NİSYƏ
NİŞAN
OBASTAN VİKİ
Niş Hava Limanı
Niş Hava Limanı (serb. Аеродром Ниш — Константин Велики / Aerodrom Niš — Konstantin Veliki, ИАТА: INI, ИКАО: LYNI) — Serbiyada yerləşən mülki hava limanı. Aeroport Niş şəhərindən 4 km aralıda, Medoşevas kəndində yerləşir. 2012-ci ildə hava limanı 27426 sərnişinə xidmət etmişdir. Aşırma qabiliyyəti hər saata üç təyyarədir. Priştina, Belqrad, Podqoritsa, Tivat, Sofiya, Skopye və Oxrid üçün ehtiyat hava limanı sayılır. Nişdə ilk hava limanı 1910-cu ildə Trupale kəndi yaxınlığında inşa edilir. 1913-cü ildə Yuqoslaviya krallığının hava daşımaçılığını həyata keçirən Aeroput şirkətinin balansında olur. ikinci dünyü müharibəsindən sonra hava limanı hərbi məqsədlər üçün istifadə edilir. Hazırkı, hava limanının yerində 1952-ci ildə 1500 m uzunluğa malik beton uçuş-eniş zolağı salınır.
Niş (memarlıq)
Nişlər memarlıq strukturlarının divarlarında qalan oyuqlardır. Söz Fransız dilindən tərcümədə "divar hücrəsi" mənasını verən Niche sözündən gəlir. Binalarda həm funksional, həm də vizual baxımından divar bəzəkləri arasında əhəmiyyətli bir yerə sahib olan nişa, qədim dövrlərdən bəri istifadə olunan bir memarlıq elementidir. Quşların su içməsi üçün saraylarda və fəvvarələrdə oyuunmuş hücrələrə niş də deyilir. Köhnə binalarda xüsusilə işıqlandırma üçün lampalar və bənzər işıq mənbələrinin qoyulması üçün istifadə edildiyi kimi, daha böyük olanları üstünə pərdə örtərək yükləmə məqsədləri üçün istifadə olunurdu.
Niş döyüşü (1443)
Niş döyüşü — 1443-cü ildə, noyabr ayının əvvəllərində Yanoş Hunyadi və Georgi Brankoviçin başçılıq etdiyi səlibçilər ilə Qasım Paşanın rəhbərlik etdiyi Osmanlı imperiyası qoşunları arasında döyüşdü. Səlibçilər Serbiyada Osmanlının qalası olan Nişi ələ keçirmiş və Osmanlının iki ordusunu məğlub etmişdir. Niş döyüşü Hunyadinin hərbi yürüşünün bir hissəsi idi. Hunyadi avanqardın başında Trayan darvazasından Balkanları keçmiş, Nişi ələ keçirmiş, üç Osmanlı paşasını məğlub etmiş və Sofiyanı Osmanlılardan almışdır. O, sonradan kral ordusu ilə birləşərək Snaimdə (Kustinitsa) sultan II Muradı məğlubiyyətə uğratmışdır. Kralın səbirsizliyi və 1444-cü ilin fevralında qışın şiddətli olmağı onu geri çəkilməyə məcbur qoymuşdur. 1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi.
Döş nişanları
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Düzləndirmə nişanları
Düzləndirmə nişanları (ing. Registration marks) — təbəqələrin, yaxud sənədin elementlərinin bir-birinə nəzərən dəqiq üst-üstə qoyulması üçün qrafika, yaxud mətn emal edən proqramın səhifədə qoyduğu işarə. Adətən, mürəkkəb, kombinasiya edilmiş sənədə aid olan hər bir element üçün öz nişanı qoyulur. Onlar dəqiq üst-üstə düşürsə, onda elementlər bir-birlərinə nəzərən düzgün mövqedə yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fərhad (Nişapur)
Fərhad (farsca:فرهاد) — kənd Nişapur şəhristanı funksiyaları edir. == Coğrafi mövqeyi == Fərhad rayonu Rivand, 10 kilometr cənub şəhərində yerləşir Nişapur mərkəzi şəhəri, bir kənd. 1954 il əhalinin siyahıya alınmasına əsasən, kənd 132 sakinləri evakuasiya olunublar idi, lakin indi.
Fəxri Proletar Döş Nişanı
Hollivud nişanı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Kosovo avtomobil dövlət yol nişanı
Kosovo avtomobil dövlət yol nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Kosovo Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. Kosovo Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilir. Kosovanın yeni dövlət yol nişanları 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. 1 noyabr 2011-ci il tarixindən etibarən Kosovonun şimalındakı köhnə Serbiya nəqliyyat vasitəsi lövhələri UNMİK lövhələri ilə dəyişdirilmişdir. == Kosovo avtomobil dövlət yol nişanı == === Hərflər və rəqəmlər === Kosovanın yeni dövlət qeydiyyat nişanı dizaynı 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. Yeni lövhəyə RKS ifadəsi əlavə olunub. Söz mövzusu olan RKS (Republic of Kosovo) hərfləri Kosovo Respublikasının beynəlxalq ölkə kodudur. Lövhənin sol yuxarısında mavi lent içində RKS ifadəsi vardır. Lövhədə mavi zolağın sağdan iki xana olaraq regionun qeydiyyat nömrəsi, sonra Kosovo gerbi, üç rəqəmli say və iki rəqəmli hərf sırası yer alır. Üç rəqəmli say sırası 101-dən, iki rəqəmli hərf sırası isə AA-dan başlayır.
Ləşt nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Müqəddəs Aleksandr Nevski nişanı
"Müqəddəs Aleksandr Nevski" ordeni (Rusca: орден Святого Александра Невского / Orden Svyatoqo Aleksandra Nevskovo) ilk dəfə 1725-ci ildə Rus çariçası I. Yekaterina tərəfindən verilməyə başlanıb.
Naoko Nişiqay
Naoko Nişiqay (d. 22 yanvar 1969) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Nişa Tulu xaqan
Nişa Tulu xaqan (əsl adı - Aşina Nişu 阿史那泥孰, taxt adı - Tulu xaqan, tam titulu və adı - 吞阿娄拔奚利邲咄陆可汗) — Qərbi Göytürk dövlətinin VIII xaqanı. 631-ci ildə Qaraşəhrə qaçmışdı. Si Yabqunun taxtdan endirilməsindən sonra, Nuşibilər tərəfindən xaqan elan edilmişdi. Atası Yanq Soux Teginin beşinci oğlu Bağa Şad idi. Tan sülaləsi tərəfindən xaqan kimi tanınmışdı, sonrakı il xəstələnərək öldü. İrbis İşbara Yabqu xaqanın atasıdır.
Nişabur
Nişapur (fars. نیشابور‎, Neyshābūr), İranın şimal-şərqində olan Rəzavi Xorasan ostanında şəhər. Məşhəd yaxınlarında Binalud dağının ətəklərində verimli və düz bir əraziyə yayılan şehər taxıl və ticarət yoluyla İran iqtisadiyyatına böyük qatqısı var. Bişapurla bərabər Nişapurun da adı Sasani hökmdarı I Şapurdan gəlməkdədir. Ömər Xəyyam və Fəridəddini-i Əttâr-i Neyşapuri iki önəmli şair və arif bu şəhərdə yaşamışlardır. Nişapur Səlcuqluların paytaxtı idi. Səlcuqluların qələbəsini həzm edə bilməyən Sultan Məsud Qəznəvi Hindistandan hərbi qüvvələrini geri çağıraraq, 50 min qoşun və 300 döyüş fili ilə onların üzərinə hücum etdi.1039-cu ildə baş verən döyüşdə səlcuqlular məğlub oldular. Sultan Məsud isə Nişapuru ələ keçirdi. Qüvvələrini yenidən toplayan səlcuqlular 1040-cı ilin may ayının 20-də Dandanakan ətrafında Sultan Məsudla döyüşə girdilər. Bu döyüşdə qəznəli ordusu ağır məğlubiyyətə uğradı.
Nişabur şəhristanı
Nişapur şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nişapur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 391,361 nəfər və 105,633 ailədən ibarət idi.
Nişadır
Nişadır — mineral, - NH4Cl. Nişadır - Kubik. Habitus tetraqon-trioktaedrik. Ayrılması qeyri-mükəmməl. Aqreqat: dendritlər, qabıqcıqlar, stalaktitlər, lifli, torpaqvari, ovuntu. Rəngi rəngsiz, ağ, qonur. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 1,53. Olduğca plastik. Suda həll olur.
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Nişan üzüyü
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur.
Nişangah
Nişangah, nişanalma vasitələri — odlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər. Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.
Nişani-Qüds ordeni
Nişani-Qüds-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi. Başdan aşağı 12,0 sm diametrdə idi. Sinənin sol tərəfinə vurulurdu. Lenti yaşıl rəngdə, hər iki tərəfində qırmızı xətti vardı.
Nişani-Əqdəs ordeni
Nişani-Əqdəs-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi.
Nişanqaya (İğdır)
Nişanqaya — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1928-ci il qaynaqlarında Kellohamo olaraq keçməkdədir. Kəndin güneyində andezitdən formalaşan böyük bir qaya vardır. Kənd adını 1960-cı ildə bu qayadan almışdır. İğdırdan 13 km uzaqlıqdadır.
Nişantaşı
Nişantaşı – Türkiyədə İstanbul'un Şişli ilçəsində, mərkəzi, Valikonağı küçəsi ilə Teşvikiyə küçəsi-Rumeli küçəsinin kəsiştiyi ərazidə yerləşən heykəl daş olan, Meşrutiyet, Şişli ve Teşvikiye, Şişli məhəllələrində Vali evi çevrəsindəki hissələri əhatə edən, ev sahibliyi etdiyi dünyaca məşhur markaların mağazaları, kafelər və əyləncə məkanlarıyla tanınan səmt. İstər quruluşu və tarixi, istərsə də coğrafi ve idari sərhədləri Teşvikiylə də büyük ölçüdə iç içə keçmiş olan Nişantaşı, cənub-qərbindən Maçka, Beşikdaş, cənub-şərqindən Harbiyə, Şişli, qərbindən ve şimal-qərbindən Osmanbey, Şişli ve şərqindən Təşvikiyə, Şişli səmtləriylə həmsərhəddir.

Значение слова в других словарях