Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nivx dili
Nivx dili və ya gilyak dili — nivxlərin dili, Saxalin adasının şimal hissəsində и в бассейне реки Amqun çayının sahillərində yaşayırlar. Adı xalqın adından götürülüb ("nivx" "adam" deməkdir). Əvvəllər dilin adı tunqus-mancur dillərindən götürülən "gilyak" sözü ilə adlanırdı.
Nivxlər
Nivxlər (Oktyabr inqilabından əvvəlki ədəbiyyatda gilyaklar) — Amur çayı hövzəsinin aşağı axarında və Saxalin adasında yaşayan xalq. Sayları təxminən 5.8 min nəfərdir. Paleoasiya dillərindən biri olan Nivx dilində danışırlar. XIX əsrdə pravoslavlığı qəbul etmişlər. Əvvəllər şamanizm yayılmışdı. == Mənbə == ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 237.
Dayki Niva
Dayki Niva (16 yanvar 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli futbol komandasının heyətində 2 oyun keçirib.
Koki Niva
Koki Niva (丹羽 孝希, Niva Koki, 10 oktyabr 1994, Tomakomai) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Koki Niva Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Daha sonra Koki Niva Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Lada Niva
Niva (VAZ-2121 və LADA 4x4 adları ilə də məşhur) — Sovet və Rus avtomobil istehsalçı firması AvtoVAZ tərəfindən istehsal olunan kələ-kötür ərazi üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi. Xüsusilə keçmiş SSRİ ölkələrində hal-hazırda xüsusi modifikasiyalar altında məşhurlaşmışdır. Kanadada (1998-ci ildən sonra satışı ləğv edildi), Cənubi Amerikada, İslandiyada da məşhurlaşmış və torpaq şərtlərinin çətin olduğu yerdə istifadəsi əlverişli olmuş, geniş istifadə olunmuşdur. Avstraliya kimi bölgələrdə isə isti iqlim şəraiti üçün kondisionerinin uyğun olmaması səbəbindən populyarlığı məhdud olaraq qaldı. Avtomobil modeli İslandiyada Lada Sport və Avstriyada Lada Taiga adı ilə tanınmışdır.Dünyada off-road nəqliyyat vasitələrinin kütləvi istehsal olunduğu model olan Niva, monokok quruluşu və müstəqil ön asma və qıvrım asma bacarıqlarına görə bugünkü yolsuzluq avtomobillərinin pioneridir. == Tarixçə == Bütün Avropada 2121 kod adı ilə tanınan Niva, 1976-cı ildə dövrünün yenilikçi texniki imkanları ilə istehsal xəttindən çıxdı. Lada Niva dizaynerləri tərəfindən Land Rover şassisinə yerləşdirilmiş Renault 5 kimi təsvir edilmişdir. "Daimi 4 təkərli sürücü sistemi və monokok korpusu yalnız Range Rover-də və 1970-ci illərdə bir neçə markada mövcud idi. Sahədəki üstün imkanlarına paralel olaraq prospektdə istifadəsi rahatlığı səbəbindən ilk SUV nümunəsidir.İlk prototiplər 1971-1972, 1.3 lt arasında istehsal edildi. Fiat mühərriki olan kətan tavan modelləri idi.
Niv Kavana
Niv Kavana (irl. Niamh Kavanagh; d. 13 fevral 1968, Dublin, İrlandiya) - İrlandiya müğənnisi. O, İrlandiyaya 1993 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandırmışdır. == Musiqi karyerası == Niv Kavana 1993-cü ildə İrlandiyanın Milstrit şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "In Your Eyes" adlı mahnı ilə ev sahibi ölkəni təmsil etmiş və 25 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır.. Mahnı həmin illərdə İrlandiya və Böyük Britaniya radiolarının ən çox səsləndirilən mahnılarından biri idi. Daha sonra 17 illik fasilədən sonra Niv Kavana 2010-cu ildə bir daha Avroviziyaya geri dönmüşdür. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində "It's for You" mahnısı ilə İrlandiyanı təmsil edən Niv ölkəsini müsabiqənin final mərhələsinə yüksəltməyə nail olmuşdur. Finalda isə müğənni 25 iştirakçı arasında 23-cü yerdə qərarlaşmışdır. Əsasən Avroviziyadakı qalibiyyətinə görə tanınan müğənni 2015-ci ildən etibarən səhnədən uzaqlaşmışdır və buna səbəb kimi Niv ailəsinə daha çox vaxt sərf etmək istəməsini göstərmişdir.
Niva Vinnitsa PFK
Nıva (Vinnıtsya) — Ukraynanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Biva
Biva gölü — Yaponiyanın ən böyük şirin sulu gölü. Biva (musiqi aləti) — Yapon musiqi aləti.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. == Civənin tarixi == İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). == Civə təhlükəlidir == .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Diva
Diva — opera, teatr, kino və pop musiqidə üstün qabiliyyətlərə sahib tanınmış qadın sənətçidir.
Eniva
Eniva (yap. 恵庭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
FİVB
Beynəlxalq Voleybol Federasiyası (ixtisarı FİVB) — dünya üzrə voleybola nəzarət edən qurum. 222 ölkənin voleybol federasiyası quruma üzvdür. Federasiyanın yaranma tarixi isə 1947-ci il ilə təsadüf edir.
Givi
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Hivi
Hivi (alm. Hilfswilliger‎; azərb. könüllü köməkçi‎ sözünün abreviaturası) — İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü. Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər. == Haqqında == 1942-ci ilin sonlarında Hiwi qrupları 2-ci Panzer Ordusunun 134-cü Piyada Diviziyasının 50 faizini və Stalinqrad döyüşündəki 6-cı Ordunun 25 faizini təşkil edirdi. 1944-cü ilə qədər onların sayı 600.000-ə qədər artmışdı. Sovet İttifaqında yaşayan kişilər və qadınlar bu könüllü qruplara qəbul edilirdilər.
Kivi
Kivi — Kivi meyvəsi, becərmə qrupuna aid bitkilərin və Acinidia deliciosa bitki meyvələrinin, üzüm kimi meşəli dırmaşan bitki növlərinin ümumi adı və A. deliciosa və digər Actinidia növləri arasındadır. Kiwi tərəfindən ifadə edilən cücərtilər qrupu və bu qrupdakı ən ticari baxımdan əhəmiyyətli kultivarların tam adları aşağıdakılardır: Kultivar qrupu: Actinidia deliciosa Kiwifruit qrupu Kultivar: Actinidia deliciosa 'Hayward' Kultivar: Actinidia deliciosa 'Chico' Kultivar: Actinidia deliciosa 'Saanichton 12' Kivi meyvəsi Şərqi Asiyadan (əsasən Çin) gəlir və bol C vitamini meyvələri olan çoxillik bir bitkidir. == Kivinin faydalı xüsusiyyətləri == Kivinin ən faydalı xüsusiyyəti damarları bağlayan yağların yandırılmasıdır: Lipid metabolizması pozulmuş insanlar üçün kivi lazımdır. Bu meyvə C vitamini, fol turşusu və B6 vitamini ilə zəngindir, ona görə də vitamin çatışmazlığının qarşısını almaq üçün yeyilməlidir. Kivi də kollagen istehsalını stimullaşdırır və saçların vaxtından əvvəl ağarmasının qarşısını alır. Bu meyvəni təhlükəsiz gənclik və gözəllik məhsulu adlandırmaq olar. Kivi xüsusilə hamilə qadınlar üçün dəyərlidir. Tərkibində ana və körpənin ürəyinin normal işləməsi üçün lazım olan kalium var. Dəmirin sorulmasına kömək edir, qəbizlik ehtimalını azaldır. Amma kivi kəskin mədə xəstəliyi, sitrus meyvələri alerjisi olanlar və ishala meylli insanlar üçün pəhrizdən xaric edilməlidir.
Kivu
Kivu — Şərqi Afrikada, Zair (KDR) və Ruanda respublikaları sərhədində göl. Sahəsi 2,7 min km², dərinliyi 496 m-ə qədərdir. Tektonik çökəklikdə, 1460 m yüksəklikdədir. Ruzizi çayı vasitəsilə Tanqanika gölünə axarı var. Gəmiçiliyə yararlıdır. Əsas limanları və gəmi dayanacaqları: Bukavu, Qoma, Kisenyi və Şanququ. Gölün ətrafı milli parkdır. Kivu gölünü 1894-cü ildə alman səyyahı A. fon Gettsen kəşf etmişdir.
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
NAVI
NAVI — Artsyom Lukyanyenka (vokalist və gitaraçı), Kseniya Juk (vokalist), Alyaksandr Tabolski (gitaraçı), Uladzislav Çaşçavik (bassist) və Uladzimir Beherdən (təbilçi) ibarət Belaruslu musiqi qrupu. Onlar Belarusu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == === Başlanğıc === NAVI qrupu 2013-cü ildə Artsyom Lukyanyenka və Kseniya Juk tərəfindən Belarusun paytaxtı Minskdə yaranmışdır. Onların ilk mahnısı olan "Abdymi myane" həmin ilin yayında təqdim edilmişdir. Belarusda radio hitə çevrilən mahnı qrupun karyerasının başlanğıcı olmuşdur. === Lovi və Soncam sahretyja (2014) === 2014-cü ildə NAVI qrupunun Lovi və Soncam sahretyja adlı ilk iki albomları işıq üzü görmüşdür. Qrupun musiqi faəliyyəti bir neçə rus, belarus və ukraynalı musiqiçiləri tərəfindən müsbət qiymətləndirilmişdir. Daha sonra qrup ardıcıl olaraq bir çox Belarus telekanallarında çıxış etməyə başlamış, ölkənin Minsk, Qrodno və Qomel şəhərlərində ilk konsertlərini vermişdirlər. NAVI qrupu eyni zamanda Milad ərəfəsində Moskvanın Dövlət Akademik Böyük Teatrında çıxış etmişdir. 2014-cü ildə qrup Belarusun Drujba, Musical evenings in Mir Castle festivallarında və Polşanın Halfway festivalında da çıxış etmişdir.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Niau
Niau (fr. Niau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). taiti dilindən tərcümədə «Kokos palması» mənasını verir. Fakarava atolundan 53 km qərbdə yerləşir. == Coğrafiya == Dairəvi formaya malikdir. Diametri 8 km-dir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 32 km²-dir. Okean sularından tam təcrid olunmuşdur.
Nibl
Nibl (fr. Nibles, oks. Nibles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04137. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 45 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 26 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 65.0%, 1999-cu ildə 71.0%). Fəal olan 26 nəfərdən 21 nəfər (11 kişi və 10 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Nida
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir == Nida haqqında == Nidaların müxtəlif məna növləri var:Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey.
Nika
Nika (mifologiya) — Yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika mükafatı — Rusiyanın film mükafatı. Nika — İranın Mazandaran ostanında şəhər.
Nike
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Niks
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. == Türk mədəniyyətində 40 ədədi == Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.