Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aix
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir. Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
Nir
Nir şəhəri, İranın Ərdəbil ostanında şəhər. Nir şəhristanının mərkəzidir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,848 nəfər və 1,264 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Onix
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ağ Nil
Ağ Nil (ərəb. النيل الأبيض‎, translit. ən-Nil ul-əbyəz) — Nil çayının Sudanda Bəhr ül-cəbəl və Bəhr ül-qəzal çaylarının birləşdiyi yerdən Mavi Nilin mənsəbinədək olan hissəsinin adı. Uzunluğu 957 kilometrdir. Ağ Nilin sağ qolu olan Subatın daşqın vaxtı Ağ Nilə gətirdiyi maddələr suya ağımtıl rəng verdiyindən çay belə adlanır. Balıq tutulur. Gəmişiyə yararlıdır. Suvarmada istifadə edilir.
Ağcaköhül (Nir)
Ağcaköhül (fars. اغچه كهل‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kürayim kəndistanında, Ərdəbil şəhərindən 30 km cənubda, Ərdəbil-Xalxal avtomobil yolunun 25 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 57 nəfər yaşayır (7 ailə).
Ağdərə (Nir)
Ağdərə (fars. اق درق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (8 ailə).
Ağgüni (Nir)
Ağgüni (fars. اق گوني‎) və ya Ağgüney — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kürayim kəndistanında, Ərdəbil şəhərindən 18 km cənubda, Ərdəbil-Təbriz avtomobil yolunun 15 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (6 ailə).
Bicəmir (Nir)
Bicəmir - İranın Ərdəbil ostanında kənd.. Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 20 km. cənub-qərbdədir.
Borçalı (Nir)
Borçalı (fars. برجلو‎) və ya Bürclü — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 39 km qərbdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (32 ailə).
Cal (Unix)
Cal — Unix və ya *nix əməliyyatlar sistemlərində verilən ayı və ya ili ASCİİ formatında ekrana verən standardard proqramdır. cal ilə hər hansı əlavə verilməzsə, onda hal-hazırkı ayı ekrana verəcək.
Cinqışlağı (Nir)
Cinqışlağı (fars. جين قشلاقي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 321 nəfər yaşayır (69 ailə).
Clear (Unix)
clear — Unix əməliyyat sistemlərində ekranı (terminalı) təmizləmək üçün istifadə olunan komandadır.
Convolvulus nil
Ipomoea nil (lat. Ipomoea nil) – sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Curab (Nir)
Curab (fars. جوراب‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 25 km qərbdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 299 nəfər yaşayır (72 ailə).
Daşbulaq (Nir)
Daşbulaq (fars. داش بلاغ‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (10 ailə).
Df (Unix)
df - Unix və Unix bazalı əməliyyat sistemlərində komanda. df disk free sözünün qısaltmasıdır.
Diman (Nir)
Diman (fars. ديمان‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 390 nəfər yaşayır (104 ailə).
Dimsığırlı (Nir)
Dimsığırlı (fars. ديم سقرلو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 126 nəfər yaşayır (29 ailə).
Dovşanlı (Nir)
Dovşanlı (fars. دوشانلو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (22 ailə).
Du (Unix)
du (disk usage - disk istifadəsinin qısaldılmışı) — *nix əməliyyat sistemlərində faylın (həmçinin kataloqun) nə qədər yaddaş (sahə) tutduğunu (və ya faylın həcmini) göstərən komandadır.
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
Mıx
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
UNIX
Unix (ing. Unix) — 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Yeni ƏS – UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı. Bu əməliyyat sisteminin əsasıda Massaçusets Texnologiya İnstitutu (MİT), AT&T, Bell Labs və GE-nin bir yerdə istehsal etdikləri Multics və Unicse dayanır. Unix-in ilk versiyası Assembler dili ilə yazılmışdır və bu əməliyat sistemi sadəcə yazıldığı kompüterin özündə işləyirdi. Unix Əməliyyat Sistemi 1973-cü ildə C proqramlaşdırma dili ilə yenidən yazılmışdır. AT&T Bell Labs Unix-i Novell-ə satdı, 1994-cü ildə də Novell Unix markasını bugünkü sahibi The Open Group-a verdi. Unix çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. Unix əməliyyat sisteminin sağlamlığı bir çox yerlərdə test edilmiş və davamlı bir sistem olduğu təsdiq edilmişdir. Unix çox istifadəçi eyni vaxtda birdən çox işi görəbildiyi üçün xüsusiylə çox prosesli serverlərdə istifadə olunur.
Ənıx
Əniq (Qusar)