Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leptunis
Çətiryarpaq (lat. Asperula) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Neptunium
Neptunium (Np) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Neptunizm
Neptunizm (rus. нептунизм, ing. neptunism) (lat. Neptunus — Neptun, Roma mifologiyasında dəniz və su tanrısı) — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində, bütün süxurların, yer səthini örtmüş ilkin Dünya okeanının sularından yaranmasına və onların dəniz şəraitində toplanması prosesində formalaşmasına və dəyişilməsinə əsaslanan geoloji konsepsiya. Neptunizmin yaradıcısı alman alimi A. Q. Verner olmuşdur. IX əsrin 20-ci illərində püskürmə və çökmə süxurlar barədə elmi fikir formalaşandan sonra neptunizm öz əhəmiyyətini itirmişdir.
Neptun
Neptun (planet) — Günəş sistemində 8-ci planet. Neptun (element) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element. Neptun (mifologiya) — Roma mifologiyasında dəniz allahı.
Neptunun peykləri
Neptunun peykləri — Neptun planetinin 16 təbii peyki. Neptunun peyklərinin diametri Ayın diametri qədərdir. Ancaq həcmi Ayın 6 qatıdır. Atmosferində metan, ammonyak, karbondioksit, ozon və ağır miqdarda karbonmonoksit var.
Neptunun üzükləri
Neptun (element)
Neptunium (Np) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Neptun (mifologiya)
Neptun (lat. Neptunus) — Qədim Roma mifologiyasında dəniz və sel tanrısı. Ən qədim Roma tanrılarından biri sayılır. Sonralar yunan tanrısı Poseydon ilə eyniləşdirilmişdir. Saturnun və Opanın oğlu, Yupiterin, Plutonun, Sereranın, Yunonanın və Vestanın qardaşıdır. Tanrıça Salasiya (Fetida, Amfitrita) Neptunun arvadı idi. 23 iyulda qeyd olunan Neptunalilər bayramı Neptunun adı ilə bağlı idi. Bayram quraqlığın qarşısının alınması məqsədilə təşkil olunurdu. Bu bayram zamanı yarpaqlardan komalar tikilirdi. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Neptun (planet)
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun fəvvarəsi
Neptun fəvvarəsi (rus. Фонтан Нептун) «Peterhof» saray-park kompleksində yerləşən fəvvarələrdən biridir. 1736-cı ildə Yuxarı parkın mərkəzi basseynində "Neptun arabası" adlı heykəl-fəvvarə kompozisiyası quraşdırılmışdır. Heykəllər qurğuşundan hazırlanmış və qızıl suyuna çəkilmişdir. Kompozisiyanın mərkəzində Neptun öz arabası ilə, həmçinin delfin və atlılar göstərilmişdir. Fəvvarənin mərkəzi hissəsindən püskürən su təzyiqlə qızılı-mis topu yuxarı qaldırdı. Çoxsaylı bərpa işlərindən sonra, "Neptun arabası" 1797-ci ildə öz yerindən çıxarılmışdır. Onun əvəzində yeni, bu günə kimi qorunub saxlanılan "Neptun" fəvvarə-qrupu yaradılmışdır. Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər.
Neptun planeti
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun əməliyyatı
Neptun əməliyyatı və ya Normandiya döyüşü — 6 iyun 1944-cü ildə İkinci Dünya müharibəsi ərəfələrində Böyük Britaniya, ABŞ, Kanada və onların müttəfiqləri tərəfindən Almaniyaya qarşı keçirilən dəniz desant əməliyyatıdır. Şimal-qərb Fransasını ələ keçirmək üçün keçirilən "Overlord>> əməliyyatının bir hissəsi idi. Müttəfiqçilərin Avropaya soxulması 6 iyun 1944 ildə (D günü) 156 000 əsgərin Normandiya sahillərinə buraxılması ilə başladı və 2 əsas hissəyə bölündü. Birinci hissə hava-desant quvvələrinin: 24 000 britan, amerikan, kanada və fransız paraşutistlərinin gecəyarısından sonra keçirəcəkləri əməliyyatdan ibarət idi. İkinci hissə isə dəniz-desant əməliyyatindan ibarət idi, səhər 6:30-da başlayan əməliyyat <<Qimler>> və <<Taksbal" kod altında həm də desinfarmasiya əməliyyatı idi, bu əməliyyatın məqsədi almanları hazırkı soxulma istiqamətindən yayındırmaq idi. Dəniz pexotasının buraxılması sahilin 80 km sahəsində aparılırdı, həmin sahə 5 əsas soxulma hissəsinə bölünmüşdü: "Yuta>>,<<Omaxa>>,<<Qold>>,<<Djuno>> və <<Qılınc". Hərbi hissələrin fransız sahillərinə soxulmaları fərqli dərəcəli nailiyyətlərlə baş verirdi. Əksər səngərlərdə müttəfiqlərin nailiyyətləri kifayət qədər olsa da, desantın isə düşman sahillərinə soxulması anından ilk dəqiqələrdən üstünlüyü ələ alıb və səngərlər qurub yerləşsə də, <<Omaxa> > hissəsində vəziyyət kontroldan çıxdı. Almanların nizamlı müqavimətilə qarşılaşan amerikalılar ilk dəqiqələrdən ciddi itki verməyə başladılar və demək olar ki vəziyyəti öz xeyirlərinə çevirmək bacarığını tam itirdilər. Birinci amerikan ordusunun komandanı general Omar Bredli elə bir dərəcəyə çatmışdı ki, ordunun daha irəli gedişini ləğv etsin və geri çağırsın.
Seylor Neptun
Seylor Neptun (セーラーネプチューン, Sērā Nepuchūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Miçiru Kayo (海王 みちる, Kaiō Michiru, ingilis versiyasında Mişel Kayo) olan Seylor Neptun adi yapon yeniyetmə tələbədir. Seylor Neptun Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Hekayənin 3-cü hissəsində peyda olan Seylor Neptun daim partneri və sevgilisi Seylor Uran ilə gəzir. Seylor Uran qadın olsa da, aralarında lezbiyan münasibətlər var. Hekayənin hər iki versiyasında ilk öncə antiqəhrəman kimi göstərilir. Miçiru gözəl, istedadlı, arada qaşqabaqlı olur, bütün vaxtını Seylor döyüşçüsü kimi keçirir. Onun gücləri okean, prekoqnisiya və güzgüsünün verdiyi güclərdən ibarətdir. Seylor Neptun ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Uranla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür.
Despina (Neptunun peyki)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Larissa (Neptunun peyki)
Larissa (yun. Λάρισσα) və ya Neptun VII — Neptunun beşinci ən yaxın daxili peyki. Bu peykə Yunan mifalogiyasında Poseydonun sevgilisinin və Yunanıstanda Fessaliyada eyniadlı nimfa şəhərinin adı verilib. == Kəşf == Peyk ilk dəfə təsadüfən yerüstü ulduz tutulması müşahidələri əsasında Harold C. Reitsema, Vilyam B. Habbard və Larri A. Lebofskay tərəfindən 24 May 1981-ci ildə kəşf edilmiş və müvəqqəti olaraq S/1981 N 1 adlandırılmışdır.Kəşf 29 May 1981-ci ildə açıqlanmışdır. == Xarakteristika == Neptunun dördüncü ən böyük peyki olan Larissa düzənsiz formadadır və heç bir geoloji dəyişmə əlaməti görünmür.
Nayada (Neptunun peyki)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Qalateya (Neptunun peyki)
Qalateya (yun. Γαλάτεια) və ya Neptun VI — Neptunun dördüncü ən yaxın daxili peykidir. Bu peykə yunan mifoloji personajları olan nereidalardan birinin - siklop Polifemə vurulmuş nereida Qaleteyanın adı verilmişdir. Qalateya 1989-cu il İyul ayının sonlarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkillər əsasında kəşf edilmişdir.O müvəqqəti olaraq S/1989 N 4 adlandırılmışdır.Kəşf 1989-cu il Avqustun 2-də açıqlanmışdır.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Qalateya düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Onun radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin. Qalateya öz orbitindən 1000 km kənarda olan Adams halqası üçün çoban ay olaraq görünür.42:43 nisbətində olan rezonans hadisələri Qalateyada mövcud olan halqanın unikal halqa əyriləri ilə məhdudlaşdırılması üçün ən çox ehtimal olunan mexanizm hesab olunur.Qaleteyanın kütləsi onu halqada qalmağa məcbur edən radial təlatümlər əsasında qiymətləndirilib.
Talassa (Neptunun peyki)
Talassa (yun. Θάλασσα) və ya Neptun IV — Neptunun daxili peyklərindən biri. Bu peykə Yunan mifalogiyasıda dəniz allahı olan Talassanın adı verilib. Talassa eyni zamanda yunanca dəniz deməkdir. Talassa 1989-cu il sentyabrın ortalarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkilərdən əvvəl kəşf edilmişdir və müvəqqəti olaraq S/1989 5 adlandırılmışdır.Kəşf 1989-cu il sentyabrın 29-da elan edilmişdir.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Talassa düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.Qeyri-adi nizamsız hissələri təxminən disk formasında görünür. Talassanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.Nisbətən daha tez bir vaxta ola bilsin ki,qırıntılar yayaraq Despiranın orbiti ilə toqquşsun.
Triton (Neptunun peyki)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir.
R-360 Neptun
R-360 Neptun (ukr. Р-360 «Нептун») — Ukrayna tərəfindən istehsal olunmuş gəmi əleyhinə qanadlı raketdir. Çəkisi 870 kq olan bu raket 2014 və ya 2012-ci ildə yaradılmışdır. Raketin konstruksiyası, əhəmiyyətli miqyasda təkmilləşdirilmiş uçuş məsafəsi və elektronikası SSRİ istehsalı olan H-35 gəmi əleyhinə raketinə əsaslanır. 150 kq döyüş başlığı daşıyan raket saatda 900 km sürətlə 300 km-lik mənzilə malikdir. Sistem suüstü döyüş gəmilərini və çəkisi 5000 tona qədər olan nəqliyyat gəmilərini, konvoy halında və ya tək formada vurmaq üçün hazırlanmışdır. Raket eyni zamanda çəkisi 12000 tona qədər olan gəmiləri də məhv etmək qabiliyyətinə malikdir. Raketlər 3 platformadan işə salına bilər: Havadan; Qurudan; Dənizdən. 2019-cu ildə raketin üzərində bəzi modifikasiylar aparılmışdır. Bu modifikasiylar nəticəsində raketin lazer başlığı dəyişdirilmiş, hündürlük ölçən sistemi, starteri, qanadları, giroskop və naviqasiya sistemləri yenilənmişdir.