Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Non siamo soli
Non Siamo Soli — 2007-ci ildə Eros Ramazotti və Riki Martin tərəfindən italyan dilində ifa olunan mahnıdır. Puerto-Rikolu Riki Martin ispan əsilli olmasına baxmayaraq, bu mahnını italyan dilində ifa edib. Bu mahnının klipi 2007-ci ilin noyabrında işıq üzü görmüş və ABŞ -da çəkilmişdir. Sözləri italyan musiqiçisi Kabbalaya və Roma bəstəkarı Giudettiyə məxsusdur .
Persona non grata
Persona non grata termini (Latınca, cəm formada: personae non gratae — "arzuolunmaz şəxs"), diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. Xarici diplomat və ya nümayəndə qəbul edən ölkə tərəfindən persona non qrata elan edildikdə, bu o deməkdir ki, həmin şəxs artıq qəbul edilmir və ölkədən çıxarılır. Bu hərəkət adətən ev sahibi ölkə tərəfindən rəsmi və güclü diplomatik etiraz kimi qəbuledilməz hesab edilən və ya ev sahibi ölkənin maraqları ilə uyğun olmayan davranışa cavab kimi həyata keçirilir. Kimisə persona non-qrata elan etmək imkanı, diplomatik münasibətlər sahəsində ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
Barba non facit philosophum
Barba non facit philosophum (azərb. Saqqal filosof olmağa kifayət deyil‎) — latınca bir ifadə. == Etimologiyası == Hadisənin şəxsən şahidi olduğunu qeyd edən latın yazıçısı Aulus Cellius bildirir ki, saçı düz belinə kimi uzanan, jaket geyinmiş bir kişi köhnə Roma konsulu atinalı aristokrat Herodes Attikusun yanına gələrək ondan çörək üçün (εἰς ἄρτους) pul verməsini istəyər. Herodes ona kim olduğunu soruşduğu vaxt bu, adamın xətrinə dəyər və ona filosof olduğunu deyər. Ona bariz olanı görməsi lazım olduğunu da əlavə edər. Herodes isə qarşılığında ona deyər: "Saqqalı və jaketi görürəm, amma filosofu görə bilmirəm.". Herodesin dostlarından bir neçəsi ona adamın əslində sülə və "aşağı xarakterli" bir dilənci olduğunu deyirlər. Bundan sonra Herodes də "Xarakteri necə olursa olsun ona pul verməliyik. O insan olduğu üçün yox, biz insan olduğumuz üçün." deyər. Adama pul verərək bununla 30 gün boyunca çörək al deyə ona əmr edər.
De minimis non curat lex
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.
Con Bon Covi
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır. Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-ci ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır. 2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-ci ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-ci ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi.
Con Fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir. 2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir. Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yon Byun-Son
Yon Byun-Son (d. 27 noyabr 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yon Byun-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yon Hyoi-Son
Yon Hyoi-Son (d. 28 aprel 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yon Hyoi-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çon Hye Yon
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. Televiziya drama.
Flip-flop (elektronika)
Flip-flop — elektronikada iki dayanıqlı vəziyyətə malik dövrədir. O, müəyyən informasiyanı saxlamaq üçün istifadə edilə bilər. Flip-flop bistable (hər bir vəziyyətdə dayanıqlı olan dövrə) multivibratordur. Flip-flop triqqerdir.
Flip Kotler
Filip Kotler (ing. Philip Kotler; 27 may 1931, Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür. Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir.
Flip kitab
Ledi Slim
Video-klip
Videoklip və ya musiqi videosu — mahnını müşayiət edən video. Bu videolarda adətən mahnını oxuyan və ya ifa edən musiqiçilər göstərilir. Musiqi videoları mahnının və musiqiçilərin tanıdılmasında dəstək olmaq üçün hazırlanır. Tez-tez televizorda və internetdə göstərilir. Videolar musiqi şirkətlərinin iştirakı ilə hazırlanır.
Video klip
Videoklip və ya musiqi videosu — mahnını müşayiət edən video. Bu videolarda adətən mahnını oxuyan və ya ifa edən musiqiçilər göstərilir. Musiqi videoları mahnının və musiqiçilərin tanıdılmasında dəstək olmaq üçün hazırlanır. Tez-tez televizorda və internetdə göstərilir. Videolar musiqi şirkətlərinin iştirakı ilə hazırlanır.
Con-Antuan No
Con-Antuan No (əsl adı: Eugène Léon Édouard Torquet; fransız: Con-Antoine Nau; 19 noyabr 1860, San-Fransisko, Kaliforniya – 17 mart 1918) — Fransız yazıçısı və şair, simvolizmin nümayəndəsi, Qonkur mükafatının ilk laureatı (1903). == Həyatı == Con-Antuan Nault 1845-ci ildə Fransadan Kaliforniyaya mühacirət edən, üç il sonra San-Fransiskoda fransız mühacirlə evlənən, 1860-cı ildə ABŞ vətəndaşı olan və 1864-cü ildə tif xəstəliyindən vəfat edən fransız mühəndis və sahibkarın ailəsində anadan olub. 1866-cı ildə dul Torke üç uşağı ilə birlikdə Havr şəhərinə qayıtdı, dörd il ərzində evləndi və 1877-ci ildə Parisə köçdü. Con-Antuan Le Havre Liseyində, sonra isə Parisdə Rollin Kollecində oxuyub. Orada o, bohem yazıçıları ilə, xüsusən də Simvolizmin öncülləri olan Suitistlər və Hidropatlar ilə dost oldu. "Chat noir" ("Qara pişik") jurnalı ilə əməkdaşlıq edib.
Don
Digər Don (ad) — Dünyada işlədilən şəxs adı. Don — paltar növü. Don — şaxta, soyuq hava Don — İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı. Çaylar Don — Rusiyada çay. Don — İngiltərədə çay.
Karlos Slim Elu
Karlos Slim Elu (28 yanvar 1940, Mexiko) — livan əsilli meksikalı biznesmen. Karlos Slim Elu 28 yanvar 1940-cı ildə livan əsilli meksikalı biznesmen Karlos Slim Elu (Carlos Slim Helu) anadan olmuşdur. "Forbes" jurnalının 2010-cu il üçün olan statistik verilənlərinə görə o, dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutmuşdur. Latın Amerikasının ən varlı şəxsi olan Elu öz sərvətini "Teléfonos de México", "Altria Group", "Telcel" və "América Móvil" kimi rabitə şirkətlərində işləyərək əldə etmişdir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Karlos Slim Xel
Karlos Slim Elu (28 yanvar 1940, Mexiko) — livan əsilli meksikalı biznesmen. Karlos Slim Elu 28 yanvar 1940-cı ildə livan əsilli meksikalı biznesmen Karlos Slim Elu (Carlos Slim Helu) anadan olmuşdur. "Forbes" jurnalının 2010-cu il üçün olan statistik verilənlərinə görə o, dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutmuşdur. Latın Amerikasının ən varlı şəxsi olan Elu öz sərvətini "Teléfonos de México", "Altria Group", "Telcel" və "América Móvil" kimi rabitə şirkətlərində işləyərək əldə etmişdir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Stip-Poynt burnu
Stip-Poynt burnu (ing. Steep Point) — Avstraliya materikinin ucqar qərb nöqtəsi Stip-Poynt burnu İdel-Lend yarımadasında yerləşir. Burunda Ümumdünya irsi olan Şark-Bey yerləşir. İnzibati cəhətdən Avstraliyanın Qərbi Avstraliya ərazisində yerləşir. Pert şəhərindən 1000 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi 50 cənub-qərbə yerləşən Denemdir. Denem Peron yarımadasında yerləşir. Burundan simalda Derk-Harton adası yerləşir. Burunun sahillərini Hind okeanının suları yuyur. Sahilləri sıldırımlıdır.
The Slim Shady LP
ABŞ reperi Eminemin 2-ci studiya albomudur. Amma satışlara görə 1-ci albomu sayılır. Albom çox uğurlu alınmışdır. İlk həftəsində 283,000 nüsxə satılıb. Dünyada indiyə qədər 9 milyon nüsxə satılıb. "Just Don't Give a Fuck" mahnısı albomun ilk yeraltı sinqlıdır. İlk rəsmi sinql isə "My Name Is" oldu. 2003-cü ildə Rolling Stone jurnalı Tarixin ən yaxşı 500 albomu siyahısında 273-cü sırada yer aldı. Qeyd:Senzuralanmış versiyada "Bitch", "Cum on Everybody", "Just Don't Give a Fuck" və "Still Don't Give a Fuck" mahnılarının adları "Zoe", "Come on Everybody", "Just Don't Give" və "Still Don't Give" olaraq dəyişdirilmişdir.
Eon
Eon [yun. aion – zaman] Yerin geoxronoloji bölgüsündə ən böyük vaxt vahidi. Yer planetinin geoloji inkişaf mərhələsi iki eona bölünür: Kriptozoy və Fanerozoy. “Kriptozoy” termini “gizli həyat”, “Fanerozoy” termini isə “aşkar həyat kimi tərcümə edilir. Bu adlar Eonlara həmin dövrlərə aid süxurlarda heyvan qalıqlarının aşkar olunub-olunmaması əsas götürülərək verilib. Birinci Eon – Kriptozoyun adı və stratiqrafik bölgüsü barədə elmi mübahisələr uzun müddət davam etməkdədir və bu, lüğətlərdə, ensiklopediyalarda öz əksini tapır. Onların bəzilərində belə bölgünün olmadığı, digərlərində 2, yaxud 3 dövr (era) bölgüsünün olduğu göstərilir. Lakin Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib edərək sayta yerləşdirdiyi geoloji vaxt xəritəsini əsas götürsək, Kembriyəqədərki Eon üç hissəyə ayrılır: Heyden (Yerin yaranma tarixindən – 4,6-3,9 mlrd. il əvvələdək), Arxey (3,9-2,5 mlrd. il əvvələdək), Proterozoy (2,5 mlrd.
NHN
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Dodaq sinxronizasiyası (Lip sync)
Dodaq sinxronizasiyası və ya ing. lip sync ( /sɪŋk/, sink), nitq və ya ifa zamanı ifaçının dodaq hərəkətlərinin oxunan və ya danışılan vokallarla uyğunlaşdırması üçün istifadə olunan texniki termindir. Dodaq sinxronizasiyası üçün audio canlı performansda səs gücləndirici sistem vasitəsilə və ya televizor, kompüter, kinoteatr dinamikləri və ya digər audio avadanlıqlar vasitəsilə yaradılır. Termin canlı ifalar və audiovizual əsərlər kontekstində bir sıra müxtəlif texnika və proseslərdən hər hansı birinə aid edilə bilər. Film istehsalında dodaq sinxronizasiyası çox vaxt istehsaldan sonrakı mərhələnin bir hissəsidir. Xarici dildə filmlərin dublyajı və cizgi personajlarının danışan kimi görünməsi üçün mükəmməl dodaq sinxronizasiyası tələb olunur. Bir çox video oyunlarda ekrandakı personajların danışdığı kimi görünməsi üçün dodaqla sinxronlaşdırılmış səs fayllarından geniş istifadə edilir. Musiqi sənayesində dodaq sinxronizasiyası müğənnilər tərəfindən musiqi videoları, televiziya və film çıxışları, eləcə də bəzi canlı konsertlər üçün istifadə olunur. Müğənnilər tərəfindən dodaq sinxronizasiyası canlı ifaya baxmağa gələn pərəstişkarlar üçün mübahisəli ola bilər. Dodaq sinxronizasiyası əslində təqlid forması hesab olunur.
Şlis birləşməsi
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər. Dişlərinin profilinin formasından asılı olaraq şlislər: düzbucaq profilli; evolvent profilli; üçbucaq profilli. olurlar. Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır. Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir: yan səthinə görə; daxili diametrinə görə; xarici diametrinə görə. Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.
Filip Con Mey
Filip Con Mey — (ing. Philip John May; iyul 1960-cı il) — ingilis bankiri və Böyük Britaniya Baş Naziri Tereza Meyin həyat yoldaşı. 1979-cu ildə, Oksford ittifaqının prezidenti olub, Oksfordda Linkoln kollecinin tarix ixtisasını bakalavr pilləsi üzrə bitirib..
Con Filip Cenkins
Con Filip Cenkins (ing. John Philip Jenkins; 3 aprel 1952 və ya 1952[…], Port-Talbot[d]) — ingilis tarixçisi, din alimi və hüquqşünası. Мальцев В. Христианский джихад // НГ-Религии, 18.09.2013.
NVIDIA SLI
Scalable Link Interface (SLI) multi-GPU texnologiyası üçün bir marka adıdır. İki və daha artıq video kartın birlikdə istehsal etdiyi görüntünü tək çıxışda cəmləşdirən bir texnologiyadır. Ekran kartları paralel olaraq bağlanaraq görüntünü emal edir. ( Məsələn: İki video kartın birləşdirilməsi emal gücünü iki dəfə artırır) SLI adı ilk dəfə 1998-ci ildə 3dfx tərəfindən istifadə olunmuşdur (Scan-Line Interleave). Bu texnologiya Voodoo 2 modelində ilk dəfə istifadə edilmişdir. 3dfx sonra NVIDIA kompaniyası tərəfindən satın alınmışdır. Beləliklə Voodoo modeli ekran kartlarının istehsalı dayandırılmışdır. 3dfx və NVIDIA tərəfindən isitifadə olunun bu iki SLI texnologiyası bir-birindən tamam fərqlənirlər. Bu SLI texnologiyası 2004-cü ildən NVIDIA tərəfindən təkminləşdirilməyə başlanılıb. Gigabyte Technology üzərində 2 ədəd 6600 ardıcıllığı prosessor olan GV-3D1-68GT modelini bazara sürmüşdür.
Filip Frans fon Zibold
Filip Frans fon Zibold (alm. Philipp Franz Balthasar von Siebold‎, 17 fevral 1796[…], Vürtsburq – 18 oktyabr 1866[…], Münxen) — alman təbiətşünası və Yaponiya tədqiqatçısı. Alman fizioloqu və zooloqu Karl Ziboldun əmisi oğlu. "Flora japonica" (Leyden, 1835); "Nippon, Archief voor de beschrijving van Japan" (Leyden, 1832); "Chinezisch-japanezisches Wörterbuch" (Leyden, 1838–1841); "Catalogus librorum Japan." (Leyden, 1841); "Fauna japonica" (7 c., Leyden, 1833–1851; Temmink, Şleqel və deXaanla birlikdə); "Isagoge in bibliothecam japon." (Leyden, 1811); "Bibliotheca japonica" (6 c., Leyden, 1833–1841; Yozef Hofmanla birlikdə).
Nan
Nan (Fransa)
Neon
Neon (Ne) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 10-cu element. Ağla gələn ilk istifadə sahəsi rəngli reklam işıqlandırmaları olsa da; yüksək gərginlikli göstəricilərində, Paratoner, dalğa metr balonlarında və televizorların elektron şüa borularında da neon qazından istifadə edilir. Qaz lazerlərinin istehsalında, helyumla birlikdə istifadə edilir. Maye neon, dövrümüzdə ticari olaraq əldə edilir və soyuducuda olaraq istifadə edilməkdədir. 1898-ci ilin iyununda ingilis kimyaçılar, Uilyam Ramzay və Moris Travers tərəfindən kəşf edilmişdir Neon atom nömrəsi 10 olan kimyəvi elementdir. Nəcib qazdır. Neon, havanın sıxlığının üçdə ikisi ilə normal şəraitdə rəngsiz, qoxusuz, inert monatomik (təkatomlu) qazdır. 1898-ci ildə quru havada azot, oksigen, argon və karbon dioksid çıxarıldıqdan sonra qalan üç nadir inert elementdən biri olaraq (kripton və ksenon ilə birlikdə) kəşf edilmişdir. Neon, kəşf edilən bu üç nadir qazlardan ikincisi idi və parlaq qırmızı emissiya spektrinə sahib yeni bir element kimi tanındı. Neon, yunan sözü olan νέος (neos) sözündən yaranmışdır və "yeni" mənasını daşıyır.
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Nyon
Nyon - İsveçrədə yerləşən şəhər. Nyon daha çox UEFA-nın mənzil qərargahı kimi tanınır. UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının püşk atma mərasimləri bu şəhərdə təşkil edilir.
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
Fön
Fön (alm. Föhn‎, fr. fœhn) — dağlardan dərələrə əsən, temperaturu xeyli yüksək, nisbi rütubəti az olan küləkdir. Fön dağ silsiləsinin bir tərəfində havanın təzyiqi yüksək,o biri tərəfində isə alçaq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun temperaturu orta hesabla hər 100 m-də 0,6 dərəcə selsi aşağı düşür. Rütubətini itirmiş hava dağ silsiləsini aşaraq o biri yamac üzrə endikcə onun temperaturu orta hesabla hər 100 m-dən bir 1 dərəcə selsi artır.Buna görə də enən hava quru və isti olur.