və Televiziya Akademiyası tərəfindən “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən orijinal ssenari” kateqoriyaları üzrə mükafatlara namizəd göstərilib. London kinofestivalının açılışı bu filmlə olub, həmçinin Nyu-York kinofestivalında da iştirak edib. Nikol Kidmanın iştirakı ilə çəkilən Ölü sakitliyi filminin beynəlxalq uğuru Fillip Noysun Hollivuda gedən yollarını açmış olur. Burada o, altı film çəkib.
Kili Noyşul
Kili Noyşul (d. 5 mart 1993) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kili Noyşul, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Kit Buğa noyon
Kit Buğa noyon (XIII əsr – 3 sentyabr 1260) — Elxanlı sərkərdəsi. == Həyatı == Kit Buğa noyon Nayman ulusundandır. Baurçi (süfrəçi) çini daşıyırdı. O, Hülaku xanın sərkərdəsi idi. Elxan onu Şama hakim təyin etmişdi. == Kitbuğa noyon və Eyn-Cəllut vuruşu == 1260-cı ildə Suriya hakimi monqol Kit Buqa noyon azsaylı ordusu ilə (ya 20000, ya da 10000 əsgərlə) Baalbekdə durmuşdu və düşünürdü ki, heç yerdən qorxu yoxdur. Şərqdən onu səhra qoruyurdu, Qərbdə isə xristian cəngavərlərinin qəsrləri dururdu. Ancaq Kit Buqa noyon çölləri yaxşı bilsə də, xristianları yaxşı tanımırdı. O özü xristian idi və xristianlara inanırdı. Sidonun yiyəsi frank Jülyen isə öz dayısının mülkünü də yağmalayırdı.
Luiza Noybauer
Luiza Noybauer (alm. Luisa-Marie Neubauer‎) — Almaniyada "Gələcək üçün cümə günləri" məktəb iqlim tətillərinin əsas təşkilatçılarından biri olan alman əsilli iqlim fəalı. O, bu işdə Qreta Thunberqdən ilhamlanır. O, Almaniyada 2030-cu ilə qədər kömürdən mərhələli şəkildə imtina və Paris sazişinə uyğun iqlim siyasətini müdafiə edir. O, həmçinin “anti-artım” konsepsiyasını dəstəkləyir. Noybauer Birlik 90/Yaşılların üzvüdür. Bundan başqa nəsillərarası ədalət və qlobal yoxsulluğa qarşı müdafiə etdiyi müxtəlif təşkilatlarda iştirak edir. == Bioqrafiya == Noybauer Hamburqun İzerbruk rayonunda dörd uşaqlı bir ailədə böyüyüb. Ailənin ən kiçik uşağıdır. Anası tibb bacısıdır.
Manuel Noyer
Manuel Pitr Noyer (27 mart 1986[…], Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır. == Klub karyerası == === Şalke 04 FK === Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür. 2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib. 5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir.
Maqdalena Noyner
Maqdalena Noyner (alm. Magdalena Neuner‎) — Almaniya biatlonçusu == Nailiyyətləri == Onqat dünya çempionu İkiqat Olimpiya çempionu == Şəkilləri == == Xarici keçidlər == Dünyanın ən gözəl qadın idmançılarından biri gözlənilmədən karyerasını bitirdi.
Messieurs les noyés de la Seine
Messieurs les noyés de la Seine (azərb. Senaya qərq olan insanlar‎) — Belçikanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Fud Leklerk fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Mulay noyon
Mulay noyon (?-1313) — Qara tatar ağası, elxanlı sərkərdəsi. Mulay noyon Diyarbəkr valisi təyin edilmişdi. Abaqa xanın əmiri idi.
Noyabr
Noyabr — Qriqorian təqvimi ilə ilin on birinci ayıdır. 30 gündən ibarətdir. Qədim Romada il mart ayından başladığından noyabr sözü latıncadan "novem", yəni doqquz, doqquzuncu ay mənasını verir.
Noyabr inqilabı
1918–1919-cu illər Almaniya inqilabı (alm. Deutsche Revolution‎) və ya Noyabr inqilabı (alm. Novemberrevolution‎) — 1918-ci ilin noyabrında Almaniya imperiyasında baş vermiş inqilab. 1914–1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsi ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya müharibəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalmamışdı. Ona görə də XX əsrin əvvəllərində Almaniya dünyaya meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə durğuzmalı, bu əsrdə o, ya "çəkic", ya da "zindan" olmalıdır. Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə qədər üstünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu məqsədinə nail ola bilmədi. 1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada həm də sosial partlayış yaranmaq üzrə idi.
Noyabud
Noyabud — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. No "yeni", "təzə", "ya" birləşdirici komponent və abud (vud) "yer" sözlərinin qovuşmasındandır.
Noybrandenburq
Noybranderburq və ya Nöybranderburq (ing. Neubrandenburg; hərfi tər. Yeni Brandenburq) — Almaniyada şəhər, Nöybrandenburq mahalının inzibati mərkəzi Tollenze çayının eyniadlı göldən başlandığı yerdədir. Maşınqayırma, yeyinti sənayesi var. Tikinti materilları istehsal olunur. Salnamələr (alm.) Gottlob von Hacke: Geschichte der Vorderstadt Neubrandenburg. Vol. I: Vom Jahr 1248 bis 1711 (başqa cildi yoxdur). Neubrandenburg 1783 (onlayn) (alm.) Franz Boll: Chronik der Vorderstadt Neubrandenburg. Neubrandenburg 1875.
Noyenqamme həbs düşərgəsi
Noyenqam həbs düşərgəsi (alm. Konzentrationslager Neuengamme‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın Hamburq şəhərində yaradılmış, 1938 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi. İkinci dünya müharibəsinin sonuna kimi düşərgədə 106 min nəfər şəxsin yarısı ölmüşdür. Britaniya ordusunun işğalı nəticəsində isə SS qoşununun saxlanılma mərkəzi kimi istifadə olunmuşdur. Həmin ərazi hal-hazırda muzey kimi fəaliyyət göstərir. Düşərgədə məhbuslardan, əsasən, alman ordusuna məxsus silahların daşınmasında istifadə olunurdu. Onlar çətin mövqelərdəki ağır işlərə göndərilib istismar olunmuşdur. Mənbələrə görə 50 min insan bunlara dözməyərək həlak olmuşdur. Qadınlar isə bina və kanalların tikintisində zorla işlədirlirdi. Təxmini, 28 millətdən olan nümayəndələr, həmçinin yerli yəhudi məhbuslar saxlanılırdı.
Noyes Doyçland
Noyes Doyçland (alm. Neues Deutschland‎; mənası – Yeni Almaniya) — Almaniyada gündəlik qəzet. 23 aprel 1946-cı ildən Berlin şəhərində nəşr olunur. Almaniyanın birləşdirilməsindən əvvəl Almaniya Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin orqanı idi. Vikianbarda Noyes Doyçland ilə əlaqəli mediafayllar var.
Noyffen
Noyffen (alm. Neuffen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 17.45 km2, əhalisi 6201 nəfərdir (2006).
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Noyori Ryoci
Noyori Ryoci (野依良治; 3 sentyabr 1938[…], Aşiya) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (2010). Noyori Ryoci 3 sentyabr, 1938-ci ildə Yaponiyanın Kobe şəhərində doğulub. 1957-ci ildə Kyoto Universitetinə daxil olub. 1961-ci ildə universiteti tamamladıqdan sonra üzvü kimya ilə məşğul olmuşdu. 1967-ci ildə doğma universitetində doktorluq oxumuşdu.1967-ci ildə 29 yaşında professor kimi, Naqoya Universitetində dərs deməyə başlamışdı.Labaratoriyada elmi yaradıcılığını davam etdirmiş, əsasən üzvü kimya sahəsində axtarışlar aparmışdı Noyori Ryoci 1969-cu ildə Harvard Universitetinə dəvət olunmuşdu. 1970-ci ildə təkrar Naqoya Universitetinə dönmüşdü. Noyori Ryoci əsasən üzvü kimya sahəsində yazdığı məqalələr bir çox elmi jurnalda dərc olunub. Amerika kimyaçısı Houles S.Vilyam (1917) və Yapon alimi Noyori Ryoci (1938) xiral quruluşlu üzvi maddələrin katalitik hidrogenləşdirilməsi, Amerika kimyaçısı Barri Şoples (1948) Xiral quruluşa malik digər maddələrin katalitik oksidləşdirilməsi sahəsində həyata keçirdikləri mühüm tədqiqat işlərinə görə 2001-ci ildə hər üç alimə Nobel mükafatı verilmişdir. Hazırda Naqoya Universitetində dərs deyir və eyni zamanda Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin elmi şurasının üzvüdür . Mavi Planet Mükafatı Komitəsinin üzvü olub.
Noys rok
Noys rok—pank sonrası 1980-cı illərdə məşhurlaşan rok musiqisinin janırıdır. Noys rokda ənənəvi rok musiqi alətlərindən istifadə olunsa da, bu musiqi janırında ahəngsizlik, dissonans və gurultu əsasdır. Eyni zamanda noys rok musiqiçiləri əsasən ənənəvi musiqi yazma texnikalarından istifadə edirlər. Noys rokun ən nüfuzlu musiqiçilər arasında Cimi Hendriks, Iggy Pop, Neil Young kimi musiqiçilər ilə yanaşı The Velvet Underground, The Stooges, Ramones, Sex Pistols, The Clash və Throbbing Gristle kimi qruplar da vardır. 1990-cı illərdə də noys rok öz təsirini göstərməyə davam etmişdir. Nirvana və Hole kimi qruplar da noys rokdan ilham almışdır. Nirvana qrupunun In Utero albomunu prodüserliyini də məşhur noys rok prodüseri və "Big Black"ın keçmiş solisti Steve Albini etmişdir. Bu gün isə noys rok bütün dünyaya yayılmışdır.
Noyzidler gölü
Noyzidler gölü və ya Nöyzidler-Ze (alm. Neusiedler See‎; xorv. Nežidersko jezero, Niuzaljsko jezero; sloven. Nežidersko jezero) və ya Ferto gölü (mac. Fertő tó) — Avstriya ilə Macarıstan sərhədində yerləşən göl. Avropanın ikinci ən böyük qapalı hövzəsidir. Sahəsi 315 km2 olub, bu sahəsinin 240 km2-i Macarıstanda, qalan 75 km2-i isə Avstriyada yerləşir. Göl suyu ilə 1.120 km2 sahə sulanmaqdadır. Uzunluğu 36 km, eni 12 km-dir. Ən dərin yeri cəmi 1,8 metrdir.
Noyşvanştayn qəsri
Noyşvanştayn qəsri (alm. Schloss Neuschwanstein‎, Almanca tələffüz: [nɔʏˈʃvaːnʃtaɪn], azərb. Yeni Qu quşu daşı qəsri‎) — Almaniyada, Bavariya vilayətinin cənub-Qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir. Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində ortalama 1.3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzində 6000 ziyarətçi qəbul edir. Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr Disneylandin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur. Noyşvanştayn Romantisizm (alm.
Noyşvanşteyn qəsri
Noyşvanştayn qəsri (alm. Schloss Neuschwanstein‎, Almanca tələffüz: [nɔʏˈʃvaːnʃtaɪn], azərb. Yeni Qu quşu daşı qəsri‎) — Almaniyada, Bavariya vilayətinin cənub-Qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir. Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində ortalama 1.3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzində 6000 ziyarətçi qəbul edir. Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr Disneylandin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur. Noyşvanştayn Romantisizm (alm.