NİF

(Çənbərək)
qarğış. – Nif töx’mə uşağa, az:
NİÇƏX’
NİFƏ
OBASTAN VİKİ
Elnur Niftəliyev
Elnur Niftəliyev (18 iyul 1983, Bakı) — fəlsəfə doktoru, "Tərəqqi" medalı mükafatçısı. == Həyatı == Elnur Niftəliyev 18 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub, azərbaycanlıdır. Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var. == Təhsili == 2004-cü ildə Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006–2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. == Fəaliyyəti == Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən 2016-cı ildə Antalyada təşkil edilən 4-cü Beynəlxalq Media Təhsil Proqramının iştirakçısı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004–2006-cı illərdə "Azad Azərbaycan" Teleradio şirkətində "Son Xəbər" proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən ""Lider" TV və "Radio Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb.
Elşən Niftullayev
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır. Əfsanəyə görə, bu mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur. İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.
Nifelheim (musiqi qrupu)
«Nifelheim» — İsveç blək metal musiqi qrupu. Musiqi qrupu 1990-cı ildə Erik (ləqəbi: «Tyrant", mənası – azərb. Tiran‎) və Per Qustavsson (ləqəbi: «Hellbutcher", mənası – azərb. Cəhənnəm qəssabı‎) əkiz qardaşları tərəfindən qurulmuşdur. Musiqi qrupu "köhnə üslublu" blək metal mahnılarına görə tanınırlar. «Nifelheim» musiqi qrupu 1990-cı ildə təsis olunmuşdur və «Unholy Death» demosəsyazmasını 1992–1993-cü illərdə yazmışdır. Musiqi qrupu «Necropolis Records» leyblına qoşulmuş və «Nifelheim» debüt musiqi albomlarını «Studio Fredman» studiyasında yazmışdır. Bu dövrdə musiqi qrupu «Morbid Slaughter» (Ağrılı qırğın) ləqəbli ilk gitaraçalanlarını sevgilisi olduğuna görə qovmuşdur. Bundan sonra «Dissection» musiqi qrupundan olan Con Zvetslut və Con Nödtveydt qrupun gitaraçalanları olmuşdur. Musiqi qrupu studiyadan qovulmuş və onları girişi qadağan edilmişdir.
Niflheym
Nilfeym (q.skan. Niflheim) və ya Nilfheymr (q.skan. Niflheimr; hər ikisi bukv. Duman evi) — german-skandinav mifologiyasında kainatın doqquz dünyasından biri, buz və duman aləmi, buz divlərinin yaşdığı yer. Bu yer bəzən Nifhel və Helheym anlayışları ilə üst-üstə düşür. Nilfheymr adı sadəcə iki mənbədə qeyd olunur. Onlar: "Uzaqgörən Qülvi" və "Odinin alaqarğa qaldrı" əsərləridir. Niflheym əsasən kortəbii buz və şaxta diyarıdır. Bu diyarda Elivaqarın donmuş çayları və bütün çayların mənbəyi olan Hvergelmir quyusu yerləşir. "Uzaqgörən Qülvi" əsərinə görə, Niflheym Ginnunqaqapdan törəmiş iki qədim diyardan ikincisidir.
Niflheymr

Niftalı Göyçəli
Niftalı Göyçəli (azərb. Yusifov Niftalı Puta oğlu‎; 21 mart 1951, Basarkeçər rayonu) — Azərbaycan şairi, yazıçı. Niftalı Göyçəli 21 mart 1951-ci ildə Göyçə mahalının Basarkeçər rayonuun Babacan kəndində anadan olmuş, 1 yaşından sonra ailəsi ilə birlikdə Dərə kəndinə köçmüşlər. Dərə kənd səkkizillik məktəbini bitirdikdən sora IX–X sinifləri Ardanış kənd orta məktəbində oxumuşdur. 1967-ci ildə Bakı şəhərində ali məktəbə daxil ola bilməyib, inşaat fəhləsi kimi işləməyə başlamışdır. Hərbi xidmətə çağırılarkən hərbi göndərişlə avtomobil məktəbində sürücülük kursunu bitirmişdir. İrəvan, Tbilisi, Gəncə şəhərlərində hərbi sürücü kimi inşaat batalyonunda işləməklə xidməti başa vuraraq, Bakı şəhərinə qayıtmışdır. 1974-cü ildə ADU-nun kitabxanaçılıq fakültəsinə (qiyabi) daxil olub, 1981-ci ildə oranı bitirmişdir. 1976-cı ildən Şəki rayonuna köçməklə əvvəlcə kənd mədəniyyət evinin direktoru və iki il də S. Vurğun adına rayon mədəniyyət evinin direktoru işləmişdir. 1990-cı ildə ailəlikcə Bakı şəhərinə köçməklə ARDNŞ "Geofizikakəşfiyyat" idarəsində 1992-ci ilə kimi fond rəisi vəzifəsində işləmişdir.
Niftalı Mehdili
Niftalı Qocayev
Niftalı Qocayev (biofizik)
Niftalı Qocayev (biofizik)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır. 1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır.
Niftalı Qocayev (professor)

Niftalı Qocayev (əsgər)
Niftalı Quliyev
Niftalı Quliyev — Azərbaycan Respublikasının dünyaca tanınmış boks idman hakimi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ İdman ustası, Boks üzrə Beynəlxalq dərəcəli (EABA) hakim, Boks üzrə Beynəlxalq dərəcəli hakim. Avropa Boksçular İttifaqının hakimlər kollegiyasının üzvü. Niftalı Tanrıverdi oğlu Quliyev 1948–ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Çanaqçı kəndində ziyalı ailəsində anadan olmuşdur. Niftalı Quliyev idmana olan marağı gənc yaşlarından yaranıb. O, məşqçisi milliyyətcə alman olan Boris Moordandan sənətin sirlərini öyrənməyə başlayıb. Sumqayıt şəhər 13 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra 1971–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda təhsil almış və dəfələrlə Azərbaycan, Ümumittifaq yarışlarının qalibi və mükafatçısı olmuşdur. Niftalı müəllim 1975–ci ildə “SSRİ İdman ustası” adına layiq görülmüşdür. O, 1984–1997–ci illərdə Sumqayıt şəhəri Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin sədri, 1997–2000–ci illərdə Təhsil Nazirliyi Respublika İdman Mərkəzinin direktor müavini, direktor əvəzi, 2000–ci ildən Təhsil Nazirliyi Respublika Bədən Tərbiyə Mərkəzində direktor vəzifələrində işləmişdir. Niftalı Quliyev 1987–ci ildən Azərbaycan Boks Federasiyasının vitse–prezidenti seçilmişdir. Dövlətimiz tərəfindən əməyi yüksək qiymətləndirilmiş və 1998–ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülmüşdür.
Niftalılar
Niftalılar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Niftalılar kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Nifçi
Nifçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Otuzikilər kənd Sovetindən Nifçi kəndi Çələbilər kənd Sovetinin tərkibinə verilmişdir.
Niyamin Niftəlizadə
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Rafiq Niftəliyev
Rafiq Niftəliyev (tam adı: Rafiq Həbibulla oğlu Niftəliyev; 21 sentyabr 1945, Qusar) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı (1993–2002), Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı (2002–2012). Niftəliyev Rafiq Həbibulla oğlu 1945-ci il sentyabrın 21-də Qusar rayonunda anadan olmuşdur. 1963-cü ildə Qusar şəhər orta məktəbini, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildən l.Şmidt adına Maşınqayırma Zavodunda başlamışdır. 1964-cü ildən Bakı Çayçəkici Fabrikində, 1968-ci ildən Azərbaycan "Neftlahiyə" Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1975-ci ildən Xaçmaz rayonunun Qoçaqlı kənd 8 illik məktəbində, 1977-ci ildən İnqilab kənd orta məktəbində müəllim və direktor müavini, 1987-ci ildən Xaçmaz Rayon Xalq Təhsili Şöbəsi müdirinin müavini işləmişdir. 1970–1990-cı illərdə Bakı və Xudat Şəhər Xalq Deputatları Sovetlərinə deputat seçilmişdir. 1991-ci ildən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, 1993–2002-ci illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2012-ci illərdə isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Rəşad Niftalıyev
Novruz Niftalıyev
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Qadınlara qarşı nifrət

Nifrət
Nifrət müəyyən insanlara, əşyalara və ya ideyalara qarşı güclü mənfi emosional reaksiyadır, adətən nəyəsə qarşı müqavimət və ya nifrətlə bağlıdır. Nifrət çox vaxt güclü qəzəb və ikrah hissi ilə əlaqələndirilir. Nifrət bəzən sevginin əksi olaraq görülür. Nifrətlə bağlı bir sıra müxtəlif təriflər və perspektivlər irəli sürülmüşdür. Filosoflar nifrətin mahiyyətini və təbiətini anlamaqla məşğul olmuşlar, bəzi dinlər isə buna müsbət baxır və müəyyən qruplara qarşı nifrəti təşviq edir. Sosial və psixoloji nəzəriyyəçilər nifrəti utilitar mənada başa düşürlər. Bəzi ictimai nifrət nümayişləri bəzən tolerantlığa dəyər verən plüralist mədəniyyətlər kontekstində qanuni olaraq qadağan edilir. Nifrət emosiyaların geniş diapazonunu əhatə edə bilər və mədəni kontekstdən və emosional və ya intellektual reaksiyaya səbəb olan vəziyyətdən asılı olaraq çox fərqli ifadələrə malik ola bilər. Nifrətin baş verdiyi kontekstdən asılı olaraq, müxtəlif cəmiyyətlər ona müsbət, mənfi və ya neytral baxa bilər. Bir emosiya olaraq nifrət qısamüddətli və ya uzunmüddətli ola bilər.
Azər Niftəliyev