Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nickelback
„Nickelback“ - Kanadanın dünyaca məşhur alternativ rok qruplarından biridir. Nickelback 1995-ci ildə Kanadanın Alberta əyalətinin Hanna şəhərində Çed Krüger (vokal & gitara), Mayk Krüger (bas gitara), Rayan Pik (gitara) və Mitç Gindon (zərf alətləri)-nun bir araya gəlməsiylə quruldu.Nickelback ilk albomlarını 1996-cı ildə 7 mahnıdan ibarət olan „Hesher“ (1996)albomunu çıxartdı. Bu albom Kanadanın 100 ən yaxşı albom sırasında yer aldı. 50 dən çox radioda səslənən albomun mahnıları bir çox insanın marağına çevrildi.
Nickelodeon
Nickelodeon (azərb. Nikelodeon‎) — ABŞ telekanalı. 1977-ci ildə ABŞ-də yaradılmışdır. 1979-cu ildən bütün ölkə ərazisində yayımlanır. ABŞ-dən başqa telekanal Türkiyə, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya, Skandinaviya, Mərkəzi Avropa, Latın Amerikası, Rusiya, Moldova, Qazaxıstan, İndoneziya və s. bölgələrdə və müxtəlif dillərdə yayımlanır. Kanal ilk olaraq Kanal C-3 olaraq sınaqdan keçirildi, 1 dekabr 1977-ci ildə əsas proqramı Pinwheel idi. Pinwheel, o vaxt yalnız QUBE-də olan ilk cizgi serialı idi. Kanal daha sonra rəsmi olaraq 1 aprel 1979-cu ildə Nickelodeon olaraq işə salındı və ümummilli digər kabel provayderlərinə yayıldı. Başlanğıcda ticarətdən azad idi və 1984-cü ilə qədər reklamsız qaldı.
Nickelodeon (Rusiya)
Nickelodeon (Rusiya) - Rusiyada yayımlanan 15 noyabr 1998-ci ildə fəaliyyət göstərən bir uşaq kanalıdır. Kanal rus dilində yayımlanır. Kanal 4 oktyabr 2001-ci ildə hd yayımına başladı. Nikelodeon NTV Plus, NTV Plus Ukrayna , Telekarta, Viasat Ukrayna və OTAU TV kimi operatorlarda ingilis və rus dillərində yayımlanır.
Nickelodeon (Rusiya) - Vikipediya
Nickelodeon (Rusiya) - Rusiyada yayımlanan 15 noyabr 1998-ci ildə fəaliyyət göstərən bir uşaq kanalıdır. Kanal rus dilində yayımlanır. Kanal 4 oktyabr 2001-ci ildə hd yayımına başladı. Nikelodeon NTV Plus, NTV Plus Ukrayna , Telekarta, Viasat Ukrayna və OTAU TV kimi operatorlarda ingilis və rus dillərində yayımlanır.
Nickelodeon (Türkiyə)
Nickelodeon (Türkiyə) — 10 dekabr 1997-ci il fəaliyyətə başlayan rəqəmsal peyk və kabel televiziyası.Kanal Türkiyə və Şimali Kipr Türk Respublikasında 24 saat Türk dilində fəaliyyət göstərir. == Həmçinin bax == Nickelodeon Sonic Nickelodeon News Azerbaycan Nickelodeon News Rusya Nickelodeon News Turkey Nickelodeon Azerbaycan == Tarixçə == Nickelodeon, 10 dekabr 1997-ci ildə Türkiyənin RTV şirkəti tərəfindən açıldı və Discovery Channel Türkiyə ilə təkrar dolduruldu. 2001-ci ildə Multi Channel Developers Nickelodeonun lisenziyasını əlinə aldı və bununla da 24 saatlıq bir kanal halına gəldi. 31 mart 2010-cu ildə Nickelodeon yeni identlər və yeni bir loqotiplə böyük bir rebrend keçirdi. 22 may 2010-cu ildə Nickelodeon və MTV Türkiyə, çox güman ki, fikir ayrılığı səbəbindən Digitürkdən götürüldü. 2 iyun 2010-cu ildə MCD və Viacom arasındakı mübahisə səbəbiylə Nickelodeon və MTV Türkiyənin saytları bağlandı. 31 avqust 2011-ci ildə Viacom MCD-nin iki kanalın lisenziyasını dayandırdı və bununla da yerli kanallar bağlandı. Nickelodeon və MTV Avropa daha sonra D-Smart-da ingilis dilində yayımlanmağa başladı. 2012-ci ilin fevralında Viacom Digiturk ilə razılaşdı və Nickelodeon və MTV-ni Türkiyəyə gətirdi. 1 Mart 2012-ci il tarixindən başlayaraq Nickelodeon bu gün yenə də türk dilində yayımlanır.
Nickelodeon (İtalya)
Nickelodeon - İtaliya televiziya kanalı. Televiziya 1 noyabr 2004-cü ildə qurulub. Sahibi Telecom Italia Media (51%) və MTV Italy - Viacomdur.
Nickelodeon Sonic
«Nickelodeon Sonic» — «Nickelodeon» markasının bir hissəsi olan, «Viacom 18» şirkətinin sahibləndiyi və uşaqlar üçün yayımlanan ödənişli Hindistan telekanalı. == Tarixi == 20 dekabr 2011-ci ildə «Viacom 18» şirkəti telekanalın yayımına başlamışdır. Telekanal yayımına yeni başladığı vaxtlarda Power Rangers, Kung Fu Panda və Teenage Mutant Ninja Turtles kimi sevilən cizgi film seriallarını nümayiş etdirirdi. 2016-cı ilin may ayında telekanal "Yüksək desibelli komediya və aksiyon hədəfi" şüarı ilə yola çıxaraq, yenidən qurulmuş və yeni bir loqo təsis etmişdir.Yeniləndikdən sonra telekanal əsasən komediya verilişləri yayımlayır. Bəzi şoular isə «Nick» kanalından götürülmüşdür.
Nikel
Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur. Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur.
Nikel asetat
Nikel(II)asetat - Ni(CH3COO)2 – sirkə turşusunun nikel duzudur. == Fiziki xassələri == Nikel(II)asetat – yaşıl rəngli kristalik maddədir, suda həll olur, kristallohidrat əmələ gətirir. == Alınması == Sirkə turşusunun nikel hidroksidə təsirindən N i ( O H ) 2 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ni(OH)_{2}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+2H_{2}O}}} Sirkə turşusunun nikel karbonata təsirindən N i C O 3 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + C O 2 + H 2 O {\displaystyle {\mathsf {NiCO_{3}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+CO_{2}+H_{2}O}}} == Kimyəvi xassələri == Nikel asetat qızdırdıqda hidroliz prossesi baş verir N i ( C H 3 C O O ) 2 + H 2 O → 100 o C N i ( O H ) 2 ↓ + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {Ni(CH_{3}COO)_{2}+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ Ni(OH)_{2}\downarrow +2CH_{3}COOH}}} == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Mis-nikel xəlitəsi
Mis-nikel xəlitəsi — mis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqaviməti və möhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur. == Konstruksiya tipli mis-nikel xəlitəsi == Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilber və melxior aiddirlər. Melxior nikellə misdən alınan, bəzən dəmir və manqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir. Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi. == Elektrotexnika tipli mis-nikel xəlitəsi == Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopel və konstantan bu növə aiddir. Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir.
Nikel əsaslı ərintilər
Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Bundan əlavə, ölkə iqtisadiyyatını ekoloji cəhətdən təmiz və davamlı hidrogen energetikası ilə təmin etmək məqsədilə, suyun elektrokimyəvi parçalanması prosesində qiymətli metallardan hazırlanan elektrodları əvəz etmək və hidrogenin istehsalı prosesinin maya dəyərinin azaldılması üçün yüksək elektrokatalitik aktivliyə malik yeni elektrodların hazırlanması vacibdir. Elektrokatalitik xüsusiyyətlərə, mikrosərtlik və aşınmaya davamlılığa malik nazik Co-Ni ərintilərinin elektrokimyəvi üsulla sintezi hidrogen istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Ni-Co ərintiləri bir sıra davamlı, bərk məhlullar əmələ gətirdiyinə görə, müxtəlif tərkibi intervallarında onların elektrokatalitik xüsusiyyətlərini öyrənmək mümkündür. Müxtəlif ferromaqnit materialları arasında kobalt-nikel (CoNi) təkmilləşmiş maqnit və katalitik xüsusiyyətləri, eləcə də ayrıca Co nanoməftilləri ilə müqayisədə daha yaxşı mexaniki xüsusiyyətləri sayəsində əhəmiyyətli bir ərinti hesab olunur. Mükəmməl maqnit xüsusiyyətləri, sərtliyi, aşınmaya və korroziyaya davamlılığı sayəsində Ni-Co ərintiləri tədqiqatçılar üçün böyük maraq doğurur. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onları mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Nikel əsaslı ərintilər Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir.
Pinkel
Pinkel (нем. Pinkel)-Almaniyanın şimal-qərb zonasının milli yeməyidir. Oldenburq, Bremen, Frislandiya da geniş yayılıb. Qarniyeri kələm olur. Cənubi Almaniyada isə demək olar heç məşhur deyil. == Hazırlanması == Pinkeldə istifadə edilən kolbasa, donuz ətindən, mal ətinin piyindən, yulafdan, soğandan, duz, istiotdan ibarətdir. Pinkelin əsas resepti demək olar ki, gizli saxlanılır. Buna görə də müxtəlif bölgələrdə müxtəlif cür hazırlanır. Əgər pinkelin əti çoxdursa o ətli pinkel və ya oldenburq pinkeli adlanır. == Ənənələri == Kələmli-pinkellər qış aylarında Almaniyanın şimal regionlarındakı kəndlər üçün hazırlanırdı.Oldenburq əyalətinin ətraflarında bu adət ənənə geniş yayılıb.
Klaus Kinkel
Klaus Kinkel (17 dekabr 1936[…], Metzingen, Vürtemberq azad xalq dövləti[d], Üçüncü Reyx – 4 mart 2019[…], Sankt-Avqustin[d], Şimali Reyn-Vestfaliya) — alman dövlət xadimi, siyasətçi.
Michel Bouquet
Mişel Buke (fr. Michel Bouquet; 6 noyabr 1925[…], 14-cü Paris dairəsi[d] – 13 aprel 2022[…], XVIII arondisman (Paris)[d]) — Fransız aktyor.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Mikkel muzeyi
Mikkel muzeyi (Eston dili: Mikkeli muuseum)- Estoniyada yerləşən incəsənət muzeylərindən biridir. Tallində Kadriorq parkının yaxınlığında yerləşir. Muzey 1994-cü il iyunun 25-də incəsənət kollekioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunəklərini hədiyyə etmişdir. == Tarixi == Muzey incəsənət kolleksioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunələrini hədiyyə etmişdir. Yohannes Mikkel (1907-2006) cənubi Estoniyada anadan olmuşdur. Tartu Universitetində müxtəlif fənlər üzrə dərs demiş, İkinci Dünya Müharibəsindən sonra isə antik mağazada menecer kimi işləmişdir. O, internet vasitəsilə indiki muzeyin kolleksiyasını toplamağı bacardı. 1996-cı ildə Kadriorq sarayının köhnə mətbəxinin yerində muzeyin yeni binası inşa edildi.
Nicole Aniston
Nikol Aniston və ya Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. == Həyatı == Nikol Aniston 9 sentyabr 1987-ci ildə ABŞ-də doğulub. 2010-cu ildən pornofilmlərə çəkilir. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nicole Scherzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Wicked City
Wicked City (yap. 妖獣都市; azərb. Zalım Şəhər‎) – 1987-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Xarici keçidlər == Wicked City — Internet Movie Database saytında.
Nike
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Nicki Minaj
Onika Tanya Maraj-Petti (ing. Onika Tanya Maraj-Petty; 8 dekabr 1982) — əsasən Nicki Minaj (ing. Nicki Minaj) adı ilə tanınan Trinidadda anadan olmuş repçi, müğənni və bəstəkar.
Nikol Abe
Nikol Abe (安部 ニコル, Abe Nikoru, 22 dekabr 1993, Filippin) – Yaponiya qyaru dəbi modeli. "Ranzuki" (2008-2011) və "Happie Nuts" (2011-2016) kimi qyaru dəbi jurnalları üçün modellik etmişdir. Bir müddət "Ranzuki" jurnalına töhfələr verirdi. == İlk illəri == Abe 22 dekabr 1993-cü ildə Filippində doğulmuşdur. Anası filippinli, atası yapondur. Atası yapon olduğu üçün Yaponiya vətəndaşlığı əldə etmişdir. Beş yaşında ikən ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Yaponiyaya gəlməzdən öncə yaponca bilmirdi. Yapon dilini öyrənərkən ingilis və taqal dillərinin əsaslarını unutmuşdur. Abe Niiqata prefekturasında yerləşən bağçaya getmiş, daha sonra Qunma prefekturasında yerləşən ibtidai məktəbdə 2 il oxumuşdur.
Nikol Aniston
Nikol Aniston və ya Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. == Həyatı == Nikol Aniston 9 sentyabr 1987-ci ildə ABŞ-də doğulub. 2010-cu ildən pornofilmlərə çəkilir. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nikol Eniston
Nikol Aniston və ya Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. == Həyatı == Nikol Aniston 9 sentyabr 1987-ci ildə ABŞ-də doğulub. 2010-cu ildən pornofilmlərə çəkilir. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nikol Fucita
Nikol Fucita (藤田 ニコル, Fucita Nikoru, 20 fevral 1998, Yeni Zelandiya) – Yeni Zelandiya əsilli Yaponiya modeli və tarentosu. Oscar Promotion qabiliyyət agentliyi ilə əməkdaşlıq edir və Tokioda aktiv fəaliyyət göstərir. "Vivi" dəb jurnalının ekslüsiv modelidir. Boyu 167 santimetrdir. == Karyerası == Fucita 2012-ci ildə XIII Nikola Model Auditoriyasının qalibi olmuş və jurnalın ekslüsiv modeli olmuşdur. 2014-cü ilin iyulunda "Popteen" jurnalına keçmişdir. 2015-ci ildə Mezamashi TV kanalının şou-biznes verilişinin dəb aparıcısı seçilmişdir. Həmin il o, Yaponiyada Yahoo! platformasında ən çox axtarılan yeni model olmuş və buna görə xüsusi mükafat qazanmışdır. 2016-cı ilin iyulunda Fuji TV kanalının "Sevdiyim insanın olması məsələsi" serialının spin-offunun baş rolunda oynamışdır.
Nikol Kidman
Nikol Meri Kidman (ing. Nicole Mary Kidman; 20 iyun 1967[…], Honolulu, Havay, ABŞ) — avstraliyalı kino aktrisası. Avstraliya və ABŞ vətəndaşıdır. O, 2003-cü ildə "Saatlar" (ing. The Hours) filmindəki ən yaxşı qadın roluna görə "Oskar" mükafatı qazanmışdır. == Həyatı == 20 iyun 1967-ci ildə Havay Honolulu da doğulmuşdur, lakin uşaqlığının böyük qismi Avstraliyada keçmişdir. Atası Antoni Kidman biokimyaçı, psixoloq, yazar; anası Janel Kidman isə tibb bacısı, pedaqoq eyni zamanda yoldaşının kitablarına redaktorluq etməkdədir. == Filmoqrafiya == Buşun milad bayramı (1983) / Bush Christmas Xəyali dünya (1985) / Wills & Burke Yəhərlənmiş külək (1986) / Windrider Kiçik hissə (1987) / The Bit Part Zümrüd şəhər (1988) / Emerald City Ölü sakitlik (1989) / Dead Calm İldırım günləri (1990) / Days of Thunder Eşqbazlıq (1991) / Flirting Billi Batqeyt (1991) / Billy Bathgate Uzaqdan uzaq (1992) / Far and Away Mənim həyatım (1993) / My Life Əbədi Betmen (1995) / Batman Forever Lider (1996) / The Leading Man Sülh yaradan (1997) / The Peacemaker Praktiki magiya (film, 1998) / Practical Magic Geniş bağlanmış gözlərlə (film, 1999) / Eyes Wide Shut Mulen Ruj! (film, 2001) / Moulin Rouge! Başqaları (film, 2001) / The Others Saatlar (film, 2002) / The Hours Doqvill (film, 2003) / Dogville Soyuq dağ (film, 2003) / Cold Mountain Stepford qadınları (2004) / The Stepford Wives Doğuluş (2004) / Birth Tərcüməçi (2005) / The Interpreter Xəz (2006) / Fur İstila (2007) / The Invasion Avstraliya (2008) / Australia Doqquz (2009) / Nine Dovşan yuvası (2010) / Rabbit Hole Yalanı nə gizlədir?
Nikol Merizay
Nikol Merizay (7 avqust 1998) — Albaniyalı üzgüçü. Nikol Merizay Albaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikol Merizay birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.99 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikol Mikayılyan
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van vilayəti) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Nikol Paşinyan
Nikol Vovayi Paşinyan (erm. Նիկոլ Վովայի Փաշինյան; 1 iyun 1975, Karvansaray, SSRİ) — Ermənistan Respublikasının 16-cı Baş Naziri (8 may 2018–25 aprel 2021 ; 26 aprel 2021 – 1 avqust 2021 (s.i.) ; 2 avqust 2021 h. h.). İxtisasca jurnalist olan Paşinyan 1998-ci ildə öz qəzetini qursa da, bir il sonra bağlanmışdır. O, dövrün Milli Təhlükəsizlik naziri Serj Sarkisyana böhtan atmaqda təqsirlənərək bir il həbs cəzasına məhkum edilmişdir. 1999-cu ildən 2012-ci ilə qədər "Haykakan Jamanak" qəzetinin redaktoru olmuşdur. Ermənistan Respublikasının 1-ci Prezidenti Levon Ter-Petrosyana rəğbət bəsləyən Paşinyan ikinci prezident Robert Köçəryan, müdafiə naziri Serj Sarkisyan və onlara müttəfiq olan oliqarxları çox tənqid edirdi. 2007-ci il parlament seçkilərində kiçik bir müxalifət partiyasına rəhbərlik etmiş, nəticədə səslərin 1,3%-ni toplamışdır. Paşinyan Ter-Petrosyanın açıq tərəfdarı idi. O, 2008-ci il prezident seçkilərində siyasi geri dönüş etmiş, lakin geniş səs saxtakarlığı və zorakılıq şəraitində Serj Sarkisyana uduzmuşdur. Atəşli çıxışları ilə diqqət çəkən Paşinyan 1 mart 2008-ci ildə seçkilərdən sonrakı etiraz aksiyalarında əhəmiyyətli rol oynamışdır.
Nikol Peyn
Nikol Peyn (d. 15 iyul 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Nikol Peyn, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Nikol Peyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Nikol Poğosyan
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van vilayəti) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Nikol Rupreçt
Nikol Rupreçt (d. 2 oktyabr 1992, İnsbruk, Avstriya) — Avstriyanı təmsil edən bədii gimnast. Nikol Rupreçt 2016-cı ildə Avstriyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikol Rupreçt 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 67.698 xal topladı və 20-cı yeri tutaraq mübarizəni dayandırdı.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Fridrix Niçşe
Fridrix Vilhelm Nitsşe (alm. Friedrich Nietzsche‎; 15 oktyabr 1844[…], Rökken[d], Saksoniya[d], Prussiya – 25 avqust 1900[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya imperiyası) — alman filosofu və klassik filoloq. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil ediliib. == Ailəsi == Fridrix Nitsşe Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röcken kəndində anadan olmuşdur. Atası Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi (1813-1849), anası isə Franziska Nitsşe (1826-1897)idi. Hər iki valideyni protestant ailəsindən idilər. Prussiya kralı IV Fridrix Vilhelmin anadan olmasının 49-cü ildönümüylə əlaqədar Nitsşeyə onun adını vermişlər. Bacısı Elizabet 1846-cı ildə, qardaşı Lüdviq İosif isə 1848-ci ildə doğulmuşdur. == Həyatı == 1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümünden sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa göndərilir.
Martin Miçel
Martin Miçel (5 sentyabr 1994) — Boliviyalı cüdoçu. Martin Miçel Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Miçel Boliviyanın olimpiyadalarda iştirak edən ilk cüdoçusudur. == Karyerası == Martin Miçel birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə Martin Miçel rəqibinə 0:110 hesabı ilə uduzdu.